Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-208/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İ mülki iş: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilkin iddiası, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı qarşılıqlı iddiası; İİ mülki iş: Birləşdirilmiş mülki iş üzrə iddiaçılar X37 və X5 cavabdeh "xxxx" Kompani MMC-yə qarşı tələbi; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 cavabdehlər X26, X8 qarşı tələbinə dair mülki iş (Açar sözlər: «müqavilələrin etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İ mülki işdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh; İİ mülki iş üzrə isə müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı2, İddiaçı4 və İddiaçı5, İ mülki işdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və nümayəndəsi və vəkili Vəkil1, İİ mülki iş üzrə iddiaçı, eləcə də müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddiasına münasibətdə cavabdeh olan X19 və onun nümayəndəsi və vəkili X10, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2022 saylı, 19 yanvar 2022ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Kompani MMC-nin apellyasiya şikayətinə; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-173/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçılar X13 və X37, eləcə də, cavabdeh "xxxx" Kompani MMC-nin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh MMC-nin direktoru X20 şəxsində, («Satıcı») digər tərəfdən «Alıcı» ünvan 1 ünvanda inşa edilən yaşayış binasının sakinləri arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 414 saylı müqaviləyə əsasən, «Satıcı» Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa ediləni 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 700 kv.m-dən ibarət olan qeyri yaşayış sahəsini «Alıcı»-ya təhvil verməyi, «Satıcı» isə tikinti-quraşdırma işlərini lahiyə sənədlərində müvafiq olaraq Qüsursuz və Dövlət Tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə «Alıcı»-ya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Binanın karkası və bütün hörgü işləri, binanın fasadının lahiyədə razılaşdırılmış qaydada yerinə yetirilməsi, binanın xaricində bütün suvaq işləri, daxili elektrik xətlərinin çəkilməsi, binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının ikiqat şüşə ilə qoyulması, mənzillərin ümumi qapılarının (metal) və qıfıllarının qoyulması, su, kanalizasiya və isitmə sistemlərində uyğun stoykaların qoyulması və axıtmaya qarşı qoyulması, arakəsmənin hörülməsi, iki ədəd sərnişin və bir ədəd yük liftinin alınması və quraşdırılması, texniki və su anbarlarının tikilməsi, nasos stansiyalarının quraşdırılması, ərazinin tikinti tullantılarından təmizlənilməsi və abadlıq işlərinin görülməsi müqavilə üzrə Satıcının öhdəliyi olmuşdur. Müqalivəyə əsasən Alıcı isə yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 700 kv.m.-dən ibarət olan qeyri- yaşayış sahəsinin hər kv.m. üçün 1500 (bir min beş yüz) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, qeyri-yaşayış sahəsinin ümumi dəyəri 1.050.000 (bir milyon əlli min) manat müəyyən edilmişdir.
2. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müqavilə üzrə öhdəliyi yerinə yetirdikləri üçün xx.xx.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsini xahiş etsə də, "xxxx" Kompani MMC xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin etibarlı olmadığını və heç bir öhdəliyinin yaranmadığını bildirmişdir.
3. X13 "xxxx" Kompani MMC-yə məxsus Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa ediləni 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində ümumi tikinti sahəsinin 375 kv.metr olan qeyri- yaşayış sahəsinin 12 avqust 2008-ci il tarixli 12 saylı müqaviləyə əsasən 375.000 manata ona satıldığına, X37 isə Cavabdeh MMC və X21 arasında bağlanmış xx.xx.2008-ci il tarixdə 19 №li müqavilə əsasında sonuncuya satılmış, ümumi sahəsi 325 kv.m. olan qeyri-yaşayış sahəsini 09 avqust 2017-ci il tarixdə 455000 manata X6 aldığına görə 05 iyun 2015-ci il tarixdə bağlanmış 414 saylı müqavilənin etibarlı müqavilə olmadığını bəyan edirlər.
1-ci mülki iş üzrə icraat:
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında olan yaşayış binalarının sakinləri X27 və digər 50 nəfər arasında bağlanmış, həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 700 kv.m qeyri yaşayış sahəsinin alqı-satqısını ehtiva edən, xx.xx.2015-ci il tarixli, 414 saylı alqısatqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsinin öhdəlik kimi Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İlkin iddiada göstərilir ki, ünvan 2 ünvanda yerləşən yeni tikilmiş yaşayış binalarındakı mənzilləri müxtəlif vaxtda Cavabdeh MMC-dən müvafiq qaydada bağlanmış alqı-satqı müqavilələri ilə satın almışdır. Mənzillər satın alınarkən və ondan sonrakı müddətdə yaşayış binalarının karkas və hörgü işləri, binanın xaricində suvaq işləri, arakəsmənin hörülməsi, binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi işləri görülməmiş, daxili eletkrik xətləri çəkilməmiş, müvafiq liftlər quraşdırılmamış və digər qüsurlar olmuşdur. Mülki Məcəllənin 582.1-ci maddəsinə əsasən, Satıcının alıcıya verməli olduğu əşya alıcıya verdiyi məqamda bu Məcəllənin 581- ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Sözügedən yaşayış binasının sakinləri tərəfindən həmin qüsurların aradan qaldırılması cavabdehdən tələb olunsa da, cavabdeh həmin qüsurların aradan qaldırılması üçün maddi imkanının olmadığını bildirmiş və həmin binanın sakinləri ilə Cavabdeh MMC arasında xx.xx.2015-ci il tarixli 414 saylı yeni alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə bu qüsurları binanın sakinləri aradan qaldırmalı, əvəzində Satıcı F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 700 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcılara təhvil verməyi öhdəsinə götürürdü. Hal-hazırda alıcılar, yəni sözügedən müqaviləni imzalamış binanın sakinləri öz öhdəliklərini tam şəkildə icra etsə də, yəni müqaviləsə əks olunan bir milyon əlli min manatı satıcıya ödəsə də, satıcı müvafiq qeyri-yaşayış sahəsinə çıxarış almaq üçün tələb olunan notarial qaydada alğı-satqı müqaviləsini imzalamaqdan və alıcıların satıcıya borcu olmadığı barədə təmizlik arayışının verilməsindən imtina edir. Belə ki, yaşayış binalarının sakinləri müqavilə imzalandığı tarixdən etibarən müxtəlif vaxtlarda cavabdehə ödənişləri etmiş və bu ödənişlər qəbzlərlə sübut olunur. Sözügedən qəbzlər iddia ərizəsinin qoşmasına əlavə ediləcəkdir. 2018-ci ildən etibarən MMC-nin möhürünün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən alındığı üçün sakinlərin etdiyi ödəniş üçün MMC tərəfindən qəbz verilməmişdir. Bunun üçün, o tarixdən etibarən hər dəfə sakinlər ödəniş etdikdə öz aralarında bunu təsdiq edən akt bağlamaqla bunu təsdiq edirdilər. Hal-hazırda sözügedən qeyri-yaşayış sahəsinə alıcıların mülkiyyət hüququnu təsdiqləyən çıxarış almaq üçün xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin notarial təsdiq olunmuş müqaviləyə bərabər hüquqi qüvvəyə malik olması barədə məhkəmə qərarı tələb olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi müqaviləni tərtib edən Cavabdeh MMC qəsdən müqaviləni notariat qaydada deyil sadə yazılı qaydada tərtib edərək alıcıların hüquqlarını kobud şəkildə pozmuş və nəticədə mülkiyyətçilərin mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında süni mənaeçilik yaranmışdır.
6. Cavabdeh MMC isə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra isə qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək ilkin iddia tələbinin rədd edilməsi; qarşılıql iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Solian oğluna, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 1 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən qeyri- yaşayış sahəsinə dair “SahilD Kompani’’ MMC-nin keçmiş direktoru X20 və iddiaçılar arasında xx.xx.2015-ci il tarixdə bağlanması qeyd olunan müqavilənin etibarsız hesab edilməsi’’ və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Solian oğluna, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı ünvan 3 ünvanında yerləşən 1 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair “Sahil-D Kompani’’ MMC-nin keçmiş direktoru X20 və iddiaçılar arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin etibarsız və ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddiada göstərilir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən iddiaçıların hazırki iddia tələblərini irəli sürməkdə məqsədləri etibarsız əqd əsasında qeyri-yaşayış sahəsinə sahiblənməkdir. Bu səbəbdən istinad olunan xx.xx.2015-ci il tarixli, 414 №-li müqavilənin etibarsız hesab edilməsi barədə hazırki qarşılıqlı iddianın verilməsinə zərurət yaranmışdır. Belə ki, hazırki iş üzrə iddiaçıların istinad etdikləri xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC-nin direktoru X20 və ünvan 4 ünvanda MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binalarının sakinləri arasında bağlanır. Müqavilənin predmeti - ünvan 5 ünvanda inşa edilən 1 №-li yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsidir. Müqavilənin 2.2.3-cü bəndinə görə, həmin qeyri-yaşayış sahəsinin dəyəri təşkil edir. Müqavilənin 2.2.4cü bəndinə görə, qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 1.050.000 manat, alıcı qismində müqaviləni imzalayan sakinlər tərəfindən yaşayış binalarının su, kanalizasiya, lift və elektrik işlərinin görülməsinə sərf edilir. Müqavilənin 2.2.5-ci bəndinə görə, əmlakın dəyərini təşkil edən 1.050.000 manat görülməli olan işlərə tam sərf edildikdən sonra, alıcıya pulun ödənilməsi barədə maliyyə arayışı verilir. Hazırki iş üzrə iddianın predmetini təşkil edən xx.xx.2015-ci il tarixli müqavilə barədə Nərimanov Rayon Məhkəməsindən məhkəmə bildirişi, iddiaçıların iddia ərizəsi və müqavilə alındıqdan sonra məlumatları olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bu müqavilənin bağlanması zamanı mülki qanunvericiliiyn tələblərinə əməl olunmamış, müqavilə üçün müəyyən edilmiş mühüm şərtlər müqavilədə nəzərdə tutulmamışdır. Belə ki, həmin müqavilədə birinci tərəf kimi "xxxx" MMC qeyd olunmuşdur. Müqavilənin digər tərəfi isə qeyri-müəyyən ifadə olunmuş, müqavilə bağlayan şəxslərin adları (soyadı, adı, atasının adı), şəxsiyyətin təsdiq edən sənəd və sair hallar qeyd olunmamışdır. Həmçinin müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin hansı hissələrdə kim tərəfindən əldə edilməsi və ya əmlakın ümumi mülkiyyətə keçməsi və sair şərtlər mövcud deyildir. Bunlardan başqa, bu müqavilənin bağlanmasına həmçinin MMC-nin iradə ifadəsi olmamışdır. Lakin hazırda Cavabdeh MMC və iddiaçılar arasında xx.xx.2015- ci il tarixdə bağlandığı bildirilən və dəyəri 1.050.000 manat təşkil edən müqavilənin bağlanması üçün MMC-nin səhmdarlarının ümumi yığıncağında belə bir qərar qəbul edilməmişdir. Ümumiyyətlə həmin tarixdə səhmdarların ümumi yığıncağı çağırılmamış və yığıncaq keçirilməmişdir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən MMC-nin təsisçilərinə məlumat vermədən və səhmdarların ümumi yığıncağının qərarı olmadan hazırki iş üzrə iddiaçılara satılması barədə saxta müqavilə tərtib edilmişdir. İddiaçılar "xxxx" MMC tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 1 nömrəli və 3 nömrəli binalarda yerləşən ayrı-ayrı mənzillərin mülkiyyətçiləridir və onların bu mənzillərdən başqa, Cavabdeh MMCyə aid 1, 2, 3 və 4 nömrəli binalardan hər hansı digər daşınmaz əmlak əldə etməmişlər. Mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilənin bağlanması ilə "xxxx" MMC-nin qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. MMC hesab edir ki, etibarlılığı mübahisələndirilən müqavilə saxta, heç bir hüquqi nəticələr yaratmayan sənəddir. MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2015-ci il tarixli müqavilənin uydurma və əhəmiyyətsiz əqd olması, həm də onunla təsdiq edilir ki, “Alıcı” qismində müqaviləni imzalayan şəxslər qeyri- yaşayış sahəsinin dəyərini Cavabdeh MMC-yə ödəməmişlər. Həmin məbləğin əvəzinə görülməsi nəzərdə tutulmuş işlər-yaşayış binaların su-kanalizasiya, lift və elektrik işləri də iddiaçılar tərəfindən icra olunmamışdır. Çünki, həmin işlərin aparıldığı halda, müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bunlardan başqa, müəyyən olunmuşdur ki, bu müqavilənin bağlanmasına həmçinin MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Lakin hazırda Cavabdeh MMC və iddiaçılar arasında xx.xx.2015ci il tarixdə bağlandığı bildirilən və dəyəri 1.050.000 manat təşkil edən müqavilənin bağlanması üçün MMC-nin səhmdarlarının ümumi yığıncağında belə bir qərar qəbul edilməmişdir. Ümumiyyətlə həmin tarixdə səhmdarların ümumi yığıncağı çağırılmamış və yığıncaq keçirilməmişdir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən MMC-nin təsisçilərinə məlumat vermədən və səhmdarların ümumi yığıncağının qərarı olmadan hazırki iş üzrə iddiaçılara satılması barədə saxta müqavilə tərtib edilmişdir. Etibarlılığı mübahisələndirilən müqavilə saxta, heç bir hüquqi nəticələr yaratmayan sənəddir. MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2015-ci il tarixli müqavilənin uydurma və əhəmiyyətsiz əqd olması, həm də onunla təsdiq edilir ki, “Alıcı” qismində müqaviləni imzalayan şəxslər qeyri-yaşayış sahəsinin dəyərini Cavabdeh MMC-yə ödəməmişlər. Həmin məbləğin əvəzinə görülməsi nəzərdə tutulmuş işlər - yaşayış binaların su-kanalizasiya, lift və elektrik işləri də iddiaçılar tərəfindən icra olunmamışdır. Çünki, həmin işlərin aparıldığı halda, iddiaçılara əvvəl kassa mədaxil orderi, daha sonra isə maliyyə arayışının verilməsi nəzərdə tutulmuşdur ki, bu sənədlərdən hər hansı biri onlarda yoxdur. Bunlardan başqa, həyata keçirilməli olan işlərin görülməsini nəzərdə tutan smeta, iddiaçılar və podratçılar arasında bağlanmış müqavilələr, görülmüş işlərə görə pulun ödənilməsini təsdiq edən sənədlər də mövcud deyildir. Məzahir Cəfərov mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçılara satılması barədə uydurma bir əqd tərtib etmiş və imzalamışdır. Cavabdehlər həmin əmlaka görə MMC-nin kassasına hər hansı bir ödəniş etməmişlər, buna görə də əmlak üzərində nəinki mülkiyyət hüququ, ümumiyyətlə heç bir hüquq qazanmamışlar. Bu səbəbdən mübahisəli qeyriyaşayış sahəsinə dair bağlanması qeyd olunan xx.xx.2015-ci il tarixli müqavilə etibarlı müqavilə hesab edilə bilməz. Müqavilə əqd olaraq uydurma - əhəmiyyətsiz olmuş və heç bir hüquqi nəticə yaratmamışdır. Cavabdeh MMCnin keçmiş rəhbəri Məzahir Cəfərov bu kimi əməllərə yol verdiyinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmış və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin M.Cəfərov məhkəmə istintaqı başa çatmadan vəfat etdiyinə görə barəsində açılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. MMC-nin adından cavabdehlərlə bağlanması qeyd olunan müqavilə əhəmiyyətsiz hesab edildiyindən bağlandığı andan etibarsızıdır, çünki Azərbaycan Respublikası Mülki Məcəllənin 337.4-cü maddəsinin ikinci cümləsinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsızdır. Bunlardan əlavə, müəyyən olunmuşdur ki, bu müqavilənin bağlanmasına həmçinin "xxxx" MMC-nin heç bir iradə ifadəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.10-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Mülki Məcəllənin 91.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək məhdud məsuliyyətili cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Mülki Məcəllənin 107.2-ci madəsinə əsasən bu Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. Lakin hazırda “Sahil-D Kompani’ MMC və cavabdehlər arasında xx.xx.2015-ci il tarixdə bağlandığı bildirilən və dəyəri 1.050.000 manat təşkil edən müqavilənin bağlanması üçün MMC-nin təsisçilərinin ümumi yığıncağında belə bir qərar qəbul edilməmişdir. Ümumiyyətlə həmin tarixdə təsisçilərin ümumi yığıncağı çağırılmamış və yığıncaq keçirilməmişdir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən MMC-nin təsisçilərinə məlumat vermədən və təsisçilərin ümumi yığıncağının qərarı olmadan hazırki iş üzrə iddiaçılara satılması barədə qanunazidd müqavilə tərtib edilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə ilk iddianın təmin edilərək Cavabdeh MMC ilə Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında olan yaşayış binalarının sakinləri X27 və digər 50 nəfər arasında bağlanmış, həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 700 kv.m qeyri- yaşayış sahəsinin alqı-satqısını ehtiva edən, xx.xx.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plancizgisinin verilməsini öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması; qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi və hər iki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə hesab etmişdir ki, iddiaçılar sözügedən müqavilə üzrə götürdüyü öhdəlikləri tam olaraq icra etmişdir. Bu halı iş materiallarında olan kassa mədaxil qəbzləri və tərtib edilmiş aktları sübut edir. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. İddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli müqavilədən məlumatlı olmaması inandıcı deyil. Cavabdeh MMC-nin müqavilə bağlanan zaman direktoru olmuş M.Cəfərovun ölümündən sonra sözügedən müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı dəfərlərlə Cavabdeh MMC-yə müraciətləri olsa da həmin müqaviləni yalnız xx.xx.2021-ci il tarixdə məhkəmə müstəvisində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir.
1-ci mülki iş üzrə verilmiş apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh "xxxx" Kompani MMC-nin (nümayəndəsi və vəkili Vəkil2) qarşılıqlı iddia ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilki iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi xahiş edilmiş və göstərilir ki, iddiaçıların təqdim etdiyi və məhkəmənin sübut kimi istinad etdiyi bu üç aktda qeyd olunan pul vəsaitlərinin cəmi – 98.300 manat təşkil edir. Sözügedən aktlar birtərəfli qaydada təsdiq olunmuşdur, hər üç akt Cavabdeh MMC tərəfindən təsdiq olunmadığı üçün də iş üzrə mötəbər sübut hesab edilə bilməzlər. Lakin iddiaçıların özlərinin təqdim etdiyi xx.xx.2015-ci il tarixli müqavilədə isə satılması nəzərdə tutulan qeyri-yaşayış sahəsinin dəyəri 1.050.000 manat məbləğində qiymətləndirilmişdir. Yəni, müqavilədə adları göstərilən şəxslərin görəcəyi işlərin həcmi 1.050.000 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçıların təqdim etdiyi aktlarda görüldüyü bildirilən işlərin cəmi dəyəri 98.300 manat təşkil edir. Belə olan halda, 1.050.000 manatın ödənilməsi barədə maliyyə arayışının verilməsi barədə Nərimanov Rayon Məhkəməsinin mövqeyi anlaşılmazdır. Ehtimal edirlər ki, hakimin belə bir mövqe tutması ya hesablamanı bilərəkdən düzgün aparmaması, yadaki, işdə olan sənədlərlə tanış olmamasından irəli gəlir. Digər tərəfdən, iddiaçıların istinad etdiyi aktlarda 98.300 manat dəyərində işlərin görüldüyü qeyd olunsa da, bu işlərin nə vaxt, harada və kim tərəfindən görülməsi, pulun kim tərəfindən və kimə ödənilməsi barədə aktda hər hansı qeyd yoxdur. Aktdan kənar da bu məlumatları əks etdirən sənəd mövcud deyildir. Həmçinin görüldüyü iddia edilən işlərin təhvil-təslimi barədə aktlar da yoxdur. Lakin bütün bunlar işə baxan məhkəmə üçün əhəmiyyət kəsb etməmişdir. Halbuki, bu kimi məlumatların aktlarda qeyd olunmaması, bununla bağlı təsdiqedici sənədlərin olmaması həmin aktların həqiqiliyini şübhə altına alır. Əksinə Cavabdeh MMC və "xxxx" ASC, "xxxx" ASC, "xxxx" MMC arasında ayrı-ayrılıqda bağlanmış müqavilələrlə təsdiq olunur ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi binalarda su-kanalizasiya işlərinin, elektrik işlərinin, habelə liftlərin alınması ilə bağlı "xxxx" ASC, "xxxx" ASC və "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Görülmüş bu işlərin əvəzi də "xxxx" ASC, "xxxx" ASC və "xxxx" MMC-yə məhz Cavabdeh MMC tərəfindən ödənilmişdir. Bina sakinlərindən binalarda yerləşən mənzil mülkiyyətçiləri X22, X14, X3, X15, X28, X48, X16, X29 və Leyla Əsgərova ayrı-ayrılıqda ərizələrlə Cavabdeh MMC-yə müraciət edərək bildirmişlər ki, bina sakinləri X30, X23,İddiaçı1, X11, X35, İddiaçı3 binaların tamamlanma işlərinin və kommunikasiya xətlərinin qurulması adı ilə onlardan müxtəlif məbləğlərdə pul yığmışlar. Lakin yığılan həmin pulların hansı işlərin görülməsinə sərf edilməsi barədə sakinlərə məlumat verilməmiş, işlər də görülməmişdir. 2021-ci ildə isə bir sıra bina səkinləri ayrıayrılıqda ərizələrlə Cavabdeh MMC-yə müraciət edərək bildirmişlər ki, X30, X23, X11, X33, (hazırki iş üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı3 binaların tamamlanma işlərinin və kommunikasiya xətlərinin qurulması adı ilə bina sakinlərindən müxtəlif məbləğlərdə pul yığmışlar. Lakin yığılan həmin pulların hansı işlərin görülməsinə sərf edilməsi barədə sakinlərə məlumat verilməmiş, işlər də görülməmişdir. Müraciətlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda adları göstərilən Sevda Dadaşova, Nazim Hüseynov, İddiaçı1, Ramiz Mustafayev, Nadir Nadirzadə və İddiaçı3 qabaqcadan əlbir olaraq, bina sakinlərinin etibarından sui-istifadə edərək Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 1, 2, 3 və 4 nömərli çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərdən qanunsuz və əsassız olaraq külli miqdarda (təxminən 1.000.000 manatdan çox) pul vəsaiti yığmışlar və həmin pulları binaya sərf etməmişlər. Müəyyən edilmişdir ki, Sevda Dadaşova, Nazim Hüseynov, İddiaçı1, Ramiz Mustafayev, Nadir Nadirzadə və İddiaçı3 özlərini “ağsaqqallar şurası” kimi təqdim etmiş və bundan sonra binalarda natamam qalmış işlərin başa çatdırılmasını öz üzərlərinə götürdüklərini bina sakinlərinə bəyan etmişlər. Bu məqsəd ilə həmin şəxslər bina sakinlərindən təxminən 1.000.000 çox məbləğdə pul yığmışlar. Bina sakinlərinin gözündən pərdə asmaq üçün yığdıqları pulun çüzi bir hissəsini binalarda liftlərin quraşdırılmasına sərf etmişlər. Bununla da “ağsaqqallar şurası”nın fəaliyyəti bitmiş, “ağsaqqallar şurası”nın görəcəyini vəd etdiyi digər tamamlanma işləri isə başa çatdırılmamışdır. Bunları müəyyən edən Cavabdeh MMC şikayət ərizəsi ilə Xətai Rayon Prokurorluğuna müraciət etmiş və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişlər. Cavabdeh MMC məhkəməyə vəsatət verərək Xətai Rayon Prokurorluğuna sorğu verilərək, həmin şikayət ərizəsi əsasında aparılan araşdırma barədə məlumatın və tərəflərin verdikləri izahatların tələb edilməsi məhkəmədən xahiş edilsə də, məhkəmə bu vəsatətləri əsassız olaraq rədd etmişdir. Hazırda Cavabdeh MMCnin müraciəti əsasında prokurorluqda araşdırma davam edir. Göründüyü kimi, 700 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin “Alıcı” qismində xx.xx.2015ci il tarixli müqaviləni imzalayan şəxslərin mülkiyyətinə verilməsi müqabilində həmin şəxslər öz vəsaitləri hesabına “su-kanalizasiya, lift və elektrik işlərini görmək barədə öhdəlik götürdükləri halda, bu işlərdən heç birini görməmiş, yalnız digər sakinlərdən aldatma yolu ilə yığılan vəsaitlə binalarda bir neçə liftin quraşdırılmasında (liftləri Cavabdeh almışdır) iştirak etmişlər. Beləliklə də müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə “alıcı” qismində çıxış edən şəxslər, o cümlədən də iddiaçılar müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri pozmuş, binalarda su-kanalizasiya və elektrik işlərinin görülməsini, habelə liftlərin quraşdırılmasından ibarət öhdəlikləri, həmçinin qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi öhdəlikləri yerinə yetirməmişlər. Bu hallar isə xx.xx.2015-ci il tarixli müqavilənin ləğv edilməsi üçün əsasdır. Lakin işə baxmış Nərimanov Rayon Məhkəməsi işi hərtərəfli,tam və obyektiv araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, həmin sübutlar ilk iddianın əsassız olmasına dəlalət etməsinə baxmayaraq, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə iş üzrə səhv nəticəyə gəlmişdir. Məzahir Cəfərov mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçılara satılması barədə uydurma bir əqd tərtib etmiş və imzalamışdır. Cavabdehlər həmin əmlaka görə MMC-nin kassasına hər hansı bir ödəniş etməmişlər, buna görə də əmlak üzərində nəiknki mülkiyyət hüququ, ümumiyyətlə heç bir hüquq qazanmamışlar. Bu səbəbdən mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanması qeyd olunan xx.xx.2015-ci il tarixli müqavilə etibarlı müqavilə hesab edilə bilməz. Müqavilə əqd olaraq uydurma – əhəmiyyətsiz olmuş və heç bir hüquqi nəticə yaratmamışdır. Belə ki, iddiaçıların təqdim etdiyi xx.xx.2015-ci il tarixli 414 №-li müqavilənin Cavabdeh MMC-də olması ilə bağlı mərhum Məzahir Cəfərovdan qalmış sənədlər araşdırılmışdır. Həmin sənədlə arasında eyni tarixli və eyni nömrə altında başqa bir müqavilənin olduğu aşkar olunmuşdur. İş materiallarında 2 ayrı-ayrı formada müqavilələrin əsilləri mövcud olsa da, məhkəmə hansı əsasa görə iddiaçıların müqaviləsinə istinad etdiyini qətnamədə göstərməmiş, Cavabdeh MMC-nin icraçı direktoru Adil Hüseynovun məhkəməyə təqdim etdiyi müqavilənin əslinə isə heç bir hüquqi mövqe bildirilməmişdir. Lakin hər iki müqavilənin bir-biri ilə müqayisəsi zamanı müəyyən edilmişdir ki, bu müqavilələrin məzmunu eynilik təşkil etsə də, müqavilə eyni şəxslər tərəfindən imzalanmamışdır. Belə ki, iddiaçıların təqdim etdiyi müqavilə 3 səhifədən ibarətdir ki, müqavilənin 1-ci və 2-ci vərəqində M.Cəfərovun imzası vəCavabdeh MMC-nin möhürü vardır. Müqavilənin 2-ci səhifəsindən görünür ki, “alıcı” qismində müqaviləni Bağışov, Vəliyev, Nuriyev, Məmmədov, İslamov, Mustafayev imzalamışlar. Müqavilənin 3-cü vərəqində olan CavabdehMMC-nin möhür klişe üzərindən vurulmamışdır. Həmin vərəqdə heç MMC-nin direktoru M.Cəfərovun imzası da yoxdur. Bundan başqa, 3 vərəqdə adları qeyd olunan şəxslərdən çox hissəsi, bildirirlər ki, onlar belə bir müqavilə imzalamamışlar. Göründüyü kimi, ortada eyni nömrə (414) altında eyni tarixli (xx.xx.2015) 2 müqavilə mövcuddur. MMC-də aşkar olunmuş müqaviləni yalnız iki nəfər – Bağışov və Nuriyev imzalamışdır. İddiaçıların təqdim etdiyi müqavilənin ikinci vərəqində isə 5 şəxsin adı (Bağışovdan başqa R.Vəliyev, E.Nuriyev, B.Məmmədov, M.İslamov və İddiaçı2) qeyd edilmiş və həmin şəxslər müqaviləni imzalamışlar. 3-cü vərəq isə sonradan müqaviləyə əlavə olunmuşdur və ya sonradan həmin səhifəyə ayrı-ayrı adamlar imza etmişlər. Həmin vərəqdə adları qeyd olunan şəxslərdən çox hissəsi isə israrla bildirmişlər ki, onlar bu müqaviləni imzalamamışlar. Bütün bunlardan sonra əminliklə bildirirlər ki, iddiaçıların təqdim etdiyi müqavilə saxta müqavilədir. İddiaçıların təqdim etdikləri müqavilənin 3-cü səhifəsində, yəni arxa hissəsində MMC-nin möhürünün vurulması forması ilə 1-ci, 2-ci səhifəsindəki möhürlər də fərqlidir. Bu isə əsaslı şübhələr doğurur. Bu faktın ekspert rəyi ilə də təsdiq olunması üçün Cavabdeh MMC məhkəmə-xəttşünaslıq və sənədin məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim olunmuşdur. Lakin işin düzgün həll edilməsində maraqlı olmayan məhkəmə vəsatəti əsassız olaraq rədd etmişdir. Halbuki, ekspertiza rəyinin alınması tərəflər arasında mövcud olan mübahisənin düzgün və ədalətli həlli üçün vacib idi. Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 700 kv.m. ibarət qeyri-yaşayış sahəsi başqa şəxslərə özgəninkiləşdirilmişdir. Belə ki, Cavabdeh MMC və X13 arasında xx.xx.2008-ci il tarixdə 12 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mübahisəli qeyri-yaşayış sahəsinin 375 kv.m. ibarət hissəsi A.İsmayılovanın mülkiyyətinə verilməli, sonuncu isə həmin əmlakın razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 375.000 manat A.İsmayılova tərəfindən Cavabdeh MMC-yə ödənilmiş, MMC isə həmin əmlakı A.İsmayılovaya təhvil vermişdir. Beləliklə, Cavabdeh MMC və A.İsmayılova arasında müqavilə bağlandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə uyğun həmin əmlakın (qeyri-yaşayış sahəsinin) mülkiyyətçisi hesab edilmişdir. Bundan başqa, Cavabdeh MMC və X21 arasında xx.xx.2008-ci il tarixdə 19 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mübahisəli qeyri-yaşayış sahəsinin 325 kv.m. ibarət hissəsi Ş.Quliyevanın mülkiyyətinə verilməli, sonuncu isə həmin əmlakın razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 455.000 manat Ş.Quliyeva tərəfindən Cavabdeh MMC-yə ödənilmiş, MMC isə həmin əmlakı Ş.Quliyevaya təhvil vermişdir. Beləliklə də, Cavabdeh MMC və Ş.Quliyeva arasında müqavilə bağlandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə uyğun həmin əmlakın (qeyri-yaşayış sahəsinin) mülkiyyətçisi hesab edilmişdir. Sonradan Ş.Quliyeva həmin qeyri-yaşayış sahəsindən X19 xeyrinə imtina etmiş və xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC ilə M.Əliyev arasında 21 №-li müqavilə bağlanmış, sonuncu mübahisəli 700 kv.m ibarət qeyriyaşayış sahəsinin 325 kv.m hissəsinin mülkiyyətçisinə çevrilmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
Birləşdirilmiş, yəni ikinci mülki iş üzrə icraat:
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı X13 cavabdeh "xxxx" Kompani MMC-yə qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən X8 məxsus ünvan 7 ünvanda yerləşən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə dair bağlanmış 02 iyun 2015-ci il tarixdə 414 nömrəli müqavilənin etibarsiz hesab edilməsi bаrədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Tələbdə göstərilib ki, X13 ilə Cavabdeh MMC arasında bağlanmış 12 avqust 2008-ci il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanda yerləşən kompleksin 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 375,0 m2 olan qeyri-yaşayış sahəsinə görə 375.000 manat ödənilməsi və qeyri-yaşayış sahəsinin X8 təhvil verməyi öhdəsinə götürmüşdür. 12 avqust 2008-ci il tarixli maliyyə arayışına əsasən X13 ünvan 7 ünvanda yerləşən kompleksin 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 375,0 m2 olan qeyri-yaşayış sahəsinin pay dəyəri X13 tərəfindən tam ödənilmişdir. Bu yaxınlarda X13 məlumat almışdır ki, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq 02 iyun 2015-ci il tarixdə 414 nömrəli müqavilə ilə X5 qeyri-yaşayış sahəsi başqa vətəndaşlara satılmışdır. Halbuki, həmin qeyriyaşayış sahəsi X13 ilə Cavabdeh MMC arasında bağlanmış 12 avqust 2008-ci il tarixli müqaviləyə görə X1.
13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdeh X8 qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7 ünvanda yerləşən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış 12 avqust 2008-ci il tarixdə 12 nömrəli müqavilənin etibarsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasında göstərilir ki, 2021-ci ilin oktyabr ayında İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 Cavabdeh MMC-yə qarşı “xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilə üzrə borcun olmaması barədə arayışın və plancizginin verilməsi” tələbinə dair iddia ərizəsilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh MMC isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-375/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilə üzrə borcun olmaması barədə arayışın və plan-cizginin verilməsi Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulmuş və qarşılıqlı iddia rədd edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermiş və iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hal-hazırda X13 Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Odur ki, 2(005)-3027/2022 nömrəli mülki iş üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər qismində işə cəlb olunmaq zərurəti yaranmışdır. İlkin iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməli və xx.xx.2008-ci il tarixli 12 nömrəli müqavilə etibarsız hesab olunmalıdır. Belə ki, Cavabdeh MMC dəfələrlə bu cür saxtakarlıqlardan istifadə edərək köhnə tarixə saxta müqavilələr bağlamış və nəticədə əmlakı iki və ya daha çox şəxsə satmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-169/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsində (Sədrlik edən X17) göstərilir: “Məhkəmə kollegiyası qeyd edir ki, dəfələrlə keçirilmiş ekspertiza tədqiqatı nəticələrinin eyni olması həmin rəylərlə müəyyən edilən halların həqiqiliyinə şübhə yeri qoymur. Hər dəfə ekspert rəyləri ilə X7 məxsus müqavilə və ona verilmiş maliyyə arayışındakı imzanın Məzahir Cəfərova məxsus olmasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. İşə baxan məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Sərkərova ilə bağlanmış müqavilə sonradan arxa tarixə tərtib edilmişdir. Ona görə məhkəmə qətnamə çıxarmaqla yanaşı eyni zamanda fakta görə xüsusi qərardad çıxarmışdır. Cavabdeh MMC-nin məhkəmə mübahisələri ilə bağlı təcrübəsi göstərir ki, həmin şirkətdə müqavilələrin arxa tarixə tərtib edilməsi hal almışdır. Dəfələrlə həmin faktlarla bağlı xüsusi qərardadlar çıxarılsa da, hüquq mühafizə orqanları hazırki vaxta qədər həmin məsələyə cinayət hüquqi qiymət verməmişdir.” Göründüyü kimi, Cavabdeh MMC-nin saxtakarlıqları təsdiq olunsa belə onların əməllərinə hüquqi qiymət verilmir. Eyni zamanda həmin qeyri-yaşayış sahəsinə indiyədək çıxarış alınmadığı, təmir olunmadığı, sahiblik edilmədiyi faktlarını göz önünə alsa qeyd olunan müqavilələrin Cavabdeh MMC tərəfindən saxta formada tərtib olunduğu göstərir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021 -ci il tarixli, **********75 saylı cavab məktubunda qeyd edilir: “Bildiririk ki, məhkəmə qərardadında qeyd olunan, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 700 kv.m qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.” Göründüyü kimi Cavabdeh MMC keçmiş tarixə müqavilə tərtib etməyi düşünsə də həmin qeyri- yaşayış sahəsinə çıxarış almağı unutmuşdu. Bununla yanaşı sözügedən müqavilələr üzrə maliyyə arayışları təqdim olunsa da kassa-mədaxil orderlərinin, plan cizginin təqdim edilməməsi Cavabdeh MMC-nin növbəti saxtakarlığının göstəricisidir. Vəkil tərəfindən sözügedən saxta müqavilələrin nüsxələrinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olubolmaması barədə sorğu verilmiş və qeyd olunan qurum tərəfindən verilən cavab məktubuna görə həmin müqavilələrin onlarda olmaması bildirilmişdir. Cavabdeh MMC-nin keçmiş direktoru Məzahir Cəfərov barəsində 2015-ci ildə cinayət işi başlayan zaman daşınmaz əmlakların bir neçə nəfərə satılmasının və keçmiş tarixə müqavilələrin tərtib olunmasının qarşısını almaq üçün Cavabdeh MMC-yə məxsus bütün müqavilələr, hüquqi sənədlər və möhür Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən alınmışdır. İddia tələbinin predmeti olan, dəyəri binanın sakinləri tərəfindən ödənilmiş olan F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 2ci mərtəbəsində yerləşən ümumi sahəsi 700 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi sakinlər tərəfindən əldə edildikdən sonra satılacaq və əldə olunan məbləğ sözügedən binaların liftlərinin quraşdırılmasına, dayaq konstruksiya işlərinin görülməsinə, fasadın rənglənməsinə və binaların digər ehtiyaclarının qarşılanmasına xərclənəcəkdir. Göründüyü kimi qeyd olunan məsələlər Cavabdeh MMC tərəfindən görülməli olduğu halda əsassız bəhanələrlə görülmür və buna görə də F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 binanın yüzlərlə sakininin həyat və sağlamlığı təhlükə altına qoyulur. Cavabdeh MMC yuxarıda qeyd olunan məsələləri yoluna qoymalı olduğu halda əsassız iddialarla yüzlərlə sakinin get-gələ düşməyinə səbəb olur və onların həyat, sağlamlıqlarını təhlükə altında qoyur.
15. X37 Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab olunması barədə iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən X26 məxsus ünvan 7 ünvanda yerləşən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində qeyri-yaşayış sahəsinə dair bağlanmış 02 iyun 2015-ci il tarixdə 414 nömrəli müqavilənin etibarsiz hesab edilməsi bаrədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiada göstərilib ki, X37 ilə Cavabdeh MMC arasında bağlanmış 09 avqust 2017ci il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanda yerləşən 1 saylı yaşayış binasinin 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 325,0 m2 olan qeyri-yaşayış sahəsinə görə 455.000 manat ödənilməsi və qeyri-yaşayış sahəsinin X26 təhvil verməyi öhdəsinə götürmüşdür. Bu yaxınlarda X37 məlumat almışdır ki, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq 02 iyun 2015-ci il tarixdə 414 nömrəli müqavilə ilə X19 qeyri-yaşayış sahəsi başqa vətəndaşlara satılmışdır. Halbuki həmin qeyri-yaşayış sahəsi X37 ilə Cavabdeh MMC arasında bağlanmış 09 avqust 2017-ci il tarixli müqaviləyə görə X2.
17. Müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdeh X26 qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7 ünvanda yerləşən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və X24 arasında bağlandığı qeyd olunan xx.xx.2008-ci tarixli 19 nömrəli müqavilənin və Cavabdeh MMC ilə X37 arasında bağlanıldığı qeyd olunan xx.xx.2017-ci il tarixli müqavilənin etibarsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin cavabdeh X26 qarşı iddiası cavabdeh X8 olan iddiası ilə eyni məzmunda olmuşdur.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3034/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X19 cavabdeh "xxxx" Kompani MMC-yə qarşı "müqavilənin etibarsız hesab olunması” tələbinə dair 2(005)-3034/2022 saylı mülki işlə iddiaçı X5 cavabdeh "xxxx" Kompani MMC-yə qarşı "müqavilənin etibarsız hesab olunması” tələbinə dair 2(005)-3027/2022 saylı mülki işlərin birləşdirilərək bir icraatda baxılması və mülki işə 2(005)-3027/2022 nömrəsinin verilməsi qərara alınmışdır.
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-173/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddiaçılar X37 və X5 cavabdeh “Sahil-D" Kompani MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cəlb olunmaqla, xx.xx.2015-ci ii tarixli, 414 saylı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi; mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinin isə təmin edilərək Cavabdeh MMC və X24 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 19 saylı müqavilə, Cavabdeh MMC və X37 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 21 nömrəli müqavilənin, Cavabdeh MMC və X13 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 12 saylı müqavilənin etibarsız hesab edilməsi, 3-cü şəxslərin iddiası üzrə ödənilmiş dövlət rüsumunun isə özlərinə aid edilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi ilk növbədə İsmayılova Arzu və Əliyev Mehdinin iddia tələbinə münasibət bildirərək qeyd edib ki, iddia ərizəsində göstərilənlər 02 iyun 2015-ci il tarixli, 414 saylı müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, mülki işin materialları ilə təsdiqini tapır ki, 50 sakinlə bağlanmış müqavilə cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə, illər ərzində bina sakinləri həmin müqaviləyə əsasən ödənişlər etmiş (müvafiq çeklər məhkəməyə təqdim edilmişdir); cavabdeh isə həmin ödənişləri qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X19 iddiasını qəbul edərək, qeyriyaşayış sahəsinin ona təhvil verildiyini, müqavilənin bağlanmasında özünün də iştirak etdiyini bildirsə də, mülki işin materiallarında hətta X37 ilə müqavilə bağlandığı tarixdən (09 avqust 2017-ci il) sonrakı tarixlərdə aparılmış ödənişləri təsdiq edən çeklər mövcuddur. Cavabdehin nümayəndəsinin ilkin iddia tələbini qəbul etməsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin hüquqlarını pozur, buna görə də məhkəmə tərəfindən qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. İkinci bir tərəfdən, daha əvvəl tarixə bağlanmış müqavilələr barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sifarişi tərəfindən aparılmış xx.xx.2013-cü il tarixli Audit rəyindən də görünür ki, rəyin 2013-cü ildə tərtib edilməsinə baxmayaraq, 2008-ci il tarixli müqavilələr barədə heç bir qeyd yoxdur, Rəydə nə X5, nədə X9 həmin qeyri yaşayış sahəsi ilə bağlı hər hansı hüquqlarının olmasını təsdiq edən hal müəyyən edilməmişdir. Bütün göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, 2008-ci ildə X13 və X24 ilə Sahil-D Kompani MMC arasında bağlanmış müqavilələr etibarsızdır. X24 ilə cavabdeh arasında bağlanmış müqavilə etibarsız hesab olunduğundan, 2017-ci ildə X37 ilə cavabdeh arasında bağlanmış müqavilə də etibarsızdır və bunun əlavə sübut edilməsinə zərurət yoxdur. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
Birləşdirilmiş mülki iş üzrə verilmiş apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, eləcə də məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-173/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçılar X13 və X37, eləcə də, cavabdeh "xxxx" Kompani MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
23. İddiaçı X13 (nümayəndəsi və vəkili Vəkil4) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, özünün iddiasının təmin, 3-cü şəxslərin iddiasının isə rədd edilməsini xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, auditor rəyində 2008-ci il tarixli müqavilələrin qeyd olunmaması, hələ həmin müqavilələrin, o cümlədən də Arzu İsmayılova ilə müqavilənin bağlanmamasını təsdiq etmir. Çünki, həmin rəydə heç bir qeyriyaşayış sahəsi barədə məlumat mövcud deyil. Digər tərəfdən, audit rəyinə əlavə olunmuş siyahını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təsisçilərdən biri (hal-hazırda məhkəmə hökmünə əsasən çəza çəkir) Sahib İbrahimov təqdim etmişdir. Digər tərəfdən məhkəmənin öz qətnaməsində istinad edilən auditor aktı və MMC-nin təsisiçisi Sahib İbrahimovun təqdim etdiyi siyahının heç bir hüquqi qüvvəsi yoxdur. Bu fakt Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)- 2929/2021 saylı mülki iş üzrə alınmış xx.xx.2021-ci il tarixli məktubunda öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda qeyd edilən akta hüquqi qiymət verilmədiyi göstərilmişdir. Həmçinin, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə istintaq orqanının və ya məhkəmənin hər hansı yekun qərarı yoxdur.
24. İddiaçı X37 (nümayəndəsi və vəkili X25) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, özünün iddiasının təmin, 3-cü şəxslərin iddiasının isə rədd edilməsini xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 1 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 700 kv.m qeyri-yaşayış sahəsinə dair MMC və Quliyeva ŞəlaləCalal qızı arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə tərəflərinin razılaşması əsasında Şəlalə Quliyeva qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 1.400 manat olmaqla, ümumi olaraq 455.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin MMC-yə ödənilməsi MMC tərəfindən verilmiş "xxxx" ilə tam təsdiq edilir. Qeyri-yaşayış sahəsinə dair MMC və Şəlalə Quliyeva arasında bağlanmış müqavilə, habelə sonuncunun adına verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. X32 həmin qeyri-yaşayış sahəsindən hazırki iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X19 xeyrinə imtina etmiş və xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC ilə Mehdi Əliyev arasında 21 №-li müqavilə bağlanmış, sonuncu mübahisəli 700 kv.m ibarət qeyri-yaşayış sahəsinin 325 kv.m hissəsinin mülkiyyətçisinə çevrilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinə dair MMC və Şəlalə Quliyeva arasında müqavilə bağlandığı vaxt Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qeyd edilən maddi hüquq normasının tələbinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin Şəlalə Quliyeva mülkiyyətçisi olmasına baxmayaraq, qeyri-yaşayış sahəsinin MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən hazırki iş üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və başqalarına güya satılması barədə saxta müqavilə tərtib edilmişdir. Halbuki, həmin müqavilənin bağlanması zamanı, mübahisəli qeyri-yaşayış sahəsinin 375 kv.m hissəsi artıq Arzu İsmayılovanın hüquqları ilə yüklü olmuşdur. Mübahisəli qeyriyaşayış sahəsinin Şəlalə Quliyevanın natamam mülkiyyətində ola-ola və bu barədə bağlanmış müqavilə ləğv edilmədən, etibarsız hesab edilmədən MMC ilə digər şəxslər arasında, Şəlalə Quliyevanın iradə ifadəsi olmadan xx.xx.2015-ci il tarixli müqavilə bağlana bilməzdi. Belə olan halda hesab edilməlidir ki, mübahisəli qeyri-yaşayış sahsinə dair Cavabdeh MMC ilə İddiaçı1, İddiaçı2Sultan oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və başqaları arasında bağlanmış müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
25. Cavabdeh "xxxx" Kompani MMC-nin (nümayəndəsi və vəkili X4) apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, 3-cü şəxslərin iddiasının rədd, iddiaçılar A.İsmayılova və M.Əliyevin iddiasının isə təmin edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4837/2023 saylı, 27 saentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Sabit Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər Xumar Mərdanovadan və Elnur Həsənovdan ibarət tərkibdə) hər iki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
27. Məhkəmə iclasında İİ mülki iş üzrə iddiaçı, eləcə də müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddiasına münasibətdə cavabdeh olan X37 və onun nümayəndəsi və vəkili X31 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddiasının təmin edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
28. Məhkəmə iclasında İ mülki işdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh; İİ mülki iş üzrə isə müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı1 (İ mülki işdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh) və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərini rədd edərək qətnamələrin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
29. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan digər şəxslər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara(imperativ normalara) uyğun gəlməlidir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirdikləri hissədə qətnamələrin ləğv edilməsi üçün əsas ola bilməz.
33. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
35. Hər iki qətnamədən verilmiş apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də şikayətlərin məzmunundan görünür ki, şikayət verənlərin tələbləri təmin olunmadığından şikayətlərin obyektini qətnamələrin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmetləri də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
36. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
37. Həm birinci, həm də birləşdirilmiş iş üzrə təmin olunan hissədə iddiaların faktiki əsasları (faktiki hallar) tələblərin qanuni əsaslarının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi birinci qətnamə ilə ilkin iddianın, ikinci qətnamə ilə isə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını tam təmin etməklə, eləcə də təmin olunmayan iddiaların faktiki əsasları (faktiki hallar) tələblərin qanuni əsaslarının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi birinci qətnamə ilə qarşılıqlı iddianın, ikinci qətnamə ilə isə A.İsmayılova və M.Əliyevin iddialarını təmin etməməklə iş üzrə gəldiyi nəticələr düzgün olmuşdur.
38. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həm ilkin, həm də birləşdirilmiş iş üzrə təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddialar haqlı sayılırdı, həm ilkin, həm də birləşdirilmiş iş üzrə təmin edilməyən hissələrdə iddaların faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından üstəlik qarşılıqlı iddia üzrə cavabdehlərin və müstəqil tələb üzrə üçüncü şəxslərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından həmin iddialar isə haqlı sayılmırdı.
39. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
40. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, birinci iş üzrə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizənin nəticə hissəsində müqavilənin həm etibarsızlığının, həm də ləğvinin tələb edilməsi əsas olacağı təqdirdə iddiaların yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də qarşılıqlı iddia üzrə tələblərin faktiki əsasını, əslində həqiqi niyyətin və istəyin nə olduğunu müəyyənləşdirə və tərəflərin fikrini öyrənib işə cəlb edilməli olan şəxslərin dairəsini dəqiqləşdirib onları hüquq və mənafelərinə uyğun prosessual statusunu müəyyən etməklə işdə iştirak etməyə cəlb edə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Ancaq istər birinci iş üzrə qarşılıqlı iddia, istərsə də ikinci iş üzrə iddiaçıların iddiası açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə edərək başqasına, yəni birinci iş üzrə ilk iddiaçılara, ikinci iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərə zərər vurmaq məqsədilə irəli sürüldüyündan onların prosessual hüquqlarının həyata keçirilməsində “köməyə” də ehtiyacları olmamışdır.
41. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.
42. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqli olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır. Bu mənada, Cavabdeh MMC-nin mübahisələndirdiyi müqavilənin eyni anda həm etibarsızlığını, həm də ləğvini tələb etməsi hər bir halda xoş olmayan və hüquqdan sui-istifadə etmək niyyətindən xəbər verir ki, bu da yolverilməz hal sayılır.
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. 44.F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 45.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. ...Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
46. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
47. Bu mənada Cavabdeh MMC-nin, Arzu İsmayılova və Mehdi Əliyevin xx.xx.2015ci il tarixli müqavilənin etibarsızlığı tələbini irəli sürməsi üçün mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hər iki işdə iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparılmış və bütün dəlillər yoxlanılmaqla iş üzrə yekun nəticəyə gəlinmişdir. Ancaq Cavabdeh MMC-nin, Arzu İsmayılova və Mehdi Əliyev bu nəticə ilə razılaşmayıb apellyasiya şikayəti verib və təmin olunmasını xahiş edirlər. Bununla əlaqədar məhkəmə tərkibi də apellyasiya şikayətinin hər bir dəlilinə münasibət bildirilməsini zəruri sayır.
48. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340-cı maddəsi yaxud etibarsızlığın əsasını nəzərdə tutan digər normaları nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası(faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq Cavabdeh MMC-nin, Arzu İsmayılova və Mehdi Əliyevin iddia tələblərinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. Bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Çünki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd sayılır. Əksinə, Cavabdeh MMC-nin sonradan əvvəlki tarixə Arzu İsmayılova və Mehdi Əliyevin adına tərtib etdiyi müqavilələr əhəmiyyətsiz və puç əqd sayılır. Çünki, xx.xx.2015-ci il tarixli müqavilənin etibarlılığına təsir etmək məqsədilə bu cür vasitələrdən istifadə ediblər. Cavabdeh MMC-nin analoji işlərdə bu cür vasitələrdən istifadə etmələri ilə bağlı hallar məhkəmə təcrübəsində olmuşdur.
49. Birinci iş üzrə iddiaçılar, ikinci iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərlə Cavabdeh MMC arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər. Çünki, müqavilənin şərtlərində müxtəlif müqavilələrə aid elementlər mövcuddur. Başqa sözlə, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçılar üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh MMC öhdəliyini yerinə yetirmək istəmir, müxtəlif bəhanələrlə, o cümlədən hüquqdan iddiaçılara zərər vurmaq məqsədilə sui-istifadə edərək nəinki bundan yayınır, üstəlik ayrı-ayrı şəxslərin adına sonradan əvvəlki tarixlərə, yəni xx.xx.2015-ci il tarixdən əvvəlki dövrdə bağlandığı görüntüsü yaradan puç müqavilələr tərtib etməklə süni surətdə yeni-yeni əsassız məhkəmə mübahisələrinin yaranmasına şərait yaratmaqla faktiki olaraq iddiaçıların tələb etdiyi sənədləri onlara könüllü olaraq verməkdən bu cür vasitələrlə yayınmağa çalışır. Cavabdeh MMC xx.xx.2015-ci il tarixli müqavilənin tərəfi olan çoxsaylı bina sakinlərinin müqavilənin 2.2, 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4 və 2.2.5-ci bəndlərində nəzərdə tutulan öhdəliyini yerinə yetirmədiyini göstərsə də bu hallar iş materialları ilə təkzib edilir. Çünki, həmin bəndlərdə bina sakinləri cəmi bir milyon əlli manatı nağd şəkildə MMC-yə ödəmək öhdəliyi götürməmişlər. Öhdəlik qeyd olunan məbləğlərin bu binaların su-kanalizasiya, lift və elektrik işlərinin görülməsinə sərf edilməsindən ibarət olmuşdur. Sərf edilmiş məbləğlərə dair həm MMC-nin kassa mədaxil orderləri, həm də görülmüş işlər aktlaşdrılmışdır. Bu işlərin görülmədiyinə dair bina sakinlərindən heç bir etiraz olunmamış, olunsa belə bunun artıq Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. Çünki, apellyasiya baxışı zamanı da məlum oldu ki, artıq MMC kimi binaların idarəetməsindəndə kənarlaşdırılmış, yeni idarəedici qurum yaranmışdır. Burada, Cavabdeh MMCnin prokurorluğa müraciət etməsinin də şikayətin əsaslılığına heç bir təsiri ola bilməz. Çünki, müqavilə tərəfi olan yaxud olmayan bina sakinlərindən kiminsə hansısa bina sakinlərindən qanunsuz olaraq cinayət yolu ilə hansısa məbləğdə pul alması həqiqi olsa belə bu hallara görə cinayət təqibi üzrə araşdırma aparılaraq müvafiq qərar qəbul edilməklə hüquqi qiymət veriləcəkdir. Bu məsələdə Cavabdeh MMC-nin “narahat” olmasına da heç bir zərurət yoxdur.
50. Bundan başqa, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər(MM.m.452.1, 452.2). Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçılar, həm də Arzu İsmayılova və Mehdi Əliyevlə bağlanmış müqavilələrin etibarlılığı baxımından hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş qeyri-yaşayış sahəsi o vaxt verilə bilər ki, həmin əmlak digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, Cavabdeh MMC qeyriyaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni birinci iş üzrə iddiaçılara vermişdirsə, onda Arzu İsmayılova və Mehdi Əliyevin xx.xx.2015ci il tarixli müqavilənin etibarsızlığını yaxud qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər(MM.m.443,452.2, 448). Buna görə də, hazırki iş üzrə qeyri-yaşayış sahəsinin xx.xx.2015-ci il tarixli müqavilə üzrə iddiaçılara təhvil verilməsi və onların sahibliyində olması işin mübahisəsiz halıdır, apellyasiya baxışı zamanı da Cavabdeh MMC, Arzu İsmayılova və Mehdi Əliyev qeyri-yaşayış sahəsinin xx.xx.2015-ci il tarixli müqavilə üzrə bina sakinlərinin sahibliyində və istifadəsində olmasını inkar etmədi. Lakin hazırki iş üzrə Arzu İsmayılova və Mehdi Əliyevin mübahisəli qeyri-yaşayış sahəsinə görə MMC-yə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir, üstəlik qeyriyaşayış sahəsinin səkkiz ildən artıq müddətdə xx.xx.2015-ci il tarixli müqavilə üzrə iddiaçıların sahibliyində və istifadəsində olması da işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə MMC-nin səlahiyyətli şəxslərinin sonradan Arzu İsmayılova və Mehdi Əliyevin adına saxta sənədlər tərtib edərək hazırki iddiaları irəli sürmələri isə əlbətdə ki, yolverilməzdir. Çünki, bu hal açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə edib başqalarına zərər vurmaq məqsədi daşımışdır.
51. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 18, 19 və 23-cü bəndlərində qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mübahisələndirilən xx.xx.2015-ci il tarixli müqavilə müvafiq razılığın olmamasına(MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarının olmamasına görə) görə etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur(MM.m.355.1,355.2).Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir(MM.m.357). Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur(MM.m.358.1,358.2). Göründüyü ki, hətta qəbul edilsə belə ki, xx.xx.2015-ci il tarixli müqavilə MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı və razılığı olmadan imzalanmışdır, bu müqavilə həm hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş, həm də səlahiyyətli şəxs tərəfindən imzalanmış, altı il ərzində MMC-nin vəzifəli şəxsləri tərəfindən mübahisələndirilməmiş, əksinə müqavilə üzrə edilən ödənişləri qəbul etmiş, demək ki, müqaviləni nəinki bağlanmasına razılığını ifadə etmiş və bəyənmiş, həmçinin əhəmiyyətsiz əqd olsa belə əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirildiyindən, eləcə də əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs kimi təsdiq etdiyindən, bununlada əqdi mübahisələndirmk hüququnu itirmişdir. Çünki, təsdiq etmə, razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da Cavabdeh MMC, Arzu İsmayılova və Mehdi Əliyev iddialarının rədd edilməsi üçün müstəqil əsas sayılır. 52.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, Cavabdeh MMC, Arzu İsmayılova və Mehdi Əliyev üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür, yəni Cavabdeh MMC, Arzu İsmayılova və Mehdi Əliyevin iddialarınn rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, əqdin etibarsızlığının əsası və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
53. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnamələri faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Odur ki, hazırki apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-173/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-173/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.