Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2092/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi Qəhrəman Qarayevin, Cavabdeh1 nümayəndəsi Fərid Heydərlinin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, ipoteka predmetinə tutma yönəldilməsi və digər tələblərinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4954/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Baxılan iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilərək, Cavabdeh1 Bank arasında bağlanmış 16010-0580/373980 nömrəli xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 8.126,24 ABŞ dolları əsas, 531,61 ABŞ dolları faiz, 20 ABŞ dolları penya olmaqla, cəmi 8.677,02 ABŞ dolları borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərdən tutuplmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “Chevrolet Cruze minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə realizə edilməsi, avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquq və vəzifələri, vəsatət vermək hüququnun olduğu ona izah edilməyib. Ona görə də borcun müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatət verə bilməyib. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, hər iki devalsasiya zamanı əsas qalıq borcunun məbləği 10000 ABŞ dollarından yuxarı olduğu üçün kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməyib. Bu barədə X2 Palatasına etdiyi müraciətlər nəticəsiz qalıb. Banka 24000 manatdan artıq ödəniş ediblər, lakin Bank hələ də borcludan 8777 ABŞ dolları vəsait tələb edir. Bütün ödənişlər Bankın təqdim etdiyi hesabdan çıxarışda əks olunub. Nümayəndə şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, borcluya ilkin kredit 2013-cü ildə verilsə də sonradan həmin müqavilə üzrə qətnamə çıxıb. Qətnamənin icrası mərhələsində tərəflər razılığa gələrək xx.xx.2016-cı il tarixdə yeni müqavilə imzalayıblar. Hazırkı borc sonuncu müqavilə üzrə yaranıb, lakin borclu bu müqavilədən əvvəl edilmiş ödənişlərin də nəzərə alınmasını tələb edir. Nümayəndə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli 16010-0580/373980 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcluya illik 8% dərəcəsi ilə 60 ay müddətinə 12.876,31 ABŞ dolları kredit vermiş, borclu krediti və ona hesablanmış faizləri hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli və saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus “Chevrolet Cruize” markalı, 90-SG138 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Bank ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə görə sonuncu, kredit öhdəliyinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixə iddiaçıya 8.126,24 ABŞ dolları əsas, 531,61 ABŞ dolları faiz, 119,17 ABŞ dolları penya olmaqla, cəmi 8.777,02 ABŞ dolları məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 279, 295, 421, 467 və 739-cu maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və azaldılmış cərimə borcu Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmeti olan avtomobilə yönəldilməlidir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh1 Bankla xx xxxxxxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağladığını mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı barədə mötəbər sübutlar təqdim etməmişdir. Cavabdehin dəlillərindən görünür ki, o, xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin bağlanmasından əvvəl etdiyi ödənişlərin nəzərə alınmasını xahiş edir. Halbuki tərəflər arasında kredit verilməsi barədə sonuncu razılaşma xx.xx.2016-cı il tarixdə imzalanmışdır. Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, bu müqavilənin bağlanması ilə tərəflər arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə novasiya nəticəsində xitam vermişdir. Belə ki, Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, sonuncu müqavilənin bağlanmasından sonra borclu tərəfindən 6537,06 ABŞ dolları ödəniş edilmiş, həmin ödənişin 4750,07 ABŞ dolları əsas borca, 1786,99 ABŞ dolları faiz borcuna, yalnız 16,7 ABŞ dolları cərimə borcuna silinmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi etdiyi bütün ödənişlərin Bankın təqdim etdiyi hesabdan çıxarışda əks olunduğunu bildirmişdir. Tələb olunan faiz əsas borca mütənasibdir, dəbbə pulunun məbləği minimuma azalıdlmışdır. Bu baxımdan iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4954/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-2092/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2092/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver