Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2095/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon icra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3282/2021 saylı işi üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "Accessbank” QSC-yə, "X3” MMC-yə və Yasamal rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(103)- 2898/2018 saylı icra vərəqəsinə və cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinin 17 yanvar 2019-cu il tarixli 17/72-231384/8-1374 saylı sifarişinə əsasən xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 247 500 manat olan, 1 saylı evin ipoteka predmeti olan "A" tikilisinin (ev 1 A) cavabdeh "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(005)-2304/2019 saylı qətnaməsinə əsasən, iddiaçı X2 cavabdeh "X3” MMC-yə "Accessbank” QSC-yə və Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) "hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (səh.5); Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2(103)-13481/2019 saylı qətnaməsinə əsasən, iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş,iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə 07 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı X2 cavabdeh "X3”MMC-yə, "Accessbank” ASC-yə və Bakı şəhəri Yasamal Rayon icra və probasiya Şöbəsinə (DƏDRXİ-nin Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir (səh.12); Azərbaycan Repsublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28.10.2020-ci il tarixli 2(102)-4830/2020 saylı qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (səh.20); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı №0207896 saylı çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsi, ev 1 25.05.2011-ci il tarixdə X2 adına hüquqi rəsmiləşdirilişdir (səh.24). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3282/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 106.1, 119, 217-ci maddələrinə; "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarına; "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53, 62; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82, 415.2ci maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov küçəsi, 1 saylı evin "A” tikilisi Yasamal rayon İcra və Probasiya şöbəsinin 17/72-231384/8- 1374 saylı 17.01.2019-cu il tarixli sifarişi məktubuna və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2898/2018 saylı 05.03.2018-ci il tarixli icra vərəqəsinə əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 247 500 manat, əmlakın 15% endirimlə 210375 manat, 25% aşağı qiyməti 157781 manat olmaqla "Accessbank” QSC-nin balansına keçirilmişdir. Bununla bağlı 18.03.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə imzalanmışdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Kaspi qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "Accessbank” QSC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov küçəsi, 1 saylı evin "A” tikilisi "İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. eyni predmet üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2304/2019 saylı, 07.08.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı X2 Cavabdeh1-yə Cavabdeh2 QSCyə və Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi qeyd edilən qətnamə ilə hazırda mübahisələndirilən hallar araşdırılmış və həmin mübahisəli hallara hüquqi qiymət verilmişdir. Bununla yanaşı sübutlardan da göründüyü kimi hazırda iddiaçının hərracın qanuniliyini mübahisələndirməsi əsasları eyni olmuş və bu barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-2304/2019 saylı, 07.08.2019-cu il tarixli qətnaməsi mövcuddur. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon icra şöbəsinə qarşı hal-hazırda Nərimanov rayon məhkəməsinin icraatında olan iddia tələbində mübahisələndirilən məsələyə yuxarıda sözügedən qətnamə ilə hüquqi qiymət verilmişdir. Belə olan təqdirdə İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon icra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsini ləğv edərək xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 247 500 manat olan, 1 saylı evin ipoteka predmeti olan "A" tikilisinin (ev 1 A) cavabdeh "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, 416; "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 44; Məhkəmə Mülki- Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(103)-2898/2018 saylı icra vərəqəsinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin 17 yanvar 2019-cu il tarixli 17/72-231384/8- 1374 saylı sifarişinə əsasən cavabdeh "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusi mülkiyyət hüququ ilə qohumu X4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 247 500 manat olan, 1 saylı evin ipoteka predmeti olan "A" tikilisini (ev 1 A) təkrar hərrac baş tutmadığıdan cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti təkrar hərracdakı 15 faiz endirimələ olan 210 375 manat hərrac qiymətindən 25 faiz aşağı qiymətə, yəni 157 781 manata almışdır. Cavabdeh hərrac təşkilatı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmış və cavabdehlər Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinin sifarişçi icra məmuru Məmməd Bayramovun, hərracın təşkilatçısı "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin, alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə hərracın yekunları barədə 18 mart 2019-cu il tarixli 35 saylı Protokol tərtib edilmişdir. 03 aprel 2006-cı il tarixdən, yəni ev ipoteka ilə yüklü edilən vaxtdan əvvəl X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsi, 1 saylı evdə qeydiyyatdadır və ailə üzvləri ilə yaşayır. Həmin evə yaşayış hüququ vardır. Ev hərracda satılarkən həmin evdə qeydiyyatda olmağı və yaşayış hüququnun olması nəzərə alınmayıb. Hərrac və onun yekunları barədə ona iddia ərizəsi ilə məhkəməyə müraciət edən ərəfədə məlum olub. Məhkəmə onun və ailə üzvlərinin mübahisəli evdə yaşamaq hüququnun olmasını aydınlaşdırmayıb. Hərracın keçirilərək evin satılması onların evdən istifadə hüquqlarını pozub. Ona görə də, qətnamə ləğv edilməlidir. 03 aprel 2006-cı il tarixdən, yəni ev ipoteka ilə yüklü edilən vaxtdan əvvəl X4 məxsus Bakı şəhəri Yasamal rayonu, Heydər Hüseynov küçəsi, 1 saylı evdə qeydiyyatdadır və ailə üzvləri ilə yaşayır. Həmin evə yaşayış hüququ vardır. Ev hərracda satılarkən həmin evdə qeydiyyatda olmağım və yaşayış hüququmun olması nəzərə alınmayıb. Hərrac və onun yekunları barədə ona iddia ərizəsi ilə məhkəməyə müraciət edən ərəfədə məlum olub. Məhkəmə onun və ailə üzvlərinin mübahisəli evdə yaşamaq hüququmuzun olmasını aydınlaşdırmayıb. Ona görə də, məhkəmə səhv hüquqi nəticəyə gəlib Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair" 23.02.2016-cı il tarixli qərarını mübaqisəli hala tətbiq edərək səhvən belə nəticəyə gəlmişdir ki, onun cavabdehlər arasında əvvəllər eyni mübahisəyə baxılması barədə qüvvəyə minmiş məhkəmə qərarı vardır. Ona görə də, həmin mübahisəyə baxıla bilməz. Halbuki, belə qərar yoxdur. Ona görə də, məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 228.3-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3,28 51.1, 53.2, 61, 62; Mülki Məcəllənin 139-158, 269, 294, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41- 46,48; Mülki Prosesual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və müasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Qeyd edilməlidir ki, ipoteka predmeti olan evdə yaşayışın olması mülkiyyətçi ilə olan mülki münasibətlərdir və cavabdehlərin vəzifələrin əhatə etmir. Ümumiyyətlə, iddaçı iddia tələbi üzrə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması və onlara münasibətdə mülki hüquq pozuntusunun nədən ibarət olduğunu əks etdirməmişdir.Məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə yüksək qanunvericiliyin göstərişləri iddiaçının məsuliyyət həddindən kənar səbəblərdən öncə öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən - kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini sübut etməlidir. Qanunvericilik hərracın keçirilməsi barədə yaşayış sahəsindən istifadə hüququ olan və ya mənzilə qeydiyyatı olan şəxslərin hərracın keçirilməsi barədə məlumatlandırmanı nəzərdə tutmamışdır. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3282/2021 saylı işi üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2095/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2095/2022
05.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver