Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2121/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Zəlimxan oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı işi üzrə Açar sözlər: ( “mülkiyyətin müdafiəsi”) hakimlər X18 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Zəlimxan oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X4, Müfid-zadə Vüqar Vasif oğlu, X17, X28 və Bakı şəhəri 53 saylı Notariat Kontoru olmaqla) “mülkiyyətin müdafiəsi” tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4325/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı Zəlimxan oğlu cavabdeh "Bakı Abadlıq Xidməti” MMC-yə qarşı "mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən zəbt edilmiş ünvan 1 ünvanda verləşən torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, həmin ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində 35000 manat məbləğində maddi ziyanın Bakı Abadlıq Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Ölkədə hökm sürən pandemiya ilə əlaqədar bir müddət xüsusi mülkiyyətində olan evə və torpaq sahəsinə gedə bilməmişdir. 2022-ci ilin yay aylarında ona məlum olmuşdur ki, evi və torpaq sahəsi X29 tərəfindən tutulmuş, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Uzun sürən araşdırmalardan sonra məlum olmuşdur ki, onun xüsusi mülkiyyətində olan ev və torpaq sahəsi "Baki Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən zəbt edilmişdir. Müraciəti üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmiş və ona mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Araşdırmalar zamanı cavabdeh onun adına olan əmlakı daha da yeni və təmir olunmuş vəziyyətdə ona qaytarılmasına razı olduqlarını bildirsələr də, ona nə evini, nə torpaq sahəsini qaytarılmamışdır.
2. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 4 nömrəli 0.083 hektarlı torpaq sahəsi İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 4 İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 12 sentyabr 2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********02-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 İddiaçı Zəlimxan oğlunun 1/2 hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 02 aprel 2015-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır; - Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X25 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Razılaşmadan görünür ki, "Bakı Abadlıq Xidməti” MMC, X19, X4 və X17 arasında razılaşma müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, ikinci tərəflərin istifadəsində olan ünvan 2 ünvanında yerləşən 0.1450 bu Müqavilənin 2-ci bəndində razılaşdırılmış dəyərinin, ikinci tərəflərə kompensasiya edilməsini öhdəsinə götürür, ikinci tərəflər isə həmin kompensasiyanı qəbul edərək, Daşınmaz Əmlakdan birinci tərəfin xeyrinə imtina edir və bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməyi öhdəsinə götürür. Tərəflər razılaşmışlar ki, Daşınmaz Əmlaka görə ümumi kompensasiya edilməli olduğu dəyər Müqavilənin rəsmiləşdirilməsi və kompensasiya məbləğinin köçürülməsi, habelə birinci tərəfə aid müvafiq digər xərclər istisna olunmaqla 100.000 manat təşkil edir. Tərəflər razılaşırlar ki, Birinci tərəf hazırki müqavilə üzrə Daşınmaz Əmlakın bu Müqavilənin yuxardaki 2-ci bəndində göstərilən Daşınmaz Əmlakınn kompensasiya olunan dəyərini notariusun müvafiq depozit hesabı vasitəsi ilə ikinci tərəflərə - X16 40.000 manat, X9 30000 manat və X3 30000 manat ödəyəcək; - Azərbaycan Respublikasının İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-32217/2024-**********17 nömrəli xx.xx.2024-cü il tarixli məhkəmənin sorğuya cavab məktubunda, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi, döngə 3, 5a nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, ev 7, 7 saylı mənzilin 1/2 hissəsi və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi, 4 saylı sahəsində yerləşən torpaq sahəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; - X19 xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında atası X1 varisi olaraq istifadəsində olan 0.1450 ha torpaq sahəsinin qardaşı X2 və o zaman Bələdiyyə sədri olan X23 iştirakı ilə 100000 (bir yüz min) manat kompensasiya ödənilməklə Bakı Abadlıq Xidməti MMC ilə müqavilə bağlayaraq qeyd olunan torpaq sahəsini Bakı Abadlıq Xidməti MMC-nin istifadəsinə verdiyini bildirmişdir; Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 13 sentyabr 2024-cü il tarixli 5-18/2- 1737/2024 nömrəli sorğuya cavab məktubunda məhkəməyə bildirilmişdir ki, Ramana qəsəbəsinin inzibati ərazisində yerləşən Haqverdiyev küçəsi, ev 4 və Vəli Vəliyev küçəsi ayrı-ayrı ünvanlardır; - İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış yararsız olduğu üçün üzərindəki hüquqların dövlət qeydiyyatını ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir; - X7 təşkilatın CVN/D18-150/24 nömrəli, 24 dekabr 2024-cü il tarixli Daşınmaz əmlakın tikintitəmir-bərpa xərclərinin müəyyən edilməsi barədə arayışından görünür ki, İddiaçı Zəlimxan oğluna məxsus, ünvan 4 ünvanı və bilavasitə yaxın ətraf ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşmiş, hazırda söküntüyə məruz qalmış, ümumilikdə 33.7 kv.metr sahədən ibarət, orta təmirli fərdi yaşayış evlərinin yenidənqurma və ya tikinti-təmir-bərpa xərcləri: Tikinti xərcləri: 400,0 (dörd yüz) manat/1 kv.metr; Təmir xərcləri: 600,0 (altı yüz) manat/1 kv.metr təşkil etməklə, Ümumilikdə: 1000,0 (bir min) manat/1kv.metr təşkil edir. Beləliklə, aparılmış hesablamalar və təhlillərə əsasən İddiaçı Zəlimxan oğluna məxsus, ünvan 4 ünvanı və bilavasitə yaxın ətraf ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşmiş, hazırda söküntüyə məruz qalmış, ümumilikdə 33.7 kv.metr sahədən ibarət, orta təmirli fərdi yaşayış evlərinin yenidənqurma və ya tikinti-təmir-bərpa xərcləri xx.xx.2024-cü il tarixinə: 33.700,0 (otuz üç min yeddi yüz) manat təşkil edir.
3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4325/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 4 ünvanda yerləşən İddiaçı Zəlimxan oğluna məxsus torpaq sahəsi boşaldılaraq geri qaytarılması qərara alınmışdır. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60; Mülki Məcəlləsinin 152.1, 152.2, 152.4, 180.4, 238.1, 238.3, 239.2; Mülki Prosessual Məcəllənin 4.1; Torpaq Məcəlləsinin 84, 111; "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ilk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşyahüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarışından göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 4 nömrəli 0.083 hektarlı torpaq sahəsi İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı yerli baxış təyin edilmiş mübahisəli sahəyə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsində Bakı Abadlıq Xidməti tərəfindən abadlıq işləri aparılmış sahənin hər iki hissəsində dəmir darvaza qoyulması müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 4 ünvanda yerləşən İddiaçı Zəlimxan oğluna məxsus torpaq sahəsi boşaldılaraq (iddiaçıya məxsus xx.xx.2022-ci il tarixli çıxarışa əsasən olan kordinatlar üzrə) geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli Çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında olan 33,70 kv tikili sahəsi X6 məxsus olmuşdur. İş materiallarında olan X10 xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yararsız olduğu üçün üzərindəki hüquqların dövlət qeydiyyatını ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. İş materialları 152-ci vərəqədə xx.xx.1982-ci il tarixdə tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportda qeyd olunan iddiaçıya məxsus tikili sahə dağılmış sahə kimi göstərilmişdir. Eyni zamanda iş materialları 90-cı vərəqədə xx.xx.2015-ci il tarixdə X6 verilmiş Texniki Pasportda da, həmin sahə uçurulmuş kimi göstərilmişdir. Eləcə də, X19 xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında atası X1 varisi olaraq istifadəsində olan 0.1450 ha torpaq sahəsinin qardaşı X2 və o zaman Bələdiyyə sədri olan X23 iştirakı ilə 100000 manat kompensasiya ödənilməklə Bakı Abadlıq Xidməti MMC ilə müqavilə bağlayaraq qeyd olunan torpaq sahəsini Bakı Abadlıq Xidməti MMC-nin istifadəsinə verdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı X11 ona məxsus olan 33,7 kv tikili sahəsinin məhz Bakı Abadlıq Xidməti tərəfindən sökülməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmiş, iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır ki, qeyd olunan tikili sahə hələ 1982-ci il texniki sənədlərində uçurulmuş sahə kimi göstərilmiş və iddiaçı özü xx.xx.2022-ci ildə DƏDRX-nin 1 saylı ərazi idarəsinə ərizə ilə müraciət edərək, fərdi yaşayış evinin yararsız olması ilə bağlı üzərində olan hüquqların ləğv edilərək, yalnız torpaq sahəsi ilə bağlı onun hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin oluna bilməz. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti vermiş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin İş № e- 2(008)-4325/2024, xx.xx.2024-cü il tarixli qətnaməsini qismən, iddianın təmin olunmayan hissəsində ləğv edərək iddia tələbinin tam şəkildə təmin olunması barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1097.3; Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşmiş, sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülmüş fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Ölkədə hökm sürən pandemiya ilə əlaqədar bir müddət xüsusi mülkiyyətində olan evə gedə bilməmişdir. 2022-ci ilin yay aylarında ona məlum olmuşdur ki, evi və torpaq sahəsi X29 tərəfindən tutulmuş, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Uzun sürən araşdırmalardan sonra məlum olmuşdur ki, onun xüssusi mülkiyyətində olan ev və torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən abadlaşdırılmaq məqsədilə zəbt edilmiş, bunun müqabilində aidiyyəti olmayan şəxslərə 100000 manat məbləğində pul verilmişdir. X29 isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşıdır. Qeyd edilən proseslər X22 iştirakı ilə baş vermişdir. Müraciəti üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlar qəbul edilmiş və ona mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Araşdırmalar zamanı cavabdeh "xxxx" MMC onun adına olan əmlakı daha da yeni və təmir olunmuş vəziyyətdə ona qaytarılmasına razı olduqlarını bildirsələr də, ona nə evi, nə torpaq sahəsi qaytarılmamışdır. Bundan sonra tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəmə prosesləri gedişatında məhkəmənin yerli baxış təyin etdiyi həyətyanı sahəyə hər iki tərəfdən qoyulmuş darvazaların qıfılı açılmış, məhkəmə getdikdən sonra isə qapıların qıfılının onlar tərəfindən dəyişdirildiyini görəndən sonra ümumiyyətlə qapıları yerindən çıxardıb aparmışlar. Birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən sonra, eyni zamanda İddiaçı tərəfindən polis orqanlarına şikayətlər olunduqdan sonra qapılar yerinə qoyulmuşdur. Bakı Abadlıq Xidməti” MMC bu məsələdə özünə haqq qazandıraraq qeyd edir ki, notarial razılaşma əsasında 100000 manat pul müqabilində qeyd edilən sahə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X25 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Razılaşmaya əsasən "xxxx" MMC, X19, X4 və X17 arasında razılaşma müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, ikinci tərəflərin istifadəsində olan ünvan 2 ünvanında yerləşən 0.1450 bu Müqavilənin 2-ci bəndində razılaşdırılmış dəyərinin, ikinci tərəflərə kompensasiya edilməsini öhdəsinə götürür, ikinci tərəflər isə həmin kompensasiyanı qəbul edərək, Daşınmaz Əmlakdan birinci tərəfin xeyrinə imtina edir və bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməyi öhdəsinə götürür. Tərəflər razılaşmışlar ki, Daşınmaz Əmlaka görə ümumi kompensasiya edilməli olduğu dəyər Müqavilənin rəsmiləşdirilməsi və kompensasiya məbləğinin köçürülməsi, habelə birinci tərəfə aid müvafiq digər xərclər istisna olunmaqla 100000 manat təşkil edir. Tərəflər razılaşırlar ki, Birinci tərəf hazırki müqavilə üzrə Daşınmaz Əmlakın bu Müqavilənin yuxardaki 2-ci bəndində göstərilən Daşınmaz Əmlakın kompensasiya olunan dəyərini notariusun müvafiq depozit hesabı vasitəsi ilə ikinci tərəflərə - X16 40000 manat, X9 30000 manat və X3 30000 manat ödəyəcək. Qeyd edilən razılaşmaya əsasən, "xxxx" MMC hər hansı bir hüquqi sənəd tələb etmədən yuxarıda adları qeyd edilən şəxslərə 100000 manat ödəmiş, lakin pul ödəyərək sökdüyü evin, abadlaşdırmaq istədiyi torpaq sahəsinin mülkiyyətçisinin kim olduğunu, həmin ünvanda kimin qeydiyyatda olduğunu araşdırmamış, əksinə daşınmaz əmlakın mülkiyytəçisi İddiaçı öz əmlakını tələb etdikdə əmlakı qaytarmaqdan və dəyən ziyanı ödəməkdən imtina etmişlər. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 13 sentyabr 2024-cü il tarixli 5-18/2- 1737/2024 nömrəli sorğuya cavab məktubunda məhkəməyə bildirilmişdir ki, Ramana qəsəbəsinin inzibati ərazisində yerləşən Haqverdiyev küçəsi, ev 4 və Vəli Vəliyev küçəsi ayrıayrı ünvanlardır. Belə olan halda "xxxx" MMC başqaünvan üçün pul ödəyərək, xüsusi mülkiyyətdə olan başqa ünvandakı evi sökərək həyətyanı sahəni abadlaşdırmaqda niyə maraqlı olmuşdur. Bütün bu nüanslar məhkəmə tərəfindən araşdırılası məqamlardır. Sabunçu rayon polis idarəsində gedən araşdırmalar zamanı tam təsdiqi tapmışdır ki, İddiaçı məxsus fərdi yaşayış evi "xxxx" MMC tərəfindən sökülmüşdür. Hətta yerli baxış zamanı qonşulardan biri də həmin ünvanda köhnə fərdi yaşayış evinin olduğunu, həmin evin "xxxx" MMC tərəfindən sökülməsi barədə hakimə məlumat vermişdir. Sökülmüş fərdi yaşayış evinin qiymətinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin yaşayış sahəsi hazırda mövcud olmadığından orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Hansı ki texniki pasporta uyğun olaraq fərdi yaşayış evinin sahəsi nəzərə alınaraq sökülmüş evin bərpası ilə bağlı qiymət müəyyən edilə bilərdi. Dəyən ziyanı təyin olunmuş ekspertiza müəyyən edə bilmədiyindən tərəflərindən Qiymətləndirmə Təşkilatına müraciət olunmuş, X8 təşkilatın CVN/D 18-150/24 nömrəli, 24dekabr 2024-cü il tarixli Daşınmaz əmlakın tikinti-təmir-bərpa xərclərinin müəyyən edilməsi barədə arayışa əsasən İddiaçı Zəlimxan oğluna məxsus, ünvan 4 ünvanı və bilavasitə yaxın ətraf ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşmiş, hazırda söküntüyə məruz qalmış, ümumilikdə 33.7 kv.metr sahədən ibarət, orta təmirli fərdi yaşayış evlərinin yenidənqurma və ya tikinti-təmir-bərpa xərcləri xx.xx.2024-cü il tarixinə: 33.700,0 manat təşkil etdiyi məlum olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 İddiaçı Zəlimxan oğlunun 1/2 hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 02 aprel 2015-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli Çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında olan 33,70 kv tikili sahəsi X6 məxsus olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış yararsız olduğu üçün üzərindəki hüquqların dövlət qeydiyyatını ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Buna səbəb o olmuşdur ki, artıq yaşayış evi "xxxx" MMC tərəfindən sökülmüşdür və fatiki olmayan evə görə çıxarışın verilməsi mümkün olmadığından İddiaçı məcburiyyət qarşısında qalaraq belə bir ərizə verərək torpaq sahəsinə dair çıxarış almışdır. Məhkəmə evin sökülməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi ilə bağlı qeyd etmişdir ki, “İş materialları 152-ci vərəqədə xx.xx.1982-ci il tarixdə tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportda qeyd olunan iddiaçıya məxsus tikili sahə dağılmış sahə kimi göstərilmişdir. Eyni zamanda iş materialları 90-cı vərəqədə xx.xx.2015-ci il tarixdə X6 verilmiş Texniki Pasportda da, həmin sahə uçurulmuş kimi göstərilmişdir.” Bununla bağlı qeyd edir ki, texniki pasportdan da aydın görünür ki, evin bir otağı uçmuş kimi göstərilmiş və həmin hissə 33.7 kv.m sahəyə aid deyildir. Texniki pasport və çıxarış verilərkən uçmuş sahə nəzərə alınmamışıdr. 33.7 kv.m. sahə isə yaşayış üçün yararlı vəziyyətdə olan ev olmuşdur və sahənin abadlaşdırılması məqsədilə məhz Bakı Abadlıq Xidməti” MMC tərəfindən dağıdılmışdır. Hətta "xxxx" MMC-nin nümayəndəsi və vəkili də məhkəməyə verdiyi izahatında , Esmira adlı şəxsin həmin tikilini söküb "xxxx" MMC-yə təqdim etdiyini etiraf etmişdir. Yəni həmin ünvanda fərdi yaşayış evinin olduğu cavabdeh tərəfindən də etiraf edilmişdir. Polis İdarəsində ifadə verən cavabdehin əməkdaşı da yaşayış evinin onlar tərəfindən uçurulmasını etiraf etmiş, əvəzində daha təmirli ev vermək istədiklərini bildirsələr də, hər hansı bir hərəkət etməmişlər. Məhkəmə iclasında iştirak edərək izahat verən və yerli baxış zamanı iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 izahatına hüquqi qiymət verilməmiş, yalnız onun xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinə istinad etməklə kifayətlənmişdir. Hansı ki Esmira Zərbəliyeva da "xxxx" MMC tərəfindən qanunsuz pul aldığına görə cavabdehdən üzərinə hər hansı bir öhdəlik qoyulmasın deyə Feyzuliyə məxsus evin onun, yəni Esmiranın özü tərəfindən sökülməsi barədə məhkəməyə izahat vermişdir. Məhkəmə hər hansı bir hüquqi əsas olmadan 2022-ci ilin yay aylarına qədər faktiki mövcud olmuş, dövlət reyestrindən qeydiyyatdan keçmiş xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş fərdi yaşayış evinin sökülməsi nəticəsində dəyən ziyanı müəyyən etmək əvəzinə, ümumiyyətlə həmin evin 1982-ci ildən sökülməsi nəticəsinə gəlmişdir. Bu isə işin ətraflı araşdırılmamasına sübutdur. Hansı ki, Polis idarəsində verilən izahat zamanı cavabdehin nümayəndəsi, yerli baxış zamanı qonşular və Esmira özü, məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi və vəkili evin mövcud olması barədə oxşar izahatlar vermişlər. 2022-ci ilin yay aylarına qədər faktiki mövcud olmuş evin təqdim olunmuş sübutlar əsasında kimin tərəfindən hansı səbəbdən sökülməsinə məhkəmə tərəfindən aydınlıq gətirilməli idi. Bu hissədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar göstərilir. Həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməlidir.
5. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, iddiaçı X10 verdiyi apellyasiya şikayəti ilə guya mülkiyyətində olmuş 33,7 kv,m fərdi yaşayış evinin sökülməsi ilə ona guya 33700 manat zərər dəyməsini bildirir. Bu məqsədlə AR Mülki qanunvericiliyinin 21, 1096 və 1097-ci maddələrinə istinad edilmiş, AR Mülki Prosessual Məcəllənin isə 88 və 217-ci maddələrinə istinad edilməklə guya maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini bildirməklə, iddiaçının guya maddi zərər çəkdiyini qeyd edir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. O səbəbdən köhnə tikili olan 33,7 kv.m fərdi yaşayış evinin hər kv.m üçün 1000 manat təzminatın ödənilməsini tələb etmək absurddur. Belə ki, birinci instansiya məhkəməsi mövcud iddia predmetini tam hərtərəfli araşdırma etmişdir. Məlum olmuşdur ki, 2015-ci ildə hansı qeyri-müəyyən əsaslarla 33,7 kv.m fərdi yaşayış evinə mülkiyyət hüquqları əldə etmiş olsa da, həmin mülkiyyətin qəzalı uçulmuş vəziyyətdə olması nəzərə alınmamışdır. İş materiallarında həmin evin texniki pasportu üzrə qəzalı uçulmuş evin olması barədə hələ 1982ci ilin qeydləri X19 tərəfindən təqdim edilmiş qəzalı evə dair fotoşəkillər ilə bir daha təsdiq edilmişdir. Evin zəmin qatı torpaq sahəsi və həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətdə deyil, dövlət mülkiyyətində olması təsdiq edilmişdir. X19 tərəfindən etiraf edildiyi kimi nənəsinin tarixi torpağı kimi ərazidə yerləşən uçulmuş fərdi yaşayış evini sökməklə, "xxxx" MMC-nın ictimai məqsədlərlə istifadəsinə verilmişdir. "xxxx" MMC öz növbəsində dövlət mülkiyyətində olan sadəcə torpaq sahəsini abadlaşdırmış, ictimaiyyət üçün yararlı istirahət zonası yaradılmışdır. Lakin abadlaşdırma işləri tamamlandıqdan sonra qeyri-müəyyən əsaslarla ictimai yerin zəmin qatı olan torpaq sahəsi 2018-ci ildə iddiaçı Abukejdərov Feyzuli tərəfindən mülkiyyətə qəbul edilmiş, mülkiyyət sənədlərinin əsaslarında qəzalı fərdi yaşayış evinin sökülməsini qəbul etdiyini, üçüncü şəxslərə qarşı iddia qaldırmayacağı barədə ərizə iltizam ilə öz iradəsini ifadə etmişdir. Lakin ifadə etdiyi öz iradəsinə zidd olaraq, artıq qüvvədə olmayan 2015-ci ilin mülkiyyət hüquqları haqqında Çıxarışa istinad edərək, həmin Çıxarışda qeyd olunan 33,7 kv.m olan fərdi yaşayış evinə görə 33700 manat guya maddi zərəri birdəfəlik təzminat kimi tələb etməsinin hüquqi əsası yoxdur. İddiaçının tələbinin əsas hissəsi ictimai yer üçün ayrılmış torpaq sahəsini xüsusi mülkiyyəti olaraq qəbul etmişdir. "xxxx" MMC isə həmin torpaq sahəsini belə mülkiyyətə qəbul etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı X5 "xxxx" MMC-nə qarşı maddi ziyan tələbinin heç bir hüquqi əsası olmadığı üçün apellyasiya şikayətinin təmin edilməməsi və Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4325/2024 saylı qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 şikayətinin mətni ilə eynilik təşkil edən şəkildə izahat verməklə apellyasiya şikayətini müdafiə etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Vəkil2 apellyasiya şikayətinə edilmiş etiraza uyğun izahat vermiş, şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X4, Müfid-zadə Vüqar Vasif oğlu, X17, X28 və Bakı şəhəri 53 saylı Notariat Kontorunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən: 84.1. Torpaq mülkiyyətçilərinin,istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84.3.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
12. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385- 390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsində 33.7 kv.m sahədən ibarət fərdi yaşayış evi cavabdeh tərəfindən sökülmüşdür. Lakin iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış yararsız olduğu üçün üzərindəki hüquqların dövlət qeydiyyatını ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Bundan əlavə, xx.xx.1982-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportda qeyd olunan iddiaçıya məxsus tikili sahə dağılmış sahə kimi göstərilmişdir. Eyni zamanda xx.xx.2015-ci il tarixdə X6 verilmiş texniki pasportda da həmin sahə uçurulmuş kimi göstərilmişdir. Yəni 33.7 kv.m sahədən ibarət fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsinə dair heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, 100000 manat kompensasiya ödənilməklə "xxxx" MMC ilə müqavilə bağlayaraq qeyd olunan torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verildiyindən və hazırda iddiaçının tələbi ilə torpaq sahəsi geri tələb edildiyindən torpağa (istifadəyə) görə ödənilmiş kompensasiya məsələri üzrə münasibətlər olmuş şəxslərə aiddir.
15. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı (sübutedici) hesab etmir və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxsə aid edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Zəlimxan oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4325/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.