Məhkəmə qərarları › İş №2(103)-2131/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2131/2022

02.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2131/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Zülfüqar oğlunun cavabdehlər Cavabdeh1nə və Bakı şəhəri Cavabdeh2nə, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Pakistan Milli Bankının” Bakı filialına qarşı “hərracın nəticələrinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5166/2018 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC (Cavabdeh1) tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli 2(005)- 5166/2018 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(006)-465/2017 nömrəli icra vərəqəsinə əsasən keçirilmiş Cavabdeh1 “hərracın yekunları barədə 150 nömrəli, 07.11.2018-ci il tarixli protokolu və həmin protokolun sonrakı hüquqi nəticələri etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayətləri əsasında işə baxılmış və Bakı Apelyasiya Məhkəməsinin MK-nın 03.04.2019-cu il tarixli, 2(103)-2733/2019 saylı qətnaməsi ilə üçüncü şəxs “Pakistan Milli Bankının” Bakı filialı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli 2(005)-5166/2018 nömrəli qətnaməsinin üçüncü şəxs “Pakistan Milli Bankının” Bakı filialına münasibətdə dəyişdirilmədən saxlanılması, üçüncü şəxs “Pakistan Milli Bankının” Bakı filialı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilmısi qət edilmişdir. Həmin tarixli qərardadla isə cavabdeh 'X3" MMC-nin apellyasiya şikayətindən imtinasının qəbul edilməsi və apellyasiya icraatına "X3” MMC-yə münasibətdə xitam verilməsi qərara alınmışdır. Bundan sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Pakistan Milli Bankının” Bakı filialı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli 2(005)- 5166/2018 nömrəli qətnaməsinə icrada dönüş edilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(005)-5166/2018 saylı qətnaməsi üzrə icrada dönüş edərək, Pakistan Milli Bankının Bakı Filialı tərəfindən ödənilmiş (5%) 24350 manat xidmət haqqının Cavabdeh1 MMC-dən tutularaq Banka ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "Pakistan Milli Bank'’ Bakı Filialı cavabdehlər X1 və İddiaçı Zülfüqar oğluna qarşı kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə; İddiaçı Rüstəm oğlu isə "Pakistan Milli Bank”-nın Bakı Filialına qarşı mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdirlər. Nəsimi rayon məhkəməsinin 20.04.2017-ci il tarixli, 2(006)-465/2017 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, X6 oglu və İddiaçı Zülfüqar oğlundan müştərək qaydada 101658 manat 55 qəpik əsas borcu və 14680 manat 36 qəpik faiz borcu olmaqla, cəmi 116338 manat 91 qəpik borcun əvəzi tutularaq "Pakistan Milli Bank”nın Bakı filialına ödənilinəsi, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən ev 9, 14 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan, ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 487000 manat müəyyən edilməsi, kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı Züllıiqar oğluna qaytarılması, girov qoyulmuş əmlakın satışından əldə olunacaq vəsait qətnamənin icrasına yetərli omadığı halda, qalan məbləğ cavabdehlər X2 və İddiaçı Zülfüqar oğlundan tutularaq “Pakistan Milli Bank”-nın Bakı Filialına ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qəl edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 20.04.2017ci il tarixli. 2(006)-465/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07.12.2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti də təmin olunmamışdır. Cavabdeh2 14.08.2018-ci il tarixli sifariş məktubu ilə mənzil hərraca çıxarılmış, xidmət haqqı olaraq (5%) 24350 manat Cavabdeh1 MMC-nin hesabına ödənilmiş, hərrac təşkilatı tərəfindən hərracın yekunları barədə № 150-li Protokol imzalanaraq təqdim olunmuşdur. Daha sonra isə həmin protokollar icra məmuru tərəfindən imzalanmışdır. Hərracın yekunları barədə protokolun tərtib olunmasından təxminən 1 ay əvvəl İddiaçı Zülfüqar oğlu tərəfindən Cavabdeh1 MMC-nə, Cavabdeh2nə, üçüncü şəxs Pakistan Milli Bankının Bakı Filialına qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov rayon məhkəməsiniı 05.12.2018-ci il tarixli, 2(005)-5166/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.04.2017-ci il tarixli 2(006)-465/2017 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 MMC-nin keçirdiyi “hərracın yekunları barədə 150 saylı 07.11.2018-ci il tarixli protokolunun və həmin protokolun sonrakı hüquqi nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(005)-5166/2018 saylı qətnaməsindən Pakistan Milli Bankının Bakı Filialı və Cavabdeh1 MMC tərəfindən apellvasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məhkəmə prosesi dövründə banka olan borcun Pakistan Milli Bankının Bakı Filialına ödənilməsi məqsədilə Cavabdeh2 depozit hesabına ödənildiyi, Cavabdeh2 həmin vəsaitin və eyni zamanda icra xidmətinə ödənilmiş vəsaitin banka ödənilməsinin təmin ediləcəyi barədə İcra və Probasiya şöbəsinin razılığının olduğu və “X4” MMC-nin Pakistan Milli Bankının Bakı Filialı tərəfindən ödənilmiş hərrac xərcini öz zərəri hesabına banka ödəyəcəyini bildirmiş və buna görə də apellyasiya şikayətindən imtina edərək icraatına xitam verilməsini xahis etmişdir. Bakı Apellyasiya .Məhkəməsinin 2(103)-2733/2019 saylı, 03.04.2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin apellyasiyadan imtinası qəbul edilmiş və apellyasiya icraatına Cavabdeh1 MMC-yə münasibətdə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2733/2019 saylı, 05.04.2019-cu il tarixli qətnaməsi ilə Pakistan Milli Bankının Bakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasına baxmayaraq, bu günə qədər Cavabdeh1 MMC tərəfindən Pakistan Milli Bankının Bakı Filialının (5%) 24350 manat xidmət haqqının banka geri ödənilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(005)- 5166/2018 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(005)-5166/2018 saylı qətnaməsi üzrə icrada dönüş edilməsi, Pakistan Milli Bankının Bakı Filialı tərəfindən ödənilmiş (5%) 24.350 manat xidmət haqqı "xxxx" MMC-dən (Cavabdeh1 MMC-dən) tutularaq Banka ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh "xxxx" MMC şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməyərək geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdə hər hansı qətnamənin ləğvinə istinad yoxdur. Birinci instansiya məhkəməsi hansı qətnamənin icrasında dönüş etdiyini bildirməmişdir. Qeyd edilməlidir ki, X3” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil hüquqi şəxs olaraq Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumları ilə müqavilə bağlayaraq onlara xidmət göstərir və göstərilən xidmətlərə görə aparılan əməliyyatlara görə həmin işin dəyərinə görə xidmət haqqı alır. Bu xidmət icra xidməti deyil, hüquqi şəxsin xidmətidir. Cavabdeh1 MMC-nin haqq almaq hüququdur. Göstərilən xidmətlərin geri dönüşü anlayışı yoxdur. Hüquqi şəxsin xidmətinə görə ödənilən vəsaitin qaytarılması 2 hüquqi şəxs arasında və ya Kommersiya məhkəmələrində baxıla bilər. Cavabdeh1 daxil olan vəsaitə mütənasib ədv-ni həmin gün ədv hesabına ödəyir. Əmlak satışına görə, eləcə də mənfəət vergisini vergi məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablayaraq ödəyir. Məhkəmə geri dönüş olmadığı halda (ləğv edilmiş qətnamə yoxdur) ödənilmiş vergilərin dövlət büdcəsindən qaytarılmasını qət edir qərardadla. Vergi münasibətlərində cavabdeh Vergi orqanıdır. Bu isə rayon məhkəmələrinin yuridiksiyasına daxil deyil. İnzibati məhkəmələrin aidiyyətindədir və icra vərəqəsinin verilməsi üçün əsas olmuş qətnamə hal-hazırda qüvvədədir. Ümumiyyətlə işdə icrada dönüş ola biləcək ləğv edilmiş qətnamə mövcud deyil. Məhkəmə təqdim edilmiş qətnamələrin qüvvədə olduğunu, yəni ləğv edilmədiyini və heç bir qətnamənin icrası olaraq Hərrac təşkilatına vəasitin ödənilmədiyini, hərrac təşkilatının müstəqil fəaliyyəti nəticəsində gəlir əldə etdiyini nəzərə almadığından nəticə işin halları ilə ziddiyyət təşkil etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5166/2018 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Pakistan Milli Bankının” Bakı filialının Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(005)-5166/2018 saylı qətnaməsi üzrə icrada dönüş edilərək, Pakistan Milli Bankının Bakı Filialı tərəfindən ödənilmiş (5%) 24350 manat xidmət haqqının Cavabdeh1 MMC-dən tutularaq Banka ödənilməsi barədə ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3-cü maddəsinə əsasən məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Hazırki iş materiallarından isə göründüyü kimi Nəsimi rayon məhkəməsinin 20.04.2017-ci il tarixli, 2(006)-465/2017 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, X7 oglu və İddiaçı Zülfüqar oğlundan müştərək qaydada 101658 manat 55 qəpik əsas borcu və 14680 manat 36 qəpik taiz botcu olmaqla, cəmi 116338 manat 91 qəpik borcun əvəzi tutularaq "Pakistan Milli Bank”nın Bakı filialına ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən ev 9, 14 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan, ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 487000 manat müəyyən edilməsi, kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı qaytarılması, girov qoyulmuş əmlakın satışından əldə olunacaq vəsait qətnamənin icrasına yetərli omadığı halda qalan məbləğ cavabdehlər X2 və İddiaçı Zülfüqar oğlundan tutularaq “Pakistan Milli Bank”-nın Bakı Filialına ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Rüstəm oğlu isə "Pakistan Milli Bank”-nın Bakı Filialına qarşı mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bundan sonra Cavabdeh2 14.08.2018-ci il tarixli sifariş məktubu ilə mənzil hərraca çıxarılmış, Pakistan Milli Bankının Bakı Filialı tərəfindən xidmət haqqı olaraq (5%) 24350 manat Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli 2(005)-5166/2018 nömrəli qətnaməsi ilə İddiaçı Zülfüqar oğlunun iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(006)- 465/2017 nömrəli icra vərəqəsinə əsasən keçirilmiş Cavabdeh1 “hərracın yekunları barədə 150 nömrəli, 07.11.2018-ci il tarixli protokolu və həmin protokolun sonrakı hüquqi nəticələri etibarsız hesab edilməsi qət edilmişdir. Göründüyü kimi Nəsimi rayon məhkəməsinin 20.04.2017-ci il tarixli, 2(006)-465/2017 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil hərraca çıxarılmış və Pakistan Milli Bankının Bakı Filialı tərəfindən xidmət haqqı olaraq 24350 manat Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. Bundan sonra isə İddiaçı Zülfüqar oğlunun iddiası əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli 2(005)-5166/2018 nömrəli qətnaməsi ilə hərracın yekunları barədə 150 nömrəli, 07.11.2018-ci il tarixli protokolu və həmin protokolun sonrakı hüquqi nəticələri etibarsız hesab edilmiş, qətnaməni Cavabdeh1 MMC və Pakistan Milli Bankının Bakı Filialı apellyasiya qaydasında mübahisələndirmişlər, lakin Pakistan Milli Bankının Bakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 MMC isə apellyasiya şikayətini geri götürmüşdür. Kollegiya qeyd edir ki, qətnamənin icrasına dönüş hərracın hüquqi nəticələrinə bağlı məsələdir, yəni prosessual qanunuvericilik ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarılmalı olmasını, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərinin tutulmalı olamsını nəzərdə tutulmuşdur. Hazırda baxılan ərizənin mahiyyəti isə hərracın keçirilməsi üçün bank tərəfindən ödənilmiş xidmət haqqının geri qaytarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozaraq icrada dönüş haqqında ərizəni təmin etmişdir. Bundan başqa kollegiyası izah edir ki, ödənilmiş xidmət haqqının geri qaytarılması barədə Pakistan Milli Bankının Bakı Filialı tərəfindən müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5166/2018 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməklə icrada dönüş barədə Pakistan Milli Bankının Bakı Filialı tərəfindən verilmiş ərizə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5166/2018 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadı ləğv olunsun. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Pakistan Milli Bankının” Bakı filialının Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(005)-5166/2018 saylı qətnaməsi üzrə icrada dönüş edilərək, Pakistan Milli Bankının Bakı Filialı tərəfindən ödənilmiş (5%) 24350 manat xidmət haqqının Cavabdeh1 MMC-dən tutularaq Banka ödənilməsinə dair icrada dönüş barədə ərizəsi rədd edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Anar Tanrıverdiyev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar