Məhkəmə qərarları › İş №2(103)-2200/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2200/2024

26.02.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2200/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(006)- 4593/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 59000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4593/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlərdən müştərək qaydada 59000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə 09 oktyabr 2023-cü il tarixdə “buraxılmış müddətin bərpasına dair” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli 2(006)- 4593/2021 saylı iş üzrə qəbul edilmiş qətnamədən şikayət verilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddətin Cavabdeh2 tərəfindən buraxılmasının səbəbinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini və şikayətə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4593/2021 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş Nəsimi rayon Məhkəməsinin 2(006)-4593/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə “apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış müddətin bərpası barədə” ərizəsinin təmin edilməsi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş Nəsimi rayon Məhkəməsinin 2(006)-4593/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin üzürlü hesab edilərək bərpa olunması və mülki işin apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iş 15 noyabr 2023-cü il tarixdə həmin məhkəməyə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qərardadı ləğv olunmuş və mülki işin apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4593/2021 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

6. İddiaçı (vəkili-nümayəndəsi Vəkil) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin “müddətin bərpasına dair” 2(006)-4593/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilib müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2023-cü il tarixli, 2(006)- 4593/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. İşdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(006)-4593/2021 nömrəli qərardadı 26 oktaybr 2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə İddiaçı çatdırılmış, sonuncunun hazırkı şikayəti isə elektron kabinet vasitəsilə 11 yanvar 2024-cü il tarixdə göndərilmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ötürülmüşdür.

10. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.

11. Birinci instansiya məhkəməsi qanunun imperativ göstərişlərini diqqətə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

12. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(006)- 4593/2021 nömrəli qərardadından İddiaçı şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar