Məhkəmə qərarları › İş №2(103)-2210/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2210/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2210/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı ASC İddiaçı Bankının nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-859/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC İddiaçı Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********55914/İM №-li İpoteka müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə sazişlər nəzərə alınmaqla) üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 218.1 kv.m ümumi, 115.3 kv.m yaşayış və 102.8 kv.m yardımçı sahələrdən ibarət 5 otaqlı, 1071a saylı bağ evinə ( «1-ci İpoteka predmeti») və xx.xx.2016-cı il tarixli **********55914/İM-l №-li İpoteka müqaviləsi (xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 1071 saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə («2-ci İpoteka predmeti») tutma yönəldilməsi və xx.xx.2014-cü il tarixli **********55914 №-li Kredit müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə sazişlər nəzərə alınmaqla) üzrə Borc alan Cavabdeh2 iddiaçı ASC İddiaçı Bankı qarşısında 250 611,97 (iki yüz əlli min altı yüz on bir ABŞ dolları 97 sent) ABŞ dolları məbləğində əsas borc, xx.xx.2018- ci il tarixinədək əsas borc məbləğinə illik 10% (on faiz) dərəcəsi ilə hesablanmış 10 042,38 (on min qırx iki ABŞ dolları 38 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 21 % (iyirmi bir faiz) dərəcəsi ilə hesablanmış 43 272,33 (qırx üç min iki yüz yetmiş iki ABŞ dolları 33 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 30 908,81 (otuz min doqquz yüz səkkiz ABŞ dolları 81 sent) ABŞ dolları məbləğində penya, cəmi 334 835,49 (üç yüz otuz dörd min səkkiz yüz otuz beş ABŞ dolları 49 sent) ABŞ dolları və xx.xx.2018-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin İpoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 21 % (iyirmi bir faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, İpoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 70 (yetmiş) manat məbləğində çəkilmiş xərclərin, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması, 1-ci və 2-ci İpoteka predmetlərinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi, xx.xx.2014-cü il tarixli **********55914/İM №-li İpoteka müqaviləsinin predmeti olan bağ evi satıldıqdan sonra bağ evində yaşayan şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin evdən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC İddiaçı Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********55914 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 18 (on səkkiz) ay müddətinə, illik 10 % (on faiz) ödənilməsi şərtilə 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmiş, daha sonra qeyd olunan müqaviləyə xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə sazişlər bağlanmaqla kreditin qaytarılma müddəti xx.xx.2018-ci ilədək uzadılmışdır. Kredit müqaviləsi və onun 01 №-li və 02 №-li Əlavə sazişləri üzrə borc alan Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC İddiaçı Bankı ilə Cavabdeh1 arasında sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 218.1 kv.m ümumi, 115.3 kv.m yaşayış və 102.8 kv.m yardımçı sahələrdən ibarət 5 otaqlı, 1071a saylı bağ evinin (bundan sonra “1-ci İpoteka predmeti”) ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********55914/İM №-li İpoteka müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra “xxxxxxxxxxxxxxxxxxxxxxx”); əlavə olaraq, iddiaçı ASC İddiaçı Bankı ilə Cavabdeh2 arasında sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 1071 saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinin (bundan sonra “2-ci İpoteka predmeti”) (1-ci və 2-ci ipoteka predmetləri bundan sonra birlikdə “İpoteka predmetləri”) ipoteka qoyulması barədə xx.xx.2016-cı il tarixli **********55914/İMl №-li İpoteka müqaviləsi (xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla; bundan sonra “2-ci İpoteka müqaviləsi”) (1-ci və 2-ci İpoteka müqavilələri bundan sonra birlikdə “İpoteka müqavilələri) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən İpoteka predmetlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC İddiaçı Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli (ipoteka sonuncu dəfə həmin tarixdə əlavə qeydiyyata alınmışdır) RX seriyalı müvafiq olaraq 1-ci İpoteka predmeti üçün ******* №-li və 2-ci İpoteka predmeti üçün ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 2.4-cü və 2.5-ci bəndlərinə, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair 02 saylı Əlavə Sazişin 1.7-ci bəndinə və onun 1 saylı Əlavəsi olan Ödəniş cədvəlinə əsasən Borc alan faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ssuda hesabı üzrə borcunun yarandığı aydan başlamaqla hər ayın 10-dan gec olmamaqla Banka ödənilməsini, əsas borc məbləğinin isə kreditin qaytarılması üçün müəyyən olunan tarixdən gec olmayaraq qaytarılmasını öz üzərinə öhdəlik olaraq götürmüşdür. Bundan sonra, cavabdeh tərəfindən Banka ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə qalıq borc məbləğinin 2018-ci ilin iyun ayından etibarən hər ay mütəmadi ödənilməsi barədə yenidən öhdəlik götürülməsinə baxmayaraq, Borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borc alanın kreditor qarşısında gecikdirilmiş ümumi borcu 260 654,35 (iki yüz altmış min altı yüz əlli dörd ABŞ dolları 35 sent) ABŞ dolları olmuşdur ki, bunun da 250 611,97 (iki yüz əlli min altı yüz on bir ABŞ dolları 97 sent) ABŞ dolları əsas borc məbləğini, 10 042,38 (on min qırx iki ABŞ dolları 38 sent) ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Kreditin müddətinin bitdiyi tarixdən (xx.xx.2018-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2018-ci il) olan dövr ərzində Kredit müqaviləsi üzrə Banka heç bir ödəniş həyata keçirilməmişdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin qaytarılmasının gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2018-ci il tarixinə bu məbləğ 30 908,81 (otuz min doqquz yüz səkkiz ABŞ dolları 81 sent) ABŞ dolları təşkil edir.Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini “İpoteka haqqında” Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak obyektləri hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinin tələbinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə Cavabdeh1 970 №-li və Cavabdeh2 971 №-li ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş və İddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak obyektləri hesabına ödənilməsi üçün müvafiq İpoteka predmetlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir.İddiaçı tərəfindən İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması barədə xx.xx.2018-ci il tarixli müvafiq olaraq 973 və 974 №-li Ərizələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İpoteka predmetlərinə tutmanın yönəldilməsi yuxarıda qeyd edilən bildirişlərin qeydə alınması barədə Banka həmin İdarə tərəfindən xx.xx.2018-ci il tarixli müvafiq olaraq **********06 və **********05 №-li məktublar vasitəsilə məlumat verilmişdir.İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetlərinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Sonradan iddiaçı ASC İddiaçı Bankı tərəfindən iddia tələbinin həcmi azaldılaraq, xx.xx.2014cü il tarixli **********55914/İM №-li İpoteka müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə sazişlər nəzərə alınmaqla) üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 218.1 kv.m ümumi, 115.3 kv.m yaşayış və 102.8 kv.m yardımçı sahələrdən ibarət 5 otaqlı, 1071a saylı bağ evinə ( “1-ci İpoteka predmeti”) və xx.xx.2016-cı il tarixli **********55914/İM-l №-li İpoteka müqaviləsi (xx.xx.2017-ci il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 1071 saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə (“2-ci İpoteka predmeti”) tutma yönəldilsin və xx.xx.2014-cü il tarixli **********55914 №-li Kredit müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə sazişlər nəzərə alınmaqla) üzrə Borc alan Cavabdeh2 iddiaçı ASC İddiaçı Bankı qarşısında 250 611,97 (iki yüz əlli min altı yüz on bir ABŞ dolları 97 sent) ABŞ dolları məbləğində əsas borc, xx.xx.2018- ci il tarixinədək əsas borc məbləğinə illik 10% (on faiz) dərəcəsi ilə hesablanmış 10 042,38 (on min qırx iki ABŞ dolları 38 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 15 384,79 (on beş min üç yüz səksən dörd ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 46 154,37 (qırx altı min yüz əlli dörd ABŞ dolları 37 sent) ABŞ dolları məbləğində penya, cəmi 322,193,51 (üç yüz iyirmi iki min səkkiz yüz doxsan üç ABŞ dolları 51 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq İddiaçının tələblərinin İpoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 21 % (iyirmi bir faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, İpoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 70 (yetmiş) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bankı tərəfindən bir daha iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, xx.xx.2014-cü il tarixli **********55914/İM №-li İpoteka müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə sazişlər nəzərə alınmaqla) üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 218.1 kv.m ümumi, 115.3 kv.m yaşayış və 102.8 kv.m yardımçı sahələrdən ibarət 5 otaqlı, 1071 a saylı bağ evinə (“1-ci İpoteka predmeti”) və xx.xx.2016-cı il tarixli **********55914/İM-1 №-li İpoteka müqaviləsi (xx.xx.2017-cı il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 1071 saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə (“2-ci İpoteka predmeti”) tutma yönəldilməsi və xx.xx.2014-cü il tarixli **********55914 №-li Kredit müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə sazişlər nəzərə alınmaqla) üzrə Borc alan Cavabdeh2 iddiaçı ASC “İddiaçı Bankı” qarşısında 250 611,97 (iki yüz əlli min altı yüz on bir ABŞ dolları 97 sent) ABŞ dolları məbləğində əsas borc, xx.xx.2018-ci il tarixinədək əsas borc məbləğinə illik 10% (on faiz) dərəcəsi ilə hesablanmış 10 042,35 (on min qırx iki ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 23 529,68 (iyirmi üç min beş yüz iyirmi doqquz ABŞ dolları 68 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 70 589,04 (yetmiş min beş yüz səksən doqquz ABŞ dolları 04 sent) ABŞ dolları məbləğində penya, cəmi 354 773,04 (üç yüz əlli dörd min yeddi yüz yetmiş üç ABŞ dolları 04 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin İpoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, İpoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 70 (yetmiş) manat məbləğində çəkilmiş xərclərin İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC “İddiaçı" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-859/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək rəy alındıqdan sonra iddiaçı tərəfindən iddianın həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizələr təqdim edilmişdir. Hər iki ərizədə tələb olunan borc, faiz və cərimə (penya) məbləğlərinin ilkin iddia ərizəsindən fərqlənməsi səbəbindən bu məbləğlərin dəqiqləşdirilməsi üçün xüsusi biliyə malik əlan mütəxəssis rəyinə ehtiyac yaranmasına baxmayaraq iş üzrə əlavə ekspertiza təyin olunmamışdır. Odur ki, borc, faiz və cərimə (penya) məbləğlərini müəyyən etmək məqsədilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Məhkəmə tərəfindən həm 23.529,68 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış fayda), həm də 5.000 ABŞ dolları məbləğində cərimənin (penya) tutulması barədə qərar qəbul etməsi cavabdehin ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında iş üzrə iki qiymətləndirmə ekspertizası təyin etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 27 saylı, xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar qiyməti 150.000 manat, likvid bazar dəyəri 135.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 a saylı bağ evinin real bazar qiymətii 330.500 manat, likvid bazar qiyməti isə 297.450 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin H/01-PLS saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar qiyməti 180.000 manat, likvid bazar dəyəri 140.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 a saylı bağ evinin real bazar qiyməti 370.000 manat, likvid bazar qiyməti 290.000 manatdır. Birinci instansiya məhkəməsinin fərdi yaşayış evinin ilkin satış qiymətinin 310.000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən etməsi anlaşılmazdır. Hesab edir ki, hər iki daşınmaz əmlakın ilkin satış qiyməti likvid dəyərlə deyil, bazar dəyərləri ilə müəyyən olunmalıdır. Həmçinin birinci instansiya məhkəməsi iddianın mənzil satıldıqdan sonra mənzildə yaşayanların bir ay müddətində məcburi çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması hissəni təmin etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Qiymətləndirmə xərcləri olan 300 və 660 manat məbləğində pulun Cavabdeh2 tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmaq qeyri-mümkündür. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qətnamənin Cavabdeh2 münasibətdə ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC İddiaçı Bankının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya cavabdehin və iddiaçının nümayəndələrinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətini tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından “İddiaçı Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014cü il tarixli, **********55914 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 illik 10 faizlə 18 ay müddətinə 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından “İddiaçı Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, **********55914 saylı kredit müqaviləsinə 01 №-li əlavə sazişin surətindən görünür ki, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin müddəti 18 aydan 30 aya, penya məbləği illik 25 %dən 15 %-ə dəyişdirilmişdir. İş materiallarından “İddiaçı Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, **********55914 saylı kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair 02 №-li əlavə sazişin surətindən görünür ki, borc alanın kredit müqaviləsinə əsasən Bank qarşısında xx.xx.2017-ci tarixinə mövcud olan vaxtı keçmiş əsas borcu, kreditdən istifadəyə görə hesablanmış faiz borcu və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penya əsas borc kateqoriyasının keçirilməsi və kredit borcunun qaytarılması üzrə yeni müddətin müəyyən olunması yolu ilə restrukturizasiya edilmişdir. Tərəflər təsdiq etmişlər ki, xx.xx.2017-ci il tarixinə Kredit müqaviləsi üzrə borc alanın bank qarşısında 250 611,97 (iki yüz əlli min altı yüz on bir, 97 sent) ABŞ dolları məbləğində ümumi kredit borcu mövcuddur və bu məbləğin 250 000,00 (iki yüz əlli min, 00 sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc, 438,36 (dörd yüz otuz səkkiz, 36 sent) ABŞ dollarını kreditdən istifadəyə görə hesablanmış adi faiz borcu, 173,61 (bir yüz yetmiş üç, 61 sent) ABŞ dollarını isə vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penya təşkil edir. Borcun qaytarılması üçün son tarix xx xxxxxx 2018-ci il müəyyən edilmişdir. İş materiallarında olan “İddiaçı Bank” ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, **********55914/İM saylı ipoteka müqaviləsinin surətindən görünür ki, borc alan Cavabdeh2 ipoteka saxlayan qarşısında xx.xx.2014-cü il tarixli, **********55914 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1071a saylı, 2 mərtəbəli, 218.1 kv.m ümumi, 115.13 kv.m yaşayış, 102,8 kv.m yardımçı sahədən ibarət 5 (beş) otaqlı bağ evi ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar qiyməti 300000 (üç yüz min) manat, likvid dəyəri 270000 (iki yüz yetmiş min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “İddiaçı Bank” ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, **********55914/İM saylı ipoteka müqaviləsinə 02 saylı, xx xxxxxx 2016-cı il tarixli Əlavə Sazişin surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli **********55914-li kredit müqaviləsinə edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti ipoteka qoyana məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071a saylı ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 218.1 kv.m ümumi, 115.3 kv.m yaşayış, 102,8 kv.m yardımçı sahədən ibarət. 2 mərtəbəli, 5 (beş) otaqlı bağ evidir. İpoteka müqavilsi üzrə ipoteka predmetinin bazar qiyməti 280000 (iki yüz səksən min), likvid qiyməti isə 250000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “İddiaçı Bank” ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, **********55914/İM saylı ipoteka müqaviləsinə 02 saylı, xx xxxxxx 2017-ci il tarixli Əlavə Sazişin surətindən görünür ki, tərəflər kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli kreditin restrukturizasiyası barədə müqavilənin bağlanması ilə əlaqədar ipoteka müqaviləsinə müvafiq dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. İş materiallarındakı “İddiaçı Bank” ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, **********55914/İM-1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, özünün ipoteka saxlayan qarşısında xx.xx.2014-cü il tarixli **********55914-li kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar qiyməti 90000 (doxsan min) manat, likvid dəyəri 80000 (səksən min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “İddiaçı Bank” ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, **********55914/İM-1 saylı ipoteka müqaviləsinə 01 saylı, xx xxxxxx 2017-ci il tarixli Əlavə Sazişin surətindən görünür ki, tərəflər kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli kreditin restrukturizasiyası barədə müqavilənin bağlanması ilə əlaqədar ipoteka müqaviləsinə müvafiq dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071a saylı bağ evi «İddiaçı Bank» ASC-nin Baş filialının xeyrinə 18 ay müddətinə ipoteka ilə yüklü edilmiş və bu barədə 58 saylı reyestr kitabının 6088 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071a saylı bağ evi və 0,12 ha torpaq sahəsi «İddiaçı Bank» ASC-nin Baş filialının xeyrinə 12 ay müddətinə ipoteka ilə yüklü edilmiş və bu barədə 58 saylı reyestr kitabının 6088 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071a saylı bağ evi və 0,12 ha torpaq sahəsi «İddiaçı Bank» ASC-nin Baş filialının xeyrinə 42 ay müddətinə ipoteka ilə yüklü edilmiş və bu barədə 58 saylı reyestr kitabının 6088 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi/ 0,12 ha torpaq sahəsi «İddiaçı Bank» ASC-nin Baş filialının xeyrinə 30 ay müddətinə ipoteka ilə yüklü edilmiş və bu barədə 279 saylı reyestr kitabının 26004 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi «İddiaçı Bank» ASC-nin Baş filialının xeyrinə 42 ay müddətinə ipoteka ilə yüklü edilmiş və bu barədə 279 saylı reyestr kitabının 26004 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan “İddiaçı Bank” ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2018-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, bank borcalanlara kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün xəbərdarlıqlar etmiş və öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan əmlaklara tutmanın yönəldilməsi prosedurunun başlanması haqqında məlumat vermişdir. İşdə olan “İddiaçı Bank” ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubların surətlərindən görünür ki, bank Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071a saylı bağ evi və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi/ 0,12 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin “İddiaçı Bank” ASCyə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktublarından görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi/ 0,12 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişlər qeydə alınmışdır. İşin materiallarında olan “İddiaçı Bank” ASC-nin xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə dair maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixinə Banka 250611.97 (iki yüz min əlli min altı yüz on bir ABŞ dolları, doxsan yeddi sent) manat ABŞ dolları əsas, 10042.35 (on min qırx iki ABŞ dolları, otuz beş sent) manat ABŞ dolları faiz borcu, 70589,04 (yetmiş min beş yüz səksən doqquz ABŞ dolları, dörd sent) ABŞ dolları cərimə borcu, 23529,68 (iyirmi üç min beş yüz iyirmi doqquz ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları illik 5% dərəcəsi hesablanmaqla əldən çıxmış fayda, cəmi 354773,04 (üç yüz əlli dörd min yeddi yüz yetmiş üç ABŞ dolları, dörd sent) ABŞ dolları borcu vardır. Həmçinin, işdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 27 saylı, xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar qiyməti 150.000 (bir yüz əlli min) manat, likvid bazar dəyəri 135000 (bir yüz otuz beş min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071a saylı bağ evinin real bazar qiyməti 330500 (üç yüz otuz min beş yüz) manat, likvid bazar qiyməti isə 297450 (iki yüz doxsan yeddi min dörd yüz) manatdır. Xidmətin dəyəri 300 (üç yüz) manat təşkil edir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin H/01-PLS saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar qiyməti 180.000 (bir yüz səksən min) manat, likvid bazar dəyəri 140000 (bir yüz qırx min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071a saylı bağ evinin real bazar qiyməti 370000 (üç yüz yetmiş min) manat, likvid bazar qiyməti 290000 (iki yüz doxsan min) manatdır. Xidmətin dəyəri 600 (altı yüz) manat təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10360 saylı, xx xxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh2 müqavilə müddətinin sonuna “İddiaçı Bank” ASC-yə olan borcunun əsas borc üzrə 250611,97 ABŞ dolları, 10042,38 ABŞ dolları faiz borcu, iddia tarixinə cərimə borcu 30908,32 ABŞ dolları, illik 5% hesablanmaqla əldən çıxmış faydanın məbləği 10302,94 ABŞ dolları, rəy verilən tarixə isə 52940,94 ABŞ dolları cərimə borcu, illik 5% hesablanmaqla əldən çıxmış fayda 27950,20 ABŞ dolları təşkil edir. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülkiqanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “İddiaçı Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq sonuncunun və digər ipoteka qoyan Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetləri ipoteka ilə yüklü edilmişdir. İddiaçı müqavilə çərçivəsində öz üzərində düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh2 müqavilə şərtlərini pozduğu üçün, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya apellyatorun əlavə mühasibatlıq ekspertizası keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə tərəfindən ekspertiza keçirildikdən sonra da, cavabdeh tərəfindən ödənişlər olmadığı üçün, iddiaçı tərəf iddianın həcminin azaldılması deyil, artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ekspert rəyini və maliyyə arayışını nəzərə alaraq, 250611,97 ABŞ dolları əsas və müqavilə müddətinin sonuna 10042,35 ABŞ dolları faiz borcunun, həmçinin 23529,68 ABŞ dolları əldən çıxmış fayda və MM-nin 467-ci maddəsinə əsasən azaldılmış 5000 ABŞ dolları cərimə məbləğinin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyator isə işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir”. Kollegiya apellyatorun özünə məxsus olan ipoteka predmetinin ilkin satış qiymətinə görə məhkəmə tərəfindən likvid qiymətin müəyyən edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1071 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ipoteka müqaviləsində tərəflərin razılaşdıqları bazar qiyməti 90000 manat, məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə rəylərində bazar qiyməti 150000 manat və 180000 manat müəyyən olunduğundan, məhkəmə hər üç qiymətin orta qiyməti olaraq bazar qiyməti ilə 140000 manat ilkin satış qiymətini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyator digər cavabdeh olan ipoteka qoyan Cavabdeh1 aid hissədə ipoteka predmetinin ilkin satış qiymətini və həmin ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayanların bir ay müddətində məcburi çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması hissəsini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Cavabdeh1 tərəfindən qeyd olunan hissələrdə apellyasiya şikayəti verilməmişdir. Kollegiya həmçinin qiymətləndirmə ilə bağlı xərclərin apellyatordan tutulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddia tələbi təmin olunduğundan, həmin xərclər Prosessual Qanunvericiliyin tələbinə görə apellyatora aid edilmişdir. Kollegiya yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin apellyatora münasibətdə mövqeyi ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-859/2019 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar