Məhkəmə qərarları › İş №2(103)-2210/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2210/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2210/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs: Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda vəfat etmiş xx.xx.1963-cü il təvəllüdlü əri X3 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3/2023 saylı qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv olunmasını, mülki işin baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına qəbul edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəyə ərizəçinin faktiki yaşadığı yeri müəyyən edən Zabrat qəsəbə nümayəndəliyindən arayış əlavə etmişdir. Odur ki, ərizə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində icraata götürülməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Sabunçu RİHB-nin Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsində X2 məxsus fərdi yaşayış evində kirayənişin kimi qeydiyyatsız yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə əsasən daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. İş materiallarından da göründüyü kimi, ərizəçi Sabunçu rayonu ərazisində qeydiyyatsız yaşayır. Qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə, onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Belə olan halda, ərizəçi ərazi aidiyyəti qaydalarına əməl etmədən Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin ərizənin icraata qəbul edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətdə göstərilənlər mübahisələndirilən qərardadın ləğvi üçün əsas vermir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadlarından verilmiş şikayətlərə baxarkən qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar