Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2218/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Qulizadə X1 Baba Bədəl oğluna qarşı əmlakın boşaldılaraq ona təhvil verilməsi və ziyan barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən “Avadanlıq” şadlıq evinin Cavabdeh və digər üçüncü şəxlər tərəfindən boşaldırılaraq ona təhvil verilməsi, xx.xx.2019-cu il tarixdən məhkəmə qərarı icra olunana qədər Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurduğu ziyanın əvəzi (əldən çıxmış fayda) məhkəmə qərarı icra olunana qədər hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı qaşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən “Avadanlıq” şadlıq evindən (əşya və avadanlıqlarla birlikdə) çıxarılması və əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxs İddiaçı qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinədair iddia ərizəsi üzrə iş həll edilməyincə işə baxmağın mümkün olmayacağını nəzərə alaraq mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Xəzər Rayon Məhkəməsinin 2(003)-532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın boşaldılaraq ona təhvil verilməsi və ziyan tələbinə dair ilkin, Cavabdeh əmlakdan çıxarılma və əldən çıxmış faydanın tutulması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə icraat, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxslər İddiaçı və qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi) “sərəncamın, hərracın yekun nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ləğv edilməsi” tələbinə dair 2-1(112)-5768/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
5. Bundan sonra həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-1927/2022 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı inzibatı Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamın ünvan 2 ünvanında yerləşən “Aydınlıq” şadlıq evinə aid hissədə, Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli yekun protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Həmçinin həmin qərardaddan görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın, hərracın yekun nəticələri haqqında yekun protokolun, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiasyının xx.xx.2022-ci il tarixli 2- 1(103)-2705/2022 saylı qərardadından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1927/2022 saylı qərardadı ləğv olunmuş, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxslər İddiaçı və qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi) “sərəncamın, hərracın yekun nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 5768/2023 saylı məhkəmə bildirişindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxslər İddiaçı və qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi) “sərəncamın, hərracın yekun nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ləğv edilməsi” tələbinə dair iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır.
14. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər.
15. Kollegiya qeyd edir ki, hazırkı baxılan iddia tələbləri (ilkin və qarşılıqlı) üzrə mübahisə predmeti ünvan 2 ünvanında yerləşən “Aydınlıq” şadlıq evindən çıxarılma tələbi olduğundan, Bakı İnzibati Məhkəməsinin icraatında olan iş isə həmin əmlaka aid hissədə, Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli yekun protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi olduğundan həmin inzibati qaydada baxılan iş həll edilməyincə hazırki işə baxmaq mümkün deyildir.
16. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov