Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-222/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə məhkəməyə müraciət edərək X3 04.12.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 ərizəçinin anasıdır. O, 1924-cü ildə Dağıstan Respublikası Daxadayev rayonu Kubaçi kəndində doğulmuşdur. 04.12.1998-ci il tarixində anası Sunqarova Fatimanın vəziyyəti ağırlaşdı və təcili tibbi yardım gələnə qədər o, vəfat etdi. Ərizəçinin anası Fatima Sunqarovanı həmin gün Dağıstan respublikası Daxadayev rayonu Kubaçi kəndinə aparıb və orada dəfn etmişlər. Bundan sonra, ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxsndən ərizəçiyə rəsmi qaydada bildirildi ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda iddiaçı ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlidir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim: Vüqar Quliyev). Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı mərhumun zamanı evdə olan şəxsləri məhkəməyə dəvət etmək istəsə də, məhkəmə bunu təmin etməmişdir. Mərhum öldüyü gün onun nəşi Dağıstana aparılıb orada dəfn edilmişdir. Xəbərdarlıq vərəqəsi Dağıstanda qaldığı üçün ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. 23 il keçməsinə baxmayaraq, hakim həmin sənədləri ərizəçidən istəmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən 30 aprel 2019cu il tarixdə verilmiş 474 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxxx 1955-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X14 və anası Maqdiyeva Patimadır. Vətəndaşlıq vəziyyəti aktlarının reyesteri xidməti tərəfindən 21 fevral 2019-cu il tarixdə verilmiş 05/2-297/69 nömrəli arayışdan görünür ki, Sunqarova Patimanın ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 31.01.2019-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş 10.04.2019-cu il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ödəniş qəbzindən görünür ki, əriəzçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 manat (on manat) məbləğində dövlət rüsumu ödəmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış 51 saylı 03.04.2019-cu il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. Dağıstan Respublikası, Daxdayevskiy rayon “Kubaçi kəndi” BT adminstrasiyası tərəfindən verilmiş 13.11.2019-cu il tarixli 50 nömrəli arayışdan görünür ki, 1924-cü il təvəllüdlü X8 04.12.1998-ci ildə ölüb, Azərbaycan Respublikası Bakı şəhərində köçürülüb və Daxdayevsk rayonu Kubaçi kəndində dəfn olunub. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilmiş 23.11.2020-ci il tarixli 33/4052 nömrəli məktubdan görünür ki, “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində şəxslərin dövlət sərhəddindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq sorğunun cavablandırılması texniki cəhətdən imkan xaricindədir. 17.12.2020-ci il tarixli 33/4305 nömrəli məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilmiş məktubdan görünür ki, Sunqarova Fatima (Patima) Mehti qızının və Nümayəndə 1998-ci il tarixdə dövlət sərhəddindən hərəkətləri barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 05.02.2021-ci il tarixli 078-3190-1221 nömrəli mətkubdan görünür ki, Sunqarova Fatima (Patima) Mehti qızı barədə Nərimanov RPİ-nin X2 kartotekasında heç bir məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 01.02.2021-ci il tarixli M5 nömrəli məktubundan görünür ki, X5 1998-ci ildə ölməsi barədə rayon prokuroluğunda heç bir məlumat olmadığı qeyd edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kollegiya iş materiallarını, ərizənin və apellyasiya şikayətinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və mövqeyini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən ərizədə qeyd edilən hallar ətraflı şəkildə araşdırılmamış, şahidlərin dinlənilməsi təmin edilməmişdir. Məhkəmə yalnız Dövlət Sərhəd Xidmətinə ünvanlanmış sorğuya verilmiş cavabla kifayətlənmiş və ölüm faktının 23 il əvvələ aid olmasını nəzərə almamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Dağıstan Respublikasının Daxadayev rayonunun məhkəməsinə məhkəmə tapşırığı göndərilmişdir. Məhkəmə tapşırığı əsasında Daxadayev Rayonunun müvafiq məhkəməsi mərhum Fatima Sunqarovnanın qaynı uşaqlarını şahid qismində dindirmişdir. Həmin şəxslər Fatima Sunqarovnanın ölümünə qədər Azərbaycanda yaşamasını, nəşinin 1998-ci ildə Dağıstanın Daxadayev rayonuna gətirilib orada dəfn edilməsinə şahid olduqlarını bildirmişdirlər. Həmin şahidlər həmçinin mərhumun adının bəzi sənədlərdə “Fatima”, bəzi sənədlərdə isə “Patima” kimi qeyd edilməsinə aydınlıq gətirərək bildirmişlər ki, Azərbaycan leksikonunda onun adı “Fatima” kimi tələffüz edildiyi halda, Dağıstan leksikonuna görə o, “Patima” kimi adlandırılmışdır. Məhkəmə kollegiyası qeyd edilənlərdən əlavə işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman ərizədə qeyd edilənlərə əsasən, mərhumun qohumu və dostunun şahid qismində dindirilməsini təmin etmişdir. Belə ki, mərhumun qohumu X10 bildirmişdir ki, o, mərhumun qohumudur, onlarda adətdir ki, kim rəhmətə getsə Dağıstanda dəfn edilir. Sunqarova Fatimə anasının qohumu idi və o Dağıstanda dəfn olunmuşdur, 1998ci ildə onu dəfn etmək üçün maşınla Dağıstanın Daxadayev rayonuna aparmışlar. Digər şahid X1 iclasındakı izahatında bildirdi ki, Nina ilə universitetdə bir yerdə oxumuşlar, həmin vaxtdan dostdurlar, Ninanın anası olan mərhumu tanımış, evlərinə gedibgəlmişdir. Mərhum 1998-ci ildə rəhmətə gedib, Dağıstana dəfn etməyə aparılmışdır. Məhkəmə kollegiyası qeyd edilən hallara hüquq normalarının tələblərinə əsasən qiymət verərək hesab edir ki, həm Dağıstanda, həm də kollegiya iclasında dindirilmiş şahidlər mərhumun həqiqətən də Bakı şəhərində vəfat edərək, 1998-ci ildə Dağıstan respublikasında dəfn edilməsi üçün gətirildiyini təsdiq edirlər. Kollegiya qeyd edir ki, mərhumun nəşinin ölkədən çıxmasının Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilməməsinə səbəb “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində şəxslərin dövlət sərhəddindən hərəkətləri barədə məlumatların 2001-ci il tarixdən etibarən yerləşdirilməsi olmuşdur. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, ərizəçi həm ərizəsində, həm apellyasiya şikayətində, həm də kollegiya iclasında verdiyi izahatında anasının ölüm faktının müəyyən edilməsi zərurətini hazırda yaşadığı evin anasının adına olmasını, kommunal ödənişlərin anasının adına gəlməsini sənədləşmə məsələlərində problem yaşanması ilə izah etmişdir. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, Sunqarovna Fatimanın Bakıda vəfat etməsi, Dağıstana dəfn edilməsi üçün aparılması faktı iş materialları və şahid ifadələri əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsiinn qətnaməsi ləğv edilməli, ərizə təmin edilərək, X6 04.12.1998-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı təsdiq edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. X6 04.12.1998-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı təsdiq edilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-222/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-222/2022
22.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver