Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2236/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh4 nümayəndəsi X2 iştirakları ilə, iddiaçı "İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10rşı "avtomobilin ipotekadan çıxarılması, avtomobillə bağlı əqdlərin etibarsız hesab edilməsi və avtomobilin əvvəlki göstəriciləri bərpa edilməklə bankın saxlancına verilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3792/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı "İddiaçı” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10rşı iddiaərizə ilə məhkəməyə müraciət edərək, "X15” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin bankın ipotekasından çıxarılması və həmin avtomobillə bağlı bağlanmış əqdlərin etibarsız hesab edilməsi və hal-hazırda Cavabdeh4 mülkiyyətində və sahibliyində olan "X15” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin cavabdehlər tərəfindən əvvəlki göstəriciləri bərpa edilməklə (** VG *** dövlət qeydiyyat, nişanı KMHST81CBDU018962 ban nömrəsi) ipoteka saxlayan kimi "İddiaçı” ASC-nin saxlancına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1053/2014 saylı xx xxxxxx 2014-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 borcun tutulması, borcun "Hyundai Santafe” markalı ** VG *** dövlət qeydiyyat nişanlı KMHST81CBDU018962 ban nömrəli avtomobilə yönəldilməsi və həmin avtomobilin satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir (səh.10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X11 əldə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "X15” markalı ** VG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü ildə alğı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, onun tərəfindən xx.xx.2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, sonrakı alqı-satqı müqavilələrinə əsasən isə ardıcıl olaraq Cavabdeh3 və Cavabdeh4 satılmış və hazırda sonuncunun mülkiyyətindədir (səh.64-65); Bakı Ağır Cinayətlərə Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, mübahisəli nəqliyyat vasitəsi Cavabdeh2 satılarkən Cavabdeh1 hələ də banka kredit borcu olmaqla həmin avtomobil sözügedən kreditin təminatı kimi bankın ipotekasında olmuş, bununla belə Cavabdeh2 bankın blankında xüsusi kompüter proqramının təminatından istifadə etməklə axınlı printer vasitəsilə Müştəri Xidmətləri Deportamentinin direktoru Sənan Hacızadənin adından Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X13 ünvanlanmış kredit borcunun tam ödənilməsi barədə xx xxxx 2013-cü il tarixli 057/19-MXD nömrəli rəsmi hüquq verən sənəd olan saxta məktub çap etdirmiş, saxta olduğunu bilə-bilə göstərilən saxta sənədi Bakı şəhəri Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 4 saylı ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Baş Dövlət X14 inzibati binasında DYP-i əməkdaşlarına təqdim edərək istifadə edib göstərilən avtomobili bankın girovundan çıxartmağa nail olub həmin inzibati binada aparılmış sənədləşmə yolu ilə avtomobilin alğı-satqısını həyata keçirmiş və bununla da banka külli miqdarda zərər vurmaqla dələduzluq etmişdir (səh.66). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3792/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4, 6, 354; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı bank tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən iddia tələbi əsaslı hesab edilə bilməz. etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırkı işin hallarından isə hər bir halda iddiaçının müvafiq müddət ərzində iddia qaldırmadığı qənaətinə gəlinməlidir. Belə ki, əvvəla iş materiallarından mübahisəli avtomobilə dair bağlanmış əqdlərin sonuncusunun (mübahisəli avtomobilin Cavabdeh4 satılmasına dair müqavilə) hələ xx.xx.2013-cü il tarixdə bağlandığı müəyyən edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1053/2014 saylı xx xxxxxx 2014-cu il tarixli qətnaməsi ilə isə Bankın iddiası qismən təmin edilərək Cavabdeh1 borcun tutulması, borcun “Hyundai Santafe” markalı 90VG925 dövlət qeydiyyat nişanlı KMHST81CBDU018962 ban nömrəli avtomobilə yönəldilməsi və həmin avtomobilin satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, iddiaçı bank həmin qətnamənin icraya yönəldilməsindən qısa müddət ərzində mübahisələndirilən əqdlərdən hər bir halda xəbərdar olmuş və ya olmalı idi. Məntiqli deyildir ki, bank özünün iddiası əsasında tutma yönəldilməsi nəzərdə tutulan nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsindən beş il kimi uzun müddət ərzində məlumatlı olmasın. Mübahisəli avtomobili alğı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh3 və Cavabdeh4 onu vicdanlı əldə etmişlər və onların avtomobil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alğı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Belə ki, mübahisəli avtomobil adı çəkilən şəxslərin adına özgəninkiləşdirilərkən avtomobil üzərində ipoteka yüklülüyünün mövcudluğu barədə hər hansısa qeyd mövcud olmamışdır; onlar avtomobil üzərində daha əvvəl mövcud olmuş ipoteka yüklülüyünün saxta sənədlə götürüldüyündən məlumatlı olmamışlar və olmalı da deyildilər. İddiaçı bankın ipoteka saxlayan kimi hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. mübahisəli avtomobilə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbləri əsassız hesab edilməklə təmin edilmədiyindən ondan törəmə - avtomobilin bankın ipotekasından çıxarılması, avtomobilin əvvəlki göstəriciləri bərpa edilməklə ipoteka saxlayan kimi Bankın saxlancına verilməsi ilə bağlı tələblər də təmin edilə bilməz. Bununla belə, iddia tələbinin "avtomobilin bankın ipotekasından çıxarılması...” hissəsində xüsusi olaraq qeyd etməyi zururi hesab edir ki, həmin hissədə iddia tələbi ümumiyyətlə aydın olmamaqla qeyri-müəyyəndir; birincisi, iddia tələbinin həmin hissəsi üzrə iddia ərizəsində hər hansı əsaslandırma aparılmamışdır, digər tərəfdən hansı ipotekadan söhbət getdiyi, ipotekaya saxlayanın və ipoteka qoyanın kimliyi - yəni, həmin hissədə tələbin kimlərə yönəldildiyini müəyyən etmək mümkün deyildir. İddiaçı "İddiaçı” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10rşı "avtomobilin ipotekadan çıxarılması, avtomobillə bağlı əqdlərin etibarsız hesab edilməsi və avtomobilin əvvəlki göstəriciləri bərpa edilməklə bankın saxlancına verilməsi” tələblərini irəli sürməkdə haqlı olmamışdır. İddiaçı "İddiaçı” ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İşin mahiyyəti xx.xx.2014-cü il tarixli məhkəmə qətnaməsinin icrasından ibarətdir.Hazırkı iddia həmin işin davamı hesab olunur. Hazırkı iddianın rədd edilməsi xx.xx.2014-cü il tarixli qətnaməni iflic edir. Vicdanlı alıcı hüquqları bu mübahisəyə tətbiq edilə bilməz. Məhkəmənin mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz hissəsində gəldiyi nəticəni də düzgün hesab etmirik. Belə ki, Cavabdeh4 vicdanlı alıcı sayıla bilməz. İddia müddəti ötürülməmişdir. Hazırkı iddia mülkiyyət (ipoteka) hüququnun müdafiəsi ilə əlaqədardır. Mülkiyyət hüququnun müdafiəsi bağlı tələblərə isə iddia müddəti şamil olunmur. Digər tərəfdən məhkəmənin əqdlərin etibarsızlığı ilə bağlı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti tətbiq etməsi də əsassızdır. Belə ki, sözügedən avtomobil və bankda ipoteka ilə yüklü edilmiş digər avtomobillərin saxta yolla bankın girovundan çıxarılmasından bankın gec məlumatı olmuş və məlumatı olan kimi müvafiq olaraq X8 müraciət etmiş və həmin dələduzluq faktının sübuta yetirilməsi müəyyən müddət almışdır. Məlumat üçün bildiririk ki, bu iş üzrə Cavabdeh2 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2019cu il tarixdə hökm çıxarılmışdır. Əqdin etibarsız sayılması ilə bağlı iddia irəli sürülməsi müddəti hökmün çıxarıldığı tarixdən hesab edilməli və müddətinin axımının həmin tarixdə kəsilməyini düzgün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh2 avtomobillərin sənədlərinin saxtalaşdırılmasına görə həbs edildiyini, bank adından saxta arayış hazırladığını, avtomobilin Cavabdeh1 adına ipotekaya qoyulduğunu, Cavabdeh2 həmin avtomobili ipotekadan çıxartdığını, sonra Kənana, Kənanın isə Məleykəyə avtomobili satdığını, Nəsib barədə aparılmış cinayət işi üzrə onların zərərçəkmiş şəxs kimi tanındıqlarını və bununla bağlı iddia qaldırdıqlarını, avtomobilin nömrələrinin bir neçə dəfə dəyişdirildiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, mübahisəli avtomobili İmrandan aldığını, vicdanlı alıcı kimi avtomobili əldə etdiyini, özünün də müqavilənin bağlanmasında iştirak etdiyini, 2013-cü il tarixdən avtomobilin Məleykədə, onun avtomobillə hal-hazırda Rusiya Federasiyasında olduğunu bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-158, 181-182, 324, 337-354, 385-388; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və subutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Diqqətə çatdırılmalıdır ki, iddia özü-özlüyündə ziddiyyətli və mücərrəd olmuş, hər bir cavabdehə qarşı tam bəlli olmayan tələblər irəli sürülmüş və apellyasiya icraatı həddində bunun aradan qaldırılması mümkünlüyü (prosessual qanunvericiliyin tələblərinə müvafiq) səlahiyyət baxımından istisna edilmişdir. Şikayətin - qətnamənin icrasından irəli gəlin yeni tələbin mütləq təmin edilməsi zərurətinə dair - diqqətə çatdırılmalıdır ki, artıq bu münasibətlər mülki mühakimə müstəvisindən çıxaraq cinayət təqibi mərhələsində araşdırılmış və cinayətin törədilməsində, o cümlədən qətnamənin icrasının təmin edilməməsində təqsirli şəxs müəyyən edilmişdir. Ona görə iddiaçıya izah edilməlidir ki, cinayət işindən irəli gələn zərərlə bağlı tələbin irəli sürülməsi hüquqları mövcuddur və bu tələbin irəli sürülməsi məhz məhkəmə qətnaməsindən irəli gələn tələbin (ipoteka saxlayan kimi) bankın vəzifələrinə uyğundur. . Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "İddiaçı” ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3792/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2236/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2236/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver