Məhkəmə qərarları › İş №2(103)-2260/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2260/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2260/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-78/2020 saylıxxxxxx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraqxxxx MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO “xxxx” ASC cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı “borc tələbi və girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkxxxxcavabdehlər Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından və “X7" ASC-dən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 55.466,66 manat əsasxxxx38.325,04 manat faizxxxx30.170,16 manat cəriməxxxxcəmi 123.961,86 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması; tələbin cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızının istifadəsində olanxxxxBakı şəhərixxxxSabunçu rayonuxxxxBakıxanov qəsəbəsixxxxY.Əliyev küçəsixxxx2 saylı binanınxxxx1 blokxxxx2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzilə “xxxx” ASC-də olan pay hüququna yönəldilməsixxxxilkin satış qiymətinin müəyyən olunmasıxxxxhəmin əmlakın açıq hərracda satılmasıxxxxsatışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-78/2020 saylıxxxxxx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərəkxxxxcavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından 55.466,66 manat əsasxxxx38.325,04 manat faizxxxx1.000 manat cərimə borcuxxxxcəmi 94.791,70 (doxsan dörd min yeddi yüz doxsan bir min yetmiş qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişxxxxiddia qalan hissədə təmin edilməmişdir. Cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur kixxxxqətnamə ilə iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi”xxxx“borc məbləğinin cavabdeh ASC-dən tutulması” və “cərimə borcu tələbi” hissəsində təmin edilməməsi tamamilə əsassız olmuşdur. Bu səbəbdənxxxxqətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilibxxxxhəmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi H.Əhmədzadə apellyasiya şikayəti müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdu və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi A.Tağıyev apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi kixxxxrayon məhkəməsi düzgün olaraq Bankla onların arasında xüsusi bir zaminlik müqaviləsinin olmadığını qeyd etmişdirxxxxçünki iddiaçının istinad etdiyi xx xxxx 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilədə zaminliklə bağlı göstərilən şərtlər ümumi xarakter daşıyır və şirkətin alıcılarla xüsusi olaraq bağladığı zaminlik müqavilələri olmuşdurxxxxhazırkı halda isə belə müqavilə mövcud deyilxxxxbeləlikləxxxxiddiaçının borc məbləğinin zamin kimi həm də “xxxx” ASCdən tutulması ilə bağlı tələbi əsassızdır. Əlavə olaraqxxxxo bildirdi kixxxxtutmanın ipoteka predmeti olan Cavabdeh1 istifadəsində olan Bakı şəhərixxxxSabunçu rayonuxxxxBakıxanov qəsəbəsixxxxY.Əliyev küçəsixxxx2 saylı binanınxxxx1 blokxxxx2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzilə yönəldilməsi də qanunsuzdurxxxxçünki xx.xx.2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa daxxxxbu öz-özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdurxxxxbelə kixxxxipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişxxxxipoteka müqaviləsi müvafiq qaydada qeydə alınmamışdırxxxxhəmin müqavilə öz-özlüyündə etibarsızdır . Göstəilənlərə əsasənxxxxapellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraqxxxxCavabdeh1 məhkəmə iclasına gəlməmişxxxxməhkəməyə teleqram ilə müraciət edərək üzürlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Cavabdeh1 ilə “xxxx'’ ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 239 (iki yüz otuz doqquz) ay müddətinəxxxxillik 12 faiz ödəmək şərtilə 57480.48 (elli yeddi min dörd yüz səksən manat qırx səkkiz qəpik) AZN məbləğində kredit vermişdir. İmzalanmış həmin kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit Bakı şəhərixxxxSabunçu rayonuxxxxBakıxanov qəsəbəsixxxxY.Əliyev küçəsixxxx2 saylı binanınxxxx1 blokxxxx2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzilin alınmasına verilmişdir. “xxxx" ASC ilə “xxxx" ASC arasında xx xxxx 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir kixxxxKredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət" öz üzərinə götürür. xx xxxx 2011-ci il tarixli 14226 nömrəli mənzilin alqı-satqı müqaviləsinin məzmunundan görünür kixxxx“xxxx” Açıq Səhmdar Cəmiyyəti (satıcı) Sabunçu rayonuxxxxBakıxanov qəsəbəsixxxxY.Əliyev küçəsixxxx2 saylı binanınxxxx1 blokxxxx2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət 2 nömrəli mənzilini X1 (alıcı) satmağıxxxxsonuncu isə həmin mənzili onun dəyərini ödəməklə almağı öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 152.051,30 (bir yüz əlli iki min əlli bir manat otuz qəpik) manat olmaqlaxxxx240 (iki yüz qırx) ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Hər ay üçün 633,55 (altı yüz otuz üç manat əlli beş qəpik) manat aylıq ödəniş müəyyənləşdirilmişdir. Mülki işdə olan iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli məktubuna əsasən Cavabdeh1 xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən 55466.66 (əlli beş min dörd yüz altmış altı manatxxxxaltmış altı qəpik) AZN əsasxxxx22923.58 (iyirmi iki min doqquz yüz iyirmi üç manatxxxxəlli səkkiz qəpik) AZN faizxxxx15830.17 (on beş min səkkiz yüz otuz manatxxxxotuz on yeddi qəpik) AZN borcu var. X2 ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 336 saylıxxxxxx.xx.2011ci il tarixli ipoteka müqaviləsindən görünür kixxxxSabunçu rayonuxxxxBakıxanov qəsəbəsixxxxY.Əliyev küçəsixxxx2 saylı binanınxxxx1 blokxxxx2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzil X2 ilə “xxxx'’ ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi yüklü edilmişdir. Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx xxxxxxx 2017-ci il tarixli bildiriş pretenziyadan müəyyən olunur kixxxxCavabdeh1 kredit müqaviləsinə əsasən ödənilməmiş kreditxxxxfaiz və cərimə borcunun ödənilməsi tələb olunmuşxxxxöhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqist 2020-ci il tarixli 21055 nömrəli ekspert rəyinin məzmunundan görünür kixxxxCavabdeh1 xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borcu 56.409,75 manat əsasxxxx21.984,95 manar faiz borcu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli LP-040/20 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin məzmunundan görünür kixxxxBakı şəhərixxxxSabunçu rayonuxxxxBakıxanov qəsəbəsixxxxY.Əliyev küçəsixxxx2 saylı binanınxxxx1 blokxxxx2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət 2 saylı mənzilin real bazar qiyməti 85.000 manatxxxxilkin (likvid) dəyəri 78.000 manat məbləğində təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/1923 nömrəli ekspert rəyinin məzmunundan görünür kixxxxCavabdeh1 xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan əsas borcu 56.409,75 manat əsasxxxx21.984,95 manar faiz borcu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsindəxxxxşikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraqxxxxməhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələnidirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarınıxxxxiş materiallarınıxxxxapellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir kixxxxapellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlixxxxqətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsixxxxmallardaxxxxişlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya iddiaçıın apellyasiya şikayətinin cavabdehdən cərimə (dəbbə) pulunun tutulmasına dair dəlili ilə bağlı qeyd edir kixxxxMM-in 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsinixxxxtərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraqxxxxtələb edə bilərxxxxhəmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərixxxxhəm də bütün əsaslı mənafeləri nəzərə alınırxxxxrayon məhkəməsi hazırkı halda cərimənin məbləğini müəyyən edərkən qeyd olunan normanın tələblərinə əsaslanmışdır kixxxxbu da tamamilə qanunidir. İddiaçı tərəf apellyasiya şikayətində həm də iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsinin əsassız olduğunu qeyd etmişdir. Belə kixxxxCavabdeh1 ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 336 saylıxxxxxx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür kixxxxSabunçu rayonuxxxxBakıxanov qəsəbəsixxxxY.Əliyev küçəsixxxx2 saylı binanınxxxx1 blokxxxx2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzil Cavabdeh1 ilə “xxxx'’ ASCnin arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi yüklü edilmişdir. Mülki Məcəllənin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var kixxxxborclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Qeyd edilən Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində ... qeydə alınmalıdır. Məhkəmə kollegiyası hazırkı xüsusatla bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir kixxxxxx.xx.2011-ci il tarixli ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan Sabunçu rayonuxxxxBakıxanov qəsəbəsixxxxY.Əliyev küçəsixxxx2 saylı binanınxxxx1 blokxxxx2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişxxxxbununla da ipoteka müqaviləsi öz-özlüyündə qanunvericiliyin tələblərinə zidd şəkildə bağlandığı və bağlandığı andan etibarsız olmuşdurxxxxbu səbəbdən də iddiaçının apellyasiya şikayətinin bununla bağlı dəlili açıq-aşkar əsassızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasənxxxxbu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və 337.4-cü maddəyə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqlaxxxxhüquqi nəticələrə səbəb olmur; bu cür əqd bağlandığı andan etibarsızdır. İddiaçı Bankın apellyasiya şikayətinin dəlillərindən biri də kredit müqaviləsi üzrə borc məbləğinin cavabdehlərdən müştərək qaydadaxxxxyəni Cavabdeh1 ilə yanaşı zamin kimi “xxxx” ASC-dən tutulmasıdır kixxxxoxxxxdəlilin əsası kimi Bank ilə cavabdeh ASC arasında bağlanmış xx xxxx 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləni göstərmişdir. Belə kixxxxhəmin müqavilənin şərtlərinə əsasən borcalanların Bank qarşısında icra etmədikləri öhdəlikləri üçün “xxxx” ASC zamin kimi çıxış edir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girovxxxxdəbbə puluxxxxborclunun əmlakının saxlanmasıxxxxzaminlikxxxxqarantiyaxxxxbeh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1xxxx471xxxx472.1 və 472.2-ci maddələrinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdəxxxxəgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsaxxxxzamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsaxxxxfaizlərinxxxxborc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqlaxxxxzamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür kixxxxöhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir kixxxxzaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Kollegiya qeyd edir kixxxxbaşqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verərək zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə zaminlik müqaviləsində belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1xxxx470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir kixxxxAzərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraqxxxxzaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğxxxxmüddətxxxxfaiz dərəcəsixxxxvalyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsaxxxxzamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraqxxxxzaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdəxxxxzaminliyə bütövlükdə xitam verilir. Hazırkı halda isə görünür kixxxxiddiaçı LPO “xxxx” ASC ilə cavabdeh “xxxx” ASC arasında Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərini icra etmədiyi halda cavabdeh “xxxx” ASCnin həmin öhdəliklərin icrası üçün zamin duracağı ilə bağlı qanunun yuxarda istinad olunan tələblərinə cavab verən ayrıca hər hansı zaminlik müqaviləsi bağlanmamışdır. Kollegiya göstərir kixxxxiddiaçının istinad etdiyi xx xxxx 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilə heç bir halda MM-in 470 və 472-ci maddələrində nəzərdə tutulan tələblərə cavab verən zaminlik müqaviləsi kimi qəbul oluna bilməzxxxxbuna görə apellyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir kixxxxbirinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrəkxxxxiddianı qismən təmin etməkdə haqlı olmuşdurxxxxqətnamə qanuni və əsaslıdırxxxxapellyasiya şikayətinin dəlilləri işin halları ilə sübut olunmayaraqxxxxqətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədənxxxxapellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilərxxxxiş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir kixxxxşikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372xxxx382xxxx384.0.1xxxx393 və 405.0.1-ci maddələrini rəhbər tutaraqxxxxməhkəmə kollegiyasıxxxx QƏT ETDİ: İddiaçı LPO “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-78/2020 saylıxxxxxx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsəxxxxbu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar