Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2271/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və X2 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Bakı şəhəri Cavabdeh3nə qarşı qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsini "xxxx" ASC –nin mülkiyyətinə verilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.02.2009-cu il tarixli 2(005)- 228/2009 saylı icra sənədinə əsasən cavabdeh İddiaçı 01.05.2007-ci il tarixli, 707 saylı kredit müqaviləsinə əsasən yaranmış 50.000 (əlli min) manat məbləğində borcun "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi icra olunması üçün Bakı şəhəri Cavabdeh3nə göndərilmişdir. İddiaçı tərəfindən AGBank” ASC-nə 06.03.2009-cu il tarixdə 6227 manat, 21.04.2009-cu İl tarixdə 5000 manat, 01.06.2009- cu il tarixdə 5000 manat, 19.08.2009-cu il tarixdə 10.000 manat və 30.12.2009-cu il tarixdə 10.000 manat cəmi 36227 manat pul ödənilmişdir. İddiaçı "xxxx" ASC-nə 13773 manat borcu qalmışdır. Borcun ödənilməsi "xxxx" ASC-nİn təqdim etdiyi 23.09.2013-cü il tarixli məktubunda öz əksini tapır. Lakin həmin məktubda əsassız olaraq İddiaçı Banka 13773 manat deyil, 36947 manat borcun qaldığı göstərilmişdir. Daha sonra icra məmuru qalan borcun ödənilməsini təmin etmək məqsədi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin 1/4 hissəsinə yönəldilməsi barədə təqdimatla müraciət etmiş və həmin təqdimat təmin edilmişdir. Daha sonra həmin əmlak "xxxx" MMC tərəfindən 60.000 manat dəyərində qiymətləndirilmişdir. Halbu ki, həmin əmlakın dəyəri göstərilən məbləğdən 3-4 dəfə artıqdır. Daha sonra, icra məmuru tərəfindən 12.09.2018-ci il tarixdə hərracın keçirilməsi barədə sifariş məktubu göndərilmişdir. Həmin məktubda hansı məbləqdə borcun qalması barədə məlumat göstərilməmişdir."xxxx" MMC tərəfindən 2 dəfə 29.10.2018-ci il və 03.12.2018-ci il tarixlərdə hərrac keçirilmiş və hər ikisidə baş tutmamışdır. Həmin hərracların keçirilməsi barədə ümumiyyətlə xəbəri olmamışdır. Bundan sonra, 28.12.2018-ci il tarixdə əmlakım "xxxx" ASC-nə borcum 13773 manat olduğu halda, 36947 manat qismində Bankın mülkiyyətinə keçirilmişdir. Cavabdeh3 İcra məmuru əmlakımı tələbkarın xeyrinə dəyərindən qat-qat aşağı qiymətə qiymətləndirmə şirkətində sifariş əsasında qiymətləndirmiş, "xxxx" MMC isə əmlakı tələbkarla əlbir olaraq hərrac keçirərək, faktiki olaraq tələbkarın tələb etdiyi pulun dəyərindən aşağı qiymətə formal olaraq hərrac keçirərək "xxxx" ASC-nin adma sənədləşdirilmişdir. Hərraclar keçirilərkən KİV-də verilməli olan elanlar və tərəflərə verilməli olan bildirişlərlə bağlı normalar da kobud şəkildə pozulmuşdur. İşin hallarından açıq-aşkar görürür kİ, hazırkı hərrac prosesi qanunla müəyyən edilmiş qaydada hər hansı borcun ödənilməsinə deyil, başqa şəxsin əmlakının hərrac adı altında qanunsuz yollarla ələ keçirilməsinə yönəlmişdir.Eyni zamanda icra və probasiya şöbəsi əmlakın açıq hərradan satışı ilə bağlı "xxxx" MMC-yə hərrac sifarişi verməzdən əvvəl qanunvericiliyin tələblərinə müvafiq olaraq ipoteka qoyan qismində onun əmlakının məhz həmin hərrac təşkilatında satışa çıxarılması ilə bağlı razılığını və ya mövqeyini müəyyən etməyə əhd göstərməmiş, hərrac sifarişi verilərkən əmlakın hərracdan satışı ilə bağlı ipoteka saxlayanın və ipoteka qoyanın seçimini öyrənməyə və bununla bağlı qarşılıqlı razılığa nail olmağa çalışmamış, hərrac sifarişi verməzdən əvvəl və sonra məlumatlandırılmamışdır. Göründüyü kimi hərracın təşkilatçısı ilkin hərracın baş tutması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanın ipoteka qoyulana müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməyti ilə almaq ehtimalını nəzərə almadan, belə müqavilənin baş tutub-tutmadığını aydınlaşdırmadan, bunun üçün tərəflərin mövqeyinin müəyyən edilməsi üçün onlara müvafiq bildiriş göndərmədən təkrar hərrac təyinetmiş və bununlada “İpoteka haqqında” Qanunun tələblərini pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında olan 165/F saylı 11.02.2020-ci il tarixli qiymətləndirmə rəyinə əlavə edilmiş foto şəkillərdən də aydın görünür ki, həmin ünvanda yaşayış üçün şərait ümumiyyətlə mövcud deyil. Bundan başqa, mülki iş materiallarında "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş bildirişlərdə, “ünvan tam deyil” qeydi ilə hərracı təşkil edən quruma qaytarılmışdır. Göstərilənlərdən də, açıq aydın görünür ki, İddiaçı qeydiyyatda olan ünvanda yaşamamış və ümumiyyətlə ona hərracın keçirilməsi barədə bildirişlər təqdim edilməmişdir. İddiaçı mülkiyyətində olan daşımaz əmlakın və çıxarışda tam adı Bakı şəhəri, Nərimanov rayonu. Sabit Rəhimov küçəsi, ev 113 ¼ hissə kimi qeyd edilmişdir, yəni hərraca İddiaçı məxsus əmlakın ¼ hissəsi deyil, tam şəkildə çıxarılmışdır. Həmçinin, əmlakın dəyərini müəyyən etmək məqsədi ilə verilmiş qiymətləndirmə rəyində Bakı şəhəri, Nərimanov rayonu. Sabit Rəhimov küçəsi, ev 113 ¼ hissəsinin qiyməti 240.000 manat göstərilmişdir. Göstərilənlər, mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlak yanında DƏDRX tərəfindən verilmiş məktubda da öz əksini tapmışdır. Bundan başqa, hərracın sifarişində də, nöqsanlar mövcuddur, belə ki, İddiaçı Banka 13773 manat borcu olduğu halda, 36947 manat borcun qaldığı göstərilmişdir. Bundan başqa, məhkəmə əsassız olaraq helə hesab etmişdir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamışdır. Bildirmək istəyir ki, mülki qanunvericilikdə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi mövcuddur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 28 dekabr 2018-ci il tarixli, 65/02 nömrəli protokol isə hərracın nəticəsini təcəssüm edən sənəddir. Bundan başqa, əgər protokolun etibarsızlığı qanunvericilikdə nəzərdə tutulmamışdır, məhkəmə hansı əsaslarla iddia ərizəni icraata qəbul etmişdir və iddiadan MPM-nin 261.0.1-ci maddəsi əsasında imtina etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, hakim tərəfindən qanunvericilik normaları səhv təfsir edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-798/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat pulun cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-dən tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Ləğv prosessində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2021-ci il qərarı ilə cavabdeh Ləğv prosessində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-798/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətlərinin dəlillərinə etriaz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Cavabdeh3 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolu etibarsız hesab edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, Daşınar və daşınmaz Əmlakların Satışı üzrə “X11” MMC tərəfindən İddiaçı ünvanlanmış müvafiq bildirişlərlə Nərimanov Rayon Məhkəməsinin 20.02.2009-cu il tarixli 2(005)- 228/2009 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 29.10.2018-ci il tarixdə saat 11:00-da, daha sonra 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə bildirişlər İddiaçı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “X11” MMC tərəfindən göndərilmişdir. İş materiallarında olan 28 sentyabr-04 oktyabr 2018-ci il tarixli 135 (135) tirajlı, 02-08 oktyabr 2018-ci il tarixli 140 (140) tirajlı, 12-18 oktyabr 2018-ci il tarixli 137 (137) tirajlı, 15- 21 oktyabr 2018-ci il tarixli 142 (142) tirajlı, 07-13 dekabr 2018-ci il tarixli 145 (145) tirajlı “birja yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə "xxxx" MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan 01/2 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 29.10.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinə ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən olunmuşdur. İş materiallarında olan 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinə ilkin satış qiyməti 60000 (altmış min) manatdan 15% azaldılaraq 51000 (əlli bir min) manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 165/F saylı 11.02.2020-ci il tarixli ekspertiza qiymətləndirmə rəyindən görünür ki, İddiaçı ¼, X1 ¼, X6 ¼, X5 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin İddiaçı düşən hissəsinin ümumi sahəsi 64 kv.m və 0.014 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin 2018-ci ildən 2020-ci il fevral ayına bazar qiymətinin dəyəri 240.000 (iki yüz qırx min) manat dəyərləndirilmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2009cu il tarixli 2(005)-228/2009 saylı qərardadından görünür ki, həmin mülki iş üzrə cavabdeh İddiaçı 01.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 50.000 AZN borcun 20.08.2009-cu il tarixədək ödənilməsini öhdəsinə götürmüşdür. Həmin məbləğdən 7000 AZN məbləğində borc hissəsi isə İddiaçı 10.03.2009-cu il tarixədək ödəməlidir. İş materiallarında olan 20 fevral 2009-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər 01.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 50.000 AZN borcun 20.08.2009-cu il tarixədək iddiaçı "xxxx" ASC-yə cavabdeh İddiaçı tərəfindən ödənilməsi yerinə yetirilmədiyi təqdirdə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin 4/1 hissəsinin açıq hərraca çıxarılmasına dair tərəflər razılığa gəlmişlər. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı iş üzrə icraat zamanı məhkəməyə və ya icra orqanına yaşayış ünvanının qeydiyyat ünvanından fəqli olduğunu bildirib-bildirməməsini müəyyənləşdirməli olduğu halda bu halla bağlı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə sorğu verilmiş və sorğuya cavab olaraq təqdim edilmiş 20.04.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş İddiaçı İcra şöbəsinə vermiş olduğu izahatından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı öz ünvanını ünvan 3şdir. Bu səbəbdən 29.10.2018- ci il tarixdə saat 11:00- da, daha sonra 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya göndərilmişdir. 20 fevral 2009-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər 01.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 50.000 manat borcun 20.08.2009cu il tarixədək iddiaçı "xxxx" ASC-yə cavabdeh İddiaçı tərəfindən ödənilməsi yerinə yetirilmədiyi təqdirdə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin açıq hərraca çıxarılmasına dair tərəflər razılığa gəlmişlər. Göstərilən əsaslardan göründüyü kimi İddiaçı hərrac barədə məlumatlı olmuşdur. “Birja yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə "xxxx" MMC tərəfindən elanlar yerləşdirilmişdir. 29.10.2018-ci il tarixdə saat 11:00- da keçiriləcək hərrac zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat, 03.12.2018ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinə ilkin satış qiyməti 60000 (altmış min) manatdan 15% azaldılaraq 51000 (əlli bir min) manat müəyyən olunmuşdur. Qeyd edilənlərə görə hərrac qanunvericilikdə nəzərdə tutulan qaydaya uyğun olaraq keçirilmişdir. Digər tərəfdən iddiaçı əmlakın dəyərinin qiymətləndirməsi barədə rəyin ləğv edilməsi tələbilə deyil, yalnız 65/02 saylı 28 dekabr 2018-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur (269.5. maddə). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun Həmin qanunun 28.12.2018-ci il tarixədək qüvvədə olan 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.” Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli "İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43- cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən təyin edilmiş hərraclar barədə “Birjanews.az” qəzetində elanlar verilsə də, iş materiallarından göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin hərracının keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmamışdır. Göründüyü kimi, hərracın keçirilməsi barədə "xxxx" MMC tərəfindən iddiaçıya məlumat verilmədiyindən, hərracın keçirilməsi üçün əsaslar yaranmamışdır. Bundan başqa kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsindən görünür ki, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Kollegiya qeyd edir ki, hərrac mərkəzi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin 165/F saylı 11.02.2020-ci il tarixli ekspertiza qiymətləndirmə rəyindən görünür ki, İddiaçı ¼, X1 ¼, X6 ¼, X5 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin İddiaçı düşən hissəsinin ümumi sahəsi 64 kv.m və 0.014 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin 2018-ci ildən 2020-ci il fevral ayına bazar qiymətinin dəyəri 240.000 (iki yüz qırx min) manat dəyərləndirilmişdir. İşin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının nəticələrinə dair məhkəməyə təqdim edilmiş "xxxx" MMCnin ƏEM/A nömrəli, 12 aprel 2021-ci il tarixli ekspertiza qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin hazırki bazar dəyəri 180.000 manat, likvid dəyəri isə 171.000 manat təşkil edir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin 60.000 manat müəyyən edilməsi, həmin əmlakın nə real bazar dəyərini, nə də likvid dəyərini əks etdirir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləinin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolu əqd olmadığından, hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan qanunun anologiyasına müraciət edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri tədbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir Eyni zamanda kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi qənaətinə gəlindiyindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 200 manat cavabdehlər "xxxx" ASC və "xxxx" MMCdən tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 384.0.2ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolu etibarsız hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı 31 avqust 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolu etibarsız hesab edilsin. İş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 200 manat cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-dən tutularaq, "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2271/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2271/2022
27.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver