Məhkəmə qərarları › İş №2(103)-229/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-229/2023

15.02.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-229/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoru cəlb olunmaqla) qarşı “ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-229/2023 Açar sözlər: (dəymiş ziyanını əvəzinin ödənilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilkin alğı-satqı zamanı ödədiyi 6.052 manat, sonradan həmin torpaq sahəsi üçün xərclədiyi 7.100 manat, mənəvi ziyan üçün 10.000 manat və əldən çıxmış faydaya görə 5.000 manat, 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq – 27.050 manat, cəmi 55.202 manat ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İşin mübahisələndirilməyən hallarına görə Cavabdeh müvafiq sənədlərə əsasən özünə ayrılmış Abşeron rayonu Hökməli bələdiyyəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsinin 0,066 ha hissəsini 6400 manata İddiaçı satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanılmasına dair razılığa gələrək, bu barədə 19 may 2017-ci il tarixdə torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə bağlamışlar.İddiaçı razılaşdırılmış məbləğin 5950 manat hissəsini Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusunun bankda olan depozit hesabı vasitəsilə Cavabdeh ödəmişdir. Müqavilə şərtlərinə görə satış qiymətinin 450 manatı torpağın alqı-satqısına dair əsas müqavilə bağlanılarkən ödənilməli idi. 3.Bundan başqa cavabdeh tərəfindən iddiaçıya mübahisəli torpaq sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixli etibarnamə verilmişdir. 4.İddiaçı bildirir ki, Abşeron rayonu Hökməli bələdiyyəsinin 31 yanvar 2016-cı il tarixli, 10 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün Bakı şəhər sakini Cavabdeh adına ayrılan 0,10 ha torpaq sahəsinin 0,066 ha hissəsini Bakı şəhəri 11 saylı Notariat Kontoru vasitəsi ilə 6.400 manat qiymətləndirərək torpaq sahəsinin alğısatqısına dair ilkin müqavilə ilə Cavabdeh almışdır. Həmin satış məbləğindən 5.950 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə birinci tərəf, yəni Cavabdeh ödəmişdir. Əlavə olaraq 92 manat ilkin alğı-satqı müqaviləsinin bağlanması haqqı üçün və 11 manat 50 qəpik etibarnamənin verilməsi haqqı kimi notariusa ödəmişdir. Satış məbləğinin qalan 450 manatını isə torpağın alqı-satqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh ödəməyi öz öhdəsinə götürmüşdür. Bildirir ki, Cavabdeh ilə onun arasında 19 may 2017-ci il tarixdə ilkin alğı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh ona xx.xx.2097-ci il tarixə qədər olan 80 il müddətinə AR-İ seriyalı 533626 saylı etibarnamə vermişdir. Alğı-satqı zamanı notarius Cavabdeh bildirmişdir ki, satılan 0,066 ha torpaq sahəsini alıcıya, yəni ona təhvil versin, o cümlədən torpağın alqı-satqı üçün vacib olan sənədləri, şəxsiyyət vəsiqəsinin surətini, əri ilə arasında olan nikah şəhadətnaməsinin surətini və əri vəfat edibsə ölüm haqqında şəhadətnamənin surətini alıcıya təqdim etməlidir. Cavabdeh aldığı 0,066 ha torpaq sahəsini ona təhvil versə də, reyestr xidmətinə mülkiyyət hüququnun tanınması üçün təqdim etməsi lazım olan sənədləri təqdim etməmişdir. Həmin sənədləri ona təqdim etməsi üçün dəfələrlə Cavabdeh zəng etsə də, onun qızı Oksana xanım gah ona bildirmişdir ki, anası Gürcüstandadır, gətirib sənədləri ona təqdim edəcəklər, gah da telefonunu açmamışlar. Cavabdehin ailəsinin bu hərəkəti artıq onda şübhələr doğurmağa başlamışdır. Alqı-satqıdan bir müddət keçdikdən sonra Cavabdeh alqı-satqı zamanı onlarla birlikdə olan X3 ilə əlaqə saxlayaraq aralarında gizlin sövdələşmə apararaq, həmin torpaq sahəsinin 0,038 ha hissəsini ona satmış və ev tikintisi inşa etmək üçün sonuncuya razılıq vermişdir. M.Fərzəliyev Cavabdeh razılığı əsasında onun xəbəri olmadan özbaşına olaraq qeyriqanuni surətdə həmin torpaq sahəsində özü üçün yaşayış evi tikdirməyə başlamışdır. O, torpaq sahəsinə baş çəkməyə gedərkən orada ev tikintisinin başlanmasının şahidi olmuş və M.Fərzəliyevə tikintinin dərhal dayandırmasını ona bildirmişdir. Lakin M.Fərzəliyev sözünə məhəl qoymayaraq işi davam etdirmişdir. Bu zaman o, Cavabdeh zəng etmişdir. Telefonu Cavabdeh qızı Oksana xanım açmışdır. Oksana xanım ona bildirmişdir ki, anası həmin torpaq sahəsini alğı-satqı zamanı onlarla birlikdə olan Məmmədhüseyn Fərzəliyevə satmışdır. M.Fərzəliyev də həmin torpaq sahəsində özünə ev tikmək istəyir, lakin o, sonuncuya imkan vermir. O isə Oksana xanıma bildirmişdir ki, həmin torpaq sahəsini alğı-satqı müqaviləsi ilə o almışdır, pulunu da banka o ödəmişdir. Həmin torpaq sahəsi çökək olduğu üçün torpaq tökdürmüşdür, hamarlama işləri aparmışdır, onun bütün tərəflərini daş hasarla bağlamışdır və dəmir darvaza qoymuşdur və həmin torpaq sahəsini anası, Cavabdeh təhvil götürdükdən sonra həmin torpaq sahəsinə torpağın daşınması, traktorla hamarlanması, bünövrənin qazılması, dəmir darvaza, daş, sement və qumun alınması və usta üçün 7.100 manat pul xərcləmişdir. Sonuncu isə ona bildirmişdir ki, anası həmin alğı-satqı müqaviləsini onunla formal olaraq bağlamışdır. Həmin torpaq sahəsini anası ona yox, X1. Cavabdehin bu qanunsuz hərəkətlərinə görə o, stres və həyacan keçirərək, xəstəliyə düçar olmuş və əmək qabiliyyətini itirərək 2 aydan artıq ambulatory müalicə almışdır. Bununla da, cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona maddi ziyan olaraq 13.152 manat, mənəvi ziyan olaraq 10.000 manat və əldən çıxmış faydaya görə 5.000 manat, yəni əgər 2 il müddətinə həmin torpaq sahəsində hər hansı bir sahibkarlıq fəaliyyəti qursa idi, həmin yuxarıda göstərdiyi məbləğ qədər fayda əldə edə bilərdi. 2017-ci ildə həmin torpaq sahəsinin bazar qiyməti 900 manat olduğu halda, halhazırda 5.000 manat civarındadır. Cavabdeh 2017-ci ildə ona satdığı həmin 0,066 ha torpaq sahəsinin bazar qiyməti 6.400 manat qiymətləndirilsə də, hal-hazırda həmin 0,066 ha torpaq sahəsinin bazar qiyməti 33.000 manat təşkil edir. 2017-ci ildə bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq 27.050 manat təşkil edir. Ona dəyən ziyan ümumilikdə 55.202 manat məbləği təşkil edir. 5.Cavabdeh heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. a)Birinci instansiya məhkəməsində icraat 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsi (hakim C.Tağıyev) ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan: 7.19 may 2017-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilənin surətindən görünür ki, Cavabdeh müvafiq sənədlərə əsasən özünə ayrılmış, Abşeron rayonu Hökməli bələdiyyəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 0,066 ha hissəsini 6.400 manata İddiaçı satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. 8.İddiaçı razılaşdırılmış məbləğin 5.950 manat hissəsini Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusunun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh ödəmişdir. 9.Müqavilə şərtlərinə görə satış qiymətinin 450 manatı torpağın alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödənilməli idi. 10.Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında qarşılıqlı öhdəliklərin (bir tərəfin torpağa dair müvafiq sənədlər hazırlandıqdan sonra alğısatqı müqaviləsi bağlaması öhdəliyi, digər tərəfin yekun müqavilə bağlanarkən qalıq məbləğin ödənilməsi öhdəliyi) yaranmasına əsas olan Bakı şəhəri 11 saylı notariat kontorunda tərəflər arasında bağlanmış 19 may 2017-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair müqavilə qüvvədə olduğu dövr ərzində iddiaçının cavabdehdən torpağın ilkin alğı-satqı müqaviləsinə əsasən ödədiyi pulu tələb etməsi mümkün deyil. Eləcə də, əsas tələbdən doğan digər tələblərə (7.000 manat xərc, 10.000 manat mənəvi ziyan, 5.000 manat əldən çıxmış fayda, qiymət fərqi 27.050 manatın ödənilməsi tələbinə) hüquqi qiymət verilməsi mümkün deyil. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 12.İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini ahiş etmişdir. 13.Apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə prosessual normaların pozulması ilə yanaşı, işin faktiki hallarına da uyğun olmadığından ləğv edilməli, onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. 14.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi) A.İmanov və V.Sadıqov) 2(103)-6196/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 5950 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 15.Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni hər hansı bir maddi hüquq normasının tələbləri ilə əsaslandırmamış, ilkin müqavilənin mübahisələndirilməməsi və qüvvədə olmasına əsaslanaraq iddianı rədd etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddənin tələblərinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. İş materialları ilə müəyyən olunur ki, ilk müqavilə 19 may 2017- ci il tarixdə bağlanmış, lakin müqavilədə əsas müqavilənin bağlanması müddəti göstərilmədiyindən, həmin müqavilənin müddəti bir ildir. 16.Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mübahisə üzrə tərəflər arasında bağlanan ilkin müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, həmin müqavilə öz hüquqi qüvvəsini itirdiyindən, ləğv olunmuş hesab edilməlidir. Həmçinin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu üçün iddiaçı ona dəyən zərəri tələb etməkdə haqlıdır. 17.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müqaviləyə əsasən 5950 manat pul ödəməsi öz təsdiqini tapdığından və həmin məbləğin hazırki vaxta kimi iddiaçıya qaytarılmadığından, həmin məbləğ iddiaçıya vurulmuş ziyan kimi qiymətləndirilərək, cavabdehdən tutulub, iddiaçıya ödənilməlidir. 18.Məhkəmə kollegiyası iddia tələbinin digər hissələri ilə bağlı qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun zəruri sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissələrdə əsaslı deyildir. 19.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 390.1, 394, 402.1, 402.4, 402.5, 424.2, 424.5, 1096.1, 1097.1-ci, Prosessual Məcəlləsinin 77.1, 385.1.1, 386, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 21.İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 22.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(102)- 1294/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6196/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsinin iddianın rədd edilmiş hissələrində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 23.Məhkəmə kollegiyası hesab etmişdir ki,apelyasiya instansiyası məhkəməsi müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçıya maddi zərər dəydiyini qeyd etsə də, nəzərə almamışdır ki, hazırkı iş üzrə mənəvi zərər maddi zərərlə bağlı olmaqla maddi zərərin sübut edilməsi özlüyündə mənəvi zərər barədə tələbin faktiki əsasının sübut edilməsi deməkdir. Belə ki, hazırkı iş üzrə mənəvi zərər tələbi cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış ilkin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması ilə bağlıdır. 24.Həmçinin apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya əlavə xərclərin çəkilməsi ilə bağlı (müqavilənin notarial təsdiqlənməsi, etibarnamənin verilməsi ilə əlaqədar dövlət rüsumlarının ödənilməsi) zərər dəymişdir. 25.Belə ki, iş materiallarından görünür ki, 19 may 2017-ci il tarixdə torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə notarial qaydada təsdiqlənmiş və cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixli etibarnamə verilmişdir. 26.Bundan başqa iddia tələbinin mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə halhazırkı bazar qiyməti arasında olan fərqin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması iş materialları ilə təsdiq olunduğundan mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında yarana biləcək hər hansı bir fərq iddiaçıya vurulmuş zərər kimi qiymətləndirilməli olduğu halda apelyasiya instansiyası məhkəməsi həmin hala hüquqi qiymət verməmişdir. 27.Belə ki, iddiaçının ona maddi zərərin vurulması ilə bağlı dəlillərindən biri də ondan ibarətdir ki, ilkin müqavilə bağlanan vaxt mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə 1 sot torpağın qiyməti 900 manat olduğu halda hal-hazırda 5000 manatdır. 28.Ona görə də hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında hər hansı bir fərqin olubolmaması müəyyənləşdirilməli və bu hala MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməlidir. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. 30.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 31.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 32.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 33.Maddə 394.Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 34.Maddə 402.1.İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 35.Maddə 402.4.İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 36.Maddə 443.4.Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 37.Maddə 14.2.6.Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 38.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 39.Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 40.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 41.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 44.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 218.3.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 46.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 47.Maddələr 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən- ilkin alğı-satqı zamanı ödədiyi qalıq 102 manat (BAM-nin 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə 5950 manat hissəsi təmin olunmuşdur), sonradan həmin torpaq sahəsi üçün xərclədiyi 7100 manat, mənəvi ziyan üçün 10000 manat, əldən çıxmış faydaya görə 5000 manat, 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq–27.050 manatın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 51.Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh müvafiq sənədlərə əsasən özünə ayrılmış Abşeron rayonu Hökməli bələdiyyəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsinin 0,066 ha hissəsini 6400 manata İddiaçı satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanılmasına dair razılığa gələrək bu barədə 19 may 2017-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə bağlamışlar. İddiaçı razılaşdırılmış məbləğin 5950 manat hissəsini Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusunun bankda olan depozit hesabı vasitəsilə Cavabdeh ödəmişdir. Müqavilə şərtlərinə görə satış qiymətinin 450 manatı torpağın alqı-satqısına dair əsas müqavilə bağlanılarkən ödənilməli idi. 52.Kollegiya qeyd edir ki, qeyd olunan maddi hüquq normalarında uyğun olaraq tərəflər iradə ifadələrini əks etdirən müqavilə bağlamış və həmin müqavilə notariat orqanında təsdiq etdirməklə üzərlərinə öhdəliklər götürmüşlər. 53.İddiaçı müqavilədə göstərilənlərə əməl etsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və müqavilə şərtlərinə əməl etməkdən yayınmış, müqavilə şərtlərinə əməl etməmişdir. Cavabdehin qeyd edilən müqavilə şərtlərinə əməl etməməsi iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(012)-4276/2019 saylı qətnaməsi ilə də təsdiq olunur. 54.Kollegiya ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya əlavə xərclərin çəkilməsi ilə bağlı (müqavilənin notarial təsdiqlənməsi, etibarnamənin verilməsi ilə əlaqədar dövlət rüsumlarının ödənilməsi) zərər dəymişdir. Bundan başqa iddia tələbinin mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərqin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması iş materialları ilə təsdiq olunduğundan mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında yarana biləcək hər hansı bir fərq iddiaçıya vurulmuş zərər kimi qiymətləndirilməli olduğu halda apelyasiya instansiyası məhkəməsi həmin hala hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının ona maddi zərərin vurulması ilə bağlı dəlillərindən biri də ondan ibarətdir ki, ilkin müqavilə bağlanan vaxt mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə 1 sot torpağın qiyməti 900 manat olduğu halda hal-hazırda 5000 manatdır. Ona görə də hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında hər hansı bir fərqin olub-olmaması müəyyənləşdirilməli və bu hala MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməlidir. Həmçinin, apelyasiya instansiyası məhkəməsi müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçıya maddi zərər dəydiyini qeyd etsə də, nəzərə almamışdır ki, hazırkı iş üzrə mənəvi zərər maddi zərərlə bağlı olmaqla maddi zərərin sübut edilməsi özlüyündə mənəvi zərər barədə tələbin faktiki əsasının sübut edilməsi deməkdir. Belə ki, hazırkı iş üzrə mənəvi zərər tələbi cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış ilkin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması ilə bağlıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 55.MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 56.Kollegiya qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya əlavə xərclərin çəkilməsi ilə bağlı da (müqavilənin notarial təsdiqlənməsi, etibarnamənin verilməsi ilə əlaqədar dövlət rüsumlarının ödənilməsi) zərər dəymişdir. 57.Belə ki, iş materiallarından məlum olduğu kimi iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 92 manat, etibarnamə üçün isə 11,5 manat, cəmi 103,5 (yüz üç manat əlli qəpik) manat ödəniş edilmişdir. 58.Kollegiya hesab edir ki, ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması üzrə iddia tələbi 6052 manat olduğundan, həmin hissədə iddianın təmin edilmiş hissəsi olan 5950 manat ilə 103,5 manatın (11,5+92=103,5) cəmi 6053,5 (5950+103,5=6053,5 manat) manat təşkil edir ki, həmin məbləğ iddia tələbindən kənara çıxdığından, məhkəmə isə verilmiş tələb daxilində işə baxdığından, ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması tələbi hissəsində iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 102 manat (6052-5950=102) tutulmalıdır. 59.Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış və Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 19 may 2017-ci il tarixli ilkin alğı-satqı müqaviləsində göstərilmiş müvafiq torpaq sahəsinin (Abşeron rayonu Hökməli bələdiyyəsinin 31 yanvar 2016-cı il tarixli 10 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün Cavabdeh adına ayrılan 0,10 ha torpaq sahəsinin 0,066 ha hissəsi) 2017-ci ilin bazar qiyməti ilə hazırkı (iddia ərizəsinin verildiyi 20 dekabr 2019-cu il tarixə) bazar qiyməti arasında fərqin müəyyən edilməsi üçün apellyasiya mərhələsində məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. 60.Azərbaycan Republikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022ci il tarixli, 10/5094 nömrəli ekspert rəyinə əsasən Abşeron Rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 28500,0 (iyirmi səkkiz min beş yüz manat) manat məbləğində müəyyən edilir. 61.Kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 62.Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması iş materialları ilə təsdiq olunduğundan mübahisəli torpaq sahəsinin 2017-ci ilin bazar qiyməti ilə halhazırkı bazar qiyməti arasında yarana biləcək hər hansı bir fərq iddiaçıya vurulmuş zərər kimi qiymətləndirilməli olduğundan cavabdehdən iddiaçının xeyrinə 22100 (iyirmi iki min yüz manat) manat (28500-6400=22100) zərərin əvəzi tutulmalıdır. 63.Kollegiya mənəvi zərərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 64.Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 65.Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 66.Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 67.Kollegiya hesab edir ki, hazırkı iş üzrə mənəvi zərər maddi zərərlə bağlı olmaqla maddi zərərin sübut edilməsi özlüyündə mənəvi zərər barədə tələbin faktiki əsasının sübut edilməsi deməkdir. Belə ki, hazırkı iş üzrə mənəvi zərər tələbi cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış ilkin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması ilə bağlıdır. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan bu günədək pozulmuş hüquqlarının bərpası üçün çalışmış və bu müddət ərzində mənəvi iztirab çəkmişdir. 68.Buna görə də kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 (min manat) manat məbləğində mənəvi zəzər tutulmalıdır. 69.Kollegiya iddia tələbinin əldən çıxmış faydaya görə 5.000 manat məbləğində vəsatin cavabdehdən tutulması ilə bağlı hissədə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. 70.Belə ki, iddiaçı həmin torpaq sahəsində hər hansı bir sahibkarlıq fəaliyyəti qursa idi, 2 il müddətində göstərdiyi məbləğ qədər fayda əldə edə biləcəyini göstərsə də Mülki Məcəllənin 443.4cü maddəsinə uyğun olaraq qeyd olunan məbləği əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. 71.Kollegiya sonradan torpaq sahəsinə çəkilmiş xərclərə görə 7100 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində iddianı əsassız hesab edir. 72.Belə ki, mülki iş materiallarında olan (i/v 113-118) qaimələrdən görünür ki, iddiaçı 2018-ci il tarixlərində daş, qum, sement, dəmir darvaza almışdır. Həmin qaimələrdə sahibkarın möhürü, VÖEN və.s barədə heç bir məlumat öz əksini tapmamışdır. Bundan əlavə iddiaçı alınmış tikinti materiallarının məhz həmin torpaq sahəsində istifadə edilməsi ilə bağlı sübut qismində şahidlərini (məsələn:bənna, hasarın bünövrəsini qazan şəxs, fəhlərələr) və digər mötəbər sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Buna görə də, kollegiya iddiaçı tərəfindən təqdim olunmuş həmin qaimələri iddianın sonradan torpağa görə xərclədiyi 7100 manat pulun tutulmasının mötəbər sübutu kimi qəbul etmir. 73.Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Buna görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qisməm təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021ci il tarixli, 2(006)-223/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçının ilkin alğı-satqı zamanı ödədiyi 102 (yüz iki manat) manat, mənəvi zərərə görə 1000 (min manat) manat, mübahisəli torpağın 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq 22100 (iyirmi iki min yüz manat) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödəniməli, iddia mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. 74.Həmçinin, kollegiya hesab edir ki, iş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizsının tədqiqatı dəyəri olan 100 manatın 52 manatı Cavabdeh, 48 manatı isə İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 75.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(006)- 223/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qeyd olunan hissədə qismən təmin edilsin. İddiaçı ilkin alqı-satqı zamanı ödədiyi 102 (yüz iki) manat, mənəvi zərərə görə 1000 (min) manat, mübahisəli torpağın 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq, 22100 (iyirmi iki min yüz manat) manat, cəmi 23202 (iyirmi üç min iki yüz iki) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. İş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizsının tədqiqatı dəyəri olan 100 (yüz) manatın 52 (əlli iki) manatı Cavabdeh, 48 (qırx səkkiz) manatı isə İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar