Məhkəmə qərarları › İş №2(103)-2296/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2296/2025

23.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2296/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X9rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-715/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 ilə İddiaçı arasında, Nəqliyyat və Xüsusi Texnika İdarəsi 1 nömrəli Avtoparkının məşğulluq təsnifatı üzrə rəis, qaraj, əmək müqaviləsi üzrə avtopark müdiri vəzifəsinə qəbul edilməsi barədə müddətli əmək müqaviləsi imzalanmışdır.

2. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2№-li Nəqliyyat sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixində AR Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə müddətli əmək müqaviləsinin (müddəti qurtardıqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024- cü il tarixli, 240/K saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 №-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə təyin edilmişdir.

4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024- cü il tarixli, 239/K saylı əmrindən görünür ki, İddiaçı 2 №-li Nəqliyyat sexinin sex rəisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilməlidir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 17 təqvim günü pul əvəzi ödənilməlidir.

5. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 1576-K saylı xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, 1 №-li Avtoparka avtopark müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. Əsas olaraq Elçin Sülymanovun ərizəsi, xx.xx.2024-cü il tarixli 17 nömrəli əmək müqaviləsi.

6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-53-3-19/2-1-01-1-476 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” məktubundan görünür ki, əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddət bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 26 və 27 oktyabr 2024-cü il tarixləri qeyri-iş günləri olduğu üçün xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir.

7. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 486 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlığından görünür ki, “Azərsu" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin "İri Şəhərlərin Birleşmiş Su Təchizatı Xidməti" X13 xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə "X8 Su Təchizatı Xidməti" X13 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 4 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünə iş yeri axtarmaq üçün onun bir iş günü işdən azad edilməsi, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər.

8. İnzibati tənbeh vermə haqqında 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarına əsasən, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.

9. Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı Maarif Abbasovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış HK-1/11362 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 1576-K N-li əmrinin ləğv edilməsi, iddiaçı olaraq onun işlədiyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 N-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməyi, işdən çıxarıldığı vaxtdan qətnamənin icra edilənədək həmin zaman üçün ödənilməmiş əmək haqqının bir dəfəlik ona ödənilməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona ödənilməmiş son haqq-hesab pulunun, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, ona dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun, mediasiya üçün ödədiyi 51 (əlli bir) manat rüsumun və 190 (yüz doxsan) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixli 04-K N-li Əmr əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 Nli Nəqliyyat Sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsinə təyin olunmuşdur. Bildirmişdir ki, daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ (X15) oldu. xx.xx.2024-cü il tarixində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ (X15) tərəfindən ona ünvanlanan 486 N-li məktuba əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ (X14) xx.xx.2024-cü il tarixli 09 N-li əmri ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ad dəyişdi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ (X15) strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşməsi və bu səbəbdən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 4 təqvim həftəsi ərzindən sonra ləğv ediləcəyi bildirilmişdir. Lakin, xx.xx.2024-cü il tarixində işlədiyi müəssənin adında olan dəyişiklik səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçi başqa işə götürənlə əmək müqaviləsi bağladıqda) xx.xx.2024-cü il tarixli 239-K N-li Əmr əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ xx.xx.2024-cü il tarixində ona ünvanlanan 486 N-li məktuba əsasən ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin xitam veriləcəyi xəbərdarlığı edilsə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçi başqa işə götürənlə əmək müqaviləsi bağladıqda) xx.xx.2024-cü il tarixli 239-K N-li Əmr əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. Bu da göndərilən bildiriş məktubu ilə əmək kitabçasında qeyd edilənlər arasında ziddiyyət olduğunu göstərir. Daha sonra xx.xx.2024cü il tarixli 240-K N-li əmr əsasında xx.xx.2024-cü il tarixindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1N-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə təyin edilmişdir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarxində cavabdeh tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1N-li Avtoparkın müdiri vəzifəsi olmağı barədə bağlanan əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixində bitməsi barədə bildiriş göndərilmiş və Azərbaycan Respubliasının Əmək Məcəlləsinin 73-cü maddəsinin əsasən müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. O, cavabdehə müraciət edərək həmin bildirişlə razı olmadığını və cavabdehlə heç bir müddətli əmək müqaviləsinin bağlanılmadığını bildirmişdir. Qeyd etmişdir, onunla heç bir yeni əmək müqaviləsi bağlanılmamışdır. O, heç bir əmək müqaviləsinə imza atmamışdı. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasənİşçi müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildikdə, əmək münasibətlərinin tərəfləri olan işəgötürən ilə işçi arasında Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq əmək münasibətlərinin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri əks etdirilməklə fərdi qaydada olmaqla yazılı formada əmək müqaviləsi bağlanılır. Halbuki, onunla cavabdeh arasında heç bir əmək müqaviləsi bağlanılmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bildirmişdir ki, cavabdehin ona işçinin hüquqlarının pozulmaları barədə müxtəlif qurumlara çoxsaylı müraciətlər etmişdir. Həmin qurumlarda araşdırmalar aparılır. Cavabdehin ona qarşı etdiyi bu qanun pozuntuları səbəbindən stress keçirmiş, səhhətində ciddi problemlər yaranmışdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixlində Daxili İşlər Nazirliyinin X5 müraciət edərək analizlər vermişdir. Həmin analizlərin nəticələrindən də görünür ki, qanda şəkərin miqdarı yüksəlmişdir. Həmçinin ürəyində olan narahatlılıq səbəbindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Akad. C.Abdullayev adına X1 müayinə olunmuşdur. Oradan verilən analizlər və müayinə cavablarında da görünür ki, cavabdeh tərəfindən işçi hüquqlarının pozulması səbəbindən ürəyində müəyyən xəstəliklər yaranmışdır. Göründü kimi cavabdehin ona qarşı etdiyi qanun pozuntuları səbəbindən ona həm maddi, həm də sağlamlığına ciddi ziyan dəymişdir. Bildirmişdir ki, hazırki günə kimi ona əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıq, məktub, bildiriş və əmr göndərilməyib. Ona göndərilən sənədlər heç bir imzası olmayan və möhürsüz sənədlərdir. Bugünə kimi əmək kitabçası ona təqdim edilməyib.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(004)- 715/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 1576-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 №-li Avtoparka avtopark müdiri vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 51 (əlli bir) manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 190 manatın 100 (yüz) manat hissəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Hazırki halda işçi ilə işəgötürən arasında kağız daşıyıcıda yazılı əmək müqaviləsinin bağlanılması müəyyən edilmir. Belə olan halda, əmək müqaviləsinin müddətli və ya müddətsiz yaxud da hansı müddətə bağlanılmasını müəyyən etmək mümkün deyil. Cavabdeh etirazında bildirişin sistemdə qeydə alındığı və məlumatların ƏMAS sistemində oxuna bildiyini bildirsə də, məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır. Belə ki, hətta bildirişin qeydə alınmasını nəzərə alsaq belə, belə olan halda da xx.xx.2024-cü il tarixli bildirişlə iddiaçı ilə (3 aylıq hesab olunsa belə) 28 oktyabr 2024-cü il tarixdə əmr verilməklə, müddətdən tez işçi işdən azad edilmiş hesab olunmalıdır. Əmək müqaviləsində müddət göstərilməyibsə, müddətin bitməsinə görə əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericliyin tələbi pozularaq əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xx.xx.2024-cü il tarixli, 1576-K saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Belə olduğu təqdirdə, cavabdeh İddiaçı tutduğu vəzifə üzrə müqavilə üzrə müddətin bitməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 73-cu maddəsinə əsasən xitam verilərkən AR ƏM-nin 45-ci maddəsinin tələbləri pozulduğundan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 1576-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Məhkəmə, eyni zamanda hesab etmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqı hesablanaraq ödənilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində iddiaçıya əmək haqqı ödənilməmişdir. Cavabdeh bu halı cavabdehin işə gəlməməsi ilə əlaqələndirsə də, iş materiallarından da göründüyü kimi tərəfin bağlandığı hesab etdiyi əmək müqaviləsinə həmin müddətdə xitam verilməmişdir. İddiaçı isə izahatında onun işə buraxılmadığını qeyd etmişdir. Eyni zamanda cavabdeh tərəfindən bununla bağlı hər hansı tədbir görülməmiş, yalnız xx.xx.2024-cü il tarixdə rəis müavini tərəfindən təqdimat verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun tutulması” hissəsində təmin olunmamalıdır. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 3.2, 7.2-1, 7.2-4, 45.1, 45.2, 46.6, 47, 49.1, 59, 68.1, 68.2, 73.1, 76.1, 82, 300.1-ci maddələrinə, “X15lər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2, 5.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanın 6.3-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, işəgötürənin təqsiri üzündən ona hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin” ödənilməsi barədə iddia tələbi əsaslıdır, lakin bunlar nəzərə alınmamış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə məhkəmə hüquq normalara lazımi hüquqi qiymət verməmişdir, bu isə cavabdehdən mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun tutulması barədə iddia tələblərinin təmin edilməməsi ilə nəticələnmişdir.

17. Qətnamədən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X14 də apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu onunla əsalandırılmışdır ki, AzərbaycanRespublikası Əmək Məcəlləsinin73-cü maddəsinin 1-ci bəndi ilə müddətli əmək müqaviləsinin müddəti qurtardıqdaxitam verilir. Azərbaycan Dövlət S u Ehtiyatları Agentliyi“İri Şəhərlərin BirləşmişS u Təchizatı Xidməti” PHŞ-in Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 240-K nömrəli “Əmək müqaviləsinin bağlanması haqqında” əmrinə əsasən S üleymanov Elçin Zakir oğlu iləxx.xx.2024-cü il tarixindən Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1№-liAvtoparkına 12-ci dərəcəli müdir vəzifəsinə təyin edilməsi ilə bağlı müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçına xx.xx.2024-cü il tarixində 3- 53-3-19/2-1-01-1-476 nömrəli bildiriş məktubu göndərilərək məlumat verilmişdir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixində xitam veriləcəkdir. “İri Şəhərlərin BirləşmişS u Təchizatı Xidməti” PHŞ-in Nəqliyyat və Xüsusi Texnika İdarəsində xx.xx.2024-cü il tarixli 1576-K nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri ilə S üleymanov Elçin Zakir oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Məhkəmə qətnamə qəbuledərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbuletmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iddiaçı öz apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş cavabdehin nümayəndəsi elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq bugünə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Əmək Məcəlləsi 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanın 6.3-cü bəndinə əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X15dir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Apellyatorlar tərəfindən iddia tələbinin həm təmin edilən, həm də təmin edilməyən hissəsləri mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

29. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 N-li Nəqliyyat Sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmə tarixinə yəni – xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, "xxxx" ASC yenidən təşkil edildikdən sonra isə onun hüquqi varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsində 2 N-li Nəqliyyat Sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən “Azərsu’ Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 yaradılmışdır. Daha sonra "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin 2 N-li Nəqliyyat Sexinin 15-ci dərəcəli sex rəisi İddiaçı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdüyü və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 4 təqvim həftəsindən sonra ləğv ediləcəyi ona bildirilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 239-K nömrəli əmrinə əsasən 2 N-li Nəqliyyat Sexinin 15-ci dərəcəli sex rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. Daha sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 240-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 №-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə isə ona əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddəti bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə 26 və 27 oktyabr 2024-cü il tarixləri qeyri-iş günləri olduğu üçün xx.xx.2024cü il tarixində xitam veriləcəyi ona bildirilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 1576-K nömrəli əmrinə əsasən 1 №-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən ləğv edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 1576-K N-li əmrinin ləğv edilməsi, iddiaçı olaraq onun işlədiyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 Nli Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməyi, işdən çıxarıldığı vaxtdan qətnamənin icra edilənədək həmin zaman üçün ödənilməmiş əmək haqqının bir dəfəlik ona ödənilməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona ödənilməmiş son haqq-hesab pulunun, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, ona dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun, mediasiya üçün ödədiyi 51 (əlli bir) manat rüsumun və 190 (yüz doxsan) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

30. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

31. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.

32. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.

33. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

34. İş materiallarından isə görünür ki, İddiaçı tutduğu vəzifə üzrə müqaviləyə əsasən müddətin bitməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Nəticədə iddiaçı ilə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 73-cu maddəsinə əsasən xitam verilərkən ƏM-nin 45-ci maddəsinin tələbləri pozulmuşdur.

35. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, AR ƏM-nin 172ci maddəsinin 5-ci hissəsi hazırki mübahisəyə tətbiq edilə bilməz. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, bu barədə hər hansı gecikmə olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu halda gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər.

36. Mənəvi zərərin məbləğinin ödənilməsinə dair isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. İşin hallarından göründüyü kimi iddiaçının cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmasına dair irəli sürdüyü dəlilləri mülahizə xarakterli olmaqla əsassızdır.

37. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, hazırki halda işçi ilə işəgötürən arasında ümumiyyətlə heç bir yazılı əmək müqaviləsinin bağlanılması müəyyən edilmir. Belə olan halda, müddətli əmək müqaviləsinin bağlanması halının olmaması təsdiqini tapır. Bu halda isə müvcud olmayan müqavilə üzrə hər hansı müddətdən söhbət gedə biməz.

38. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayətləri təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-715/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar