Məhkəmə qərarları › İş №2(103)-2298/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2298/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2298/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti X10 Təşkilatının nümayəndəsi X3, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxx 2009-cu il tarixində 646 nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 16.387 (on altı min üç yüz səksən yeddi) ABŞ dolları məbləğində, faiz üzrə 21.435,84 (iyirmi bir min dörd yüz otuz beş dollar səksən dörd sent) ABŞ dolları məbləğində, ümumilikdə 37.822,84 (otuz yeddi min səkkiz yüz iyirmi iki dollar səksən dörd sent) ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, kredit borcunu Cavabdeh mülkiyyətində 90- FG-332 dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA” markalı minik avtomobili (buraxılış ili 2009, mühərrik- 009454, ban- KMHET41DP9A650102, rəngi-qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarıma tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçın hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında S-AVK-1669 nömrəli, xx xxxxxx 2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən İddiaçınə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında xx xxxxx 2009-cu il tarixində 646 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 60 ay müddətinə 20.681 (iyirmi min altı yüz səksən bir) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan 90- FG-332 dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA” markalı minik avtomobili (buraxılış ili 2009, mühərrik-009454, ban-KMHET41DP9A650102, rəngi-qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliy Baş Dövlət X12 QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx xxxxx 2009-cu il tarixli, AG seriyalı, 178851 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcverən avtomobil alınması məqsədi ilə istifadə etmək üçün borc alana 20.681 (iyirmi min altı yüz səksən bir) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (2.3-cü bəndi). Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytamağı öhdəsinə götürür. Həmin müqavilənin 5.1-cı bəndinə əsasən kredit vəsaitinin hərəkəti borcverən tərəfindən borcalan üçün açılan ssuda hesabı ilə təmin edir (5.4-cü bəndi). Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20% hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan kredit müqaviləsi üzrə əsas borcu 16.387 (on altı min üç yüz səksən yeddi) ABŞ dolları, faiz üzrə 21.435,84 (iyirmi bir min dörd yüz otuz beş dollar səksən dörd sent) ABŞ dolları məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı tərəfin əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti X10 Təşkilatının mülki iş üzrə əsl iddiaçı qismində cəlb edilməsini məhkəmədən xahiş edilmiş və əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti X10 Təşkilatının Cavabdeh qarşı “borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalmış iddiaçı “xxxxxxxxxxx” QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti X10 Təşkilatının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İş materiallarında olan “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən, “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı həyata keçmişdir. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında xx xxxxx 2009-cu il tarixdə bağlanmış 646 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 20% tətbiq edilməklə, 60 ay müddətinə 20.681 (iyirmi min altı yüz səksən bir) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında xx xxxxx 2009-cu il tarixdə bağlanmış 646 nömrəli ipoteka müqaviləsinə əsasən, xx xxxxx 2009-cu il tarixdə bağlanmış 646 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-FG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı (buraxılış ili 2009, mühərrik-009454, ban- KMHET41DP9A650102, rəngi-qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışindan görünür ki, Cavabdeh xx xxxxx 2009-cu il tarixli 646 nömrəli kredit müqaviləsi üzrə 16.387 (on altı min üç yüz səksən yeddi) ABŞ dolları məbləğində, faiz üzrə 21.435,84 (iyirmi bir min dörd yüz otuz beş dollar səksən dörd sent) ABŞ dolları məbləğində, ümumilikdə 37.822,84 (otuz yeddi min səkkiz yüz iyirmi iki dollar səksən dörd sent) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 1688 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Eyni zamanda, “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə keçmiş “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı həyata keçmişdir. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında xx xxxxx 2009-cu il tarixdə bağlanmış 646 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 20% tətbiq edilməklə, 60 ay müddətinə 20.681 (iyirmi min altı yüz səksən bir) ABŞ dolları məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsinin təminatı olaraq “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında xx xxxxx 2009-cu il tarixdə 646 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan **-FG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı (buraxılış ili 2009, mühərrik-009454, ban-KMHET41DP9A650102, rəngi-qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh xx xxxxx 2009-cu il tarixli 646 nömrəli kredit müqaviləsi üzrə 16.387 (on altı min üç yüz səksən yeddi) ABŞ dolları məbləğində, faiz üzrə 21.435,84 (iyirmi bir min dörd yüz otuz beş dollar səksən dörd sent) ABŞ dolları məbləğində, ümumilikdə 37.822,84 (otuz yeddi min səkkiz yüz iyirmi iki dollar səksən dörd sent) ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 36 ay olduğundan, iddiaçı tərəfindən ona qarşı vaxtında tələb irəli sürülmədiyindən, mülki qanunvericiliyə müvafiq olaraq müqavilətələbləri üzrə iddia müddəti üç il olduğundan iş üzrə iddia müddəti buraxılmışdır. Onun tərəfindən son ödəniş olaraq 380 (üç yüz səksən) ABŞ dolları xx xxxxxx 2012-ci il tarixdə həyata keçirilmişdir. Ona görə də, iddia müddətinin tətbiqi ilə əlaqədar iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. X9 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. X4 üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyasıqeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar