Məhkəmə qərarları › İş №2(103)-2304/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2304/2023

01.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2304/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(005)-8/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Səftər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ağası qızından, X2, Əli-X7, "xxxx" ASC-dən, “Kamilla MMC”-dən və X3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000005432 saylı kredit razılaşması üzrə 478.156 ABŞ dolları məbləğində kredit borcunun, 54.943 ABŞ dolları məbləğində faiz borcunun və 122.411,5 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 655.510,53 ABŞ dolları məbləğində borcun, 009K**********04 saylı kredit razılaşması üzrə 30.000 ABŞ dolları məbləğində kredit borcunun, 3212,5 ABŞ dolları məbləğində faiz borcunun və 31.800 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 65.012,50 ABŞ dolları məbəğində borcun; 009KK**********01 saylı kredit razılaşması üzrə 9999,87 ABŞ dolları məbləğində kredit borcunun, 1901,9 ABŞ dolları məbləğində faiz borcunun və 250 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 12.151,81 ABŞ dolları məbəğində borcun, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 732.674 (yeddi yüz otuz iki min altı yüz yetmiş dörd) ABŞ dolları 84 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9-a yönəldilməklə açıq hərracdan satılması və cəmi 732.674 (yeddi yüz otuz iki min altı yüz yetmiş dörd) ABŞ dolları 84 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun vəipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 Ağası qızından, X2, Əli-X7, "xxxx" ASC-dən “Kamilla MMC”-dən və X3 ümumi qaydada tutulması; Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9-a tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Ağası qızının həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi; Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(005)-8/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Səftər oğlu tərəfindən qətnamədən apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası apellyasiyasiya şikayətlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Cavabdehlər isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişlər. Belə ki, cavabdehlərin hər biri Əlavə 2-də nəzərdə tutulmuş maddi norma ilə bağlı qrafaya istinad etsələr də, əsaslandırmamışlar. Formanın 6-cı bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdehlər bu hissədə düzgün tətbiq edilmədiyini iddia etdiyi hər bir maddi hüquq normasının sıralanmaqla göstərilməsi və hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357-358, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(005)-8/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Səftər oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Faud Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar