Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2346/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı; Birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması; kredit müqavilələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), İxx oğlu və Sxx oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-13/2022 nömrəli qətnaməsindən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə 2012-2016-ci illər ərzində müxtəlif məbləğlərdə kreditlər verilmişdir.
2. “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-5 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) əsasən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixinədək, 37 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır.
3. “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-5 nömrəli kredit müqaviləsinə dair 1 nömrəli kredit sazişinə əsasən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 19% olmaqla 500.000 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı və məqsədi: kredit xx.xx.2016-cı il tarixli, 43364-2 nömrəli kredit müqaviləsi üzrə istifadə edilmiş xx.xx.2016-cı il tarixli 1 nömrəli sazişə əsasən qalıq borcun ödənilməsi üçün istifadə ediləcəkdir.
4. “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-6 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) əsasən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixinədək, 37 ay müddətinə 560.000 manat məbləğində kredit xətti açılmışdır.
5. “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-6 nömrəli kredit müqaviləsinə dair 1 nömrəli kredit sazişinə əsasən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 19% olmaqla 510.000 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı və məqsədi: kredit xx.xx.2012-ci il tarixli, 212/43364-1 nömrəli kredit müqaviləsi üzrə istifadə edilmiş xx.xx.2016-cı il tarixli 56 saylı sazişi, xx.xx.2016-cı il tarixli 54 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 55 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 56 nöməli saziş, xx.xx.2016-cı il tarixli, 57 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 58 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 59 nömərli saziş, xx.xx.2016-cı il tarixli 60 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 61 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 62 nömrəli saziş, xx.xx.2016cı il tarixli 63 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 64 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 65 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 66 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 52 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 56 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 63 nömrəli saziş, xx.xx.2016-cı il tarixli 57 nömrəli sazişə əsasən qalıq borcun ödənilməsi üçün istifadə ediləcəkdir.
6. “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 43364-6 nömrəli kredit müqaviləsinə dair 2 nömrəli kredit sazişinə əsasən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 20% olmaqla 31.000 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı və məqsədi: kredit xx.xx.2017-ci il tarixli 43364-6 nömrəli kredit müqaviləsi üzrə istifadə edilmiş xx.xx.2017-ci il tarixli 1 saylı kredit sazişinə əsasən qalıq borcun qismən ödənilməsi üçün istifadə ediləcəkdir.
7. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 məxsus olan ümumi sahəsi 259,5 kv.metr, yaşayış sahəsi 144,1 kv.metr, yardımçı sahəsi 115,4 kv.metrdən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzil; 0,11301 ha torpaq sahəsində ümumi sahəsi 68 kv.metr, yaşayış sahəsi 39,9 kv.metrdən ibarət Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzil; 0,17608 ha torpaq sahəsində ümumi sahəsi 891,4 kv.metr, əsas sahəsi 859,5 kv.metr, köməkçi sahəsi 31,9 kv.metrdən ibarət ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş və ipoteka predmetləri daşınmaz əmlakın dövlət reyestrində ipoteka saxlayanın adına qeydiyyata alınmışdır.
8. 43364-5 və 43364-6 nömrəli kredit müqavilələrindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 ilə bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür.
9. Cavabdehlərə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə borc məbləğinin 5 (beş) iş günü ərzində ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı “X7 Azərbaycan” QSC iddia ərizəsi və daha sonra bir neçə dəfə iddia tələbinin həcminin artırılmasına dair ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dən və Cavabdeh2 müştərək (birgə) qaydada 1.041.000 manat əsas kredit borcunun, 874.727.34 manat əsas məbləğə hesablanmış faiz borcunun, 732.179.36 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə 2.647.906,7 manat məbləğində kredit borcunun, 1.025 manat ipoteka qoyanların əmlaklarının qiymətləndirilməsinə görə bank tərəfindən çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X7 Azərbaycan» QSC-nin xeyrinə tutulması, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 1) ümumi sahəsi 259.5 kv.m, yaşayış sahəsi 144.1 kv.m, yardımçı sahəsi 115.4 kv.mdən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilinə, 2) 0.11301 ha torpaq sahəsində ümumi sahəsi 68.0 kv.m, yaşayış sahəsi 39.9 kv.m-dən ibarət Bakı şəhəri, Nərimanov rayonu X8 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilinə, 3) 0.17608 ha torpaq sahəsində ümumi sahəsi 891.4 kv.m, əsas sahəsi 859.5 kv.m, köməkçi sahəsi 31.9 kv.m-dən ibarət ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borclu və zamindən tutulması, hərracda mənzil «X7 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borclarını ödəməmişlər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, həmçinin borcalanla, ipoteka qoyanla və zaminlə bağlanmış müqavilələrə əsasən borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən borcalan, zamin, həmçinin öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəltməklə onun satılmasını, əldə edilmiş pul vəsaiti hesabına kredit üzrə əsas məbləğ borcunun, əsas məbləğə hesablanmış faizlərin və cərimələrin, habelə çəkilmiş bütün xərclərin ödənilməsini tələb edə bilər.
12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 1261/2018 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11337 nömrəli ekspertiza rəyinə əsasən xx.xx.2017-ci il tarixli, 43364-5 saylı kredit müqaviləsi (kredi xəttinin açılması barədə müqavilə): xx.xx.2017-ci il tarixli, 01 №-li kredit sazişi üzrə: Rəyin tədqiqat hissəsində göstəriənlərə əsasən, “Paşasoy inşaat" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2017-ci il tarixli 01 №-li kredit sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh1-nin xx.xx.2018-ci il tarixə (iddia tələbinin həcmi artırılan tarixə) banka olan borcu 604.500 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 500.000,00 manat, faiz borcu üzrə 104.500.00 manat, xx.xx.2017-ci il tarixli, 43364-6 saylı kredit müqaviləsi (kredi xəttinin açılması barədə müqavilə): Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2017-ci il tarixli, kredit sazişi № 01 və xx.xx.2017-ci il tarixli, kredit sazişi № 02-nin şərtlərinə müvafiq olaraq "Paşasoy İnşaat” MMC-nin xx.xx.2018-ci il tarixə (iddia tələbinin həcmi artırılan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixli Kredit sazişi № 01 üzrə 570.293,34 manat: o cümlədən əsas borc 510.000,00; faiz borcu 60.293,34 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.
13. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
14. İddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə şərtlər cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən pozulmuşdur. Belə ki, tərəflər arasında müqavilə imzalansa da, müqavilə şərtlərinə əməl olunmayaraq bu günədək müqavilə üzrə göstərilən 1.041.000 (bir milyon qırx bir min) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış kredit müqavilələri etibarsız hesab edilməli və kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə bağlanmış müqavilələrə xitam verilməlidir.
15. “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək göstərmişdir ki, hazırki iddia kredit borcunu ödəməkdən imtina etmək məqsədi daşıyır. Həmçinin, etibarsız əqdlər üzrə qanunda nəzərdə tutulan iddia müddəti də ötürülmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.
16. İddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə dəqiqləşmə ilə Bakı şəhəri Nərimanov Məhkəməsinə müraciət edərək, iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli 43364-5 nömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsi, 24 yanvar 2017-ci il tarixdə iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 43364-6 nömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsinə dair 1 nömrəli kredit sazişi və iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında 19 yanvar 2017-ci il tarixində 43364-6 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə), 24 yanvar 2017-ci il tarixdə iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 43364-6 nömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsinə dair 1 nömrəli və 27 iyul 2017-ci il tarixli iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 43364-6 bömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsinə dair 2 nömrəli kredit sazişlərinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 259,5 kv.metr, yaşayış sahəsi 144,1 kv.metr, yardımçı sahəsi 115,4 kv.metr olan 15-16 nömrəli mənzilə dair 19 yanvar 2017-ci il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsi, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 26a ünvanında yerləşən ümumi sahəsi 68 kv.metr, yaşayış sahəsi 39,9 kv.metr olan 31 nömrəli mənzilə dair 23 yanvar 2017-ci il tarixdə 23 yanvar 2017-ci il tarixli bank ilə ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 891,4 kv.metr, əsas sahəsi 859,5 kv.metr, köməkçi sahəsi 31,9 kv.metrdən ibarət əmlak kompleksinə dair 23 yanvar 2017-ci il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış müvafiq müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(81)- 708/2019 nömrəli qərardadı ilə cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin vəsatəti təmin edilərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair e-2-2(81)-708/2019 nömrəli iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair (iş № 2(005)-75/2019) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. Həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli e-2-2(103)-904/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-20/2020 nömrəli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibat ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/4073 nömrəli ekspertiza rəyinə əsasən 27 iyul 2012-ci il tarixli, 212/43364-1 saylı kredit müqaviləsi və 22 aprel 2016-cı il tarixli, 53 saylı kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh "Paşasoy İnşaat” MMCnin “X7 Azərbaycan" QSC-yə sualda göstərilən 19 fevral 2020-ci il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir: 19 fevral 2022-ci il tarixə 0 azn;03 may 2016-cı il tarixli, 54 saylı kredit sazişi üzrə 0 azn; 16 may 2016-cı il tarixli 56 saylı saziş üzrə 0 azn; 18 may 2016-cı il tarixli 57 saylı saziş üzrə 0 azn; 25 may 2016-cı il tarixli 58 saylı saziş üzrə 0 azn; 31 may 2016-cı il tarixli 59 saylı saziş üzrə 0 azn; 04 avqust 2016-cı il tarixli 60 saylı saziş üzrə 0 azn; 08 avqust 2016-cı il tarixli 61 saylı saziş üzrə 0 azn; 12 avqust 2016-cı il tarixli 62 saylı saziş üzrə 0 azn; 18 avqust 2016-cı il tarixli 62 saylı saziş üzrə 0 azn; 22 avqust 2016-cı il tarixli 64 saylı saziş üzrə 0 azn; 30 avqust 2016-cı il tarixli 65 saylı saziş üzrə 0 azn; 05 sentyabr 2016-cı il tarixli 66 saylı saziş üzrə 0 azn; 23 dekabr 2016-cı il tarixli 52 saylı saziş üzrə 19 fevral 2020-ci il tarixlərə 0 azn gösrətilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
20. "xxxx" X1 Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə avqust 2021-ci il tarixli 2045 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küç.ev 26a, yanındakı 5 mərtəbəli “Leninqrad” layihəli binanın 4-cü mərtəbəsində yerləşən 68 kv.m ümumi sahədən ibarət 3 otaqlı 31 saylı mənzilin 02 avqust 2021-ci il tarixə bazar dəyəri 125.000 manat, likvid dəyəri 107.000 manat müəyyən edilmişdir. "xxxx" X1 Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə avqust 2021-ci il tarixli 2043 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 5 ünvanda istifadədə olan 0.17608 ha torpaq sahəsi üzərində yerləşən 891.4 kv.m ümumi, 859.5 kv.m əsas sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin 02 sentyabr 2021-ci il tarixə olan bazar dəyəri 700.000 manat, likvid dəyəri 600.000 manat müəyyən edilmişdir. "xxxx" X1 Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə avqust 2021-ci il tarixli 2044 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç.ev 118, yanındakı 14 mərtəbəli “yeni tikili” layihəli binanın 9-cu mərtəbəsində yerləşən 259.50 kv.m ümumi sahədən ibarət, 144.10 kv.m yaşayış sahəsi olan 6 otaqlı 15-16 saylı mənzilin 02 avqust 2021-ci il tarixə bazar dəyəri 430.000 manat, likvid dəyəri 380.000 manat müəyyən edilmişdir.
21. “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli CEG-21/377 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 5 ünvanda istifadədə olan 0.17608 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin 06 sentyabr 2021-ci il tarixə olan bazar dəyəri 723.000 manat, likvid dəyəri 630.000 manat müəyyən edilmişdir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli CEG- 21/376 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç.ev 118 ünvanda yerləşən 15-16 saylı mənzilin 06 avqust 2021-ci il tarixə bazar dəyəri 450.000 manat, likvid dəyəri 400.000 manat müəyyən edilmişdir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli CEG-21/375 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küç.ev 26a ünvanda yerləşən 31 saylı mənzilin 06 avqust 2021-ci il tarixə bazar dəyəri 120.000 manat, likvid dəyəri 100.000 manat müəyyən edilmişdir.
22. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-9/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və Azərbaycan Respublikası Auditorlar Palatasının mütəxəssislərinə həvalə edilmişdir.
23. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı1QSC ilə “Paşasoy İnşaat “MMC-nin direktoru Cavabdeh2 şəxsində kredit xətti müqavilələrinə əsasən xx.xx.2017-ci il tarixinə ödənilməmiş azn, usd, manat ekvalentində 967.848,04 manat əsas borc, 45.010,42 manat faiz borcu, 10.579,97 dəbbə borcu, cəmi kredit üzrə məbləğində 1.023.438,43 manat borc öhdəliyi olduğu (bank çıxarışlarına əsasən) göstərilmişdir, lakin kreditin ayrılması haqqında sənədlər və mədaxil qəbzləri audit araşdırılmasına təqdim olunmadığından həmin məbləğin düzgünlüyünü təsdiq etmək mümkün olmadı. Xüsusi qeyd: “Yapı Kredit Bank Azərhaycan"xxxx" MMC-nin direktoru Cavabdeh2 oğıu arasında bağlanmış kredit müqavilələrinə öhdəliyi tərəflər əsasən borc – arasında bağlanmış müqavilənin, öhdəliklərinin icrasına dair görülmüş işlərin (xidmətlərin) dəyərləri "xxxx"QSC-tərəfindən təqdim edilən bank hesab çıxarışlarına və kredit xətti çıxarışlarına, maliyyə arayışlarına əsasən araşdırılması aparıldı. Müəyyən olundu ki, "xxxx"QSC ilə Cavabdeh1 direktoru Cavabdeh2 oğıu arasında bağlanmış kredit müqavilələrinə əsasən kredit sazişləri bağlanmışdır, aralarında bağlanan müqavilələrdə hər iki tərəflərin razılaşması qeyd edilir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq faiz və dəbbə hesablanmışdır. Hesablanmış, lakin ödənilməmiş faiz və dəbbə borcları əsas kredit məbləğinin üzərinə əlavə edilərək cəm şəkilində yaranmış borc öhdəliyinə yenidən kredit sazişi imzalanıb Restruktaziya edilmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/825 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, 22 aprel 2016-cı il tarixli 53 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 03 may 2016cı il tarixli 54 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 16 may 2016-cı il tarixli 56 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 18 may 2016-cı il tarixli 57 saylı kredit sazişı üzrə 31 yanvar 2017- ci il tarixə 0 AZN, 25 may 2016-cı il tarixli 58 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 31 may 2016-cı il tarixli 59 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 04 avqust 2016-cı il tarixli 60 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 08 avqust 2016-cı il tarixli 61 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 12 avqust 2016-cı il tarixli 62 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 18 avqust 2016-cı il tarixli 63 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 22 avqust 2016-cı il tarixli 64 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 30 avqust 2016-cı il tarixli 65 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, 05 sentyabr 2016-cı il tarixli 66 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, xx.xx.2016-cı il tarixli 52 saylı kredit sazişı üzrə 31 yanvar 2017-ci il tarixə 0 AZN, Qeyd edilir ki, yuxarıda göstərilən (sazişlər üzrə) borc məbləğləri bankın verdiyi restrukturizasiya kreditinin hesabına bağlanmışdır. -19 yanvar 2017-ci il tarixli, 43364-5 saylı kredit müqaviləsinə əsasən bağlanmış 24 yanvar 2017-ci il tarixli, Kredit sazişi № 01 üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 24 yanvar 2017-ci il tarixli 01 №- li kredit sazişinin şərtlərinə müvafiq olaraq “Paşasoy İnşaat MMC-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur; o cümlədən xx.xx.2018-ci il (kreditin bitmə tarixinə) borcu 593.416,67 manat, əsas borc üzrə 500.000,00 manat, faiz borcu üzrə 93.416,67 manat. xx.xx.2021-ci il (sualda göstərilən tarixə) borcu 941.486,11 manat, əsas borc üzrə 500.000,00 manat, faiz borcu üzrə 441.486,11 manat. -19 yanvar 2017-ci il tarixli, 43364-6 saylı kredit müqaviləsinə əsasən bağlanmış 24 yanvar 2017-ci il tarixli, Kredit sazişi № 01 üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iş materiallarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 24 yanvar 2017-ci il tarixli, kredit sazişi № 01 -in şərtlərinə müvafiq olaraq Cavabdeh1-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2020-ci il tarixə (müqavilə müddəti tarixinə) borcu 752.788,34 manat, əsas borc üzrə 510.000,00 manat, faiz borcu üzrə 242.788,34 manat. xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarixə) borcu 914.019,17 manat, əsas borc üzrə 510.000,00 manat, faiz borcu üzrə 404.019,17 manat. -19 yanvar 2017-ci il tarixli, 43364-6 saylı kredit (xətti) müqaviləsinə əsasən bağlanmış 27 iyul 2017-ci il tarixli, Kredit sazişi № 02 üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iş materiallarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 27 iyul 2017-ci il tarixli, kredit sazişi № 02-nin şərtlərinə müvafiq olaraq Cavabdeh1-nin 06 mart 2018-ci il tarixə (iddia tələbinin həcmi artırılan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il (müqavilə müddəti tarixinə) borcu 37.113,89 manat, əsas borc üzrə 31.000,00 manat, faiz borcu üzrə 6.113,89 manat. xx.xx.2021-ci il tarixə orcu 56.712,78 manat, o cümlədən 31.000,00 manar əsas, faiz borcu üzrə 25.712,78 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
25. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-13/2022 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada 1.041.000 manat əsas kredit borcu, 342.318,9 manat faiz borcu, 2.000 manat cərimə borcu, ümumilikdə 1.385.318,9 manat məbləğində kredit borcunun, 1.025 manat ipoteka qoyanın əmlaklarının qiymətləndirilməsinə görə bank tərəfindən çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X7 Azərbaycan» QSC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2 tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ümumi sahəsi 259.5 kv.m, yaşayış sahəsi 144.1 kv.m, yardımçı sahəsi 115.4 kv.m-dən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilinə, 0.11301 ha torpaq sahəsində ümumi sahəsi 68.0 kv.m, yaşayış sahəsi 39.9 kv.m-dən ibarət Bakı şəhəri, Nərimanov rayonu X8 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilinə və 0.17608 ha torpaq sahəsində ümumi sahəsi 891.4 kv.m, əsas sahəsi 859.5 kv.m, köməkçi sahəsi 31.9 kv.m-dən ibarət ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə realizə edilməsi, əmlakların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitlərin əmlakların mülkiyyətçisi Cavabdeh2 verilməsi, Cavabdeh2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küç.ev 26a, 31 saylı mənzilin ilkin satış qiymətinin 107.000 manat, ünvan 5 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 600.000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç.ev 118, 15-16 saylı mənzilin ilkin satış qiymətinin 380.000 manat müəyyən olunması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu X8 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilin ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, qalan hissələrdə iddia tələbinin təmin edilməməsi, iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 400 manatın Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
26. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də, Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödəməlidirlər.
27. Məhkəmə İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin kredit müqaviləsi üzrə əsas məbləğinin tam tutulması qənaətinə gəlmiş, lakin hesablanmış faiz məbləği ilə bağlı məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə mühasibat ekspertizasının nəticəsi olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cu il tarixli 9/825 nömrəli nömrəli ekspert rəyini əsas götürərək qeyd etmişdir ki, müvafiq ekspert rəyi ilə qeyd edilən kredit müqavilələrinin sonuna, xx.xx.2017-ci il tarixli 01 saylı saziş üzrə xx.xx.2018-ci il tarixə 93.416,67 manat, xx.xx.2017-ci il tarixli kredit sazişi üzrə xx.xx.2020-ci il tarixə 242,788.34 manat və xx.xx.2017-ci il tarixli 02 saylı sazış üzrə xx.xx.2018-ci il tarixə 6.113,89 manat, cəmi 342,318,9 manat hesablanmış faiz borcu İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
28. Məhkəmə iddia tələbi üzrə hesablanmış 732.179,36 manat məbləğində cərimə borcunun tutulması tələbi hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği borc məbləğinə mütənasib olmadığından 2.000 manat məbləğində cərimə borcu cavabdehlərdən İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
29. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində də təmin edilməli, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan ümumi sahəsi 259,5 kv.metr, yaşayış sahəsi 144,1 kv.metr, yardımçı sahəsi 115,4 kv.metrdən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilə və ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır.
30. Müvafiq əmlakların qiymətləndirilməsi zamanı "xxxx" X1 Cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə avqust 2021-ci il tarixli 2045, 2044, 2043 nömrəli ekspert rəylərində göstərilən Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küç.ev 26a, yanındakı 5 mərtəbəli “Leninqrad” layihəli binanın 4-cü mərtəbəsində yerləşən 68 kv.m ümumi sahədən ibarət 3 otaqlı 31 saylı mənzilin likvid dəyəri 107.000 manat, ünvan 5 ünvanda istifadədə olan 0.17608 ha torpaq sahəsi üzərində yerləşən 891.4 kv.m ümumi, 859.5 kv.m əsas sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin likvid dəyəri 600.000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç.ev 118, yanındakı 14 mərtəbəli “yeni tikili” layihəli binanın 9-cu mərtəbəsində yerləşən 259.50 kv.m ümumi sahədən ibarət, 144.10 kv.m yaşayış sahəsi olan 6 otaqlı 15-16 saylı mənzilin likvid dəyəri 380.000 manat müəyyən olunmalıdır.
31. Məhkəmə iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə kredit müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsinə əsaslar müəyyən edilməmişdir. Borc öhdəliyinin mövcud olması və həmin mövcudluq məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapdığından kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) xitam verilməsi üçün heç bir hüquqi əsas yoxdur.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 319.4, 385.1, 427.3, 432.4, 442, 443.1, 448.1, 460.1, 460.2, 460.3, 462.1, 467, 471, 472.1, 472.2, 477.0.1, 477.0.4, 528-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59.1, 59.3, 59.4-cü maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 107, 115.0.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
33. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, bankın iddia tələbinin rədd edilməsi, MMC-nin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 (“Bank”) iddia edir ki, "xxxx" MMC-yə (“MMC”) 2012-2016-ci illər ərzində müxtəlif məbləğli kreditlər vermişdir. 2017-ci ilin yanvar ayında tərəflər növbəti kredit sazişlərini bağlayıblar. Sazişlərin 2-ci bəndinə əsasən həmin kreditlərin təyinatı əvvəlki müqavilələr üzrə qalıq borcların ödənilməsidir (Bank bunu “restrukturizasiya” adlandırır, halbuki, müqavilələrdə bu söz işlədilmir). Lakin sözügedən sazişlərdə qalıq borcların məbləği təsbit edilməyib. Bank əvvəlki kredit müqavilələri üzrə deyil, məhz 2017-ci ilin yanvar ayında bağladığı sazişlər üzrə pul tələbi ilə çıxış edir. Lakin həmin sazişlərdə əvvəlki kredit müqavilələri üzrə qalıq borcların məbləği göstərilmədiyi üçün Bank ilk növbədə həmin qalıq borcları sübut etməlidir. Kredit məbləğinin MMC-yə verilməsini Bank sübut etməmişdir. Konkret olaraq MMC-nin bank hesabından kassa məxaric sənədləri təqdim edilməyib. İş üzrə keçirilmiş bütün məhkəmə-mühasibat ekspertizaları da yalnız Bankın təqdim etdiyi maliyyə arayışlarına və MMC-nin bank hesabından çıxarışlara əsaslanır. Halbuki, həmin sənədlərin tərtibi və təsdiqində yalnız Bank iştirak edir. Deməli, ona sərf edən istədiyi məlumatı ora yaza bilər. Müştəri tərəfindən bank hesabındakı vəsaitdən istifadənin 3 sübutu ola bilər: 1) müştərinin imzası olan kassa məxaric sənədi (pulu nağd götürübsə); 2) müştərinin imzası olan ödəniş sənədi (başqa hesaba köçürmə edibsə); 3) elektron ödənişin (məsələn, bank kartı vasitəsilə) həyata keçirildiyinə dair müvafiq sübut. Bunlardan heç biri işdə yoxdur. Qətnamənin özündə də vurğulanır ki, Azərbaycan Respublikası Auditorlar Palatası (həm də bu Palatanın ekspert kimi cəlb edilməsini məhz Bank xahiş etmişdi) öz rəyində göstərir: “kreditin ayrılması haqqında sənədlər və mədaxil qəbzləri auditaraşdırılmasına olunmadığından həmin məbləğin düzgünlüyünü təsdiq etmək mümkün olmadı. Xüsusi qeyd: "xxxx" QSC ilə Cavabdeh1MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış kredit müqavilələrinə öhdəliyi tərəflər əsasən borc – arasında bağlanmış müqavilənin, öhdəliklərinin icrasına dair görülmüş işlərin (xidmətlərin) dəyərləri "xxxx" QSC tərəfindən təqdim edilən bank hesab çıxarışlarına və kredit xətti çıxarışlarına, maliyyə arayışlarına əsasən araşdırılması aparıldı”. Yəni əsas ekspert kreditin verildiyini belə şübhə altına almış, lakin məhkəmə fərqli nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi, o cümlədən keçirilmiş məhkəmə-mühasibat ekspertizaları əsas məsələni – MMC-nin Bankdan nə qədər kredit götürməsini müəyyən etməmişlər. Faktiki olaraq Bank MMC-dən mövcud olmayan borcu tələb edir. İlk növbədə borcun yaranma əsası (pul verilibmi? hansı sənəd əsasında və nə qədər verilib?) müəyyən edilməli, sonra isə ekspertiza həyata keçirilməli idi (keçirilməlidir). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5034/2018 nömrəli qərarına əsasən MMC-nin Banka olan əvvəlki borcunun bu cür rəsmiləşməsi kredit müqaviləsinin mahiyyətinə uyğun deyil.
35. Qətnamədən narazı qalan Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, zaminlik müqavilələrinə xitam verilməsi və ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit münasibətləri kredit xəttinin açılması barədə müqavilələrdən irəli gəlir. Kredit xətti müqavilələri əsasında 24 yanvar 2017-ci il tarixli və 27 iyul 2017-ci il tarixli 3 ədəd kredit sazişləri (“Kredit sazişləri”) bağlanmışdır. Bank özü də etiraf edir ki, kreditlər guya məhz Kredit sazişləri əsasında verilmişdir. Borcalanın kredit öhdəliyinin icrasının təminatı qismində guya ki, Cavabdeh2 (“Cavabdeh”) Bankla 24 yanvar 2017-ci il tarixdə bağladığı zaminlik müqavilələri (“Zaminlik müqavilələri”) üzrə zaminliyi, habelə 19 yanvar 2017-ci il və 23 yanvar 2017-ci il tarixli 3 ipoteka müqaviləsi(“İpoteka müqavilələri”) üzrə ipoteka təşkil edir. Zaminlik müqavilələrinin (1-2-ci bəndlər) və İpoteka müqavilələrinin (4-cü bənd) mətnindən görünür ki, onlara nisbətdə əsas (təmin edilən) öhdəlik üzrə əqd qismində Kredit sazişləri deyil, Kredit xətti müqavilələri çıxış edir. Kredit xətti müqavilələrində isə kreditin faiz dərəcəsi və digər mühüm şərtlər təsbit edilməyib. Belə ki, Kredit xətti müqavilələrinin 1.3-cü bəndində birbaşa qeyd olunub ki, “Kredit xətti üzrə hissə-hissə verilən hər hansı kreditin(lərin) müddəti, məbləği, məqsədi, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişi(ləri) ilə müəyyən edilir.” Kredit sazişləri bağlanarkən isə cavabdehin razılığı (o cümlədən faiz dərəcəsi və digər şərtlər üzrə) alınmamışdır. Birinci instansiya məhkəməsi bu məsələni (təminat müqavilələri üzrə əsas öhdəlik müqavilələrinin natamamlığı, cavabdehin Kredit sazişləri üzrə razılığının olmaması və s.) araşdırmamış və ona qiymət verməmişdir. Halbuki, birinci instansiya məhkəməsi bu məsələ üzrə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyini bilməmiş deyil. Cavabdehin Borcalanın iştirakçısı və qanuni təmsilçisi (icra orqanı) olaraq Kredit sazişlərindən məlumatlılığı ilə məsələnin mahiyyəti dəyişmir. Konstitusiya Məhkəməsi Plenumunun məlum mövqeyində bu cür istisna mövcud deyil. Ola da bilməzdi. Cavabdehin Borcalanın iştirakçısı və qanuni təmsilçisi (icra orqanı) olması Borcalanın öhdəliklərinə görə məsuliyyət daşıması demək deyil. Məlumatlı olmaq isə razılıq vermək anlamına gəlmir. Qanuna uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi də ondan ibarətdir ki, zamin və ipoteka qoyan məhz razılıq verməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında müəyyən edilmiş hüquqi mövqe ondan ibarətdirki, kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində həmin şərtlər göstərilmədikdə və ya dəyişdirildikdə bununla bağlı zaminin razılığı alınmalıdır. Zaminin vəziyyətinin pisləşməsinə səbəb olan hallarla bağlı onun razılığının alınmaması məsuliyyətinin artması kimi qiymətləndirilir və belə hallarda zaminlik müqaviləsinə xitam verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cümaddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5cimaddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına əsasən işin hallarına uyğun olaraq sözügedən hüquq normasını tətbiq edərək birinci instansiya məhkəməsi ipoteka müqavilələrini bağlanmamış hesab etməli idi. Bu yanaşma Ali Məhkəmənin çoxsaylı aktlarında öz əksini tapmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini xahiş etdi.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərini qəbul etməyərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarı: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11.10.19-cu il tarixli Qərardadı: - Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, birinci işdə ilk iddia tələbi qismən təmin olunduğundan, birləşdirilmiş iş üzrə iddia rədd olunduğundan və cavabdehlər tərəfindən qətnamə bu hissələrdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən xx.xx.2017-ci il tarixində “X7 Azərbaycan” QSC (“Bank”) ilə Cavabdeh1 (“MMC”) arasında 43364-5 nömrəli kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə MMC-yə xx.xx.2020-ci il tarixinədək, 37 ay müddətinə 500.000 manat məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2017-ci il tarixdə Bank ilə MMC arasında 43364-5 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 1 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə MMC-yə 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 19% olmaqla 500.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixində Bank ilə MMC arasında 43364-6 nömrəli kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə MMC-yə xx.xx.2020-ci il tarixinədək, 37 ay müddətinə 560.000 manat məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2017-ci il tarixdə Bank ilə MMC arasında 43364-6 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 1 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə MMCyə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 19% olmaqla 510.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixdə Bank ilə MMC arasında 43364-6 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 2 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə MMC-yə 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 20% olmaqla 31.000 manat məbləğində kredit verilmişdir. Həmçinin, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə ipoteka müqavilələri bağlanmışdır. Bununla yanaşı, borcalanın 43364-5 və 43364-6 nömrəli kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin Cavabdeh2 ilə bank arasında xx.xx.2017-ci il tarixində zaminlik müqavilələri bağlanmışdır.
49. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 “X7 Azərbaycan” QSC ilə bağladığı kredit müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də, Cavabdeh2 vəCavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödəməlidirlər.
50. Məhkəmə həmçinin müəyyən etmişdir ki, “X7 Azərbaycan” QSC tərəfindən cavabdehlərə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, Bank ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır.
51. İşdən görünür ki, məhkəmə işin tam və hərtərəfli araşdırılması üçün kredit müqavilələri üzrə əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı ekspert rəyləri almış, habelə ipoteka predmetini təşkil edən daşınmaz əmlaklarının ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyləri alınmış, həmçinin, iddiaçı Bank tərəfindən tələb olunan cərimə məbləği borc məbləğinə mütənasib olmadığından əhəmiyyətli dərəcədə azaldılmışdır.
52. Məhkəmə kollegiyası Cavabdeh1-nin apellyasiya şikayətinin Bank tərəfindən MMCyə kredit məbləğlərinin verilməməsi, iş üzrə keçirilmiş bütün məhkəmə-mühasibat ekspertizalarının da yalnız Bankın təqdim etdiyi maliyyə arayışlarına və MMC-nin bank hesabından çıxarışlara əsaslanaraq həyata keçirildiyi, həmin sənədlərin tərtibi və təsdiqində yalnız Bank iştirak etdiyindən istədiyi məlumatı ora yaza bilmək imkanı olduğu barədə dəlillərinə münasibətdə qeyd edir ki, Bank ilə MMC arasında bağlanmış kredit sazişlərində tərəflər kreditin təyinatı və məqsədi ilə bağlı belə razılığa gəlmişlər ki, kredit məbləğləri əvvəlki sazişlər üzrə qalıq borcun ödənilməsi üçün istifadə ediləcəkdir. İşdə olan MMC tərəfindən Banka ünvanlanmış ərizələrdə də bankda olan MMC-nin hesabına mədaxil edilmiş kredit vəsaitlərinin əvvəlki kredit sazişləri üzrə qalıq borcların (məbləğləri göstərilməklə) tamamilə bağlanılması üçün Bankın xeyrinə silinməsi xahiş edilmişdir.
53. Bundan əlavə, işdən görünür ki, MMC-ni birinci instansiya məhkəməsində hüquqşünas (vəkil) təmsil etmiş və MMC-nin əvvəlki və sonuncu kredit sazişləri üzrə ödənişlərini təsdiq edən maliyyə sənədlərini ekspertiza zamanı ekspertlər tərəfindən tədqiq edilməsi üçün məhkəməyə təqdim etmək imkanı olmuşdur. Məlum olduğu kimi, hüquqi şəxslər tərəfindən bu cür ödənişlər nağdsız qaydada həyata keçirilir və ödənişi təsdiq edən sənədlər MMC-nin mühasibatlığında da saxlanılır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 99.3-cü maddəsinə əsasən MMC-nin nümayəndəsinin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirak etmək hüququndan istifadə etmək imkanı olmuşdur.
54. Məhkəmə Cavabdeh2 apellyasiya şikayətinin kredit xətti müqavilələrində kreditin faiz dərəcəsi və digər mühüm şərtlər təsbit edilmədiyi, kredit sazişləri bağlanarkən zamin və ipoteka qoyan kimi onun razılığı (o cümlədən faiz dərəcəsi və digər şərtlər üzrə) alınmadığı dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh2 həm Cavabdeh1-nin yeganə təsisçisi, həm qanuni təmsilçisi, həm zamin, həm də ki, ipoteka qoyan şəxsdir. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi kimi kredit sazişlərini imzalayarkən kreditin faiz dərəcəsi və digər mühüm şərtləri barədə məlumatlı olmuşdur.
55. Kollegiya hesab edir ki, Cavabdeh2 kreditin faiz dərəcəsi və digər mühüm şərtləri barədə məlumatlı olaraq zaminlik və ipoteka müqavilələri imzalamaqla, həmin şərtlərlə bağlı öz razılığını ifadə etmişdir.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh2 apellyasiya şikayətləri təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-13/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.