Məhkəmə qərarları › İş №2(103)-2354/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2354/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2354/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, 10.040.927 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 5.950 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh iddiaçının atası X3 dostu və köməkçisi olmuşdur. Məhz bu səbəbdən iddiaçının atası sağ ikən tikinti şirkəti qurarkən cavabdehi heç bir vəsait ödəməməsinə baxmayaraq formal olaraq təsisçi kimi qeyd etdirmişdir ki, şirkətə kənar şəxslər daxil olmasın və gələcək gəlirləri özünə qalsın. İddiaçının atası ilə cavabdehin arasında dostluq münasibətləri o qədər güclü olmuşdur ki, o, 2014-2015-ci illərdə cavabdehə 3.000.000 manat məbləğində pulu borc verilmişdir. Bundan başqa iddiaçının atası sağ olduğu vaxtlarda Abşeron rayonu, Aşağı Güzdək və Hökməli qəsəbələrində şəxsi vəsaiti hesabına əldə etdiyi torpaq sahələrini formal olaraq cavabdehin adına sənədləşdirmişdir. Torpaqların satılması hərraclarında cavabdeh iştirak etmiş, lakin bütün vəsaitlər iddiaçının atası tərəfindən ödənilmişdir. İddiaçının atası bunu etməklə öz adında kifayət qədər çoxlu torpaq sahəsinin olmamağına çalışmışdır. Lakin bütün torpaqların faktiki mülkiyyətçisi və sərəncamvericisi iddiaçının atası olmuşdur. İddiaçının atası xx.xx.2016-cı il tarixə vəfat etmişdir. Həmin vaxta qədər həmin torpaq sahələrinin müəyyən hissələri iddiaçının atasının iradəsinə əsasən cavabdeh tərəfindən satılmış, satışdan əldə olunmuş pul vəsaiti isə cavabdeh tərəfindən iddiaçının atasına verilmişdir. Cavabdeh həmin alğı-satqı proseslərində iddiaçının atasının köməkçisi kimi iştirak etmişdir. Lakin iddiaçının atası vəfat etdikdən sonra cavabdeh bu etibar münasibətlərindən sui-istifadə edərək adına sənədləşmiş torpaq sahələrini mənimsəmişdir. İddiaçı tərəfindən ona daimi olaraq təkid edilərək həmin torpaqların geri qaytarılması tələb olunmuşdur. Həmin zaman daha gənc olduğundan cavabdeh sadəcə guya iddiaçının yanında olduğunu göstərmək məqsədi ilə götürmüş olduğu borc pul məbləğini ildə bir dəfə kiçik hissədə qaytarmağa başlamış və torpaqları adına keçirəcəyinə vədlər vermişdir. İddiaçı, yaşa dolduqda aldadıldığını hiss etdikdə torpaqların adına keçirilmədiyini görərək bu məsələni birdəfəlik həll etmək üçün təsisçisi olduqları "xxxx" MTK-nın ofisində xx.xx.2021-ci il tarixdə cavabdehlə görüşmüşdür. Aralarında baş tutan uzun müzakirələrdən sonra cavabdeh həmişəki kimi iddiaçıya vədlər verməyə başlamışdır. İddiaçı onun bu vədlərindən yorulduğunu bildirdikdə cavabdeh, “istəyirsən yazılı ərizə verim sənə” deyərək iddiaçını inandırmışdır. Bundan sonra cavabdeh, aşağıdakı mətndə ərizə yazıb imzalayaraq iddiaçıya təqdim etmişdir: “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompüterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X11 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş, Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 ha-dan 16 ha-nı xx.xx.2023-cü il tarixədək X3 oğlu İddiaçı adına keçirməyi, 2016-cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 (üç milyon) manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 (iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qayataracağam”. Bu ərizəni götürdükdən sonra iddiaçı bir qədər rahatlaşmış və öz işləri ilə məşğul olmuşdur. Lakin sonradan, o, cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini görərək, bunun səbəblərini cavabdehdən soruşmuş, cavabdeh isə “mənim adımda olan torpaqlardan başqa atanın mənim vasitəmlə X8 adına torpaq sənədləşdirmişdi, onunla məhkəmə mübahisələri yekunlaşıb və barışıq sazişi bağlanıb, ona deyəcəyəm torpağı sənin adına keçirsin” bildirmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Rəşad Əzizova göstəriş verərək 5 ha torpaq sahəsini iddiaçının adına keçirməyi tapşırmışdır. Torpaq onsuz da iddiaçının atasına məxsus olduğundan, dolayı yolla da iddiaçıya məxsus olduğundan və Rəşad Əzizova bu torpağın adına keçirilməsinə görə 50.000 manat verməli olduğundan cavabdehin vermiş olduğu pulla alğı-satqı müqaviləsini 40.000 manata bağlamışlar. Bununla da Rəşad Əzizova həmin 50.000 manatdan 40.000 manat ödənilmişdir. Cavabdehin bu hərəkəti iddiaçıda ona qarşı etibar yaratmış və öhdəliyi icra edəcəyinə əmin olmuşdur. Təxminən olaraq 2023-cü ilin mart aylarında iddiaçı ilə cavabdehin oğlu Ağası Babaşov arasında kiçik mübahisə yaranmışdır. Bundan sonra cavabdeh və cavabdehin oğlu iddiaçının barəsində polis orqanına şikayət vermişlər. Bundan sonra cavabdehin əsl niyyətini iddiaçıya bəlli olmuşdur. Cavabdeh, Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq baş tutmuş alğı-satqını etibarsız hesab etdirmək istəmiş, səbəb kimi isə onun belə göstərişi olmadığını bildirmişdir. Halbuki alğı-satqının həyata keçirilməli olduğunu məhz cavabdeh göstəriş vermiş və bütün alğı-satqı xərclərini o ödəmişdir. Cavabdehin bu göstərişi yazmış olduğu öhdəlik ərizəsi ilə təsdiq olunur. Ehtimal ki, bu ərizəni unutduğundan iddiaçıya qarşı belə əsassız iddia qaldırır. Cavabdeh nəinki bu hərəkəti etmiş, öhdəlik ərizəsi üzrə etməli olduqlarını da ərizədə qeyd edilən xx.xx.2023-cü il tarixədək icra etməkdən yayınmışdır. İddiaçı uzun müddət cavabdehin bu hərəkətdən əl çəkəcəyini gözləyərək iddia qaldırmamışdır. Lakin indiki vəziyyətdə gördüyü odur ki, cavabdeh bütün torpaqları və götürmüş olduğu pulu mənimsəyir, iddiaçıya ziyan vurmaq üçün əsassız iddialar qaldırır. Bu səbəbdən hazırkı iddia ilə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. b) cavabdeh tərəfin və üçüncü şəxslərin iddia tələbinə münasibəti barədə məlumat

3. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi xx.xx.2021-ci il tarixli öhdəlik ərizəsi saxta olduğu üçün etibarsız hesab edilməlidir. Cavabdeh heç bir zaman üzərinə elə bir öhdəlik götürməmişdir. Cavabdeh iddiaçının atasının köməkçisi olmamış, kimsə də onu harasa təsisçi kimi qoşmamışdır. Cavabdeh iddiaçının atası ilə dost olmuş, hətta ilk əvvəl birlikdə MTK yaratmışlar. Daha sonra MTK-da rəhbərlik dəyişdiyindən, cavabdeh kimi bir neçə təsisçinin gəlirlərini, pullarını mənimsədiyi, dələduzluq etdiyi üçün MTK-ya sədrlik edən X5 barədə cari ildə aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra məhz hazırki iddiaçının qanunsuz maraqlarını müdafiə etmiş və onun tərəfindən bu cür qanunsuz və əsassız şəkildə işin əsl hallarını təhrif edərək məhkəmələrə yalan məlumatlar verməkdə, əsl həqiqətdə cavabdehin hüquqlarını pozmaqdadır. İddiaçının hazırda həqiqətləri danaraq kimlərinsə qanunsuz maraqları üçün bu cür saxta sənədlər təqdim edərək qanunu pozması, əsassız iddia qaldırması qəbul edilməzdir. İddia ərizəsində qeyd olunanlar həqiqəti özündə əks etdirməyən absurd fikirlərdir. Belə ki, iddiaçı ilkin olaraq tələbində 16 ha torpaq sahəsinin onun adına keçirilməsini tələb etmişdir. Cavabdehin pul öhdəliyi olsaydı torpaq sahəsini tələb etməzdi, əvvəlcədən öhdəliyin icrasını tələb edərdi. Bununla yanaşı həmin ərizədə göstərilmiş 3.000.000 manat pulla bağlı ziddiyyət yaranır. Belə ki, iddiaçının dediyindən belə çıxır ki, iddiaçının atası vəfat etdikdən sonra ona hər il 30.000 manat pul ödənilmiş və 2021-ci ildə sonuncu dəfə 30.000 manat qaytaranda 2.790.000 manat qalıq qalmışdır. Elementar riyazi hesablama bu fikrin uydurma olduğunu sübut edir. Belə ki, əgər iddiaçının atası öldükdən sonra, yəni 2016-cı ildən cavabdeh tərəfindən ildə bir dəfə iddiaçıya 30.000 manat pul ödənilibsə və əgər ki, 2021-ci ildə 2.790.000 manat qalıq qalırsa, 3.000.000 manat hesabı ilə cavabdeh 210.000 manat pul ödəmiş olmalıdır. 210.000 manatı isə ildə bir dəfə ödəniləcək 30.000 manata nisbətdə hesablansa, o zaman bu 7 il edir. 7 illik ödəniş isə göstərir ki, əgər cavabdeh 2016-cı ildən ödəniş edirsə o zaman 7 il hesabı ilə o 210.000 manatı 2023-cü ildə ödəmiş olmalı idi. Göründüyü kimi iddiaçı özünə haqq qazandırmaq üçün uydurma məbləğlər yazsa da, öz aləmində guya ödənişlər edildiyini desə də, bu hesablama bütün bunların yalan olduğunu göstərir. Digər tərəfdən cavabdehin hər il ödəniş etməsi sübut edilmir. Cavabdehə iddiaçının atası tərəfindən verilməsi qeyd edilən 3.000.000 manat pulun hansı qaydada verildiyi göstərilməyib. İddiaçının qeyd etdiyi kimi yaşı az idisə, cavabdehlə onun atası arasında hansısa qeyd edilən formada anlaşmanın olduğunu haradan bilə bilərdi. İddiaçı bu kimi öhdəlikdən hazırkı iddiaya kimi məlumatı olmamasının səbəbini göstərməmişdir. Əgər öhdəliklə bağlı hansısa razılaşma var idisə iddiaçı bu saxta formada ortaya çıxartdığı ərizəni cavabdehin etibarsızlıqla bağlı Yasamal Rayon Məhkəməsində iddiası olan zaman təqdim edə bilərdi. Bu qədər pula, torpaq sahəsinə öhdəlik götürmüş olsaydı notarial qaydada müqavilə bağlanardı. Ərizədə yalnız cavabdehin imzası var, ərizənin məzmunu, eləcə də ad, soyadı belə cavabdeh tərəfindən yazılmayıb. İddiaçı tərəfindən ərizə yazılması barədə təşəbbüs olsaydı, ərizənin kompyuter vasitəsilə yazılmasına razı olmazdı. Bu hallar iddiaçının təqdim etdiyi ərizənin saxta olduğunu, ərizədən xəbərinin olmadığını, cavabdeh tərəfindən imzalanmadığını təsdiq edir. İddiaçı qeyd edir ki, guya cavabdehin üzərinə düşən öhdəliyi icra etmədiyini görüb təkrar ünsiyyətə keçmiş və guya o da X20 ilə arasında barışıq sazişi olduğunu, həmin mübahisəli torpaq sahəsinin isə onun atasına məxsus olduğunu qeyd edərək həmin torpağın onun adına keçirtdirəcəyini demişdir. Guya xx.xx.2023-cü ildə o, Rəşad Əzizova göstəriş verərək torpaq sahəsinin iddiaçının adına keçirməyi tapşırmışdır. Bu qeyd də uydurmadır. Belə ki, əgər öhdəliyin icra vaxtı xx.xx.2023-cü il tarixinə kimi idisə, o zaman nə üçün iddiaçı qeyd edir ki, üzərinə düşən öhdəliyi icra etmədiyi üçün təkrar əlaqə saxlayır? Öhdəlik ərizəsində qeyd edilən pulları, torpaq sahələrini ona verməsin, amma ona məxsus olan əmlakı guya onun atasına məxsusdur adı ilə öhdəlik vaxtı çatmamış ona versin? İddiaçının Rəşad Əzizov ilə arasındakı razılaşma üzrə qeyd etdikləri də təhrif edilmiş formadadır. Belə ki, əsl həqiqətdə cavabdehə məxsus torpaq sahəsi Rəşad Əzizov tərəfindən mənimsənildiyi üçün aidiyyəti qaydada inzibati məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddiasını təmin etdikdən sonra Rəşad Əzizovun xahişlərini nəzərə alaraq xx.xx.2022-ci il tarixdə “Barışıq sazişi” bağlamış və həmin “Sazişlə” cavabdeh və Rəşad Əzizov müəyyən öhdəliklər götürmüşlər. Cavabdeh, üzərinə düşən ilkin öhdəlikləri tam icra edərək Rəşad Əzizovun da sazişə əməl edəcəyinə insansa da car ilin iyul ayında xəbər tutmuşdur ki, onun hüquqları çatan daşınmaz əmlakı, yəni Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5 ha torpaq sahəsini onun xəbəri olmadan, gizlin şəkildə xx.xx.2023-cü il tarixində Rəşad Əzizov hazırkı iş üzrə iddiaçıya satmışdır. Cavabdeh sözügedən müqavilədən xx.xx.2023-cü il tarixində rəsmi qaydada notariusa müraciət edərək sənədləri əldə edən zaman xəbər tutmuşdur. Çünki, bu günə kimi Rəşad Əzizov ona torpaq sahəsinin satıldığını bildirməmişdir. Sözügedən müqavilə cavabdehin hüquqları pozulmaqla məqsədli şəkildə bağlanıldığından qüvvədə olan barışıq sazişinə əsasən onlar arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və eləcə də saziş üzrə öhdəliklərin icrasının Rəşad Əzizovun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi üçün aidiyyəti qaydada Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və iddiası ilə bağlı 2(004)-4029/2023 saylı iş üzrə hazırki iddiaçı cavabdeh qismində cəlb edilmişdir və onun vəkili Vəkil1 məhkəmədə iştirak edən zaman iddiaçının hazırda qeyd etdiklərini yox, məhz əmlakı tam qanuni şəkildə aldığını, ödənişi də özlərinin etdiyini, tərəfindən hansısa göstərişin olmadığını bildirmişdir. İlk proseslər bu formada özlərinə haqq qazandırsalar da, sonda sazişdəki üçüncü şəxs anlayışını əsas tutaraq ilk əvvəl dediklərinin əksinə bildirmişlər ki, guya cavabdeh, əmlakın iddiaçının adına keçirilməsini demişdir və 40.000 manat da pulu o ödəmişdir. Həmin məhkəmə zamanı verdiyi sualı indi bir daha qeyd edir: işin hallarına, müqaviləyə baxıldıqda əmlakın 40.000 manata satıldığı qeyd edilsə də, 36.000 manat vergi ödənilmişdir. Hazırda iddianın əsası kimi qoyulmuş öhdəlik ərizəsi iddiası əsasında baş tutan məhkəmə prosesinə ilk öncə təqdim edilməmiş, sadəcə olaraq xx.xx.2023-cü il tarixində sonuncu baxış iclasında elektron sistemə əlavə edilmiş, bununla yanaşı icraatdakı əsassız iddia ərizəsi də məhz işin sonunda verilmişdir. Bu detal sübut edir ki, sözügedən ərizə reallıqda mövcud olmamışdır, əgər belə bir ərizə mövcud olsaydı o zaman iddiaçı indi yox, ilk gündən onu məhkəməyə təqdim edərdi, məhkəmədə ikili, bir-birinə ziddiyyətli fikirlər irəli sürməzdi və o cümlədən ərizəni əsas tutub onun iddiasından qabaq aidiyyəti qurumlara müraciət edərdi. İddiaçı qeyd edir ki, guya o, iddia ərizəsi verən zaman öhdəlik ərizəsini unutmuşdur, lakin nəzərə alınmalıdır ki, iddiaçı hər şeyin, həqiqətin fərqində olsa da mövcud olmayan, heç bir hüquqi qüvvəsi olmayan öz maraqlarına xidmət edən sözlərdən ibarət kağız parçasını tərtib edərək onun adından da imzaladaraq son anda özünə haqq qazandırmağa, məsuliyyətdən yayınmağa çalışır. Qeyd edilənlərə, qanunvericiliyin tələblərinə əsasən bildirir ki, cavabdehin adından imzalandığı qeyd edilən xx.xx.2021-ci il tarixli öhdəlik ərizəsi qanunsuzdur, saxtadır. Öhdəlik ərizəsi adı altında iddiaçı tərəfindən onun öz qanunsuz maraqları üçün tərtib edilərək, imzaladılmış ərizənin cavabdehə heç bir aidiyyəti olmamaqla, qanunvericiliyin tələblərinə belə adekvat deyil. Ərizənin məzmunundan aydın olur ki, iddiaçı onu məqsədli şəkildə cavabdehin iddiasına təsir etmək üçün ağlına nə gəldi yazmaqla, köhnə tarixə də qeyd etməklə harada, hansı torpaq sahəsinin olduğunu qeyd etmədən, hətta öz aləmində borc üzrə geri ödənişlərə dair hətta səhv hesablamalar da apararaq ərizəyə qanuni görüntü yaratmağa çalışmışdır. Odur ki, sözügedən mübahisə predmetinin əsasını təşkil edən ərizənin etibarsız hesab edilməsi qanunvericiliyin tələbi olmaqla bu əsaslı detalın araşdırılması və münasibət bildirilməsi məhkəmənin vəzifəsidir. Əks yanaşma iddiaçı tərəfindən edilmiş saxtakarlığa, qanunsuzluğa haqq qazandırmaqdır, tətbiqi məcburi olan aidiyyəti yerli və beynəlxalq normaların, məhkəmə qərarlarının tələblərinin pozulmasıdır.

4. İşə baxmış Rayon Məhkəməsi tərəfindən işin baxılmasına üçüncü şəxs kimi cəlb edilmiş (iddiaçının anası) X6, (iddiaçının bacısı) X4 və (iddiaçının qardaşı) X12 iddia tələbinə münasibətdə bildirmişlər ki, onlar xx.xx.2016-cı il tarixdə vəfat etmiş Kamil Quliyevin vərəsələridir. Vəfat edən vaxta qədər kamil Quliyevin kifayət qədər geniş imkanı olmuş, əldə etdiyi əmlakların hamısını öz adına ala bilmədiyindən ona çox yaxın olmuş cavabdehin və göstərdiyi üçüncü şəxslərin, hətta qohumlarının adına almışdır. Bu yaxınlıq o səviyyədə olmuşdur ki, Kamil Quliyev tərəfindən təsis edilmiş “MKM-Mənzil Tikinti Kooperativi” (hazırkı "xxxx" MTK) yaradılarkən cavabdeh heç bir məbləğ qoymamasına baxmayaraq təsisçi kimi qeyd edilmişdir. Faktiki olaraq Kamil Quliyev və digər iki nəfər şəxs tərəfindən "xxxx" MMC qurulmuş və həmin MMC-nin fəaliyyəti üçün məbləğ qoyulmuşdur. X40 adından formal olaraq təsisçi kimi cavabdeh qeyd edilmişdir. Həmin MMC son illərə qədər Kamil Quliyevə məxsus olan (hal-hazırda onun mülkiyyətində olan) və "xxxx" MTK-nın yerləşdiyi Abşeron rayonu Hökməli qəsəbəsində 7 ha torpaq sahəsində fəaliyyət göstərmişdir. Bu münasibətlər kəskinləşdiyindən cavabdeh həmin MMC-ni əmlakları ilə birlikdə başqa əraziyə daşımışdır. Kamil Quliyev Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzili cavabdehin qohumu Babaşova Rəna Rəsul qızının adına almış və bugünə kimi həmin ev onların sahibliyində olmuşdur. Münasibətlər kəskinləşdiyindən düz 30 ildən sonra Rəna Babaşova (Cavabdeh göstərişi ilə, hər iksinin vəkilinin eyni olması və münasibətlər kəskinləşdikdən sonra bu iddianın qaldırılması qeyd edilən faktı təsdiq edir) Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. 2(005)-179/2024 saylı işdə Vəfa Quliyeva müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmışdır. 30 il ərzində bu iddianın qaldırılmaması və heç bir pretenziya irəli sürməməsi o deməkdir ki, həmin mənzili Kamil Quliyev almış və hər kəs bunu belə bilmiş, qəbul etmişdir. X33 rayonu, Aşağı Güzdək qəsəbəsində 5 ha torpaq sahəsini cavabdehin işçisi X8 adına almışdır. Cavabdeh ilə Rəşad Əzizov arasında münasibətlər kəskinləşmiş və bu mübahisə “Barışıq Sazişi” ilə yekunlaşmışdır. Münasibətlər kəskinləşməmiş həmin torpaq sahəsini iddiaçının adına keçirilməsinə cavabdeh göstəriş verərək Kamil Quliyevə məxsus olan torpağı geri qaytarmışdır. Lakin münasibətlər kəskinləşdikdən sonra yuxarıda sadalanan digər iddialar kimi formal iddia qaldıraraq belə bir göstərişin vermədiyini bildirmişdir. Hazırda həmin işə Ali Məhkəmədə baxılmaqdadır. Ən əsası isə X33 rayonu, Hökməli və Güzdək qəsəbələrində formal mülkiyyətçi kimi cavabdehin adına torpaq sahələri əldə etmişdir. Kamil Quliyev vəfat edən vaxtda cavabdehin adında 20 ha yaxın torpaq sahəsi qalmışdır. Digər tərəfdən Kamil Quliyev vəfat edənə qədər cavabdehə 3.000.000 manat pul vermişdir. Bu pul Kamil Quliyevin cavabdehə olan güvəninə görə və cavabdehin həyatını rahatlaşdırmaq məqsədi ilə borc kimi verilmişdi. Kamil Quliyev həmişə deyirdi ki, “mən Cavabdeh etibar edirəm, o, adında olan əmlakların və borc məbləğin heç vaxt arxasına keçməz, mən sağ olmasam demişəm həmin əmlakları və borcu böyük oğlum Fəridə qaytar”. Kamil Quliyev vəfat etdikdən sonra da qeyd edilən səbəbdən cavabdehə dəfələrlə torpaqları və borcu tam qaytarmaq təklif olunmuşdur. Hətta ətrafda olan və cavabdehə yaxın adamlardan da cavabdehə bildirmələri xahiş edilmişdir ki, cavabdehi bu əməlindən daşındırsınlar və haqları olan torpaqları və borcu tam geri qaytarsın. Məhz iddiaçının cavabdehlə uzun sürən danışıqlarından sonra cavabdeh qeyd edilən “Öhdəlik Ərizəsini” yazaraq imzalamışdır. Bundan sonra cavabdeh yuxarıda qeyd edilən 5 ha torpaq sahəsini iddiaçının adına keçirmişdir. Lakin iddiaçı ilə cavabdehin oğlu Ağası Babaşov arasında yaranan münaqişədən və Ağası Babaşov tərəfindən Abşeron Rayon Polis İdarəsinə müraciətdən sonra cavabdeh öz üzərinə götürdüyü bütün öhdəliklərdən yayınmağa başlamışdır. “Öhdəlik Ərizəsindəki” bütün məlumatlar realdır və üçüncü şəxslər həmin ərizə üzrə cavabdehin öhdəliklərini Kamil Quliyevin ona bildirdiyi vəsiyyət üzrə iddiaçının xeyrinə icra olunmasına tamamilə razıdırlar. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 8.003.800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4.823 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 1.227 manatın iddiaçıya aid edilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının xərci olan 105 manat və sənədlərin məhkəmə-texniki ekspertizasının xərci olan 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının dəyəri olan 1.000 manat məbləğində pulun yarısının - 500 manatın iddiaçıdan, qalan 500 manatının isə cavabdehdən tutularaq “X25 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini qət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. İddiaya qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, bu işə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Çünki iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və onların arasında yaranmış bu mübahisə də, məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Cavabdehin vəkili vəsatətlə Rayon Məhkəməsinin hakiminə müraciət edərək işin kommersiya məhkəməsinə aid olduğunu bildirsə də, hakim vəsatətlə bağlı qərardad qəbul etmək əvəzinə vəsatəti protokolla rədd etmişdir ki, bu prosessual pozuntu kimi qiymətləndirilməlidir. Bundan başqa Rayon Məhkəməsi iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin “Öhdəlik ərizəsi” ilə əlaqədar verdiyi rəyləri mötəbər sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Çünki cavabdeh “Öhdəlik ərizəsini” imzalamamışdır. Bundan başqa “Öhdəlik ərizəsi” latın qrafikası ilə tərtib edilmişdir, lakin cavabdeh, latın qrafikasını bilmir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh həmin “Öhdəlik ərizəsinin” onun tərəfindən imzalanıb-imzalanmamasının araşdırılması üçün “X9” MMC-yə müraciət etmiş və həmin MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Öhdəlik ərizəsindəki” imza orijinal deyil, sızma printer vasitəsi ilə ərizəyə köçürülmüşdür. Qeyd edilən bu rəy ilə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylər arasında ziddiyyət olsa da, Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Daha sonra qeyd edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi buna ehtiyac olmadığı halda iddiaçının anasını, qardaşını və bacısını üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Rayon Məhkəməsinin hakimi sonuncu prosesdə cavabdeh tərəfi izahat verməyə məcbur etmişdir. Belə ki, cavabdehin vəkili izahatı növbəti prosesdə verəcəyini, ilk öncə iddiaçının izahatı ilə əlaqədar suallar verməsini istədiyini, müdafiə taktikasına məhkəmənin əsassız şəkildə təsir etməli olmadığını vurğulasa da hakim sanki prinsipə salmışcasına “izahat verin yoxsa bunu imtina kimi qəbul edəcəyəm” demişdir. Hakim məhkəmə iclas katibinə demişdir ki, protokola yaz ki tərəf izahat verməkdən imtina etdi. Hakimin bu qanunsuz yanaşması, yəni cavabdeh tərəfi izahat verməyə məcbur etməyi, cavabdeh tərəfin prosessual və konstitusion hüquqlarının pozulması kimi qiymətləndirlməlidir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi.

9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.

10. Apellyasiya baxışının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə üçüncü şəxslər iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

11. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

13. İş üzrə üçüncü şəxslər də qətnamədən apellyasiya şikayəti verməmişlər.

14. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan müəyyən olunur ki, o, iddianın bir qisminin təmin edilməməsi hissədə qətnaməni mübahisələndirmir.

15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Qətnamənin əsaslılığı yalnız iddianın bir qisminin təmin edilməsi hissədə yoxlanılmışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, cavabdeh tərəfindən yazılması qeyd edilən xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsində” qeyd edilmişdir ki, “Mən, Cavabdeh bu öhdəlik ərizəsini kompyuterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X11 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 ha-dan 16 ha-nı xx.xx.2023-cü il tarixədək X3 oğlu İddiaçı adına keçirməyi, 2016-cı ildən bəri satdığım 4.5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 manat qalmışdır. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam”.

19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırkı iş üzrə cavabdehin 2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası üzrə mülkiyyətində aşağıdakı əmlaklar var: - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2,0 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2010-cu il. Qeydiyyat üçün əsas: Aşağı Güzdək bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 03 nömrəli “Torpaq sahəsinin alğısatqı müqaviləsi” və xx.xx.2009-cu il tarixli, 305 nömrəli hərracın yekunu barədə protokol). Həmin torpaq sahəsi hazırda da cavabdehin mülkiyyətindədir. - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2013-cü il. Qeydiyyat üçün əsas: Aşağı Güzdək bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 12 nömrəli “Torpaq sahəsinin alğı-satqı müqaviləsi” və xx.xx.2013-cü il tarixli, 3531 nömrəli hərracın yekunu barədə protokol). Həmin torpaq sahəsi hazırda da cavabdehin mülkiyyətindədir. - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2013-cü il. Qeydiyyat üçün əsas: Aşağı Güzdək bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 13 nömrəli “Torpaq sahəsinin alğı-satqı müqaviləsi” və xx.xx.2013-cü il tarixli, 3532 nömrəli hərracın yekunu barədə protokol). Həmin torpaq sahəsindən 1,0 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 2,99 ha (0,01 ha ümumi yol) torpaq sahəsi üzərində cavabdehin adına mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-632 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən 2,99 ha torpaq sahəsindən 2,8825 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,1075 ha torpaq sahəsi üzərində cavabdehin adına mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə qeydiyyat alınmışdır. Ölçüsü 0,1075 ha olan torpaq sahəsi magistral yola düşdüyü üçün xx.xx.2018ci il tarixində cavabdehin müraciətinə əsasən hüquqları ləğv edilmişdir. - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,8878 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2010-cu il. Qeydiyyat üçün əsas: Aşağı Güzdək bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 06 nömrəli “Torpaq sahəsinin alğısatqı müqaviləsi” və xx.xx.2010-cu il tarixli, 935 nömrəli hərracın yekunu barədə protokol). Abşeron rayon notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/1647 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən 1,88783 ha torpaq sahəsindən 0,6 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 1,28783 ha torpaq sahəsi üzərində cavabdehin adına mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin notarius tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/1177 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən 1,28783 ha torpaq sahəsindən 0,45 ha və 0,4 ha hissələri özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,4378 ha torpaq sahəsi üzərində cavabdehin adına mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Abşeron Rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/5906 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən 0,4378 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2013-cü il. Qeydiyyat üçün əsas: Abşeron Rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/725 reyestr nömrəli “Bağışlanma müqaviləsi”). Abşeron Rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/2757 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən 1,0 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,9982 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2010-cu il. Qeydiyyata üçün əsas: Aşağı Güzdək bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 05 nömrəli “Torpaq sahəsinin alğısatqı müqaviləsi” və xx.xx.2010-cu il tarixli, 325 nömrəli hərracın yekunu barədə protokol). Abşeron Rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 4Ə/163 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən həmin torpaq sahəsi tam özgəninkiləşdirilmişdir. - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0956 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2017-ci il. Qeydiyyat üçün əsas: Abşeron Rayon 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-431 reyestr nömrəli “Alğı-satqı müqaviləsi”). Həmin torpaq sahəsi hazırda da cavabdehin mülkiyyətindədir. - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 3,7 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2013-cü il. Qeydiyyat üçün əsas: Abşeron Rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə5010 reyestr nömrəli “Alğı-satqı müqaviləsi”). Abşeron Rayon 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-432 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən 3,7 ha torpaq sahəsindən 0,3 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 3,4 ha torpaq sahəsi üzərində cavabdehin adına mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2018-ci il. Qeydiyyat üçün əsas: Abşeron Rayon 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-349 reyestr nömrəli “Alğı-satqı müqaviləsi”). Abşeron Rayon 2 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 4Ə-1786 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən 2,0 ha torpaq sahəsindən 0,5 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 1,5 ha torpaq sahəsi üzərində cavabdehin adına mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (Qeydiyyat tarixi: xx.xx.2014-cü il. Qeydiyyat üçün əsas: Abşeron Rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-1309 reyestr nömrəli “Alğı-satqı müqaviləsi”). Abşeron Rayon 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-06-1704 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən 5,0 torpaq sahəsi tam özgəninkiləşdirilmişdir. - Həmçinin bildirilir ki, Ağsu şəhərində yerləşən ümumi sahəsi 0,05 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair cavabdehin adı ilə bağlı JN-3090A nömrəli 2006-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1250/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı olaraq (hazırkı iş üzrə cavabdeh) Cavabdeh apelyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı (hazırkı iş üzrə cavabdeh) Cavabdehlər (hazırkı iş üzrə iddiaçı) İddiaçı və (hazırkı iş üzrə tərəf olmayan) X13 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasının təmin edilməsi, cavabdehlər İddiaçı ilə cavabdeh Rəşad Əzizov arasında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən (hazırkı iş üzrə mübahisə predmeti olmayan) 5 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli, AN seriyalı, 134490 saylı “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh Rəşad Əzizov arasında xx.xx.2022-ci il tarixində bağlanmış və Bakı Şəhəri 51 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış “Barışıq sazişində” təsbitini tapan – “X20 ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********3 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Ərazisində yerləşən 5 ha torpaq sahəsini Cavabdeh və ya onun göstərdiyi üçüncü şəxsin adına keçirməyi öhdəsinə götürür” öhdəliyinin icrasının cavabdeh X8 üzərinə qoyulması, cavabdeh İddiaçı ilə cavabdeh X20 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Alğı-satqı müqaviləsi” etibarsız hesab edildiyi üçün 4.000 manat məbləğində pulun Rəşad Əzizovdan tutularaq İddiaçıa ödənilməsi qət edilmişdir.

21. “X26 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli, xx.xx.2010-cu il tarixli “Çıxarışa” əsasən cavabdehin xüsusi mülkiyyətində olan kateqoriyası ehtiyat fondu torpaqları, məqsədli istifadə növü sahibkarlıq olan 2,0 ha torpaq sahəsinin bazar qiyməti təqribən (5.099,8 x 200=) 1.019.953,255 manat təşkil edir.

22. Həmin MMC-nin xx.xx.2024-cü il tarixli, 139 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: - Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən və xx.xx.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod ********) Dövlət Aktına əsasən mülkiyyətdə olan tikinti məqsədli təyinatlı, istifadə növü sahibkarlıq olan 7,00 ha torpaq sahəsinin orta bazar qiyməti (3.005,3 x 700=) 2.039.310 manat təşkil edir; - Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********98 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 1,5 ha torpaq sahəsinin orta bazar qiyməti (3005,3 x 150=) 450.800 manat təşkil edir; - Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********26 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 3,4 ha torpaq sahəsinin orta bazar qiyməti (3.005,3 x 340=) 1.021.813,33 manat təşkil edir.

23. “X26 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 138 nömrəli mütəxəssis rəyinə əsasən 1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ******* nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, kateqoriyası kənd təsərrüfatı torpaqlar, məqsədli istifadə növü sahibkarlıq olan 2,19 ha torpaq sahəsinin orta bazar qiyməti 948.859,7434 (4332.7 x 219) manat; 2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən **********11 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 1,0 ha torpaq sahəsinin (satılmış) orta bazar qiyməti 433.269,2892 (4332.7 x 100) manat; 3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən **********11 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 2,8825 ha torpaq sahəsinin orta bazar qiyməti 1.248.898,726 (4128.6 x 288.25) manat müəyyən edilmişdir.

24. Həmin MMC-nin xx.xx.2024-cü il tarixli, 137 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********02 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan, məqsədli istifadə növü sahibkarlıq olan 0,0956 ha torpaq sahəsinin (yolun kənarı) bazar qiyməti təqribən (9.207,6 x 9.56=) 88.025 manat təşkil edir.

25. “X9” MMC-nin xx.xx.2023-cü il tarixli, 176 saylı mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və Cavabdeh adından yazılmış xx.xx.2021-ci il tarixli “Öhdəlik Ərizəsinin” sonunda “İmza” sözündən sonra “Cavabdeh” sözləri qarşısında icra edilmiş imza Cavabdeh tərəfindən icra olunmuşdur.

26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/909 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mülki işin 49-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsində” “İmza” sözündən sonra “Cavabdeh” yazıları qarşısında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur.

27. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında dindirilmiş ekspert X1 izahatında bildirmişdir ki, əgər məhkəmədən sənədin əslinin əldə edilməsinin mümkün olmaması ilə bağlı məktub daxil olarsa, görüntü yaxşı olduqda sənədin surətinə əsasən də rəy verirlər. İş materiallarının 49-cu səhifəsində yerləşən sənədin əsli olub – olmadığını, imzanın həmin sənədə sonradan köçürülüb-köçürülmədiyini müəyyən edə bilmirlər. Bu məqsədlə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilməlidir.

28. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1255 nömrəli ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsində” Cavabdeh adı qarşısında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir.

29. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli baxış iclasında dindirilmiş ekspert X21 izahatında bildirmişdir ki, tədqiqat “Leica” M205 C” mikroskop və “Foster-Freeman” firmasının istehsalı olan VSC 6000/HS markalı video spektral komporator vasitəsi ilə aparılmışdır. Rəy veriləndə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna istinad edilmişdir. Metodik vəsait vardır, lakin onlar onu qeyd etmirlər. Ekspertiza qarşısında qoyulmuş sual ona aydın olmuş və həmin sual üzrə tədqiqat aparılmışdır. İş materiallarında neçə nüsxə öhdəlik ərizəsinin olduğunu bilmir, lakin sənədin əsli üzrə tədqiqat aparırlar. İşi vərəqləyərək sənədin əslini tapmış və onun üzərində tədqiqat aparmışdır. Qərardadda iş materiallarının hansı səhifəsində yerləşən öhdəlik ərizəsinin tədqiq edilməsi ilə bağlı müddəanın olub-olmamasını xatırlamır. Sənədin əslini tapmış və onun üzərində tədqiqat aparmışdır. Sual tam dəqiq qoyulmadıqda ekspert sual ətrafında sənədi axtarıb tapır və dəqiqliklə sənədin hansı səhifədə yerləşdiyini qeyd edir. 2009-cu ildən ekspert vəzifəsində işləyir. Ekspert qarşısında qoyulmuş sual imzanın hansı üsulla icra olunması kimi başa düşülür. İlkin gözlə araşdıraraq sənədin əslinin olmadığı müəyyən edildikdə, həmin sənədin əslini tələb edirlər. İmza hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. O, qoyulan sual üzrə sənədi müəyyənləşdirərək tədqiqat aparmışdır.

30. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli baxış iclasında dindirilmiş şahid X16 ifadəsində bildirmişdir ki, cavabdehi tanıyır. Belə ki, cavabdeh qardaşı oğlunun şəriki olmuşdur. İddiaçının atasının əmisidir. İddiaçının atası X3 ona 322.000 manat məbləğində borcu var idi. İddiaçı ondan cavabdehdən torpaq sahələrinin alınmasına yardım etməyini istəmiş və nəticədə ona olan borcu ödəyəcəyini bildirmişdir. İddiaçı pulun, torpaq sahəsinin cavabdehə verilməsi ilə bağlı sənədin olmadığını bildirmişdir. Cavabdehin əvvəllər maddi vəziyyəti X29 maddi vəziyyətindən də yaxşı olmuşdur. Cavabdeh mərhumun köməkçisi olmamışdır. Onlar şərik olmuşlar. X29 ürəyində problem var idi. O, bununla bağlı 3-4 gün xəstəxanada da yatmışdı. Qardaşının iki həyat yoldaşı olmuşdur. Buna görə də soyadları fərqlidir. Cavabdeh və Kamil Quliyev şərik olmuşlar. Kamil Quliyevin pul və ya torpaq sahəsinin cavabdehdə olması ilə bağlı heç bir məlumatı yoxdur. Kamil Quliyevin ailəsi ilə heç bir ədavəti yoxdur.

31. “X25 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-357/2024 saylı “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatında” aşağıdakılar qeyd edilmişdir: - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli, xx.xx.2010-cu il tarixli “Çıxarışa” əsasən cavabdehin mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin dəyəri 540.000 manatdır; - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli “Çıxarışa” əsasən mülkiyyətdə olan 2,19 ha torpaq sahəsinin dəyəri 591.300 manatdır; - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********11 reyestr nömrəli “Çıxarışa” əsasən mülkiyyətdə olan 1,0 ha torpaq sahəsinin dəyəri 280.000 manatdır; - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********11 reyestr nömrəli “Çıxarışa” əsasən mülkiyyətdə olan 2,8825 ha torpaq sahəsinin dəyəri 764.000 manatdır; - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, xx.xx.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod ********) Dövlət Aktına əsasən mülkiyyətdə olan 7,00 ha torpaq sahəsinin dəyəri 2.604.000 manatdır; - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********98 reyestr nömrəli “Çıxarışa” əsasən mülkiyyətdə olan 1,5 ha torpaq sahəsinin dəyəri 382.500 manatdır; - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********26 reyestr nömrəli “Çıxarışa” əsasən mülkiyyətdə olan 3,4 ha torpaq sahəsinin dəyəri 986.000 manatdır; - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********02 reyestr nömrəli “Çıxarışa” əsasən mülkiyyətdə olan 0,0956 ha torpaq sahəsinin dəyəri 87.000 manatdır.

32. Satıcı olaraq (hazırkı iş üzrə cavabdeh) Cavabdeh ilə alıcı olaraq (hazırkı iş üzrə tərəf olmayan) X17 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, satıcı mülkiyyətində olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi sahəsi 4,0 ha olan torpaq sahəsinin 1,0 ha hissəsini 30.000 manata alıcıya satmışdır.

33. Satıcı olaraq (hazırkı iş üzrə tərəf olmayan) X32 ilə alıcı olaraq (hazırkı iş üzrə cavabdeh) arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Alğısatqı müqaviləsindən” görünür ki, satıcı mülkiyyətində olan və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ümumi sahəsi 0,0956 ha olan torpaq sahəsini 10.000 manata cavabdehə satmışdır.

34. Satıcı olaraq (hazırkı iş üzrə cavabdeh) Cavabdeh ilə alıcı olaraq (hazırkı iş üzrə tərəf olmayan) X14 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, satıcı mülkiyyətində olan və Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 3,7 ha olan torpaq sahəsinin 0,3 ha hissəsini 10.000 manata alıcıya satmışdır.

35. Satıcı olaraq (hazırkı iş üzrə cavabdeh) Cavabdeh ilə alıcı olaraq (hazırkı iş üzrə tərəf olmayan) X22 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, satıcı mülkiyyətində olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 2,99 ha olan torpaq sahəsinin 2,8825 ha hissəsini 50.000 manata alıcıya satmışdır.

36. Satıcı olaraq (hazırkı iş üzrə cavabdeh) Cavabdeh ilə alıcı olaraq (hazırkı iş üzrə tərəf olmayan) Seyidov Nurlan Hicran oğlu arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, satıcı mülkiyyətində olan və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ümumi sahəsi 2 ha olan torpaq sahəsinin 0,5 ha hissəsini 10.000 manata alıcıya satmışdır.

37. Göründüyü kimi iş üzrə cavabdeh xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsi” imzalayaraq, həmin öhdəlik ərizəsində qeyd etmişdir ki, “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompüterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X11 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 ha-dan 16 ha-nı xx.xx.2023-cü il tarixədək X3 oğlu İddiaçı adına keçirməyi, 2016-cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam”.

38. Sözügedən “Öhdəlik ərizəsinin” məzmunundan belə nəticəyə gəlmək olur ki, cavabdeh xx.xx.2021-ci il tarixli öhdəlik ərizəsi ilə iddiaçı qarşısında xx.xx.2023-cü il tarixədək aşağıdakıları etməyi öhdəsinə götürmüşdür: - iddiaçının mərhum atası Kamil Quliyevdən sonuncunun sağlığında aldığı 3.000.000 manat borcdan qalan 2.790.000 manat borcu iddiaçıya qaytarmaq; - əslində iddiaçının mərhum atası Kamil Quliyevin mülkiyyəti olan, lakin cavabdehin adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu, Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 ha torpaq sahəsindən 16 ha torpaq sahəsini iddiaçının adına keçirmək; - iddiaçının mərhum atası Kamil Quliyevin mülkiyyəti olan, lakin cavabdehin adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan lakin öhdəlik ərizəsi tərtib olunanadək cavabdeh tərəfindən özgəninkiləşdirilmiş Abşeron rayonu, Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 ha torpaq sahəsindən 4,5 ha torpaq sahəsinin dəyərini iddiaçıya vermək; - iddiaçının mərhum atası Kamil Quliyev sağ olan vaxt onun vasitəsilə üçüncü şəxslərin adına sənədləşdirilmiş və cavabdehdə etibarnamələri olmuş əslində Kamil Quliyevin mülkiyyəti olan torpaqların iddiaçının adına keçirilməsinə göstəriş vermək.

39. Hazırda iddiaçı cavabdeh tərəfindən sözügedən öhdəlik ərizəsi üzrə onun qarşısında götürdüyü öhdəliklərinin bugünədək icra edilməməsinə istinad edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən cavabdehdən ümumilikdə 10.040.927 manat və ümumilikdə ödənilmiş 6.050 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

40. Cavabdeh isə mübahisəli öhdəlik ərizəsinin onun tərəfindən tərtib edilmədiyini, imzalanmadığını bildirərək, öhdəlik ərizəsinin etibarsız olduğunu və buna görə də iddia ərizəsinin rədd edilməsini xahiş edir.

41. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş və Rayon Məhkəməsi tərəfindən təmin edilmiş tələbin (apellyasiya baxışının predmetini təşkil edən hissə) əsaslılığına qiymət verilməsi üçün xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsinin” cavabdehə aid olub-olmaması araşdırlmalıdır.

42. Sözügedən mübahisəli “Öhdəlik ərizəsinin” həqiqətən cavabdeh tərəfindən imzalanmasının müəyyən edilməsi tərəflər arasında yaranan hüquq münasibətinin hüquqi əsasının müəyyən edilməsi baxımından zəruri olduğundan Rayon Məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

43. Yuxarıda artıq qeyd edildiyi kimi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylərdən görünür ki, xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsi” cavabdeh tərəfindən birbaşa, yənı texniki vasitənin köməyi olmadan qələm vasitəsi ilə imzalanmışdır (bax hazırkı qətnamənin 27 və 29-cü bəndlərinə).

44. Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində qeyd edilir ki, Rayon Məhkəməsi qeyd edilən rəyləri mötəbər sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Çünki cavabdeh, həmin “Öhdəlik ərizəsinin” onun tərəfindən imzalanıbimzalanmamasının araşdırılması üçün “X9” MMC-yə müraciət etmiş və həmin MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Öhdəlik ərizəsindəki” imza orijinal deyil, sızma printer vasitəsi ilə ərizəyə köçürülmüşdür. Qeyd edilən bu rəy ilə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylər arasında ziddiyyət olsa da, Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

45. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və Rayon Məhkəməsinin sübut kimi qəbul etdiyi rəylər xüsusi biliyə malik olan ekspertlər, cavabdehin dəlilində istinad edilən arayış isə zəruri biliyə malik olan mütəxəssis tərəfindən verilmişdir. Təbii ki, xüsusi bilik zəruri bilikdən daha üstün və mötəbərdir. Odur ki, “X9” MMC-tərəfindən verilmiş rəy ilə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylər arasında ziddiyyətin mövcud olması Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyin mötəbər olmayan rəy kimi qiymətləndirilməsinə əsas vermir. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyləri etibarlı sübut kimi qəbul etməkdə və iş üzrə nəticəyə gələrkən onlara əsaslanmaqda haqlı olmuşdur.

46. Göstərilənlərə əsasən Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir.

47. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, “Öhdəlik ərizəsi” cavabdeh tərəfindən imzalamamışdır. Belə ki, “Öhdəlik ərizəsi” latın qrafikası ilə tərtib edilmişdir, lakin cavabdeh, latın qrafikasını bilmir.

48. Bu dəlilin əsaslılığını yoxlayan Məhkəmə bildirir ki, cavabdeh tərəfindən əvvəllər onun vəkil olmuş X7 verdiyi (2 ədəd) etibarnamələr, hazırkı vəkili Vəkil3 verdiyi etibarnamə, onun bağladığı və yuxarıda qeyd edilmiş “Alğı-satqı müqavilələri” Azərbaycan əlifbası (latın qrafikası) ilə tərtib edilmişlər.

49. Buna görə də qəbul edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır.

50. Göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsinin” mətnindən cavabdeh xəbərdar olmuş və onu imzalamışdır.

51. Qeyd edilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı bildirir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi, iddiaçının atası tərəfindən cavabdehə verilməsi iddia edilən borc məbləğinin və iddiaçının atasına faktiki məxsus olmuş, lakin cavabdehin adına formal olaraq qeydə alınması iddia edilən torpaq sahələrinin dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır.

52. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçının atası Kamil Quliyev xx.xx.2016-cı il tarixdə ölmüşdür.

53. İddiaçının, mərhumun vərəsəsi olması, onun miras əmlakı qəbul etməsi, mərhumun digər vərəsələrinin yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsində” nəzərdə tutulmuş cavabdehin öhdəliklərinin iddiaçının xeyrinə icra olunmasına razılıq vermələri işin aşkar hallarıdır və bu halları heç kimi, o cümlədən cavabdeh tərəfindən mübahisələndirilmir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Vərəsəlilik hüququ” adlı “X”-cu bölməsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın cavabdehə qarşı irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.

54. Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

55. İşin hallarından müəyyən edilir ki, cavabdeh xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsi” ilə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri xx.xx.2023-cü il tarixədək icra etməli olduğu halda onları bugünədək icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir.

56. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

57. Beləliklə, qeyd edilən “Öhdəlik ərizəsi” üzrə iddiaçı cavabdehdən ərizədə nəzərdə tutulmuş hərəkətlərin edilməsini tələb etmək üçün də subyektiv hüquqa malikdir. Cavabdeh isə öhdəlik ərizəsi üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur.

58. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdeh iddiaçı qarşısında öhdəlik ərizəsində qeyd etdiklərini icra etməyərək, əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

59. İddia tələbindən də göründüyü kimi öhdəliklə bağlı hərəkətlərdən bir qismi borc məbləğinin, satılmış torpaqların dəyərinin qaytarılması ilə bağlı olsa da, digər qismi naturada ifadə olunmuş, yəni əslində iddiaçının mərhum atası Kamil Quliyevin mülkiyyəti olan, lakin cavabdehin adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu, Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 ha torpaq sahəsindən 16 ha torpaq sahəsinin iddiaçının adına keçirmək şəklində ifadə olunmuşdur. Sözügedən torpaq sahələrindən əksəriyyəti cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən, həmçinin cavabdeh adında saxlanılmış torpaq sahələrini öhdəlik ərizəsində göstərilən tarixədək iddiaçının adına rəsmiləşdirmədiyindən, iddiaçı öhdəliyin müvafiq hissəsinin icra olunması mümkün olmayacağından ona dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

60. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qanunvericiliyin sözügedən maddəsinin məzmunundan belə nəticəyə gəlmək olur ki, İddiaçı cavabdeh tərəfindən müvafiq öhdəlik ərizəsindəki öhdəlik vaxtında icra olunmadığından, hazırda iddiaçı ona dəymiş zərərin məbləğini tələb etməkdə haqlı olmuşdur (maddə 443.5.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115.).

61. İddiaçıya dəyən zərərin məbləğinin ədalətli olaraq müəyyənləşdirilməsi məqsədilə Rayon Məhkəməsi iddiaçının atasına məxsus olmuş, lakin cavabdehin adına sənədləşdirilmiş və 2016-cı ildən bəri cavabdehin adında qalan 20,5 ha torpaq sahəsindən 16 ha torpaq sahəsinin hazırki dövrə olan bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə əmlakların qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin etmiş və yuxarıda qeyd edilən “Qiymətləndirmə rəylərini” almış və iş üzrə qətnamə qəbul edərkən həmin rəylərdə qeyd edilən qiymətləri nəzərə almışdır.

62. Bundan başqa Rayon Məhkəməsi torpaq sahələrinin bir qisminin cavabdeh tərəfindən satılması ilə əlaqədar cavabdehin bağladığı “Alğı-satqı müqavilələrində” qeyd edilmiş satışı qiymətlərini də nəzərə almışdır.

63. Həmin rəylərdə və müqavilələrdə əks olunan qiymətləri şübhə altına ala biləcək sübutlar məhkəmələrə təqdim edilmədiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərək həmin qiymətləri əsas götürməkdə haqlı olmuşdur.

64. “Öhdəlik ərizəsində” qeyd edilib ki, cavabdeh, iddiaçının atasından 2014-2015ci illərdə aldığı 3.000.000 manat məbləğində borcdan iddiaçıya ödənilməmiş qalan 2.790.000 manatı iddiaçıya qaytaracaq.

65. Yuxarıda artıq qeyd edildiyi kimi Məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş üzrə cavabdeh xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsinin” mətnindən xəbərdardır və onu imzalayaraq iddiaçı qarşısında həmin borcun iddiaçıya qaytarılması öhdəliyin icrasını da üzərinə götürmüşdür.

66. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən öhdəliyin icra edilməməsinə görə cavabdehin mülki qaydada məsuliyyət daşıması barədə nəticəyə gəlməkdə və həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur.

67. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

68. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, hazırkı işə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Çünki iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və onların arasında yaranmış bu mübahisə də, məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Cavabdehin vəkili vəsatətlə Rayon Məhkəməsinin hakiminə müraciət edərək işin kommersiya məhkəməsinə aid olduğunu bildirsə də, hakim vəsatətlə bağlı qərardad qəbul etmək əvəzinə vəsatəti protokolla rədd etmişdir ki, bu prosessual pozuntu kimi qiymətləndirilməlidir.

69. Məhkəmə qeyd edilən bu dəlil ilə bağlı “Elektron Məhkəmə” İnformasiya Sistemində əks olunmuş məlumata əsasən bildirir ki, həqiqətən də həm iddiaçının həm cavabdehin VÖEN-ləri var. İddiaçının kommersiya fəaliyyəti “Parfumeriya mağazasında ətriyyat mallarının pərakəndə satışı” ilə, cavabdehin isə kommersiya fəaliyyəti “avtomobil dayanacağında xidmət göstərən personalın xidmətləri” ilə bağlıdır.

70. Bunlar və iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin mahiyyəti nəzərə alındıqda müəyyən edilir ki, hazırkı işin baxılma aidiyyəti kommersiya məhkəməsinə aid deyil. Rayon Məhkəməsi cavabdeh tərəfin bu məsələ ilə bağlı verdiyi vəsatəti təmin etməkdə və işə baxmaqda haqlı olmuşdur.

71. Rayon Məhkəməsinin həmin vəsatəti ayrıca qərardadla və ya protokol qaydasında qəbul edilmiş qərardadla təmin etməməsi, həmin vəsatətin apellyasiya icraatı zamanı əsaslı olması qənaətinə gəlmək üçün əsas yaratmır.

72. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

73. Apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi buna ehtiyac olmadığı halda iddiaçının anasını, qardaşını və bacısını üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir.

74. Məhkəmə, Mülki Məcəllənin “Vərəsəlilik hüququ” adlı “X”-cu bölməsinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır.

75. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi iddiaçının mərhum atasının sağlığında iddiaçıya verilmiş borc məbləğinin qaytarılması və mərhuma məxsus olmuş torpaq sahələrinin dəyərinin ödənilməsi ilə bağlıdır ki, bu iddianın baxılması iddiaçının anasının, qardaşının və maraqlarına toxunur.

76. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi həmin şəxsləri işin baxılmasına üçüncü şəxs qismində cəlb etməkdə və iddiaya dair onların mövqelərini öyrənməkdə haqlı olmuşdur.

77. Yuxarıda qeyd edilənlərdən əlavə olaraq apellyasiya şikayətində qeyd edilir ki, Rayon Məhkəməsinin işə baxmış hakimi sonuncu prosesdə cavabdeh tərəfi izahat verməyə məcbur etmişdir. Belə ki, cavabdehin vəkili izahatı növbəti prosesdə verəcəyini, ilk öncə iddiaçının izahatı ilə əlaqədar suallar verməsini istədiyini, müdafiə taktikasına məhkəmənin əsassız şəkildə təsir etməli olmadığını vurğulasa da hakim sanki prinsipə salmışcasına “izahat verin yoxsa bunu imtina kimi qəbul edəcəyəm” demişdir. Hakim məhkəmə iclas katibinə demişdir ki, protokola yaz ki tərəf izahat verməkdən imtina etdi. Hakimin bu qanunsuz yanaşması, yəni cavabdeh tərəfi izahat verməyə məcbur etməyi, cavabdeh tərəfin prosessual və konstitusion hüquqlarının pozulması kimi qiymətləndirlməlidir.

78. Bu dəlilin əsaslılığnın yoxlanılması ilə bağlı Məhkəmə iş materiallarına əsəsən bildirir ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Rayon Məhkəməsinə daxil olmuş və bununla da işin icraatı başlanmışdır. Bundan sonra Rayon Məhkəməsi tərəfindən çoxsaylı məhkəmə prosesləri keçirilmiş və cavabdeh tərəf həmin iclaslarda iştirak edərək, öz mövqeyini bildirmiş (izahatlar səsləndirmiş, vəsatətlər vermiş, vəsatətlərin müzakirəsində iştirak etmiş), iddiaçı tərəfin mövqeyini dinləmiş, şahidin ifadəsinin alınmasında iştirak etmişdir. İş üzrə qətnamə isə Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh tərəfin hər hansı bir hüququnu pozmamışdır.

79. Göründüyü kimi, müzakirə edilən bu dəlil də əsassızdır. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

80. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

81. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

82. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən onun özünə aid edilməlidir.

84. Məhkəmə həmçinin bildirir ki, iddiaçı və üçüncü şəxslər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, onlar hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

85. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar