Məhkəmə qərarları › İş №2(103)-24/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-24/2024

20.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-24/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: girov) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X5 və X2 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(009)-338/2019 saylı qətnaməsindən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh Azadlıq prospekti, 57/b ünvanda yerləşən lombarın sahibidir.

2. İddiaçı lombarda girov qoymaqla pul götürüb.

3. Tərəflər arasında girov qoyulmuş əmlaklar və qaytarılmalı pul məbləği barəsində mübahisə vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı“əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən özünə məxsus 1500 ABŞ dolları qiymətində qızıl-briliant daşlı sırğa, 8500 ABŞ dolları qiymətində “mavi serviz”, 14000 ABŞ dolları qiymətində “konyak” dəsti, 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan “mavi serviz” dəsti, 14000 ABŞ dolları qiymətində “şərq konyak” dəsti, 18000 ABŞ dolları dəyərində brilant qaşlı qızıl üzük və 15000 ABŞ dolları dəyərində “nefrit” servizi, 25.000 ABŞ dolları qiymətində briliant qaşlı qızıl dəsti (üzük, sırğa, klon, boyunbağı - 95.15 qram çəkidə qızıl, 114 karat briliant), 30.000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8.000 ABŞ Dolları dəyərində “babocka” serviz, 7.000 ABŞ dolları dəyərində 6 ədəd qədəh, 3000 ABŞ dolları dəyərində salat tabağı, 6000 ABŞ dolları dəyərində meyvə tabağı, 5500 ABŞ dolları yemək dəsti (12 personal), 12.000 ABŞ dolları “rıbka” RS serviz, 3000 ABŞ dolları dəyərində yemək dəsti (6 personal), 3600 ABŞ dolları dəyərində gümüş qrafin (2 ədəd), 4000 ABŞ dolları dəyərində qara norka kürk, 5000 ABŞ dolları dəyərində palto dior, 2200 ABŞ dolları dəyərində vaza “beqoniya” SÇ, 1500 ABŞ dolları dəyərində 3 daşlı qızıl briliant sırğa, 2000 ABŞ dolları dəyərində qəhvəyi norka jilet, 1200 ABŞ dolları dəyərində norka yaxalıqlı palto, 2500 euro dəyərində qəhvəyi norka jilet, 2500 euro norka jilet (VUD), 2500 manat dəyərində yarım palto, 10.000 manat dəyərində 2 ədəd rəsm əsəri, 12000 ABŞ dolları dəyərində serviz “balıq RS”, 5500 ABŞ dolları dəyərində yemək dəsti SÇ (12 personal), 6000 ABŞ dolları dəyərində stakan altı RS (yaşıl), 5000 ABŞ dolları dəyərində meyvə tabağı RS, 2400 ABŞ dolları dəyərində mürəbbə qaşıq (6 ədəd), 3.000 AbŞ dolları əvəzində tort üçün kürək RS (6 ədəd), cəmi 239.900 ABŞ dolları, 5000 euro və 12500 manat dəyərində əmlaklarının alınaraq ona qaytarılmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə iddiaçıya təcili pul lazım olmuş və tanışı Yaqut Nəsirova vasitəsi ilə Cavabdeh adlı lombard sahibinə müraciət etmişdir. İddiaçını bu məsələdə bir qədər arxayınlaşdıran səbəblər sırasında sırf subyektiv amillər də vardı. Belə ki, həmin qadınla, yəni cavabdehlə illər öncə onun tanışlığı olmuşdur və qarşılıqlı söhbət zamanı məlum olub ki, onlar uzaq da olsa qohumdurlar. Cavabdeh iddiaçının tərəddüd etdiyini görüb, iddiaçıya narahat olmamağı, rahat şəraitlə işləyəcəklərini bildirmişdir. Beləliklə, 2016-cı ildən başlayaraq iddiaçı əvvəlcə ümumi tanışı Y.Nəsirova vasitəsilə Cavabdeh bir neçə dəfə pul götürüb faizi ilə qaytarmışdır. Lombardın reklam lövhəsində 3-6 faizlə kredit verildiyi yazılmışdır. Cavabdeh ona ilkin olaraq 6 faizdən pul verəcəyini, lakin daha böyük girov müqabilində faiz dərəcəsini azaldacağını vəd etmişdir. 23 noyabr 2016-cı il tarixdə özü şəxsən Cavabdeh 5000 (beş min) ABŞ dolları pul götürmüş və qarşılığında onun tələbi ilə məbləğin 5 mislini təşkil edən, 1500 ABŞ dolları qiymətində briliant qaşlı qızıl sırğa (Puset), 8500 ABŞ dolları qiymətində gümüş “Mavi” serviz dəsti, 14000 ABŞ dolları qiymətində gümüş “Konyak” dəsti girov qoymuşdur. İddiaçı 15 fevral 2017-ci il tarixdə 6000 ABŞ dolları pul götürmüş, 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan gümüş “Mavi” serviz dəstini girov qoymuşdur. İddiaçı 20 fevral 2017-ci il tarixdə 6000 manat pul götürmüş, əvəzində 14000 ABŞ dolları qiymətində gümüş “Şərq” konyak serviz dəstini girov qoymuşdur. İddiaçı 16 mart 2017-ci il tarixdə 5000 ABŞ dolları pul götürmüş, əvəzində 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük (dəyirmi şəkildə, ortasındakı 50 sot brilyant qaşın ətrafında 10 ədəd yarpaqvari briliant qaşlar) və 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” serviz dəstini girov qoymuşdur. İddiaçı 14 avqust 2017-ci il tarixdə 10863 manat pul götürmüş, əvəzində 8000 ABŞ dolları dəyərində gümüş “Baboçka” serviz dəsti, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı girov qoymuşdur. İddiaçı 19 mart 2018-ci il tarixdə 3390 manat pul götürmüş, əvəzində 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (12 person) girov qoymuşdur. İddiaçı 22 mart 2018-ci il tarixdə, 11.000 manat pul götürmüş, əvəzində 12.000 ABŞ dolları dəyərində gümüş “Balıq” serviz dəsti, 3000 ABŞ dolları dəyərində gümüş yemək dəsti (6 person), 3600 ABŞ dolları dəyərində gümüş qrafın (2 ədəd) girov qoymuşdur. Beləliklə, ötən dövr ərzində iddiaçı cəmi 16000 ABŞ dolları və 41.253 manat borc pul götürmüşdür. Əlindəki lombard biletlərindəki qeydlərə əsasən manatla olan borcdaniddiaçı 12334 manat, ABŞ dolları ilə olan borcdan 1400 dollar ödəmişdir. Bundan əlavə, iddiaçı müxtəlif vaxtlarda 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında müvafiq olaraq 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürmüş və əvəzində müvafiq olaraq 4000 ABŞ dolları dəyərində qara norka kürk, 5000 ABŞ dollarında “Dior” firmasından palto, 2200 ABŞ dolları dəyərində gümüş vaza “Beqoniya”, 1500 ABŞ dolları dəyərində 4 daşlı qızıl brilyant sırğa (dördkünc formasında və hərəsində bir qaş olmaqla), 2000 ABŞ dolları dəyərində qəhvəyi norka jilet, 1200 ABŞ dolları dəyərində norka yaxalıqlı palto, beləliklə, cəmi 16900 ABŞ dolları dəyərində əmlakları girov qoymuşdur. Sonradan Cavabdeh həmin borc üzrə faizin aşağı salınacağı vədinə əsasən iddiaçı müvafiq olaraq 2500 Avro dəyərində qəhvəyi norka jilet və 2500 Avro dəyərində norka jilet (VUD rəngli), eləcə də 2500 manat dəyərində firuzə rəngli yarım palto, 10000 manat dəyərində 2 ədəd rəsm əsərini cəmi 5000 Avro və 12500 manat dəyərində əlavə girov qoymuşdur. Cavabdeh sürücüsü Fərhad adlı şəxslə cinayət əlaqəsinə girərək heç bir öhdəliyinin olmadığı halda ona məxsus 33.900 ABŞ dolları dəyərində əmlakı - 12000 ABŞ dolları dəyərində gümüş “Balıq” serviz dəstini (RS), 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (SÇ, 12 person), 6000 ABŞ dolları dəyərində gümüş stəkanaltı (RS, yaşıl), 5000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı (RS), 2400 ABŞ dolları dəyərində gümüş mürəbbə qaşıqları (6 ədəd), 3.000 ABŞ dolları dəyərində tort üçün gümüş kürək (RS, 6 ədəd) aldatma yolu ilə ələ keçirmişlər. Bununla da iddiaçının girov qoyduğu və ələ keçirilmiş əmlaklarının ümumi dəyəri 239.900 ABŞ dolları, 5000 Avro və 12500 manat təşkil edir. Həmin borcdan ödənilmiş faizlər və dəbbə pulu çıxılmaqla müqavilə müddəti üzrə borcu 14.600 ABŞ dolları və 29.919 manat təşkil edir və əmindir ki, mühasibatlıq sənədlərinin üzləşdiriləcəyi təqdirdə həmin borc əhəmiyyətli dərəcədə azalacaqdır. İddiaçı 2017 və 2018-ci illərdə bir neçə dəfə Cavabdeh məxsus Azadlıq prospekti 57/b ünvanda yerləşən lombarddan müxtəlif məbləğlərdə pul götürüb qarşılığında külli miqdarda girov qoymuşdur. Sonralar Cavabdeh vəd etdiyi kimi faiz dərəcəsini aşağı salmaq əvəzinə, guya ona donorluq edən bankın faiz dərəcələrini artırdığını və bundan sonra aylıq 8 faizdən ödəniş etməli olduğunu bəyan etmişdir. İddiaçı qəti şəkildə etiraz etmiş, israrla bankın nümayəndəsi ilə görüşüb-danışmaq istədiyini bildirmişdir. Cavabdeh buna etiraz edib və bankın adını açıqlamayıb ki, guya bu, bank sirridir, hələ bu azmış kimi iddiaçıdan əlavə girov tələb etmişdir. İddiaçı təzə kredit götürmədiyini bildirmiş və nəyə görə girov qoymalı olduğunu soruşanda, cavabdeh yeni faiz dərəcəsinin əvvəlki kreditlərə şamil edildiyini və buna görə də girovun miqdarının artırılmasının zəruri olduğunu söyləmişdir. İddiaçı belə bir faizi ödəməyəcəyini bildirdikdə, Cavabdeh tələb etmişdir ki, bu halda götürdüyü bütün kreditlər dərhal bağlansın. Təbii ki, iddiaçının həmin anda belə bir imkanı olmayıb. İddiaçı artıq “piramida” qurbanına çevrildiyini anlamış və Cavabdeh soyğunçu faiz və az qala hər gecikdirilən günün saatına belə hesabladığı dəbbədən xilas olmaq üçün bəzən onun özündən təkrar kredit götürmüşdür. Ancaq sonra aşkar etmişdir ki, iddiaçı cavabdehə külli miqdarda vəsait ödəməyinə baxmayaraq, kreditlərin məbləği azalmır, əksinə həndəsi silsilə ilə artır. Belə ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək ödədiyi pulları borc məbləğindən silmir, vergidən yayınmaq məqsədilə heç bir mühasibat uçotu aparmır. Sonradan Cavabdeh çirkin əməlləri ilə bağlı bir çox sahibkardan məlumat almağa başlamışdır. Cavabdeh çoxlarını borc quyusuna salıb əmlakına əl qoyur, ipə-sapa yatmayanları polislə, guya ki, arxasında duran vəzifəli şəxslərlə, hətta oğru dünyasının nümayəndələri ilə qorxudurmuş. Cavabdehdən qarşılıqlı haqq-hesabın əks olunduğu mühasibat kitabını göstərməyi, eləcə də nə qədər pul ödədiyini dəqiqləşdirmək üçün ödəniş qəbzlərini tələb etmiş, lakin həmişə onunla çox mehriban olan cavabdehdən səs çıxmamış, artıq 2018-ci ilin mayından etibarən cavabdeh gizlənməyə başlamışdır. Onun zənglərinə cavab vermir, səsli ismarıclarını cavabsız buraxırdı. İddiaçının dəfələrlə və israrlı şəkildə borcunu ödəyib girov qoyduğu malları azad etməklə bağlı tələblərini Cavabdeh bir qayda olaraq qulaqardına vururdu, çünki bu onun “oyun qaydalarına” zidd idi. Məsələn, Cavabdeh ondan dörd dəfəyə götürdüyü 5 (beş) min manat (1500+1500+1000+1000) müqabilində 16900 ABŞ dolları, 5000 Avro və 12500 manat dəyərində geyim əşyaları, qızıl-zinət və gümüş məmulatı, qiymətli rəsm əsərləri girov götürmüşdür. Bununla bağlı lombarddakı dəftərdə şəxsən qeydiyyat aparmışdır. Ancaq sonradan məbləğin 4000 (dörd min) manatını ödəsə də, girovu qaytarmamışdır. Guya bank bütün məbləğin qaytarılmasını tələb edir. Neçə aydır ki, 1000 manat borcu qaytarıb malları girovdan azad etmək istəsə də, Cavabdeh ondan qaçır. Əlindəki sənədlərə əsasən iddiaçının lombarddakı əmlakının məbləği götürdüyü kreditdən ən azı 8 (səkkiz) dəfə çoxdur. Cavabdeh ondan qat-qat artıq girov tələb etməsinin səbəbi aydın olur ki, iddiaçı ödəmə qabiliyyətini itirsin və iddiaçının bütün əmlakına əl qoysun. Dəfələrlə tələb etsə də, Cavabdeh hər bir kredit üzrə ayrıca ödəniş cədvəli verməkdən imtina etmişdir. İddiaçının qaytardığı məbləğlərin hansı kreditdən silindiyini öyrənmək üçün israrlı müraciətlərinə cavabdeh bir cavab verib ki, qeydiyyat aparırılır, borc azalır. Ancaq cavabdeh nə qədər azaldığı barədə konkret sənəd verməmişdir. . İddiaçı girov qoyuduğu qiymətli brilyant saatı (“Harry Winston” 30000 ABŞ dolları) “Moskva” Univermağında Cavabdeh və kürəkəninə məxsus qızıl şöbəsində görmüşdür. İkinci belə bir fakt odur ki, iddiaçı girov qoyduğu bahalı 2 ədəd orijinal (erkən payız fəslini əks edirən rəsm əsərini (10.000 manat) Bakı Ticarət Mərkəzindəki Nairə Səttarovaya məxsus antik qablar və mebel mağazasında görmüşdür. Polisə qədər gedib çıxan münaqişədən sonra həmin əsərlər satışdan götürülsə də, bu dəfə bir ayrı dükana qoyulmuşdur. İddiaçı girov qoyduğu 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstini və 8000 ABŞ dolları dəyərində gümüş “Baboçka” servizini Cavabdeh BTM-də Xatirə adlı qadının dükanında satışa qoymuşdur. Göründüyü kimi, Cavabdeh vermiş olduğu toplam borcun müqabilində iddiaçıdan 8 dəfədən artıq girov götürməklə, nəticə etibarilə iddiaçını borc tələsində boğub müflis etmək, əmlakına yiyələnmək və əsassız varlanmaq məqsədi güdmüşdür. Ən vacibi odur ki, iddiaçının 2018ci ilin may ayından başlayaraq borcu qaytarmaq cəhdlərinə Cavabdeh imtina ilə cavab vermiş, yəni verdiyi pulun qalığını geri almaqdan imtina etmişdir. Bunu şüurlu şəkildə, bilərəkdən, əvvəlcədən hazırlamış olduğu planın tərkib hissəsi kimi - müştərinin əmlakına əl qoymaq məqsədilə həyata keçirmişdir. Halbuki, mövcud qanunvericiliyə əsasən, iddiaçıya məxsus girov kimi qoyduğu əşyalar açıq hərracda satılaraq ödənilməmiş borc məbləği Cavabdeh verilməli və yerdə qalan əşyalar sahibi kimi iddiaçıya qaytarılmalıdır.

6. Cavabdeh pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 33919 (otuz üç min doqquz yüz on doqquz) manat və 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində əsas borc və 10175,70 (on min bir yüz yetmiş beş manat 70 qəpik) manat və 4380 (dörd min üç yüz səksən) ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094.70 (qırx dörd min doxsan dörd manat 70 qəpik) manatın və 18980 (on səkkiz min doqquz yüz səksən) ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab“, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər”, “salat qabı” və “meyvə qabı” olmaqla 8 adda əşyaların İddiaçı qaytarılmasışərti ilə, İddiaçı 33919 manat və 14600 ABŞ dolları məbləğindəəsas borc və 10175,70 manat və 4380 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dollarının, hüquqi yardıma görəödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və əşyalarla pul məbləğlərinin geri qaytarılmasının eyni anda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 ədəd qızıl üzüyü göstərməyi unutduğunu bildirib, 9 adda əşyaların İddiaçı qaytarılmasışərti ilə, İddiaçı 33919 manat və 14600 ABŞ dolları məbləğindəəsas borc və 10175,70 manat və 4380 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dollarının, hüquqi yardıma görəödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması vəəşyalarla pul məbləğlərinin geri qaytarlmasının eyni anda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı öz ərizəsində də, qeyd etdiyi kimi, həqiqətən də ondan xx.xx.2016-ci il tarixində 5000 (beş min) ABŞ dolları məbləğində, daha sonra xx.xx.2017-ci il tarixində 6000 (altı min) ABŞ dolları, xx.xx.2017-ci il tarixində 6000 (altı min) manat.xx.xx.2017-ci il tarixdə 5000 (beş min) ABŞ dolları, xx.xx.2017-ci il tarixində 10000 (on min) manat, xx.xx.2017-ci il tarixində 10863 (on min səkkiz yüz altmış üç) manat, 2017-ci ilin noyabr ayında 1500 (bir min beş yüz) manat, 2017-ci ilin dekabr ayında daha 1500 (bir min beş yüz) manat, 2018- ci ilin yanvar ayında 1000 (bir min) manat, 2018-ci ilin fevral ayında 1000 (bir min) manat, xx.xx.2018-ci il tarixində 3390 ( üç min üç yüz doxsan) manat, xx.xx.2018-ci il tarixində 11000 (on bir min) manat olmaqla, ümumilikdə ondan 46253 (qırx altı min iki yüz əlli üç) manat və 16000 (on altı min) ABŞ dolları məbləğində borc pul götürmüşdür. İddiaçı ilk öncə pul verməkdən imtina etsə də, sonuncu ümumi tanışlarının xahişinə əsasən, ondan qeyd olunan məbləğləri borc almağa nail olmuşdur. Belə ki, özü həmin pulu bankdan aylıq 3 faizlə götürmüşdür və İddiaçı də, pulun faizini artıqlaması ilə hər ay vaxtında ödəyəcəyinə vəd verdiyindən, ona müxtəlif vaxtlarda qeyd olunan pul məbləğlərini vermişdir. Lakin İddiaçı bir müddət həm faizi və həm də ümumi borcdan az qismini qaytararaq, onun etibarına nail olmuş və sonuncu dəfə xx.xx.2018-ci il tarixində 11000 (on bir min) manat pulu aldıqdan sonra, nə əsas məbləğdən, nədə ki, faizlərdən heç bir məbləğ ödəməmişdir. İddiaçı özünün iddia ərizəsində etiraf etdiyi kimi, borca götürdüyü pulun manatla olan hissəsindən yalnız 12334 ( on iki min üç yüz otuz) manat, ABŞ dolları ilə olan hissədən isə, cəmi 1400 (min dörd yüz) ABŞ dolları qaytarmışdır. Beləliklə, nəticədə cavabdehin ona 33919 (otuz üç min doqquz yüz on doqquz) manat və 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Eyni zamanda İddiaçı 2018-ci ilin aprel ayından hazıradək 10 ay müddətində yerdə qalan 33919 (otuz üç min doqquz yüz on doqquz) manat və 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğə görə illik 36% faiz borcunu ödəmədiyi nəzərə alınarsa, 33919 manat x 3% (hər ay) = 101 7,57 manat x 10 ay = 10175,70 manat; 14600 ABŞ dolları x 3% (hər ay) - 438 ABŞ dolları x 10 ay = 4380 ABŞ dolları məbləğ alınacaqdır. Beləliklə, İddiaçı fazilə almış olduğu borc pula görə, 10 ay müddətində faizləri vaxtında ödəməməsi nəticəsində o, yerdə qalan borc məbləğindən əlavə 10175,70 (on min bir yüz yetmiş beş manat 70 qəpik) manat və 4380 (dörd min üç yüz səksən) ABŞ dolları öz vəsaiti ilə faizləri ödəməklə ziyana düşmüşdür.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(009)-338/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəstinin, 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstinin, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzüyün, 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəstinin, 30000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatın (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəstinin, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəhin, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağının, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağnın, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi, qeyd edilən əşyalar olmadıqda onların dəyəri olan 120500 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 33919 manat və 14600 ABŞ dolları dəyərində əsas və 10175,70 manat və 4380 ABŞ dolları dəyərində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 100 manat və 30 manat dövlət rüsumunun iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilməsi, əşyaların və pul məbləğlərinin geri qaytarılmasının eyni anda icra edilməsi qət edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv, ilk iddianın tam, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı qaytarılmasını qət etdiyi əmlakın dəyəri qətnamədə göstərildiyi kimi 120 500 ABŞ dolları deyil, 121.500 ABŞ dolları təşki edir. Cavabdeh qarşılıqlı iddia ərizəsində 8 (səkkiz) adda əmlakın onda olduğunu etiraf etmişdir: 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan gümüş “Mavi” serviz dəsti, 14000 ABŞ dolları qiymətində gümüş ‘"Şərq” konyak serviz dəsti, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (12 pers.), 30.000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8.000 ABŞ dolları dəyərində gümüş “Babocka’ serviz dəsti, 7.000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı. Daha sonra İddiaçı tərəfindən məhkəməyə dəyəri 15000 (on beş min) ABŞ dolları olan "Nefrit" dəsti, 18000 (on səkkiz, min) ABŞ dolları olan brilyant üzük və 25000 (iyirmi beş min) ABŞ dolları təşkil edən brilyant dəstinin (üzük, sırğa, kulon, boyunbağı – 55,15 qr və 115 kr) girov verildiyinə dair lombard biletləri təqdim edilmişdir; məhkəmə həmin biletləri təkzibedilməz fakt kimi qəbul edərək yalnız iki adda əmlakın - dəyəri 15000 (on beş min) ABŞ dolları olan “Nefrit” dəsti və 18000 (on səkkiz min) ABŞ dolları olan brilyant üzüyün qaytarılmasını qət etmişdir. Lakin məhkəmə xx.xx.2017-ci il tarixli 10 (on) min manatlıq kreditin girovu qismində dəyəri 25000 (iyirmi beş min) ABŞ dolları təşkil edən brilyant dəstin qaytarılması ilə bağlı doğru olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin lombard biletində yazı qaralandığına görə məhkəmə cavabdehin iddiası əsasında hesab etmişdir ki, həmin əmlak ödənilmiş 3800 manatın müqabilində İddiaçı qaytarılmışdır; İddiaçı həmin epizodla bağlı məhkəməyə izahatında bildirmişdir ki, 3800 manatlıq məbləği ödəyərkən lombard biletində müvafiq qeydiyyatın aparılmasını tələb edərkən yazının üstündən xətt çəkildiyini aşkar etmiş və səbəbini soruşduqda lombardın əməkdaşı bildirmişdir ki, həmin məmulatı “Moskva” Ticarət evində Cavabdeh kürəkəni ilə birlikdə qızıl satan Hətəm adlı bir şəxsə satmağa veriblər və həmin məbləğ borcdan silinəcəkdir. Hətta iddiaçının yanında zəng vurub həmin şəxslə alqı-satqı faktını bir daha təsdiqləmişdir.

13. Cavabdeh də apellyasiya şikayəti verib, qətnamənin 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin ondan tutulması hissəsində ləğv, ilk iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin ondan alınması hissəsində qətnamə ona görə əsassızdır ki, lombard biletində həmin əşyanın adının üzərindən xətt çəkilib; - İddiaçı 23 noyabr 2016-cı il tarixli lombard biletinə müəyyən düzəlişlər etdiyini məhkəmədə etiraf etmişdir; - birinci instansiya məhkəməsi alınması qət etdiyi əşyaların dəyəri mübahisəli olmasına baxmayaraq, həmin əşyaların dəyərini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası keçirmədən, mütəxəssis rəyi almadan, məhz İddiaçı sözünə istinad edərək, həmin əşyaların dəyərini müyyən etməklə prosessual pozuntuya yol vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11332/2019 nömrəli, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(009)- 338/2019 saylı qətnaməsinin 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv olunması, həmin hissədə iddianın rədd olunması, qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı sadalanan əmlaklarla bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, həmin əmlakların pul götürməsi müqabilində lombarda girov qoymasını təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi iddiaçının apellyasya şikayəti üzrə qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində də birinci instanbsiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edib. Belə ki, 2018-ci ilin may ayından etibarən İddiaçı lombard münasibətləri əsasında yaranan borcu üzrə ödənişlər etməmiş və bunun səbəbini o, ilkin iddia ərizəsində göstərdiyi kimi 2018-ci ilin may ayından etibarən Cavabdeh iş yerində tapa bilməməsi ilə əsaslandırmışdır. Bu da təsdiq edir ki, X9 2018-ci ilin may ayından qarşılıqlı iddia ərizəsi verilən tarixə olan dövr üçün (10 ay) ümumi borcu üzrə ödənişləri həyata keçirməmişdir. Cavabddehin apellyasiya şikayəti üzrə isə 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin İddiaçı qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi bunu onunla əsaslandırıb ki, iş materiallarının 123-cü səhifəsində olan qəbzə əsasən Cavabdeh tərəfindən İddiaçı 3390 manat pul verilmişdir, lakin həmin pulun müqabilində 5500 ABŞ dolları dəyərində olan gümüş yemək dəstinin girov qoyulması göstərilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı İddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarına, Mülki Məcəlləsinin 5.3, 16.1, 302.2, 302.5, 302.6, 385.1, 390.1, 442, 448.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 222.1, 372-376, 384.0.3, 393 və 405.0.1-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

18.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2705/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 19.Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 19.1 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2705/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 19.2 Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr 25000 ABŞ dolları dəyərində olan briliyant dəstinin qaytarılmasının mümkün olmamasını lombard biletində həmin əşya ilə bağlı yazının qaralandığına istinad edərək əmlakın geri qaytarılmış olması nəticəsinə gəlmişdir. 19.3 Kassasiya instansiyası qeyd etmişdir ki, müvafiq qeydin (əşyanın adının) üzərindən xəttin çəkilməsi əşyanın geri qaytarılması ilə bağlı nəticəyə gəlməyə kifayət edən sübut hesab edilə bilməz. Tərəflərin aralarında formalaşdırdıqları münasibətlərdən aydın olur ki, hətta borcun bir hissəsinin ödənilməsi halında müvafiq məbləğ göstərilməklə həmin gün edilən ödəniş imza və möhürlə təsdiq olunur, ödənilən məbləğdən kifayət qədər dəyərli olan əmlakın isə geri qaytarılmasının yalnız yazının üzərindən xətt çəkilməklə təsdiq edilməsi ağlabatan mühakimə hesab edilmir. 19.4 Kassasiya instansiyasının mövqeyinə görə həmin girov predmeti üzrə borcun qaytarılmasını təsdiq edən sənədlərin olmadığı və bundan əvvəl qaytarılması iddia olunan məbləğin ödənilməsi halında girovların geri qaytarılmadığı nəzərə alındıqda, dəyəri 25000 ABŞ dolları olan briliyant dəstinin hər hansı müvafiq yazılı qeyd aparılmadan ilk iddiaçıya qaytarılmış olmasına dair nəticəyə gələn məhkəmələrin mövqeyi düzgün hesab edilə bilməz. Bundan başqa, işin halları ilə müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə götürülmüş 5000 ABŞ dolları məbləğinə görə çəkisi 3400 qram olan gümüş servis («Konyak» dəsti, 14000 ABŞ dolları) girov qoyulmuşdur. Birinci instansiya məhkəməsi bununla bağlı qətnaməsində qeyd etmişdir ki, «Cavabdeh biletdə qeyd edilən əşyanın adının üstündən xətt çəkilməsinə istinad edərək həmin əşyanın İddiaçı qaytarıldığını və həmin əşya müqabilində verilmiş pulun geri ödənildiyini bildirmişdir. Məhkəmə Cavabdeh qeyd etdiyi xüsusatı inandırıcı və ağlabatan hesab etmir. Cavabdeh onda olmasını etiraf etdiyi 9 əşya ilə yanaşı xx.xx.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3400 qram çəkisi olan gümüş servizində müqabilində götürülən borc məbləğinin qaytarılması şərti ilə İddiaçı qaytarılmalıdır». 19.5 Göründüyü kimi, həmin iddia tələbi üzrə (3400 qram olan gümüş «Konyak» serviz dəsti, 14000 ABŞ dolları) birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin müəyyən edilmiş halları ilə uyğunluq təşkil etmir. Məhkəmə faktiki olaraq həmin əmlakın qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya qaytarılmalı olmasını müəyyən etsə də, faktiki olaraq bununla bağlı qərar qəbul etməmişdir. Digər tərəfdən istinad olunan sonuncu iki halla (dəyəri 25000 ABŞ dolları olan briliyant dəsti və çəkisi 3400 qram olan gümüş «Konyak» serviz dəsti) bağlı məhkəmələrin gəlmiş olduğu nəticələr ziddiyyətlidir. 19.6 Belə ki, birinci halda məhkəmələr əşyanın üstündən çəkilən xətti əsas götürərək cavabdehin iddiaçı qarşısında məsuliyyət daşımaması nəticəsinə gəlsə də, eyni əsaslara malik olan dəlillə isə fərqli qiymət verilməsi aydın görünür (birinci halda əşyanın adının üzərindən xəttin çəkilməsini öhdəliyin icra edilməsi, ikinci halda isə icra edilməməsi kimi qəbul olunmuşdur). 19.7 Kassasiya instansiyası tərəflər arşında lombardla bağlı öhdəlik münasibətlərinin olması ilə barədə məhkəmələrin həmin mövqeyi ilə razılaşıb və qeyd edib ki, belə olan halda yuxarda göstərilən müddətdən əvvəl və sonra verilmiş pul məbləğlərinə görə girov qəbul edən və ilk iddiaçının cavabdeh qarşısında əvvəlki öhdəliklərinin icra olunmadığı halda ona girovsuz pul məbləği verməsi faktiki olaraq tərəflərin özlərinin formalaşdırmış olduqları münasibətlərlə heç bir uyğunluq təşkil etmir. Nə qədər ki cavabdeh iddiaçının göstərdiyi tarixlərdə və məbləğlərdə pul məbləğinin ilk iddiaçıya verilməsini qəbul edir, iddiaçının göstərdiyi kimi bu halda həmin tarixlərdə verilmiş pul məbləğlərinə görə ilk iddiaçının girov qoyması daha inandırıcı və tərəflərin formlaşdırmış olduqları münasibətlərə uyğun hesab edilə bilər. Lakin, məhkəmələr ilkin iddiaçının bu dəlilli üzrə faktiki olaraq heç bir araşdırma aparmamış və yalnız müvafiq sübutların təqdim edilməməsinə istinad edərək nəticəyə gəlməklə kifayətlənmişlər. 19.8 Faiz məbləğinin aşağı salınması ilə bağlı verildiyi iddia olunan əşyalara münasibətdə nə birinci instansiya məhkəməsi, nə də müvafiq dəlillər irəli sürməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsinin həmin dəlilləri araşdırması müəyyən olunmur. Digər əmlaklarla bağlı hissə üzrə isə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən xüsusi qərardad qəbul olunmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin qərardadın icrası ilə bağlı araşdırma aparmamış və xüsusi qərardadın nəticələri müəyyən edilərək işdə olan sübutlarla qarşılıqlı olaraq qiymət verilməmişdir. 19.9 Kassasiya instansiyası qeyd etmişdir edir ki, ilkin olaraq məhkəmələr qarşılıqlı iddianın irəli sürülməsi əsaslarını, həmin məbləğlərin verilməsi, onlara müvafiq olaraq girov qoyulmuş əmlakların (onların sayı, məbləği, çəkinin əhəmiyyətli olması halında çəkisinin) olub-olmamasını aydınlaşdırmalı, bundan sonra qaytarılmış və qalıq borc məbləğini, faiz hesablanmalıdırsa, bunun dərəcəsi və cəmi məbləğini müəyyən etməli idi. Bundan sonra ilk iddiaçının həqiqətən borc məbləğinin geri qaytarılmasına dair iradəsinin olmasını müəyyən etməli və borc məbləği geri qaytarılmamışdırsa, qarşılıqlı iddiaçının hansı səbəbdən borcun məcburi qaydada tələb olunmasına cəhd etməməsi müəyyən edilməlidir. 19.10 Məhkəmələr məhz ilk iddiaçının tələbindən sonra faktiki olaraq ilk iddia ərizəsində göstərilən məbləğlə razılaşaraq cavabdehin tələb irəli sürməsini aydınlaşdırmamışlar. İşdə olan digər sübutların qarşılıqlı olaraq yoxlanaraq qiymətləndirilməsi zəruri olduğu halda məhkəmələr faktiki olaraq heç bir araşdırma aparmamış, sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etməmişlər. Yalnız qarşılıqlı iddiaçının formal mülahizələrə əsaslanan izahatı və təqdim olunmuş bir-birini tamamlamayan şahid ifadələrinə əsaslanmaqla qətnamə qəbul edilmişdir. Faiz məbləğini müəyyən edərkən isə tərəflər arasında bağlanmış ayrı-ayrı müqavilələrin olmasını, onların hər birində fərqli faiz məbləğləri göstərilməsini, hansı səbəbdən məhz 10 aylıq müddət üçün faiz məbləğinin tələb olunması və faiz məbləğinin hesablanması və tələb olunması üçün maddi hüquqi əsasların mövcudluğu müəyyən edilməmiş qalmışdır.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7147/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmamış, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsi 5500 ABŞ doları dəyərində gümüş yemək dəstinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv olunması, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 21 Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilk iddiaçının cavabdehə qarşı əmlak tələbinin əsası iddia ərizəsində sadaladığı əmlakların qaytarılması ilə bağlı olsa da, tələbin məzmunundan aydın olur ki, faktiki olaraq iddiaçı tələbində Cavabdeh olan borcunu yalnız tələb etdiyi əmlakların qaytarılması qarşılığında qaytarmaq niyyətindədir. Buna görə də, o, əvvəlcə cavabdehə girov verilməsi iddia edilən əmlakların ondan alınmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh işlətdiyi lombarda müxtəlif vaxtlarda əmlaklarını girov qoyması və müxtəlif məbləğlərdə pul götürməsilə tərəflər arasında lombard münasibətləri yaranmışdır. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsində və izahatında “Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab“, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər”, “salat qabı” və “meyvə qabı” və 01 ədəd qızıl üzük olmaqla 9 adda əşyaların onda olduğunu və qaytarılmalı olmasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Cavabdeh iddia tələbində İddiaçı də öz izahatında qeyd etdiyi kimi 14600 ABŞ dolları məbləğində ödənilməmiş borcunun ona qaytarılmasını tələb etməsi 23 noyabr 2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3.400 qram çəkisi olan gümüş servisin İddiaçı qaytarılmadığına dəlalət edir. Əks halda Cavabdeh İddiaçı 14600 ABŞ dolları məbləğində yox, 9600 ABŞ dolları (14600-5000= 9600 ABŞ dolları) məbləğində borcunqaytarılmasını tələb etməli idi. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh onda olmasını etiraf etdiyi 9 əşya ilə yanaşı 23 noyabr 2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3.400 qram çəkisi olan gümüş servis də müqabilində götürülən borc məbləğinin qaytarılması şərti ilə İddiaçı qaytarılmalıdır.” apelyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən alınan borclardan ödənilmiş pullar çıxıldıqdan sonra Cavabdeh tələb etdiyi borc 14600 ABŞ dollarıdır. Odur ki, belə başa düşülməlidir ki, 23 noyabr 2016-cı il tarixli Lombard biletində göstərilən 3400 qram çəkisi olan gümüş servis İddiaçı qaytarılıb. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli lombard biletindən də görünür ki, “gümüş serviz- 3400qr” sözünün üstündən xətt çəkilmişdir. Kollegiya ağlabatan mühakimə və daxili inamına əsaslanaraq hesab edir ki, lombard biletində əşyanın adının qaralanması həmin əşyanın geri qaytarıldığı mənasına gəlir. Belə ki, iş materiallarının 125-ci səhifəsində olan xx.xx.2017- ci il tarixli lombard biletindən də görünür ki, komplekt 750 əyar -95,15 qram və saat 750 əyar-70,39 qram olan əşyalar müqabilində 10000 manat ayda 8% (800 manat) ödəmək şərti ilə İddiaçı verilmiş, L.Məmmdəzadə tərəfindən həmin borc üzrə bir neçə dəfə ödənişlər edilmiş, həmin ödənişlər Cavabdeh məxsus (üzərində VÖEN hesabı qeyd edilən) möhürlə təsdiqlənmişdir. Bunadan sonra biletdə qeyd edilən 10000 manat borc və 800 manat faiz yazıları qaralanaraq, borc məbləği 6200 manat və faiz borcu isə 496 manat qeyd edilmişdir. Həmçinin komplekt 750 əyar -95,15 qram yazısı da qaralanmışdır. Kollegiya ağlabatan mühakimə əsasında hesab edir ki, borc məbləği və qoyulmuş əşyalar qeyd edilən yazıların qaralanması həmin borc məbləğlərinin ödənilməsini və ödənilmiş borc müqaviləsində əşyanın geri qaytarıldığını ehtiva edir. Göstərilənlərə əsasən də, kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixli lombard biletində “gümüş serviz-3400qr” sözünün qaralanması həmin əşyanın İddiaçı qaytarılması mənasına gəlir. Kollegiya ilk iddia üzrə cavabdehin etirafını nəzərə alaraq hesab etmişdir ki, ilk iddia tələbi girov kimi götürülmüş 9 adda əşyaların, yəni iddiaçı LaləMəmmədzadəyə məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəsti, 14 000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəsti, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük, 15 000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəsti, 30 000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8 000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəsti, 7 000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3 000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməlidir. Qeyd edilən əşyalar olmadıqda onların dəyəri olan 116 000 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməlidir. 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin İddiaçı qaytarılması hissəsində isə tələb əsaslı sayıla bilməz. Belə ki, iş materiallarının 123-cü səhifəsində olan qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 3390 manat pul verilmişdir, lakin həmin pulun müqabilində 5500 ABŞ dolları dəyərində olan gümüş yemək dəstinin girov qoyulması göstərilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı İddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Kollegiya eyni zamanda, qeyd edilən əşyalar olmadığı təqdirdə onların dəyəri olan 116000 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsini də əsaslı hesab edir. Kollegiya İddiaçı özünün tərtib etdiyi “Lombarddakı əmlak” siyahısını sübut kimi qəbul etmir. Kollegiya qarşılıqlı iddia tələbinin “33919 manat və 14600 ABŞ dolları dəyərində əsas borcun ödənilməsinə” dair hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 2016-cı ildən başlayaraq müxtəlif vaxtlarda girov müqabilində lombard fəaliyyəti ilə məşğul olan Cavabdeh 6-8 faiz olmaqla pul götürmüşdür. Götürdüyü pulların bir qismini ödəsə də, lakin onun həmin girov müqabilində götürdüyü pullar üzrə Cavabdeh borcu qalmışdır. Borcunun qalmasını isə İddiaçı öz ilkin iddia ərizəsində etiraf edərək göstərmişdir ki, Cavabdeh 14.600 ABŞ dolları və 29.919 manat borcu vardır. Həmçinin,İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, müxtəlif vaxtlarda 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında müvafiq olaraq 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürmüş, sonradan Cavabdeh ondan dörd dəfəyə götürdüyü 5000 manat (1500+1500+1000+1000) müqabilində 16900 ABŞ dolları, 5000 Euro və 12500 manat dəyərində geyim əşyaları, qızıl-zinət və gümüş məmulatı, qiymətli rəsm əsərləri girov götürmüşdür. Bununla bağlı lombarddakı dəftərdə şəxsən qeydiyyat aparmışdır. Ancaq sonradan məbləğin 4000 manatını Cavabdeh ödəsə də, o, girov qoyulmuş əmlaklarını qaytarmamışdır. Kollegiya İddiaçı 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürməsinin öz etirafı ilə də təsdiq olunduğunu, lakin sonradan həmin 5000 manatın 4000 manatını Cavabdeh ödəməsinin məhkəmə araşdırması zamanı təsdiq edilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh əsas borc olaraq 29919 manat deyil, 33919 manat borcu qalmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış lombard münasibətləri ilə bağlı müqavilələri müddətsiz olmuş, yəni bu münasibət müddətlə şərtləndirilməmişdir. Həmçinin, kollegiya onu da qeyd edir ki, tərəflər arasında girov qoyulmaqla pul götürülməsi (lombard münasibətləri) özlərinin izahatlarına əsasən 6-8 faizlə olduğu halda, qarşılıqlı iddiaçı tələbində göstərdiyi faizlə, yəni, hər ay 3 faiz olmaqla borcun tutulmasını tələb etdiyindən məhz bu faizlə hesablanmanın nəzərə alınması məqsədə uyğundur. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2018-ci ilin may ayından etibarən İddiaçı lombard münasibətləri əsasında yaranan borcu üzrə ödənişlər etməmiş və bunun səbəbini o, ilkin iddia ərizəsində göstərdiyi kimi 2018-ci ilin may ayından etibarən Cavabdeh iş yerində tapa bilməməsi ilə əsaslandırmışdır. Borcunu ödəməməkdə digər səbəb kimi isə onun girovda olan əşyalarını qaytarmaq istəyi, eləcə də, ümumiyyətlə onun nə qədər borcunun olmasını aydınlaşdırmaq niyyətinin olmasını göstərmişdir. Göründüyü kimi, X9 2018-ci ilin may ayından qarşlılıqlı iddia ərizəsi verilən tarixə olan dövr üçün (10 ay) ümumi borcu üzrə ödənişləri həyata keçirməmişdir. 22 Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 302.2, 302.5, 302.6, 385, 390.1, 442, 448.1, maddələri, Mülki Prosessual Məcəllənin 14.2.1, 81, 77.1, 222.1, 218.3, 384.0.2, 385.1.1, 384, 392, 393 və 405-ci maddələrinə istinad etmişdir.

d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

23 Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2761/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7147/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissələrdə – ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilməsi, işin qeyd edilən hissələrdə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. 24 Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 24.1 Apellyasiya məhkəməsi Ali Məhkəmənin qərarında şərh edilən göstərişləri Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarına istinad etməklə araşdırmamadığın qeyd etsə, bunu, yəni Ali Məhkəmənin göstərişlərinin Konstitusiya Məhkəməsinin müəyyən etdiyi meyarlar üzrə düzgün olmamasını qətnamədə əsaslandırmamışdır. 24.2 Konstitusiya Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qərarında hüquqi mövqe belə olub ki, kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

25. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı hüquqi varisi X10 apellyasiya şikayətinin dəlilini müdafiə edərək bildirdi ki, cavabdeh yenə də pul tələb edir. Həm də deyir ki, heç nə onda yoxdur. Cavabdeh mühasibatlıqdan sənədləri təqdim etməmişdir. Mavi servis 3300 kq-dır. Onlar ekspertiza keçiriləndə bildirdi ki, mal yerindədirsə qəbul edir. Ekspertizada onlar iştirak edəndə başqa servis idi.Hazırda cavabdehin çantada gətirdiyi əmlakları qəbul etmir, onlar qutuda verilmişdi. Onlar bilmirdilər ki, qutuda necədir. Saat da istifadə edilib, amma təzə, qutuda verilmişdir.Servisin qutusu da olmalıdır.5000 dolları ona görə cavabdeh çıxır ki, 14000 dollarlıq servisdən söhbət gedir. 5000 dollar silinəndə o servis də gedəcək.11 min dolları cavabdeh necə girovsuz verə bilər. İndi də tələb edirlər.Qarşılıqlı iddia ərizəsində borc qəbul edilib. 2016-ci il tarixli biletdə 5000 dollar alındığını Lalə göstərib. Cavabdeh qəbul edib ki,Lalə borcludur. 9 əşya deyil.Etiraf olunan 8 əşyadır, ikisini məhkəmə əlavə edib. Ümumi 10 əşya edir. Kəpənək servisi də başqa 2 əşya da var, qutunun içindədir. Onlar problem deyil. Saat isə o deyil. Birinci kreditdə olan mavi servis 7000, digəri 15000 dollardır.Tam cavabdeh gətirməli idi. Başqa servis gətiriləndən sonra qəbul edə bilməz. Lalə vəfat edənə qədər nəyinsə qaytarılması, dəyişdirilməsi məsələsi yox idi.24 min dollarlıq mal götürülüb, etiraf da edilib.Brilliant dəsti verib saatı cavabdeh götürübsə niyə şahid dindirildi. Şahid bildirdi ki, pulu götürüb Laləyə verib, o da aparıb cavabdehə verib, sonra da dəsti gətirib. Cavabdeh də təsdiq etdi. Sonra deyildi ki, saat verildi. Apellyasiya baxışında hakim sual verdi ki, xətt çəkilmə niyə olub. Cavab verildi ki, dəst verilib, saat götürülüb.Pul verilirsə saat niyə qoyulurdu.10 min götürülüb, 6200 dollar qaytarılmalıdır. 18000 dolların faizidir gəlib.

26. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlilini müdafiə edərək bildirdi ki, Lalə özü etiraf etdi ki, girov biletindəkini qeydi özü yazıb. Ekspertiza keçirilməsinə zərurət olmadığını bildirib. Onda nə var təqdim edib. 520 dollar borclu qalıb. 2017-ci il sentyabrda 520 dollar borcu qalmışdı. Kağızda yazılıb. Girovu qaytardım, bahalı servisdir, saxlaya bilməzdi. Lalə ondan istəmişdi. Biletlər Lalədə olub, məhkəməyə Lalə təqdim edib. Pozulmanı da onlar edə bilməzlər. Etiraf edib ki, özü qeyd edib. Bütün əmlakları maliyyədən yazırlar ki, nə qoyulub, nə götürülüb. Saatı da maliyyə yazıb. Lalə biletdə özü yazdığını qeyd edib. Gümüş servisinin qaytarılmasını biletdə pozulmaqla sübut edilir. Özü pozub. 6200 dollar qalıb. Konyak dəsti ondadır, gətirib. Lalə nədə gətirdiyini ondan başqa heç kim bilməz.Girovsuz 200-300 manat verilib. xx.xx.2016cı il tarixli girov bileti üzrə 520 ABŞ dolları, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 6200 manat, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 3600 ABŞ dolları, xx.xx.2017-cı il tarixli girov bileti üzrə 6000 ABŞ dolları, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 10863 manat, xx.xx.2017-cı il tarixli girov bileti üzrə 6000 manat borc qalıb.

27. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 5000 dollarla bağlı razılığa gələ biləcəklərini bildirdi.

Tətbiq edilən hüquq normaları:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir.

33. İlki növbədə qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək ilkin iddianın təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və həmin hissədə ilkin iddia tələbinin təmin edilməsi, qarşılıql iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir.

34. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin alınıb verilməsi hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir.

35. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəfat etmişdir. Onun hüquqi varisi qismində X10 işə cəlb olunmuşdur.

36. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(009)-338/2019 saylı qətnaməsi İddiaçı məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəstinin, 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstinin, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzüyün, 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəstinin, 30000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatın (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəstinin, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəhin, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağının, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağnın cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi, qeyd edilən əşyalar olmadıqda onların dəyəri olan 116000 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatı ilə pul vəsaitinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsi hissəsində mübahisələndirilməmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları (sədrlik edən R.Həsənov) ilə girov kimi götürülmüş 9 adda əşyaların hansı metaldan hazırlanması, əyarı və dəyəri barədə suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir.

38. Qəradaddan müəyyən olunur ki, ekspertiza vəsatətini Cavabdeh nümayəndəsi və vəkili vermişdir. İddiaçı nümayəndəsi isə vəsatətə etiraz etmişdir.

39. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində 7 əşya ilə bağlı suallara cavab verilmişdir.

40. 11 sentyabr 2023-cü il tarixli iclasda əvvəlki qərardadda 9 əşya ilə bağlı sual qoyulduğundan və iki əşya ilə bağlı cavab verilmədiyindən hər iki tərəf ekspertizanın keçirilməsini xahiş etmişdir. Ekspertiza təyin edilmişdir.

41. Lakin ekspertiza keçirilsə belə qeyd edilən 9 adda əşya ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilməmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında lombardla bağlı öhdəlik münasibətlərinin olması işin mübahisəsiz halıdır. Lakin əvvəlki öhdəliklərin icra olunmadığı halda ilkin iddia üzrə iddiaçıya girovsuz pul verilməsi tərəflərin özünün formalaşdırdığı münasibətə uyğun gəlmir. Habelə ilkin iddia üzrə cavabdeh izahatında təsdiq etmişdir ki, onun tərəfindən girovsuz yalnız 200-300 manat pul verilə bilərdi. İş materiallarında olan girov biletləri ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

43. İlkin iddia üzrə İddiaçı izahatında qeyd etmişdir ki, lombard biletində olan imza onundur. Cavabdeh bildirdi ki, girov qoyduğu gümüş servisi almaq istəyən var və həmin girov qoyulmuş girov servisi digər əşyalarla əvəz etmək istəyir. Cavabdeh razılığı ilə digər əşyaları gətirdi, ona baxış keçirildi və servisin əvəzində iki üzüyü, sırğanı və puseti girov götürdü. Həmin biletdə yazılanlar onun xəttidir. Sonradan həmin gümüş qabını yenidən qaytarıb, əvəzində qoyduğu əşyalaraı götürdü.(1-ci cild, səh 130).

44. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə girov biletlərinin əsli ilkin iddia üzrə İddiaçı tərəfindən təqdim edilmişdir. İddiaçı özü təsdiq edir ki, girov qoyulmuş əşyanı almaq istəyən olmuşdur və o, həmin əşyanı başqa əşya ilə əvəzlənməsi barədə Diları Bağırova ilə razılaşmışdır. Göründüyü kimi əvvəlki girov əşyanın da üstündən xətt çəkilmişdir.

45. Deməli, belə qənaətə gəlmək olur ki, tərəflər arasında girov qoyulmuş əşyanın üstündən xətt çəkib həmin əşyanı başqa əşya ilə əvəz etmək barədə tərəflər arasında razılıq olmuşdur.

46. Bu hala digər girov biletlərində də rast gəlmək mümkündür.

47. Belə ki, xx.xx.2017-ci il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, ilkin olaraq 3.6 kq gümüş, “baboçka” (kəpənək) dəsti, salat qabı qeyd olunub. Daha sonra 3.6 kq üstündən xətt çəkilərək 1070 kq “nefrit” serviz yazılmış, “baboçka” (kəpənək) dəsti, salat tabağının üzərindən xətt çəkilmiş və üzük qeyd edilmişdir.

48. Tarixən sonrakı xx.xx.2017-ci il tarixli biletdə “baboçka” (kəpənək) serviz, 6 ədəd qədəh, salat qabı və meyvə qabı qeyd edilmişdir.

49. Göründüyü kimi xx.xx.2017-ci il tarixli biletdən silinmiş “baboçka” (kəpənək) dəsti, salat qabı sonradan xx.xx.2017-ci il tarixli biletə əlavə edilmişdir.

50. xx.xx.2017-ci il tarixli lombard biletindən görünür ki, komplekt 750 əyar -95,15 qram qeyd edilmişdir. Daha sonra onun üzərindən xətt çəkilmiş və saat 750 əyar-70,39 qeyd edilmişdir.

51. 26 yanvar 2023-cü il tarixli iclas protokolundan müəyyən olunur ki, Cavabdeh qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixdə brilliant qaşlı qızıl dəsti gətirdi, 10000 manat pul götürdü, 1 ay faizi ödədi. Sonra gəldi komplekti istədi. Dedi əşyanı dəyişə bilərəm, dedim bəli. Bir müddət sonra qızıl saat gətirdi, əvəzində qızıl dəst qaytarıldı, üstündən xətt çəkildi. Saat hazırda ondadır. Vərəqin arxa üzündə də qeyd olunub. 6200 borcu qalıb. Götürdüyü əşyanı pozuruq. Bu iki əşyaya 10000 manat verilə bilməzdir. Ən azı 20000 manat ödənilərdi. Şahidi bu yaxınlarda gördü. Şahid dedi ki, Lalə o vaxt qızıl komplekti ona verdi, o satdı. (ikinci cild, səh 228).

52. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, şahid Məmmədova Gülşənxanım ifadəsində qeyd etdi ki, girova qoyulmuş komplekti İddiaçı ona verdi, o da satdı.

53. Beləliklə, məhkəmə kollegiyası hər iki tərəfin verdiyi izahatlara və girov biletlərinə əsaslanaraq bu qənaətə gəlir ki, tərəflər arasında girov qoyulmuş əşyanın üstündən xətt çəkərək onun digər əşya ilə əvəz olunması barədə razılıq olmuşdur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hər girov biletinə görə girov qoyulmuş əşya olmuşdur.

55. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli girov bileti üzrə 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəst, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəsti və 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 30000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saat (“Harry Winston” 70.39 qram çəkidə qızıl), xx.xx.2017-ci il tarixli girov bileti üzrə 8000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəst, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağ, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstinin cavabdehdən iddiaçının xeyrinə alınıb verilməsi qət edilmişdir. Həmin hissədə iddia tələbini Cavabdeh da etiraf etmişdir.

56. Qətnamə ilə həmçinin xx.xx.2016-cı il tarixli girov bileti üzrə 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin hissədə ilkin iddia üzrə Cavabdeh qətnaməni mübahisələndirmişdir.

57. xx.xx.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, 3.400 qram çəkisi olan gümüş servis müqabilində 5000 ABŞ dolları İddiaçı verilmişdir.

58. Həmin biletdən görünür ki, 3.400 qram çəkisi olan gümüş servis ifadəsinin üstündən xətt çəkilmiş, saffir üzük, ametis üzük, sırğa (yarpaq), Puset qeyd edilmişdir. Həmin biletin arxasında qalıq borcun 520 dollar olması qeyd edilib.

59. İlkin iddia üzrə iddiaçının özü isə iddia ərizəsində xx.xx.2016-cı il tarixli bilet üzrə 1500 ABŞ dolları olan brilliant qaşlı qızıl sırğa (Puset), 8500 ABŞ dolları qiymətində gümüş “Mavi” serviz dəsti, 14000 dollar dəyərində gümüş Konyak dəsti girov qoyduğunu qeyd etmişdir.

60. Lakin həmin biletlə bağlı İddiaçı bildirmişdir ki, Cavabdeh razılığı ilə digər əşyaları gətirdi, ona baxış keçirildi və servisin əvəzində iki üzük, sırğa və puset girov götürüldü. Həmin biletdə yazılanlar onun xəttidir. Sonradan həmin gümüş qabını yenidən qaytarıb, əvəzində qoyduğu əşyaları götürdü.(1-ci cild, səh 130).

61. Məhkəmə kollegiyası qeyd edir ki, Lalə Məmməzadə özü etiraf etmişdir ki, servisi götürüb başqa əşyalarla əvəz etmişdir. Bu səbəbdən servisin üstündən xətt çəkmişdir. Lakin İddiaçı onu da qeyd edir ki, sonra servisi qaytarıb digər əşyaları götümüşdür.

62. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər öz aralarında girovda olan əşyanın üstündən xətt çəkib başqa əşya ilə əvəzləmək kimi təcrübə formalaşdırmışdırlar. Lakin əgər servisi sonradan qaytarıb digər əşyaları götürmüşdürsə girov biletində bununla bağlı qeyd aparılmalı idi.

63. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli bilet üzrə 1500 ABŞ dolları olan brilliant qaşlı qızıl sırğa (Puset) cavabdehdən alınıb iddiaçıya verilməlidir.

64. Qeyd edilməlidir ki, həmin biletdə göstərilən digər əşyalar - üzüklər və sırğa (yarpaq şəkilli) ilkin iddiaçının tələb etdiyi əşyalar sırasında (iddia ərizəsinin xahiş edirəm hissəsində) yoxdur.

65. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı ilkin iddia tələbində göstərilən məbləği qeyd etməklə iddia tələbini irəli sürmüşdür. Lakin nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçı təqdim etdiyi girov biletlərindən savayı da girovda əmlakının olmasına istinad edərək 2017 və 2018-ci illərdə başqa girov əşya hesabına borc götürdüyünü qeyd etmişdir. Borcunun 14600 dollar və 29919 manat təşkil etdiyini, lakin dəqiqləşdirildiyi təqdirdə ümumiyyətlə borcunun olmadığının aşkar olunacağını qeyd etmişdir.

66. Qarşılıqlı iddia üzrə iddiaçı isə məhkəmə iclasında verdiyi izahatında 200-300 manatdan artıq olan məbləği girovsuz borc vermədiyini qeyd etmişdir.

67. İşə baxan məhkəmə yalnız iddiaçının iddia ərizəsində qeyd etdiklərinə əsasən ilkin iddia üzrə iddiaçının ilkin iddia ərizəsində məhkəməyə təqdim edə bilmədiyi girov biletləri üzrə də borcunun olmasını qənaətinə gəlmişdir. Lakin girov əşyalarla bağlı isə qeyd etmişdir ki, subut olunmur.

68. Göründüyü kimi tərəfin etirafı qismən nəzərə alınmışdır. Lakin digər tərəfdən də məhkəmə kollegiyası hesab edir ki, əşya tələb olunduğu halda ilk növbədə onun mövcudluğu sübut olunmalıdır. Ən əsası isə əşyanın lombardda girovu haqqında müqavilə də girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.

69. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında lombard münasibətləri olduğundan işdə olan girov biletləri üzrə qalıq borc qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesb edir ki, girov biletləri olmadan, girov qoyulmadan borcun verilməsi işin hallarına uyğun gəlmir.

70. Birinci instansiya məhkəməsi yalnız iddiaçının qeyd etdiklərinə əsasən borcun məbləğini müəyyən etmişdir. Lakin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, dəqiqləşdirildiyi təqdirdə onun borcunun olmadığı müəyyən ediləcəkdir.

71. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2016-cı il tarixli girov bileti üzrə 520 ABŞ dolları, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 6200 manat, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 3600 ABŞ dolları, xx.xx.2017-cı il tarixli girov bileti üzrə 6000 ABŞ dolları, xx.xx.2017-ci il tarixli girov bileti üzrə 10863 manat, xx.xx.2017-cı il tarixli girov bileti üzrə 6000 manat məbləğində əsas borcun olması sübut olunur.

72. O cümlədən müəyyən olundu ki, tərəflər arasında lombardla bağlı öhdəlik münasibətləri konkret müddətlə şərtləndirilməmişdir. Faizin ödənilməsi isə nəzərədə tutulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı tələbində faizin 3 faizdən hesablanmasını tələb etmişdir.

73. İlkin iddia üzrə iddiaçı da iddia ərizəsində qeyd etmişdir ki, 2018-ci ilin may ayından Cavabdeh onun zənglərinə cavab verməmişdir.

74. İlkin iddia üzrə iddiaçı məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, girov qoyduğu əşyalar açıq hərracda satılaraq ödənilməmiş borc Cavabdeh qaytarılmalı və digər girov əşyaları ona qaytarılmalıdır.

75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, may-oktyabr ayları üzrə 3 faizdən hesablanmaqla 10120 ABŞ dolları əsas borc üzrə 1821.6 ABŞ dolları faiz borcu və 23063 manat əsas borc üzrə 4151.34 manat fazi borcu tutulmalıdır.

76. O cümlədən qeyd olunmalıdır ki, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli xüsusi qərardadı ilə bağlı araşdırma aparılmışdır. Cavabdeh əsas fəaliyyət növünün lombard fəaliyyətindən ibarət olduğu müəyyən edilmişdir. (ikinci cild, i.v.289)

77. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır.

78. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

79. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

80. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin olunmalı, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, 5500 ABŞ doları dəyərində gümüş yemək dəstinin Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində ləğv olunmalı, həmin hissədə ilkin iddia tələbi təmin edilməməli, ilkin iddia tələbi qismən təmin olunaraq 1500 ABŞ dolları dəyərində qızıl briliant qaşlı sırğa (Puset) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı hüquqi varisi X6 verilməli, qarşılıqlı iddia qismən təmin edilməli, 23063 manat əsas borc və 4151.34 manat faiz borcu, 10120 ABŞ dolları əsas borc və 1821.6 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 27214.34 manat və 11941.6 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, İddiaçı hüquqi varisi X3 tutularaq Cavabdeh ödənilməli, ekspertizanın keçirilməsi ilə bağlı 350 manat məbləğində xərcin 175 manatı İddiaçı hüquqi varisi X3 , digər 175 manatı isə Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (hüquqi varisi X4) apelyasiya şikayəti qismən təmin olunsun. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. 5500 ABŞ doları dəyərində gümüş yemək dəstinin Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində qətnamə ləğv olunaraq , həmin hissədə ilkin iddia tələbi təmin edilməsin. Mübahisələndirilən hissədə ilkin iddia tələbi qismən təmin olunaraq 1500 ABŞ dolları dəyərində qızıl briliant qaşlı sırğa (Puset) Cavabdeh alınaraq İddiaçı hüquqi varisi X6 verilsin. Əşya olmadıqda onun dəyəri (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti) tutulub verilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. 23063 manat əsas borc və 4151.34 manat faiz borcu, 10120 ABŞ dolları əsas borc və 1821.6 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 27214.34 manat və 11941.6 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) İddiaçı hüquqi varisi X3 tutularaq Cavabdeh ödənilsin. Ekspertizanın keçirilməsi ilə bağlı 350 manat məbləğində xərcin 175 manatı İddiaçı hüquqi varisi X3 , digər 175 manatı isə Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar