Məhkəmə qərarları › İş №2(103)-2401/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2401/2024

15.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2401/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq olunması” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadından ərizəçinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə (Maraqlı şəxs1 maraqlı şəxs qismində göstərilməklə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Maraqlı şəxs1 ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq olunması, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvanında yerləşən, ümumi sahəsi 5,2 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv.m olan 240 çarpayılıq xəstəxananın, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti ev 111, 16 saylı mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsinin, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evinin üzərində hər birinin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs2 MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda şikayət üzrə prosessual müddətin bərpa edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamədən "ERBİ-H” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin ötürülməmiş hesab edilməsi və şikayətin mümkün hesab olunması, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Maraqlı şəxs2 MMC və maraqlı şəxs X3 arasında, qətnamə ilə təsdiq olunan barışıq sazişinin predmeti olan daşınmaz əmlaklara dair məhkəmə çəkişmələri mövcuddur, bu hal "ERBİ-H” MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş məhkəmə aktları ilə təsdiq olunur. Odur ki, qətnamənin Maraqlı şəxs2 MMCnin hüquqlarına və maraqlarına toxunması ehtimalı vardır. Həmin qərardaddan X2 nümayəndəsinin (vəkilinin) verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə isə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İş materiallarından görünür ki, Maraqlı şəxs2 MMC ilə Ərizəçi və X3 arasında, qətnamə əsasında təsdiq olunan barışıq sazişinin predmeti olan daşınmaz əmlaklara dair çoxsaylı məhkəmə çəkişmələri olmuş, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul edilmişdir. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi, Maraqlı şəxs2 MMCni işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanıyaraq onun apellyasiya şikayətini apellyasiya instansiyasına göndərməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2034/2023 saylı iş üzrə 17 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar