Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2410/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Rukiyyə Tağısoyun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Nizami rayon İcra Şöbəsi və "xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) «hərracın nəticələrinin, hərrac protokolunun və alğı-satqı müqaviləsinin etibarsızlığı» tələbinə dair 2(005)-4528/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 88 nömrəli evin 16-cı mənzili ilə əlaqədar keçirilən hərracın nəticəsi olaraq bağlanmış hərracın yekunu protokolu və həmin əmlakın alğı-satqısı ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli, 2(103)-6971/18 saylı qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi və ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılmanın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilərək ipoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 88 nömrəli evin 16-cı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində Sadıqova Ziba Yusif qızının, İddiaçı, X2 və X1 həmin mənzildən çıxarılması qət olunmuş, iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlər İddiaçı və İddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixıi, 2(102)-7830/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(103)-6971/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(103)-6971/18 saylı icra vərəqəsinə əsasən hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş edilmişdir. İddiaçının qətnamənin icra olunması ilə bağlı heç bir məlumatı olmamışdır. Bankdan iddiaçıya zəng edərək, evin boşaldılmasını tələb edəndə məlumat əldə etmiş, ipoteka predmeti olan mənzili ilə bağlı "xxxx"ndə hərraclar keçirilmiş və mənzil bank tərəfindən əldə edilmişdir. Keçirilən hərraclarla bağlı sənədlərin təsdiq olunmuş surətlərini əldə etmək üçün "xxxx"nə müraciət etsə də, ona heç bir sənəd təqdim etməmişlər. Hərraclar qanunsuz keçirilmiş, hərracın keçirilməsinə dair ona heç bir məlumat verilməmişdir. Belə ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilməmişdir, əmlakın mülkiyyətçisi kimi hərraclarda iştirak hüququ pozulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılmasını qeyd etsə də, gəldiyi yekun nəticədən görünür ki, bu məsələni tam aydınlaşdırmamışdır. Belə ki, praktikada da oxşar işlər üzrə yekun məhkəmə aktlarından görünür ki, əmlakın mülkiyyətçisi olmasa da belə, ər-arvad birgə mülkiyyətçi kimi bir-birinin əmlakının müdafiəsi ilə bağlı qarşılıqlı razılıq əsasında iddia qaldıra bilər. Hərracın təşkilatçısı borclu və birgə mülkiyyətçi kimi İddiaçı hərracın keçirilməsi ilə bağlı bildirişlər göndərərək, onu da məlumatlandırmalı idi. Lakin İddiaçı bununla bağlı heç bir bildiriş göndərilməmiş, hər hansı məlumat verilməmişdir. Elanlar kütləvi yayımı olan mətbu orqanda nəşr edilməmişdir. Alıcı kütləsi məlumatsız olmuşdur. Birinci instansiya məhkəməsi yalnış olaraq İddiaçı ilə əmlakın mülkiyyətçisi X4 ər-arvad olduğunu qəbul etsə də, birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı iddia qaldırılmasında İddiaçı subyektiv hüquqa malik olmaması qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi apellysaiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin və digər üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası işə cavabdehin və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(007)- 78/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər İddiaçı və Sadıqova Ziba Yusif qızma qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 02 may 2014-cü il tarixli, 3SKD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 06 may 2014-cü il tarixli, 38KD/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən, əsas kredit borcu üzrə - 30469,99 ABŞ dolları, faiz borcu üzrə - 4731,92 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 35211,91 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat İddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, borcun tutulması ipoteka predmeti olan Sadıqova Ziba Yusif qızının mülkiyyətində olan ipotekaya qovulmuş Bakı şəhəri Nizami rayonunun C.Naxçıvanski küçəsi 88 saylı evin 16 saylı mənzilin açıq hərrac yolu ilə satılmaqla ödənilməsinə yönəldilərək əldə olunmuş vəsaitdən - cəmi 35211,91 ABŞ dollarının manatla məzənnəsi və ödənilmiş dövlət rüsumuna və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqına görə, cəmi 60 manat "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdeh Sadıqova Ziba Yusif qızına qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılmanın təmin edilməməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilərək ipoteka predmetinin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 88 nömrəli evin 16-cı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində Sadıqova Ziba Yusif qızının, İddiaçı, X2 və X1 həmin mənzildən çıxarılması qət olunmuş, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlər İddiaçı və Sadıqova Ziba Yusif qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi cavabdehlər İddiaçı və Sadıqova Ziba Yusif qızının apellyasiya şikayətinə münasibətdə mübahisələndirdikləri hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.11.2018-ci il tarixli, 2(102)-7830/2108 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdeh Sadıqova Ziba Yusif qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(007)- 1889/2021 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin cavabdehlər Sadıqova Ziba Yusif qızına, X7 qızına, X3 qarşı cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi təmin edilmiş, qətnamə Sadıqova Ziba Yusif qızının, X2, X1 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qeyd olunmuş, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qarşı cavabdeh təşkilatın üzərinə yeni kredit müqavilənin bağlanılması öhdəliyinin həvalə edilməsi və qanunsuz məhkəmə qətnaməsindən sonra hesablanmış faiz borclarının silinməsinə dair qətnamə qəbul edilməsi, cavabdeh təşkilatın problemli borcların idarə edilməsi şöbəsinin Bəhram və Hafiz adlı əməkdaşlarının vəzifələrindən sui-istifadə etməklə onu aldadaraq saxtakarlıqla sənədlərə imza atdıraraq 7000 ABŞ dolları ödətdirllməsinə dair xüsusi qərardad qəbul edilərək, Respublika Prokurorluğuna göndərilməsinə dair qərar qəbul edilməsi»nə dair iddia tələbi təmin edilməmişdir. "xxxx" MMC-nin 17.05.2019-cu il tarixli 01/1862 nömrəli hərracın keçirilməsinə dair bildirişə əsasən, ipoteka predmetini təşkil edən Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilin satış qiyməti 50000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 2500 manat olmaqla hərraca çıxarılması və hərracın 17.06.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanda keçiriləcəyi barədə İddiaçı, Sadıqova Ziba Yusif qızına və məlumat üçün "xxxx" KB ASC-yə və Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin 31.05.2019-cu il tarixli, 01/2030 nömrəli hərracın keçirilməsinə dair bildirişə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilinin satış qiyməti 50000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2500 manat olmaqla hərraca çıxarılması və hərracın 17.06.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanda keçiriləcəyi barədə İddiaçı, Sadıqova Ziba Yusif qızına və məlumat üçün "xxxx" ASC-yə və Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin 21.06.2019-cu il tarixli 01/2235 nömrəli hərracın keçirilməsinə dair bildirişə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilinin satış qiyməti 50.000-15%=42500 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 2125 manat olmaqla hərraca çıxarılması və hərracın 08.07.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanda keçiriləcəyi barədə İddiaçı, Sadıqova Ziba Yusif qızına və məlumat üçün "xxxx" KB ASCyə və Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin İddiaçı, Sadıqova Ziba Yusif qızına və məlumat üçün "xxxx" KB ASC-yə və Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 12.07.2019-cu il tarixli 01/2468 saylı təklifdə Nizami Rayon İcra Şöbəsinin 08.05.2019-cu il tarixli, 17/71-3M27 saylı sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka ilə yüklü Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 12.07.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Həmin təklifdə qeyd olunmuşdur ki, «İpoteka haqqında» Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13, 150.3-1, həmçinin 220.8, 220.8.1-ci maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir. Hərracın yekunları barədə 07.08.2019-cu il tarixli, 51/03 nömrəli protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.06.2018-ci il tarixli, 2(103)- 6971/2018 saylı icra vərəqəsinə və Nizami rayon İcra Şöbəsinin 08.05.2019-cu il tarixli, 17/71-3M-27 saylı sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 50000 (əlli min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 42500 manat olan, Sadıqova Ziba Yusif qızına məxsus, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilini 31875 manata ipoteka saxlayan "xxxx" KB ASC-nin nümayəndəsi X5 əldə etmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07.08.2019-cu il tarixli müqaviləyə əsasən Sadıqova Ziba Yusif qızına məxsus Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzili Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC tərəfindən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X5 31875,00 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı ümumi sahəsi 35,29 m2 olan mənzili xüsusi mülkiyyət hüququ kimi "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmiş, əmlakın dövlət reyestrində 2116 nömrəli reyestr kitabının 195842 nömrəli vərəqində 19.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17.10.2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən də, 18 Avqust 1972-ci ildə Salyan rayonu Qızılağac ərazisinin Alçalı kəndində doğulub və 1995-ci ildən 2018-ci ilin may ayına kimi Bakı şəhərində məlum olmayan ünvanda yaşayıb, 2018-ci ilin may ayından Salyan rayon Alçalı kəndində yaşayır və daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Birinci instansiya məhkəməsi iddia tələbinin «hərracın nəticələrinin etibarsız hesab edilməsi» hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu üçün üzrə hərrac bildirişlərinin göndərilmədiyini (Salyan rayonu Alçalı kəndinə) qeyd edir. Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi Sadıqova Ziba Yusif qızının qeydiyatda olduğu və yaşadığı ünvan üzrə göndərilmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzili ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmin bildirişlərin ipoteka qoyanın deyil, iddiaçının faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının arvadının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Bu sahəni tənzimləyən qanunvericiliyin («İpoteka haqqında» Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən qeyd olunmalıdır ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iddiaçının həmin əmlakı almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Hətta 3-cü şəxs "xxxx" KB ASC qətnamə ilə müəyyən edilmiş borc məbləğinin ödənildiyi təqdirdə mübahisənin barışıqla həll üçün məhkəmə iclasları təxirə salınmışdır. Lakin bu bir nəticə verməmiş, qısa müddətdə müəyyən edilmiş borc məbləğini ödəmək vədlərini verən iddiaçı nəticə etibarı ilə bu istiqamətdə hər hansı addım atmamışdır. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Digər tərəfdən, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "xxxx" KB ASC-dir. İddiaçı isə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilinin keçmiş mülkiyyətçisi deyil, evin əvvəlki mülkiyyətçisinin əridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli 2(005)- 4528/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2410/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2410/2022
05.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver