Məhkəmə qərarları › İş №2(103)-2446/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2446/2021

01.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2446/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X6 və Cavabdehnnın nümayəndəsi vəkil X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "qeyri-qanuni tikililərin sökülməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 251 ünvanında yerləşən binanın pilləkan qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyriqanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkan qəfəsinə birləşən pilləkanın tikilməsinin qeyri-qanuni hesab edilməsi, tikilmiş qeyriqanuni pilləkanın sökülməsi, qeyri-qanuni pilləkanın sökülməsi və binanın pilləkan qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin X2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda, iddianı təmin etmə tədbiri barədə ərizə verərək, Bakı şəhəri X10 küç. Ev 251 ,texniki mərtəbə, Qapı 1 ünvanda yerləşən ümumi sahəsi 919,7 kv.m. olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 251, texniki mərtəbə, qapı 1 ünvanda yerləşən, ümumi sahəsi 919.7 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabadeh qərardaddan şikayətləri verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(006)-1672/2020 saylı qərardadı ləğv edilməsi və iddianın təmin tədbiri haqqında ərizənin təmin olunmaması, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə (əlavədə) Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71; Mülki prosesual Məcəllənin 262.5, 267, 268, 269-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-1672/2020 saylı qərardadı tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 251, texniki mərtəbə, qapı 1 ünvanında yerləşən, ümumi sahəsi 919.7 kv.metr olan qeyri-yaşayış sahəsi tamamilə qanuni əsaslarla Azərbaycan Respublikası ƏMƏK DƏDRX tərəfindən verilmiş çıxarış əsasında ona məxsusdur. Lakin sözügedən qərardadla onun konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Nəsimi Rayon Məhkəməsi sözügedən qərardadı qəbul edərkən qanunvericiliyin tələblərini nəzərə almamışdır. Hazırki mülki mübahisə bütünlükdə üçüncü mərtəbədə yerləşən tikili ilə bağlı deyil, yalnızca tikilmiş pilləkənlə bağlıdır. Həmin pilləkən da tikinti norma və qaydalarına uyğun formada tikilmişdir və iddiaçının hüquqlarını pozmamaqdadır. Belə ki, hazırki tikili ilə bağlı tərtib edilmiş bütün çertyoj və qrafiklərdə həmin pilləkən öz əksini tapmışdır. Belə olan halda mülkiyyətinə bu formada həbsin qoyulması qəbuledilməzdir. Həmçinin daha əvvəl Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə pilləkənin tikilməsi qadağan edilmişdir. Həmin qərardad əsassız olsa da ən azından iddia tələbinin predmeti ilə bağlı idi. İddia ərizəsində mübahisələndirilən tikili sözügedən pilləkəndən ibarətdir. Yalnızca pilləkənlə bağlı olan iddia tələbinə dair işdə bütünlükdə mülkiyyətlərinin üzərinə həbs qoyulmasının heç bir hüquqi əsası yoxdur. Bu birbaşa olaraq məhkəmə tərəfindən mülkiyyət hüquqlarının pozulması deməkdir. Məhkəmə tərəfindən iddia tələbi ilə bağlı tikintinin həyata keçirilməsinə həbs qoyulduğu təqdirdə yenidən bütünlükdə ona məxsus olan üçüncü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə həbs qoyulması tamamilə əsassızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehnnın nümayəndəsi vəkil X5 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin pilləkanın sökülməsi ilə bağlı olduğunu, əsl cavabdehin mülkiyyəti əldə etdikdən sonra pilləkanda təmir həyata keçirdiyini, mülkiyyət üzrərinə həbs qoyulmasının qanunsuz olduğunu, cavabdehin mülkiyyətçi kimi hüquqlarını həyata keçirə bilməiyni bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman Salmanova Nananın mülkiyyətçi olduğunu, həmin qeyri-yaşayış sahəsinin xx.xx.2019-cu ildə Qasımov Rüstəmə satıldığını, onun isə mülkiyyəti arvadı Cavabdeh bağışladığını, mülkiyyətçinin dəyişilməsinin gizlədildiyini, həbsin qoyulmamasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneə olacağını bildirmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 157-164, 386, 388, 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətdə qeyd edilən aidiyyəti olmayan dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad gələcəkdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır və formal mülahizələrlə ləğvinə kollegiya əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, iddianın rədd edilməsi halında cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar