Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2489/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 Emil oğlunun ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8642/2021 saylı işi üzrə 27 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "AQA İş Mərkəzi” MMC tərəfindən bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və İddiaçı işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8642/2021 saylı işi üzrə 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianln təmin edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, appelyasiya şikayətinin təmin edilməsi, Xətai Rayon Məhkəməsinin 2(011)-8642/2021 saylı, 27.12.2021-ci il tarixli qətnaməsi ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: cavabdehin "əmək müqaviləsinə xitam verilməsi haqqında" 147 saylı 20.09.2021-ci il tarixli Əmri ləğv edilir,iddiaçı ona 20.09.2021-ci il tarixdən işə bərpa olunduğu günədək veriləcək əmək haqqıdan imtina edir, tərəflər razılaşır ki, bundan sonra tərəflərin bir-birinə qarşı müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur, bu saziş burada qeyd olunan mübahisəli məsələlərə dair tərəflərin tam razılığını əhatə edir və hər hansı əvvəlki saziş və razılaşmalardan üstündür,bu sazişə əsasən heç bir tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və tərəflər üçün yalnız bu təsbit edilənlər etibarlı hesab olunur,bu saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə məlum olmayan hüquq, iddia və tələblər həll olunur, tərəflər razılaşır ki, bu Sazişin müddəalarını, həmçinin tərəflər arasında bütün mübahisəli hüquq və iddiaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə açıqlamayacaqlar, bu sazişə hər hansı əlavə va ya dəyişiklik yalnız hər iki tərəfin razdaşdırdığı sənəd əsasında edilə bilər,bu saziş tərəflərlə imzalandığı tarixdən qüvvəyə minir və muddətsiz olaraq qüvvədədir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.5, 191.2, 261.0.4, 261.0.5, 370-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Məhkəmə xərcləri üzrə kollegiya belə qənaətə gəlir ki, ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 370, 377, 384, 402-406-ci -ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8642/2021 saylı işi üzrə 27 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və Cavabdeh MMC arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: - Cavabdehin "əmək müqaviləsinə xitam verilməsi haqqında" 147 saylı 20.09.2021ci il tarixli Əmri ləğv edilir. - İddiaçı ona 20.09.2021-ci il tarixdən işə bərpa olunduğu günədək veriləcək əmək haqqıdan imtina edir. - Tərəflər razılaşır ki, bundan sonra tərəflərin bir-birinə qarşı müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur. -Bu saziş burada qeyd olunan mübahisəli məsələlərə dair tərəflərin tam razılığını əhatə edir və hər hansı əvvəlki saziş və razılaşmalardan üstündür.Bu sazişə əsasən heç bir tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və tərəflər üçün yalnız bu təsbit edilənlər etibarlı hesab olunur. Bu saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə məlum olmayan hüquq, iddia və tələblər həll olunur. -Tərəflər razılaşır ki, bu Sazişin müddəalarını, həmçinin tərəflər arasında bütün mübahisəli hüquq və iddiaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu Sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə açıqlamayacaqlar. - Bu sazişə hər hansı əlavə va ya dəyişiklik yalnız hər iki tərəfin razdaşdırdığı sənəd əsasında edilə bilər. - Bu saziş tərəflərlə imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2489/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2489/2022
25.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver