Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2497/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili X1, Cavabdeh2 MMC-nin vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 MMC-yə qarşı “avtodayanacağın və qeyriyaşayış sahəsinin sahibliyə və istifadəyə verilməsi tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(004)-6563/2019 saylı qətnaməsindən cavabdeh ”Cavabdeh2” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 MMC-yə qarşı “avtodayanacağın və qeyriyaşayış sahəsinin sahibliyə və istifadəyə verilməsi tələbinə” dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, o, İddiaçı xx xxxxxx 2004-ci il tarixdə Cavabdeh2 şirkəti ilə alğısatqı müqaviləsinə əsasən əldə etdiyi ünvan 1 ünvanda inşa olunan binada, 22-24 kv.m. olan yeraltı avtodayanacağa dair; o, Cavabdeh1 Şahvətəd oğlunun xx xxxx 2003-cü il tarixdə Cavabdeh2 şirkəti ilə alğı- satqı müqaviləsinə əsasən əldə etdiyi ünvan 2 ünvanda inşa olunan 12 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 50 kv.m olan 2 otaqlı qeyri-yaşayış sahəsinin onların sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin "Cavabdeh2” MMC-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxxxx 2004-cü il tarixdə Cavabdeh2 şirkətinin direktoru X8 ilə alğı-satqı müqaviləsi bağlayaraq, ünvan 1 ünvanda inşa olunan binada, 22-24 kv.m. olan yeraltı avtodayanacağı almışdır. Müqavilələrin şərtlərinə müvafiq olaraq, mənzillərin pay dəyərini tam şəkildə ödəmiş və bu barədə heç bir borcunun olmaması barədə şirkət tərəfindən maliyyə arayışları verilmişdir. O, Cavabdeh1 xx xxxx 2003-cü il tarixdə Cavabdeh2 şirkətinin direktoru X8 ilə alğı-satqı müqaviləsi bağlayaraq, ünvan 2 ünvanda inşa olunan 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 50 kv.m olan 2 otaqlı qeyri-yaşayış sahəsini-ofisini almışdır. Müqavilənin şərtlərinə müvafiq olaraq, qeyri-yaşayış sahəsinin pay dəyərini tam şəkildə ödəmiş və bu barədə heç bir borcunun olmaması barədə şirkət tərəfindən maliyyə arayışları verilmişdir. Hal-hazırda həmin avtodayanacağı və qeyri-yaşayış sahəsini almaqlarına baxmayaraq, şirkət onlara təhvil verməkdən boyun qaçırır. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi, onlar müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdikləri halda, cavabdeh şirkət üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Hesab edirlər ki, müqavilələrlə əldə etdiyi avtodayanacağ və qeyri-yaşayış sahəsini onların, yəni qanuni sahiblərinə (payçılara) verilməsi, avtodayacanağ və qeyri-yaşavış sahəsi üzrə paylarına mülkiyyət hüququnun tanınması haqqında müvafiq qətnamə çıxarılmalıdır. Göründüyü kimi, müqavilə öhdəliklərini tam yerinə yetirdikləri halda cavabdeh nəinki bu öhdəlikləri yerinə yetirməkdəm imtina etmiş, həmçinin bu müqavilələrin ziddinə onların qanunla müdafə olunan hüquqlarını pozaraq, təmir işləri aparmaq üçün mənzillərə daxil olmağa maneə yaradaraq açarlarını onlara təhvil verməkdən imtina edir. Məlumdur ki, qanunla tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq, digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(004)-6563/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçılar İddiaçı xx xxxxxx 2004-ci il tarixdə Cavabdeh2 şirkəti ilə alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi ünvan 1 ünvanda inşa olunan binada, 22-24 kv.m olan yeraltı avtodayanacağın və Cavabdeh1 xx xxxx 2003-cü il tarixdə Cavabdeh2 şirkəti ilə alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi ünvan 2 ünvanda inşa olunan 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 50 kv.m olan 2 otaqlı qeyri-yaşayış sahəsinin, müvafiq olaraq, iddiaçıların sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nın üzərinə qoyulması qət edilmişdir. Cavabdeh2 MMC-nin direktoru X5 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-6563/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh2 MMC-nin ünvan 1 ünvanda inşa etdiyi binada qəza baş vermişdir. Bu qəza ilə əlaqədar olaraq cinayət işi başlanılmış və şirkətin vəzifəli şəxsləri həbs edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-199/08 saylı xx xxx 2008-ci il tarixli hökmünə əsasən, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri həbs edilərək məhkum edilmiş və hüquqi şəxsin bütün əmlakı müsadirə edilərək zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə sərf edilmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 61 saylı Sərəncamına əsasən, Cavabdeh2 MMC tərəfindən ünvan 3 ünvanında 3 korpusdan ibarət yaşayış binasının tikintisinin sifarişçisi olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi təyin edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx xxxx 2016-cı il tarixli məktubuna əsasən ünvan 3 (M.Muxtarov küçəsi, 185) ünvanında Cavabdeh2 şirkəti tərəfindən inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış korpusunun uçması ilə əlaqədar tikilmiş yeni yaşayış binası qanunvericilikdə nəzərdə tutulmuş qaydada istismara qəbul edilmiş və binanın idarə edilməsi məqsədi ilə binada mənzil almış şəxslərə mənzil tikinti kooperativinin yaradılması və idarəetməni öz üzərlərinə götürmələri barədə təklif verildiyi göstərilmişdir. İddiaçılar mövcud hadisələrdən məlumatları olduğu halda zərərçəkmiş kimi tanınaraq onlara dəymiş zərərin ödənilməsi üçün müraciət etməli idilər. Bundan əlavə olaraq, qeyd edir ki, iddiaçılar iddia müddətini buraxmışlar. Belə ki, müqavilə öhdəliklərinin üzərindən on ildən artıq vaxt keçmişdir. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6563/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi formal xarakter daşıyır. Belə ki, yuxarıda sadalanan hallardan məlumdur ki, qeyd edilən ünvanda və ümumiyyətlə, Cavabdeh2 MMC-nin balansında heç bir daşınar və daşınmaz əmlak yoxdur. Bütün bu hallar məlum olduğu təqdirdə, Cavabdeh2 MMC-nin üzərinə müsadirə edilmiş əmlakdan iddiaçılara hər hansı sahənin verilməsi öhdəliyinin qoyulmasında heç bir əsas yoxdur. Mövcud hadisə ilə əlaqədar zərərçəkən şəxslər öz növbəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edərək Cavabdeh2 MMC ilə olan müqavilələr üzrə öz yaşayış və qeyri-yaşayış sahələrini təhvil almışlar. Bununla bağlı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən alınmış məktub da təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-6563/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə Cavabdeh2 şirkəti arasında bağlanmış xx xxxx 2003-cü il tarixli müqaviləyə əsasən “İcraçı” ünvan 5 ünvanda inşa olunan 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 50 kv.m olan 2 otaqlı qeyri-yaşayış sahəsini “Sifarişçi”-yə verməyi öhdəsinə götürmüşdür. İş materiallarından İddiaçı ilə Cavabdeh2 şirkəti arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən “İcraçı” ünvan 1 ünvanda inşa olunan binada, 22-24 kv.m. olan yeraltı avtodavanacağı “Sifarişçi”-yə verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışların məcmusu iddiaçıların cavabdeh təşkilata borclarının olmadığını təsdiq etmişdir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 61 s nömrəli Sərəncamından görünür ki, Cavabdeh2 şirkəti tərəfindən inşa edilmiş 3 korpusdan ibarət yaşayış evinin tikintisi başa çatmamış 2 girişli 14 mərtəbəli 103 mənzilli korpusunun uçması ilə əlaqədar bu ünvandakı binanın istismar olunan digər 2 girişli 12 mərtəbəli 44 mənzilli və 2 girişli 13 mərtəbəli 80 mənzilli korpuslarının və həmin ünvandakı Cavabdeh2 şirkətinə məxsus, ümumi sahəsi 3.382 kv.m. olan avtodayanacağın, həmçinin həmin məhəllədəki 1 girişli 10 mərtəbəli 24 mənzilli yaşayış evinin texniki vəziyyətinin mütəxəssislər tərəfindən araşdırılmasının nəticəsinə uyğun olaraq, 2 girişli 12 mərtəbəli 44 mənzilli korpusun sökülərək yerində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan yeni çoxmərtəbəli yaşayş evinin tikintisi, 2 girişli 13 mərtəbəli 80 mənzilli korpusun, avtodayanacağın və 1 girişli 10 mərtəbəli 24 mənzilli yaşayış evinin texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gücləndirmə bərpa işlərinin aparılması, uçmuş 2 girişli 14 mərtəbəli 103 mənzilli korpusun yerində 4 mərtəbəli qeyri-yaşayış binasının tikintisi və uçmuş binada mənzil almış vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması qərara alınmış, habelə yeni tikilən çoxmərtəbəli yaşayış evində, uçmuş 2 girişli 14 mərtəbəli 103 mənzilli korpusda mənzil almış 92 ailənin tamamlanma işləri yerinə yetirilməmiş mənzillərlə və sökülərək 2 girişli 12 mərtəbəli 44 mənzilli korpusda mənzilləri olan 31 ailənin tamamlanma işləri başa çatdırılmış mənzillərlə təmin edilməsi və bu barədə həmin ailələrə zəmanət məktubunun verilməsi (bu ailələrə verilən mənzillərin ümumi sahəsinin onların uçmuş və sökülən binadakı mənzillərinin ümumi sahəsi ilə eyni olması şərti ilə) və digər məsələlər qərara alınmışdır. İş materialına əlavə edilmiş Ağır Cnayətlərə dair işlər üzrə Aərbaycan Respublikası Məhkəməsinin xx xxx 2008-ci il tarixli Hökmündən görünür ki, məhkəmə qərarlarına əsasən üzərinə həbs qoyulmuş Əli Muradovun, Əsgər Əliyevin və onların qohumlarının adına Cavabdeh2 MMC tərəfindən ünvan 6 ünvanda inşa edilmiş İ və İİ korpusunda yerləşən, ümumi dəyəri 2.136.610 manat təşkil edən 16 mənzil, Əli Muradovun, Əsgər Əliyevin banklardakı 265.493 ABŞ dolları məbləğində pul, avtomaşınları, qaldırıcı kran, dəzgahlar, İ və İİ korpusunda və həyətyanı sahədə olan qeyri-yaşayış sahələri, müxtəlif avadanlıqlar və tikinti materialları Cavabdeh2 şirkətinin əmlakı hesab edildiyindən, həmin əmlakların satışından əldə ediləcək vəsaitlərin hadisə nəticəsində zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün müsadirə edilmişdir. İş materialına əlavə edilmiş AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********84 saylı məktubuna əsasən hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185, mənzil 16 olan Cavabdeh2 MMC-nin adına Bakı şəhərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materialında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli xx/xx-05607 saylı məktubuna əsasən xx xxxxxx 2007-ci il tarixdə ünvan 3də (M.Muxtarov küçəsi, 185) Cavabdeh2 şirkəti tərəfindən inşa edilmiş 2 girişli, 14 mərtəbəli, 103 mənzilli yaşayış korpusunun uçması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx xxxxxx 2008-ci il tarixli, 61s nömrəli sərəncama əsasən, uçmuş korpusun yanında yerləşən, yaşayış üçün təhlükəli hesab edilmiş 12 mərtəbəli, 44 mənzilli yaşayış korpusunun sökülməsi, uçmuş və sökülmüş korpusların əvəzinə həmin ünvanda yeni yaşayış binasının tikintisi işlərinin təşkil edilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır. Tikilmiş bina müvafiq qaydada istismara qəbul edilmiş və idarəçilik “xxxx” adında Mənzil Tikinti Kooperativinə həvalə olunmuşdur. Qazanxana və yeraltı avtomobil dayanacağının qeyri-yaşayış sahəsi ilə birlikdə tikinti işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən başa çatdırılmışdır. Avtomobil dayanacağın artıq uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq, tərəflərindən mülkiyyətçinin balansına təhvil verilməsi mümkün olmamışdır. Buna səbəb X9 Xidməti tərəfindən obyektdə normativ qaydalara uyğun olan müasir avtomatik yanğınsöndürmə (sprinkler) sisteminin quraşdırılmasının vacib və zəruri hesab edilməsidir. Bu məqsədlə obyektin layihə smeta sənədləri hazırlanaraq, ekspertizadan keçirilmişdir. Obyektin mülkiyyətçinin istifadəsinə verilməsini təmin etmək məqsədi ilə yeraltı avtomobil dayanacağında müasir avtomatik yanğınsöndürmə sisteminin quraşdırılma işlərinin yerinə yetirilməsi üçün əlavə maliyyə vəsaiti tələb olunur. Bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 2020-ci il üçün “fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər üzrə nəzərdə tutulmuş vəsait hesabına yerinə yetirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktubla müraciət edilmiş və hal-hazırda məsələ baxılmaqdadır. İş materialında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli xx/xx-06047 saylı məktubuna əsasən xx xxxxxx 2007-ci il tarixdə ünvan 3də (M.Muxtarov küçəsi, 185) Cavabdeh2 şirkəti tərəfindən inşa edilmiş 2 girişli, 14 mərtəbəli, 103 mənzilli yaşayış korpusunun uçması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx xxxxxx 2008-ci il tarixli, 61s nömrəli sərəncama əsasən, uçmuş korpusun yanında yerləşən, yaşayış üçün təhlükəli hesab edilmiş 12 mərtəbəli, 44 mənzilli yaşayış korpusunun sökülməsi, uçmuş və sökülmüş korpusların əvəzinə həmin ünvanda yeni yaşayış binasının tikintisi işlərinin təşkil edilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır. Qeyd olunan ünvanda Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə 18 mərtəbəli 2 girişli yeni yaşayış binası inşa edilmişdir. Binadakı mənzillər uçulmuş və sökülmüş binada mənzil almış şəxslərə verilmişdir. Uçulmuş binada mənzil almış İddiaçı yeni tikilmiş binanın 15-ci mərtəbəsində ümumi sahəsi 133,09 kv.m sökülmüş binada mənzili olmuş Cavabdeh1 isə 7-ci mərtəbədə ümumi sahəsi 172,43 kv.m olan mənzillər verilmişdir. Binanın qarşı hissəsində yerləşən yeraltı avtomobil dayanacağında Cavabdeh1 1 yer avtodayanacaq yeri olmuşdur. Yeraltı avtomobil dayanacağının yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanaqlığı layihə həllinin tələblərinə cavab vermədiyi üçün Nazirlər Kabinetinin xx xxxxxxx 2009-cu il tarixli, 257s saylı sərəncamına əsasən, sökülərək yenidən inşa edilmişdir. Yeraltı avtomobil dayanacağı qanunvericiliklə müəyyən edilmiş qaydada istismara qəbul edildikdən sonra Cavabdeh1 orada 1 avtodayanacaq yeri veriləcəkdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8-ci maddələrinin tələblərini rəhbər tutaraq iddianın təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, qanunvericiliyə görə hazırkı tələb üzrə iddia müddəti şamil edilmir. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, avtodayanacağın və 2 otaqlı qeyri-yaşayış sahəsinin müvafiq olaraq, iddiaçıların sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi "Cavabdeh2” MMC-nın üzərinə qoyulmalıdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh tərəf onun iş üzrə cavabdeh olmadığını bildirir. Etirazının əsası kimi istinad etdiyi halları belə əsaslandırır ki, mübahisəli ünvanda binanın uçması ilə əlaqədar Nazirlər Kabinetinin məlum Sərəncamına əsasən cavabdehin müqavilə öhdəliklərinin icrası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulmuşdur və həmin qeyri-yaşayış sahələrini almaq hüququ olan şəxslərin həmin sahələrlə təmin edilməsini dövlət öz üzərinə götürmüşdür. Çünki, cinayət işi ilə əlaqədar cavabdehə məxsus bütün əmlak müsadirə edilmişdir. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Əvvəla ona görə ki, Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 61 s nömrəli Sərəncamında Cavabdeh2 şirkətinin öhdəliyinin Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Qeyd olunan Sərəncamda ünvan 8 ünvanındakı Cavabdeh2 Şirkəti tərəfindən inşa edilmiş 3 korpusdan ibarət yaşayış tikintisi başa çatmamış 2 girişli 14 mərtəbəli 103 mənzilli korpusunun uçması ilə əlaqədar bu ünvandakı binanın istismar olunan 2 girişli 12 mərtəbədən ibarət 44 mənzilli və 2 girişli 13 mərtəbəli 80 mənzilli korpuslarının və həmin ünvandakı Cavabdeh2 Şirkətinə məxsus ümumi sahəsi 3382 kv.m olan avtodayanacağın, həmçinin həmin məhəllədki 1 girişli 10 mərtəbəl 24 mənzilli yaşayış evinin texniki vəziyyətinin mütəxəssislər tərəfindən araşdırılmasının nəticələrinə uyğun olaraq, 2 girişli 12 mərtəbəli 44 mənzilli korpusun sökülərək yerində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan yeni çoxmərtəbəli yaşayış evinin tikintisi, 2 girişli 13 mərtəbəli 80 mənzilli korpusun, avtodayanacağın və 1 girişli 10 mərtəbəli 24 mənzilli yaşayış evinin texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gücləndirmə bərpa işlərinin aparılması, uçmuş 2 girişli 14 mərtəbəli 103 mənzilli korpusun yerində 4 mərtəbəli qeyri-yaşayış binasının tikintisi və uçmuş binada mənzil almış vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi sifarişçi kimi müəyyən edilmişdir. Bu Sərəncamda sifarişçi kimi müəyyən edilmə Cavabdeh2 şirkətinin öhdəliyinin Fövqəladə Hallar Nazirliyinə keçməsi anlamına gəlmir. Çünki, Sərəncamın məzmunundan da belə nəticəinin hasil olunması görünmür. Digər tərəfdən cavabdeh şirkət tərəfindən bilərəkdən məlumat verilməməsi nəticəsində onun iddiaçılarla bağlı öhdəliyinin (müqavilənin) olmasından tərəflərdən başqa digər şəxslərin məlumatı ola bilməzdi. Ona görə də, cavabdeh cinayət işi ilə əlaqədar əmlakının müsadirə olunduğuna və payçıların mənzillə təmin edilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırıldığına istinad edərək iddiaya cavab verməli olan şəxs olmadığını bildirməklə haqlı deyildir. Çünki, iş materialları ilə tam təsdiq olunur ki, iddiaçıların adının qeyri-yaşayış sahəsi ilə təmin edilməli olan payçıların siyahısına daxil edilməməsi, yuxarıda qeyd olunan səbələrdən məhz cavabdehin təqsiri və marağı üzündən baş vermişdir. Ona görə də, hazırda iddiaçılar qeyri-yaşayış sahələri ilə təmin edilməsi öhdəliyinə görə məsuliyyəti məhz cavabdeh daşıyır. Cavabdehin hazırda tikinti fəaliyyəti həyata keçiribkeçirməməsi, iddiaçıları qeyri-yaşayış sahələri ilə təmin etməyə imkanının olub-olmaması onu iddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən azad etmir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6563/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2497/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2497/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver