Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-250/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əskər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-21/2018 saylı,xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxxx 2014-cü il tarixli, 1**-HF- ***4 nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 məcburi qaydada “xxxx” ASC-nin xeyrinə154.701 manat əsas, 20.100 manat faiz, 201 manat cərimə, cəmi 175.002 manat kredit borcunun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 175.062 manat borcun tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyət hüquqları əsasında məxsus olan ipoteka predmeti Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına “xxxx” ASC-yə olan 175.062 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 xx xxxx 2014-cü il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi üzrə 154.700,61 (bir yüz əlli dörd min yeddi yüz manat, altmış bir qəpik) manat əsas, 17.300 (on yeddi min üç yüz) manat faiz, 100 (yüz) manat dəbbə, cəmi 172.100,61 (yüz yetmiş iki min yüz manat, altmış bir qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı tutularaq xxxx” ASC-ya ödənilməsi, tutma Cavabdeh2 mülkiyyətində olan və xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin ilkin satış qiyməti 220.800 (iki yüz iyirmi min səkkiz yüz) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-466/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin ilkin satış qiymətinin 220.800 (iki yüz iyirmi min səkkiz yüz) manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin ilkin satış qiyməti 348.000 (üç yüz qırx səkkiz min) manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” ASC və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7031/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, iddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən “ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində” ləğv edilmiş, iş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7031/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin ilkin satış qiymətinin 220.800 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edərək, ipoteka predmeti olan Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin ilkin satış qiymətini 348.000 manat müəyyən edən apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi MMC-nin xx xxxxxx 2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan bağ sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə qiyməti 348.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ipoteka predmeti olan yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 348.000 manat müəyyən edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İş materiallarından görünür ki, ipoteka ilə yüklü edilmiş Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsi 0,12 ha torpaq sahəsində yerləşməklə, həmin torpaq sahəsi kredit götürülmüş 157.000 manat kreditin təminatı kimi ipoteka edilmişdir. İpoteka predmeti olan bağ sahəsinin ilkin satış qiymətini 348.000 manat müəyyən edən, apellyasiya instansiyası məhkəməsi xx xxxxxx 2017-ci il tarixli ekspertiza rəyinə istinad etmişdir. Cavabdeh Həsənova Göyçək Həsənalı qızı ilə “X1” MMC arasında mübahisə predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi ilə əlaqədar müqavilə bağlanmış və sonuncunun daşınmaz əmlakın qiymətləndirilməsi ilə əlaqədar hesabata əsasən Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin yerləşdiyi bağ evi ilə birlikdə xx xxxxxx 2019-cu il tarixə olan bazar dəyəri 421.500 manat təşkil edir. İş materiallarından və kassasiya şikayətinin dəlillərindən göründüyü kimi ipotekaya qoyulmuş bağ evinin ilkin satış qiyməti barədə ekspert rəyləri arasında ziddiyyətlər vardır. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə obyektiv nəticəyə gəlinməsi və ipoteka predmeti olan bağ sahəsinin qiyməti barədə ekspertiza rəyləri arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün iş üzrə təkrar qiymətləndirici ekspertiza təyin edilməli və ipoteka qoyulmuş bağ evinin qiyməti barədə düzgün nəticəyə gəlinməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ipoteka predmeti olan bağ evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində Cavabdeh1 kassasiya şikayətinə münasibətdə ləğv edilməlidir. Məhkəmə Kollegiyası iddiaçı “xxxxı” ASC-nin kassasiya şikayətinə münasibətdə hesab edir ki, ipoteka qoyulmuş bağ evinin ilkin satış qiymətinin artıq müəyyən edilməsinə dair dəlilləri əsassızdır və işin materialları ilə təsdiq edilmir. Ona görə də iddiaçının kassasiya şikayəti təmin edilməməlidir. “xxxx” MMC-nin xx.xx.2014-cü il tarixli məktubuna əsasən ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin bazar dəyəri 276.000 manat, likvid dəyəri 220.800 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC-nin 88 saylı, xx xxxxxx 2017-ci il tarixli qiymətləndirilməsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin qiyməti 48.000 manat təşkil edir. “xxxx” MMC-nin 367 saylı, xx xxxxxx 2017- ci il tarixli qiymətləndirilməsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin texniki sənədləri olduğu halda torpaq sahəsi ilə birlikdə qiyməti 348.000 manat təşkil edir. “xxxx” MMC-nin 367/1 saylı xx xxxxxx 2017-ci il tarixli qiymətləndirilməsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin tələblə təklifın qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 48000 (qırx səkkiz min)manat təşkil edir. “X1” MMC-nin xx xxxxxx 2019-cu il tarixli hesabata əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin yerləşdiyi bağ evi ilə birlikdə xx xxxxxx 2019-cu il tarixə olan bazar dəyəri 421.500 manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli MB 13/938 saylı rəyiqdə qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsi ünvanında 0,12 ha torpaq sahəsinin və üzərində yerləşən 502,6 kv.m ümumi sahəyə malik bağ evinin xx xxxxxxxx 2020-ci il tarixə olan hesablanmış bazar dəyəri 430000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qətnamə yalnız “ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində” yoxlanılır. Çünki, Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarı ilə bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, yalnız bu hissədə ləğv edilmiş, iş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Demək apellyasiya icraatının predmeti yalnız bu hissədir. Cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin bağ sahəsinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ipoteka perdmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, ipoteka perdmetinin ilkin satış qiymətini 220.800 (iki yüz iyirmi min səkkiz yüz) manat qiymətləndirmişdir. Lakin apellyasiya baxışı zamanı ipoteka predmeti olan bağ sahəsi yenidən qiymətləndirilmiş və “xxxx LTD” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsi ünvanında 0,12 ha torpaq sahəsinin və üzərində yerləşən 502,6 kv.m ümumi sahəyə malik bağ evinin xx xxxxxx 2020-ci il tarixə olan hesablanmış likvid dəyəri 365 000 manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi “xxxx LTD” MMC tərəfindən müəyyən edilmiş ipoteka predmetinin likvid dəyərini daha real və mötəbər hesab edir və buna görə də ilkin satış qiymətinin həmin məbləğdə göstərilməsini işin hallarına daha uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-21/2018 saylı,xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka perdmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, Cavabdeh2 ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüz) manat xxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş birgə apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-21/2018 saylı,xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka perdmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin ilkin satış qiyməti 365 000(üç yüz altmış beş min) manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüz) manat alınaraq “xxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-250/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-250/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver