Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2506/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, 2(005)-3148|2023 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 27 dekabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddiaçı Əliyeva Mehman Babaş oğlunun Cavabdeh qarşı irəli sürdüyü “qeyriyaşayış sahəsinin boşaldılması və sair tələbi barədə” iddiasının təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, cavabdehə münasibətdə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2024-cü il tarix olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, cavabdeh apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddət cavabdeh tərəfindən ötürülmüşdür. Şikayətin verilməsi müddətini ötürmüş cavabdeh “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən apellyasiya şikayətini qəbul etmiş və şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366-cı maddəsinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 27 dekabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qaytarılması məsələsinin həll edilməsi üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2506/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2506/2024
18.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver