Məhkəmə qərarları › İş №2(103)-2507/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2507/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2507/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavxxdeh Cavxxdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavxxdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-305/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavxxdeh 80000 (səksən min) manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə 4891(dörd min səkkiz yüz doxsan bir) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesxxlanmış 11778 (on bir min yeddi yüz yetmiş səkkiz) manat faiz borcu olmaqla, ümumilikdə 96669 (doxsan altı min altı yüz altmış doqquz) manat borcun, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 2 saylı evin 57 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin boşaldılması, ünvan 2 saylı evin 57 saylı mənzili açıq hərracda satılaraq satışdan əldə olunan vəsaitdən Cavxxdeh İddiaçı ASC-yə olan 96669 (doxsan altı min altı yüz altmış doqquz) manat məbləğində borcun silinməsi qət edilmişdir. İş materiallarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavxxdehdən iddiaçının xeyrinə 80000 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixinə 4891 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesxxlanmış 11778 manat faiz borcu olmaqla, cəmi 96669 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın cavxxdehlə bağlanmış ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 111 saylı evin 57 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İPK 03 saylı kredit müqaviləsinə əsasən cavxxdehə 6 ay müddətinə, illik 24 faizlə 80 000 manat məbləğində kredit ayrılmışdır, kredit müqaviləsinin təminatı olaraq Cavxxdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 111 saylı evin 57 saylı mənzili xx.xx.2015-ci il tarixli, İM saylı ipoteka müqaviləsinə əsasən “İddiaçı" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan krediti və kredit üzrə hesxxlanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavxxdeh kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir, bu fakt ekspert rəyi əsasında da bir daha sübut olunur, hazırda cavxxdehin banka 80 000 manat əsas, öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixinə 4891 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesxxlanmış 11 778 manat faiz borcu olmaqla cəmi 96 669 manat borcu yaranmışdır, cavxxdehə İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməsi ilə bağlı xx.xx.2018ci il xəbərdarlıq məktubu ünvanlanaraq öhdəliyin icrası tələb edilmiş, əks təqdirdə qanunvericilıyin tələbinə uyğun olaraq tələbin ipoteka predmetinə yönəldiləcəyi bildirilmişdir, lakin cavxxdeh buna məhəl qoymayaraq müqavilədən irəli gələn borcunu bu günədək ödəməmişdir, hesxx edir ki, cavxxdeh tərəfindən bu borc ödənilməli, ödənilmədiyi təqdirdə öhdəliyin təminat vasitəsi kimi tələb onun ipoteka ilə yüklü edilmiş əmlakına yönəldilməli, göstərilən əmlak açıq hərracda satılaraq əldə olunan vəsait hesxxına İddiaçı ASC-yə 96669 manat məbləğdə pul vəsaiti ödənilməlidir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavxxdeh Cavxxdehapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavxxdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə iş üzrə qətnaməni maddi, prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavxxdeh Cavxxdehkollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavxxdehin iştirakı olmadan baxılmasını mümkün hesxx etmişdir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesxx edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə tutmanın ipoteka predmeti olan ünvan 2 saylı evin 57 saylı mənzilinə yönəldilməsi hissəsində qismən ləğv edilərək, ipoteka predmeti olan ünvan 2 saylı evin 57 saylı mənzilin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Cavxxdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarında olan İddiaçı ASC ilə Cavxxdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli İPK 03 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, Cavxxdeh 06 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 80000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavxxdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli İM03 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavxxdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli İPK 03 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 111, 57 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavxxdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli İPK 03 saylı kredit müqaviləsi üzrə Cavxxdeh xx.xx.2018-ci il tarixinə İddiaçı ASC-yə 80000 manat əsas borc, müqavilənin bitdiyi xx.xx.2015-ci il tarixə 4891 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən halhazıradək 11778 manat borcu olmaqla, ümumilikdə 96669 manat borcu qalmışdır. İş materialalrında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən banka ünvanlanan xx.xx.2018-ci il tarixli, **********84 saylı arayışdan görünür ki, Cavxxdeh məxsus ünvan 2 saylı evin 57 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən R.Şirinova ünvanlanan xx.xx.2018-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, cavxxdeh xx.xx.2015-ci il tarixli 03 saylı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməzsə tutmanın ipoteka predmetinə yönəldiləcəyi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materialarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 24576 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesxxdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, tərəflər arasında bağlanmış kredit müqaviləsinin qeyd olunmuş şərtləri əsas götürülərək Cavxxdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixə (kredit müaviləsinin müddətinin bitdiyi tarixə) olan borcu 85.099.95 manat (əsas borc üzrə 80000, faiz borcu üzrə 5099.95 manat), xx.xx.2018-ci il tarixə olan cəmi borcu isə 96.511.06 manat (əsas borc üzrə 80000, faiz borcu üzrə 16511.06 manat) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvannda yerləşən 57 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavxxdeh məxsusdur, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 739 saylı reyestr kitxxının 69186 saylı vərəqində qeydiyyat aparılmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ASC ilə Cavxxdeh arasında xx.xx.2015-ci il tarixdə İPK 03 saylı kredit müqaviləsi bağlanmışdır, iddiaçı tərəfindən 06 ay müddətinə illik 24 dərəcəsi ilə 80000 manat məbləğində kredit vəsaiti ayrılmışdır, cavxxdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, həmçinin kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 111 saylı evin 57 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir, həmin mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği xx.xx.2018-ci il tarixi üçün 140000 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavxxdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq, müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda cavxxdehin banka ödənilməmiş 80000 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixinə 4891 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesxxlanmış 11778 manat faiz borcu olmaqla, cəmi 96669 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavxxdeh Cavxxdeh vermişdir. Lakin, cavxxdeh Cavxxdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtı-vaxtında aparmamışdır. Həmin Məcəllənin 427.3 maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavxxdehdir. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesxx edir ki, cavxxdeh Cavxxdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, hər üç ipoteka müqavilələrin 3.2.-ci bəndindən görünür ki, ipoteka predmeti olan cavxxdeh cavxxdeh X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 111 saylı evin 57 saylı mənzilin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 120000 manat məbləğində qiymətləndirilmiş, tərəflər isə bu müqavilələri imzalamışlar. İşə birinci instarnsiya məhkəməsində baxılarkən ipoteka predmeti olan mənzilin hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xx” MMC-nə həvalə edilmişdir. İş materiallarında olan “xx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 340/ATRB/18 saylı mənzilin dəyərinin qiymətləndirilməsinə dair hesxxatdan görünür ki, ünvan 3 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 57 saylı mənzilin bazar qiyməti xx.xx.2018-ci il üçün 140000 manat təşkil edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan “İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətlərini göstərməmişdir. Belə olan halda kollegiya hesxx edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qətnamə tutmanın ipoteka predmeti olan ünvan 2 saylı evin 57 saylı mənzilinə yönəldilməsi hissəsində qismən ləğv edilərək, ipoteka predmeti olan ünvan 2 saylı evin 57 saylı mənzilin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavxxdeh Cavxxdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan ünvan 2 saylı evin 57 saylı mənzilinə yönəldilməsi hissəsində qismən ləğv edilsin. İpoteka predmeti olan ünvan 2 saylı evin 57 saylı mənzilin ilkin satış qiyməti 140000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar