Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2513/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi və ya kompensasiyanın ödənilməsi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), nun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və ya kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-251/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və ya kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində inşa olunmuş binada ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi (mənzilin giriş nömrəsi, mərtəbəsi, nömrəsi qeyd olunmaqla) vəzifəsinin Cavabdeh MTK üzərinə qoyulması, bu mümkün olmadıqda, İddiaçı təhvil verilməli olan ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin bazar qiymətinə uyğun kompensasiyanın Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində inşa olunmuş binada ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi (mənzilin giriş nömrəsi, mərtəbəsi, nömrəsi qeyd olunmaqla) vəzifəsinin Cavabdeh MTK üzərinə qoyulması, bu mümkün olmadıqda, İddiaçı təhvil verilməli olan ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin bazar qiymətinə uyğun kompensasiyanın Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi və qətnamənin faktiki icra gününədək hər ay 400 manat məbləğində kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 251/2023 nömrəli qətnaməsi ilə (K.B.Xudayev) iddia qismən təmin edilmiş, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində inşa olunmalı olan binada ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin bazar qiymətinə uyğun kompensasiya məbləği qismində 194.360 (86 m2 x 2.260 manat) manat pulun Cavabdeh MTK-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
4. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2513/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3378-9/3558 nömrəli ekspert rəyi daxil olduğundan iş üzrə icraat təzələnmişdir.
6. Məhkəmə kollegiyasının iclasında tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq normaları
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Tərəflərin təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: a) İbrahim-Q” MTK tərəfindən İddiaçı qızma xx.xx.2023-cü il tarixədək 150.000 (yüz əlli min) manat məbləğində pul ödənilməklə, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24 saylı müqavilə ləğv edilir və həmin müqavilədən irəli gələn bütün öhdəliklərə xitam verilir. b) Tərəflər razılığa gəlir ki, bu Barışıq sazişinin 1-ci bəndində qeyd edilən 150.000 (yüz əlli min) manat məbləğin İddiaçı ödənilməsi, onun "xxxx" MTK-nə qarşı olan bütün iddia və tələblərini, o cümlədən Cavabdeh MTK-nin İddiaçı qarşı bütün iddia və tələblərini tam şəkildə aradan qaldırır. c) Cavabdeh MTK tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixədək ödənilməli olan 150.000 manat məbləğin ödənilmədiyi təqdirdə, yəni bu barışıq sazişinin 1-ci bəndinin tələbləri yerinə yetirilmədikdə, Cavabdeh MTK, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 251/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində nəzərdə tutulmuş 194.360 (yüz doxsan dörd min üç yüz altmış) manat pulu İddiaçı ödəməyi öhdəsinə götürür.
9. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-251/2023 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
10. Kollegiya həmçinin hesab edir ki, iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının xərcini təşkil edən 100 manat məbləğində vəsait Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, ekspertiza cavabdehin apellyasiya şikayətinə əsasən təyin edilmişdir.
11. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı ilə Cavabdeh MTK arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: a) İbrahim-Q” MTK tərəfindən İddiaçı qızma xx.xx.2023-cü il tarixədək 150.000 (yüz əlli min) manat məbləğində pul ödənilməklə, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24 saylı müqavilə ləğv edilir və həmin müqavilədən irəli gələn bütün öhdəliklərə xitam verilir. b) Tərəflər razılığa gəlir ki, bu Barışıq sazişinin 1-ci bəndində qeyd edilən 150 000 manat məbləğin İddiaçı ödənilməsi, onun "xxxx" MTK-nə qarşı olan bütün iddia və tələblərini, o cümlədən Cavabdeh MTK-nin İddiaçı qarşı bütün iddia və tələblərini tam şəkildə aradan qaldırır. c) Cavabdeh MTK tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixədək ödənilməli olan 150.000 (yüz əlli min) manat məbləğin ödənilmədiyi təqdirdə, yəni bu barışıq sazişinin 1-ci bəndinin tələbləri yerinə yetirilmədikdə, Cavabdeh MTK, Yasamal Rayon Məhkəməsinin e- 2(004)-251/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində nəzərdə tutulmuş 194.360 (yüz doxsan dörd min üç yüz altmış) manat pulu İddiaçı ödəməyi öhdəsinə götürür. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-251/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının xərcini təşkil edən 100 manat məbləğində vəsait Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: