Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2524/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2269/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı mülkiyyət hüquqlarının müdafiə olunması və ünvan 2anında (yeni qaydalarla AZ1118, ünvan 16, M3, m2) yerləşən sahəsi 130.40 kv.m olan mənzilin cavabdehlər tərəfindən ailə üzvləri ilə və əşyaları ilə birlikdə məcburi qaydada boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2269/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2529-cu məhəllə, ev 86 ünvanında yerləşən 23 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, giriş 346, M3, m2) caavbdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən əşyaları ilə birlikdə məcburi qaydada boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2(007)- 2269/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh2 məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə verərək, Nizami Rayon Məhkəməsinin e-2(007)-2269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilib, buraxılmış müddəti bərpa edərək apellyasiya şikayətinə baxılması üçün iş materiallarını şikayətlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2269/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e- 2(007)-2269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda qeyd edilən qərardaddan İddiaçı şikayət verərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-2269/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilib, müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, həmin qərardad əsassız olduğundan ləğv edilməlidir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, məhkəmə məhkəmə prosesləri barədə lazımı qayda da cavabdehlərə məlumatlar təqdim etmişdir. Bu məhkəmə qətnaməsininn 13-cü bəndindən də aydın olur, Orada qeyd olunur ki, cavabdehlər lazımı qayda da məlumatlandırılmışdırlar. Məhkəmə məhkəmə qətnaməsini cavabdehlərin ünvanların göndərmiş, cavabdehlərə çatdıqdan sonra müvafiq olaraq bir aylıq şikayət müddətini gözləmiş və şikayət təqdim edilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. İlk məhkəmə proseslərində cavabdehlər iştirak edirdilər. Bu məlumatlandırma həmin şəxslərin faktiki yaşadığı mübahisəli mənzilə məktub bildirişin göndərilməsi ilə təmin edilmişdir. Bu o deməkdir ki, cavabdehlərə göndərilən məhkəmə sənədləri onlara çatır. Eyni ünvana qətnamədə göndərilmiş və cavabdehlər bir-birləri ilə ailə üzvləri olduqlarından onlara qətnamə çatmış hesab olunmuşdur. Hesab etsələr ki, hazırkı şikayət verən cavabdehə qətnamə göndərilməyib ailə üzvlərindən birinin məlumatlı digərinin məlumatsızlığını inkar edir. İşin mübahisə edilən halı isə qətnamənin cavabdehlərə rəsmi qayda da göndərilməsinə baxmayaraq ondan şikayət müddətinin ötürülməsinin üzrlü hesab edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmədən Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-2269/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadını ləğv edilib, müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2269/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh2 qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün cavabdehin iş materiallarında olan digər ünvanına - ünvan 2anına göndərilsə də, zərf üzərində “evdə yoxdur” qeydi aparmaqla zərf geri qaytarılmışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili digər cavabdehlərin qətnamədən məlumatlı olmasının kifayət olduğunu bildirsə də, iş materiallarından görünür ki, digər cavabdehlər də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini rəsmi qaydada almamışdır. Həmçinin işin müəyyən edilmiş halı odur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh2 tərəfindən rəsmi qaydada yalnız nümayəndəsi və vəkili ilə müqavilə bağladıqdan və elektron sistemdən proses iştirakçısı qismində xx.xx.2025-ci il tarixdə əlavə olunduqdan sonra əldə edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən qətnamədən şikayət verilməsi müddətinin ötürülməsini üzürlü hesab edir, bu isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2269/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, buraxılmış müddəti bərpa etmişdir. Bu səbəbdən İddiaçı şikayəti təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2269/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2269/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2524/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2524/2025
02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver