Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2527/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1681/2021 saylı, 27 dekabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakıxanova Əminə Əliəkbər qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Bakıxanova Əminə Əliəkbər qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, X1, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1681/2021 saylı, 27 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan mənzildən çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaların xərci olaraq Cavabdeh 100 (yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakıxanova Əminə Əliəkbər qızı apelyasiya şikayəti vermişlər və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, mənzil olduğu iddia olunan ərazi hər hansı yaşayış otaqları, köməkçi sahəsi olan mənzil deyil və ümumiyyətlə belə bir mənzil olmamış, binanın mənzillərinə, mənzil mülkiyyətçilərinə xidmət edən texniki sahəsi, zirzəmisidir. Hətta ekspert rəyi ilə də oranın yaşayış sahəsi olmadığı, zirzəmi olduğu təsdiq olunur. Birinci instansitya məhkəməsi iddianı təmin etməklə dövlət əmlakının qanunsuz yollarla mənimsənilməsinə göz yummuşdur. Məhkəmə baxdığı məsələ ilə Əmlak Komitəsinə aid hüquq və vəzifələri nəzərə almayıb, Bu dövlət idarəsini işə cavabdeh qismində cəlb etməli olduğu halda bunu etməyib. Çünki mübahisəli ərazi, qeyri-yaşayış sahəsi olmaqla, yaşayış binasının paylı mülkiyyətçilərinin ümumi istifadəsinə verilmiş, binanın texniki sahəsi sayılan zirzəmisidir ki, bu tipli ərazilərin idarə olunması da bir başa Əmlak Komitəsinə həvalə olunmuş vəzifələrə aiddir. Hesab edirlər ki, qətnamə istər tərəflərin qarşılıqlı münasibətləri baxımından, istər maddi hüquq normalarının tətbiqi baxımından tamamilə əsassız, prosessual normalara zidd qəbul edilmiş qətnamədir. Məhkəmə işin həqiqi hallarını, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməmiş və nəticə etibarı ilə də iddianı təmin etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının köçürülməsini tələb etdiyi yerin yaşayış sahəsi olmadığını bilə bilə iddianı təmin edib. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1681/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakıxanova Əminə Əliəkbər qızı və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1681/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əminə Bakıxanova tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1681/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əminə Bakıxanova apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə yoxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxışını və Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 577/2005 saylı, 27 yanvar 2005-ci il traixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan evin mənzil yaşayış fondunun balansına götürməklə X5 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və X3 adına order verilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.(İ.vər. 7 - 9) İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 347 saylı, 08.04.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2577/2005 saylı, 27.01.2005-ci il traixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan bir otaqdan ibarət sahə mənzil yaşayış fondunun balansına götürülməklə mənzil kirayə müqaviləsinin X5 ilə bağlanması barədə sərəncam verilmişdir.(İ.vər. 4) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə tikinti-texniki ekspertizasının 10/3604 saylı, 29 oktyabr 2021-ci il tarixli ekspert rəyində göstərilir ki: Qərardadın birinci sualı üzrə: ünvan 3 ünvanda yerləşən binanın yarızirzəmisində yerləşən 1-ci tikilinin ölçüləri 3,8x5,1 m, 2-ci tikilinin ölçüləri 2,5x3,8m təşkil edir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.01.2005-ci İl tarixli 2(004)-577/2005 nömrəli qətnaməsi və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 08.04.2005-ci il tarixli 347 nömrəli sərəncamında X6 məxsus tədqiq olunan ünvanda yerləşən bır otaqdan ibarət, yaşayış sahəsi 19,7 kv.m və mətbəxi 12,7 kv.m olan mənzilin ölçüləri göstərilmədiyi üçün, baxış zamanı əldə olunmuş məlumatlar ilə müqahisəli tədqiqat aparılaraq, həmin mənzilin sahəsinin sənəddə göstərilən ölçülərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyəstrindən 21.05.2020-ci il tarixli çıxarışa əsasən, Bakıxanova Əminə Əliəkbər qızının adına mülkiyyət kimi qeydiyyata alınmış ümumi sahəsi 57,7 kv.m olan iki nömrəli mənzilin səhələri sənəddə göstərilən ölçülərinə uyğundur.(İ.vər. 95 - 96) İş materiallarında olan, Yasamal rayon MKTB 42 saylı MKİS tərəfindən verilmiş 307 nömrəli şəxsi hesabat vərəqəsindən görünür ki, Niftəliyeva (Qarayeva) Təranə Sərmas qızının Bakı şəhəri Yasamal rayon İcra başçısının 08.04.2005-ci il tarixli, 347 nömrəli sərəncamına uyğun olaraq ünvan 4 ünvanında yerləşən 19,7 m2 yaşayış sahəsindən ibarət olan bir otaqlı mənzildə 15.10.2005-ci il tarixdən yaşaması barədə qeydiyyat aparılmışdır.(İ.vər. 141) İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08.09.2021-ci il tarixli məktubu ilə 14.09.2021-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanına texniki baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, ümumi sahəsi 46,2 m2 olan qeyri-yaşayış sahəsi dövlət əmlakıdır. Obyekt birmərtəbəli binanın yarızirzəmi sahəsinin bir hissəsində yerləşir.(İ.vər. 105 - 106) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ekspert X7 izahatında bildirmişdir ki, mübahisəli yer yarımzirzəmi termininə uyğun olaraq yarımzirzəmidir. Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamında göstərilən 19.7 kv.m olan sahə əslində 19,38 m2, 12,7 m2 göstərilən sahə isə əslində 9.5 m2-dir. Suala cavab olaraq bildirir ki, həmin yer bu gün yaşayış üçün yararlı deyil. Ölçülərdə olan fərq azdır, yəni nəzərdə tululan sahədən faktiki sahə daha azdır. Mübahisəli sahə cavabdehin anasının mülkiyyətində olan sahəyə daxil deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124).” M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İşin hallarıhdan göründüyü kimi mübahisə predmeti olan sahədən cavabdeh zirzəmi kimi istifadə edir. Həmin sahənin üst mərtəbəsində yerləşən mənzil cavabdehin anası olan iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakıxanova Əminə Əliəkbər qızının mülkiyyətindədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin həmin sahədən çıxarılması və iddiaçının ora köçürülməsi barədə iddia tələbi əsaslıdır. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-577/2005 saylı, 27.01.2005-ci il traixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan evin mənzil yaşayış fondunun balansına götürməklə X5 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və X3 adına order verilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra başçısının 08.04.2005-ci il tarixli, 347 nömrəli sərəncamına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2- 577/2005 saylı, 27.01.2005-ci il traixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan bir otaqdan ibarət sahə mənzil yaşayış fondunun balansına götürülməklə mənzilin kirayə müqaviləsi X5 ilə bağlanması barədə sərəncam verilmişdir. Cavabdeh isə mübahisə predmeti olan sahəyə hər hansı hüquqverici sənədi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əminə Bakıxanova apelyasiya şikayətində vurğulayırlar ki, göstərilən mənzil olduğu iddia olunan ərazi hər hansı yaşayış otaqları, köməkçi sahəsi olan mənzil deyil və ümumiyyətlə belə bir mənzil olmamış, binanın mənzillərinə, mənzil mülkiyyətçilərinə xidmət edən texniki sahəsi, zirzəmisidir. Lakin, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra başçısının 08.04.2005-ci il tarixli, 347 nömrəli sərəncamı ilə tam təsdiq olunur ki, Bakı şəhəri Yasamal rayonu, T.Xəlilrza oğlu küçəsi, ev 38 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan bir otaqdan ibarət sahə mənzil yaşayış fondunun balansına götürülməklə mənzilin kirayə müqaviləsi X5 ilə bağlanması barədə sərəncam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əminə Bakıxanovanın apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əminə Bakıxanova apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmişlər və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kоllеgiyası, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əminə Bakıxanovanın apеlyasiya şikayətində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1681/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakıxanova Əminə Əliəkbər qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1681/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2527/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2527/2022
26.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver