Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2528/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdeh iştirakları ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-2150/2019 saylı qətnaməsindən Cavabdeh İbrahı̇ m oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında iddiaçıya məxsus - Qonaq otağı üçün mebel dəsti (stol, 6 stul, güzgülü kamot, televizoraltı) – 3500 manat, Yataq dəsti (taxt, tumba-2, güzgülü kamot, şkaf) – 4500 manat, Yumşaq mebel (divan, 2 kreslo, jurnal stolu) – 1500 manat, Televizor 124 diaqonal – 1100 manat, DVD – 60 manat, Pərdə qonaq otağı üçün (günkeçirməz, tül, qalın pərdə) – 600 manat, Pərdə yataq otağı (tül, qalın pərdə) – 500 manat, Pərdə (eyvanda) – 150 manat, Jalüz (mətbəx) – 100 manat, Mətbəx mebeli (aspirator, movka,qaz içində) – 3000 manat, Qabyuyan maşın (Samsung) – 1000 manat, Paltaryuyan (Samsung) 600 manat, Soyuducu ( Samsung) – 1000 manat, Mətbəx stolu (4 stul, 2 tabletka) – 450 manat, Çılçıraq (qonaq otağı) – 500 manat, Çılçıraq (yataq otağı) – 300 manat, Çılçıraq (dəhliz) – 150 manat, Çılçıraq (mətbəx) – 100 manat, Xalça (qonaq otağı) – 250 manat, Xalça (yataq otağı - 2 ədəd) – 200 manat, Xalça (dəhliz 2 ədəd) – 450 manat, Xalça (mətbəx) – 300 manat, Xalça (qapı ağzı) – 60 manat, Saat – 300 manat, 2 ədəd meyvə qabı (Çexiya) – 500 manat, Güldan (Çexiya) – 350 manat, 2 ədəd böyük lotka (Çexiya) – 250 manat, 6 ədəd şampan stəkan (Çexiya) – 150 manat, 6 ədəd şirə stəkanı (Çexiya) – 130 manat, 6 ədəd araq stəkanı (Çexiya) – 110 manat, 2 ədəd çərəz qabı (Çexiya) – 130 manat, 2 ədəd səbət şəklində qab (Çexiya) – 150 manat, Su qabı (krafinka – Çexiya) – 150 manat, Bagema qırmızı çay dəsti - 500 manat, 6 ədəd qırmızı bagema bakal - 150 manat, 6 ədəd yaşıl bagema şampan stəkan – 150 manat, 6 ədəd yaşıl bagema şirə stəkanı – 130 manat, 6 ədəd yaşıl bagema araq stəkanı – 110 manat, 12 ədəd stəkanlı yaşıl bagema kompot dəsti – 300 manat, 12 ədəd çex xurustal şirə bakalı – 150 manat, 12 ədəd çex xurustal su stəkanı – 150 manat, Qədimi madonna çay dəsti – 200 manat, Qədimi madonna kofe dəsti – 150 manat, 12 stəkanı, 12 boşqabı, 1 ədəd böyük şirniyyat qabı olan dəst – 260 manat, 6 ədəd xurustal limon qabı – 50 manat, 6 ədəd xurustal duz qabı – 20 manat, Kül qabı (Çexiya) – 150 manat, Lepkalı güldan (Çexiya) – 80 manat, Xrustal güldan (Çexiya) – 70 manat, Hündür meyvə qabı – 90 manat, 6 ədəd xrustal bakal – 80 manat, Güllü vaz və iki ədəd konfet qabı (dəst) – 200 manat, Madonna dəst və 3 ədəd tort qabı – 300 manat, 12 nəfərlik Karaca nahar, çay, kofe dəsti – 1900 manat, 12 nəfərlik göy rəngdə nahar dəsti – 800 manat, Shefer 6 nəfərlik nahar dəsti – 120 manat, Shefer 6 nəfərlik çay nəlbəki dəsti – 100 manat, 2 ədəd ayaqlı xrustal meyvə qabı – 140 manat, 2 ədəd ayaqlı xrustal mürəbbə qabı – 70 manat, 2 ədəd ayaqlı xrustal konfet qabı – 90 manat, 2 ədəd ayaqlı xrustal meyvə qabı – 70 manat, Xrustal krafınka 6 stəkan – 120 manat, 6 ədəd stəkanlı krafınka (Luminark) – 40 manat, 6 ədəd stəkan, buz qabı salfetka qabı – 60 manat, Xrustal lotka – 30 manat, Xrustal mürəbbə qabı – 30 manat, Pendir – yağ qabı – 40 manat, Ədviyyat qabları (dəst) – 80 manat, Duz istiot qabı – 20 manat, 18 ədəd xrustal stəkan – 90 manat, 18 ədəd qızılı işləməli nəlbəki – 120 manat, 18 ədəd qızılı işləməli razetka – 70 manat, Krafinka 6 ədəd stəkanla (qəhvəyi rəngdə) - 150 manat, Xrustal konfet qabı (göy rəngdə) - 70 manat, Xrustal göy rəngdə güldan – 70 manat, Çömçə bıçaq dəsti – 110 manat, 12 nəfərlik çamadan qaşıq, bıçaq dəsti (gümüşü rəng) – 300 manat, 18 nəfərlik qaşıq bıçaq dəsti – 200 manat, 8 ədədli çamadan qazan dəsti – 200 manat, Güllü qazan dəsti (8 ədəd qazan, 2 ədəd çaynik, çömçə, qaşıq) – 250 manat, Şirəli qazan dəsti (6 ədəd göy rəngdə) – 100 manat, Tac qazan dəsti (8 ədəd) – 300 manat, Şüşəli altı şamlı qazan – 120 manat, Şüşəli altı şamlı çaynik – 110 manat, Dəmirdə güllü çaynik, nəlbəki, fincan dəsti – 90 manat, Dəmirdə çaynik, nəlbəki fincan dəsti – 90 manat, Dəmirdən çaydan böyük – 30 manat, Dəmirdən çaynik balaca – 25 manat, Balıq tavası – 70 manat, 3 ədədli podnos dəsti – 100 manat, 3 ədədli podnos – 60 manat, Tort qabları (2 ədəd) – 80 manat, Tort bişirmək üçün qab – 20 manat, 10 ədəd ləyən plasmas (müxtəlif rənglərdə) – 50 manat, 3 ədəd aşsüzən (dəmir) – 30 manat, 5 ədəd dəm çayniki – 60 manat, 6 ədədli şirəli saxlama qabları – 20 manat, Tefal çaynik və dəm çayniki (elektrik) – 60 manat, 2 ədəd ağır qapaqlı xrustal qənd qabı – 90 manat, Çamadan bıçaq dəsti (bordo rəngli) – 70 manat, Çamadan – 40 manat, Şəkər tozu qabı – 10 manat, Tozsoran (Samsung) – 200 manat, Mikrodalğa – 150 manat, Toster – 50 manat, Soba – 180 manat, Ətçəkən maşın – 200 manat, Ütü – 50 manat, Ütü stolu – 70 manat, Mikser (qablarla birlikdə) – 150 manat, Ət blendri – 20 manat, Salat doğrayan aparat – 20 manat, Limon qaşıqları – 10 manat, Güllü limon qaşıqları – 20 manat, Paltar sərmək üçün dəmir – 90 manat, Naçniklər (2 ədəd) – 70 manat, Şirəçəkən maşın – 70 manat, Çörək saxlama qabı – 30 manat, Çörək qabı – 20 manat, Zibil qabı – 20 manat, Stol üstü təmizləyən xəkəndaz – 10 manat, Yer təmizləyən pol ağacı – 10 manat, Kartof soğan saxlamaq üçün qab – 40 manat, Əl yuma üçün mətbəx dəsti – 10 manat, Doğrama – taxtası – 10 manat, 2 nəfərlik adyal – 40 manat, 1 nəfərlik adyal – 30 manat, 2 ədəd bir nəfərlik yorğan – 130 manat, 1 ədəd 2 nəfərlik yorğan – 150 manat, 1 ədəd 2 nəfərlik döşək – 200 manat, Pakrıval dəsti – (2 nəfərlik yastıqda) – 250 manat, 4 ədəd yastıq (70x50) – 150 manat, 2 ədəd yastıq (70x70) – 100 manat, 2 ədəd divan yastığı – 40 manat, Divan-kreslo örtüyü – 250 manat, Jurnal stolu örtüyü – 50 manat, 30 ədəd can dəsmalı – 300 manat, 60 ədəd əl-üz dəsmalı – 300 manat, 70 ədəd çay dəsmalı – 250 manat, 25 ədəd süfrə - 400 manat, 8 ədəd 1 nəfərlik prostin dəst – 250 manat, 20 ədəd 2 nəfərlik prostin dəst – 900 manat, 7 ədəd tək 2 nəfərlik prostin – 200 manat, uşaq kolyaskası – 200 manat, uşaq vannası – 15 manat, uşaq yemək stolu – 60 manat, Uşağın oyuncaqları – 500 manat, Uşaq qayçısı – 10 manat, Uşaq adyalı – 40 manat, 5 dəst uşaq paltarı – 100 manat, 10 ədəd ayaq dəsmalı – 100 manat, 6 ədəd suvenir – 150 manat, 4 ədəd pərdə saxlayan aksesuar – 30 manat, 2 ədəd böyük ölçüdə şəkil qabı – 20 manat, 1 ədəd kiçik ölçüdə şəkil qabı – 10 manat, Böyük şəkil albomu – 20 manat, Köynək 20 ədəd – 400 manat, Don 5 ədəd – 250 manat, Pijama dəsti 8 ədəd – 240 manat, Ayaqqabı 5 cüt – 250 manat, Şalvar 7 ədəd – 250 manat, 5 ədəd corab – 20 manat, Şarf 5 ədəd – 150 manat, Tərlik 2 cüt – 40 manat, Çanta 5 ədəd – 250 manat, Hamam xalatı – 60 manat, Fen (Philips) – 70 manat, Flaşkart (uşağın şəkilləri), Ağ qızıl dəsti brilyant qaşlarla (bilərzik, boyunbağı, 2 sırqa, 1 üzük) – 750, təxminən 35 qram – 5700 manat, Üzük (750 prob) – 600 manat, Üzük – 300 manat – 173 adda əmlakın və ya 47880 manat məbləğində dəyirinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2016-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Rəsmi nikahdan xx xxx 2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Ailə qurandan bir müddət sonra cavabdehlə və anası ilə aralarında münasibətlər kəskinləşmişdir. Tez-tez evlərinə mübahisələr düşürmüş. Əslində ailələrindəki mübahisələr heç nədən yaranırdı. Adi söz-söhbət böyük münaqişəyə səbəb olmuşdur. 2018-ci ilin iyun ayının əvvəllərində yenə də həmişə olduğu kimi ailələrində mübahisə düşmüşdür. Mübahisə o dərəcəyə çatmışdır ki, o, körpəni götürüb evdən çıxmaq məcburiyyətində qalmışdır. Valideynlərinin evi cavabdehlə yaşadıqları evin qonşuluğunda yerləşir. O, ailələrində mübahisələr olduqda çox vaxtdan evdən çıxıb atasıgilin evinə gedirmiş. Bu dəfə də həmişəki kimi çətin vəziyyətində valideynlərinin evinə üz tutmuşdur. O, evdən çıxarkən özü ilə heç nə götürməmişdir. Çünki həmin vaxt evdən birdəfəlik çıxmağı fikirləşməmişdir. Fikirləşirdi ki, bir müddət sonra yenə də həmişəki kimi evə qayıdacaqdır. Lakin bu dəfə cavabdehlər onu və körpəni evə qaytarmağa cəhd etməmişlər. O başa düşmüşdür ki, cavabdehin onunla ailə münasibətlərini bərpa eləmək fikri yoxdur, körpə oğullarının taleyi belə onu maraqlandırmır. Odur ki, 2018-ci ilin iyun ayından valideynlərinin evində yaşayır. Dəfələrlə əşyalarını götürmək istəsə də cavabdehlər evə getməyinə imkan verməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Onun körpəsini götürüb ağlaya-ağlaya atasıgilə getməsini qonşular, onlarla qonşuluqda yaşayan qohumları da görmüşlər. O, evi tərk edəndə bütün cehiz əmlakı və qızılları ünvan 1 ünvanında qalmışdır. Hesab edir ki, onun cehiz əşyaları və qızılları və ya onların dəyəri cavabdehdən alınaraq ona verilməlidir. Cehiz əşyaları Qonaq otağı üçün mebel dəsti (stol, 6 stul, güzgülü kamot, televizoraltı) – 3500 manat, Yataq dəsti (taxt, tumba-2, güzgülü kamot, şkaf) – 4500 manat, Yumşaq mebel (divan, 2 kreslo, jurnal stolu) – 1500 manat, Televizor 124 diaqonal – 1100 manat, DVD – 60 manat, Pərdə qonaq otağı üçün (günkeçirməz, tül, qalın pərdə) – 600 manat, Pərdə yataq otağı (tül, qalın pərdə) – 500 manat, Pərdə (eyvanda) – 150 manat, Jalüz (mətbəx) – 100 manat, Mətbəx mebeli (aspirator, movka,qaz içində) – 3000 manat, Qabyuyan maşın (Samsung) – 1000 manat, Paltaryuyan (Samsung) 600 manat, Soyuducu ( Samsung) – 1000 manat, Mətbəx stolu (4 stul, 2 tabletka) – 450 manat, Çılçıraq (qonaq otağı) – 500 manat, Çılçıraq (yataq otağı) – 300 manat, Çılçıraq (dəhliz) – 150 manat, Çılçıraq (mətbəx) – 100 manat, Xalça (qonaq otağı) – 250 manat, Xalça (yataq otağı - 2 ədəd) – 200 manat, Xalça (dəhliz 2 ədəd) – 450 manat, Xalça (mətbəx) – 300 manat, Xalça (qapı ağzı) – 60 manat, Saat – 300 manat, 2 ədəd meyvə qabı (Çexiya) – 500 manat, Güldan (Çexiya) – 350 manat, 2 ədəd böyük lotka (Çexiya) – 250 manat, 6 ədəd şampan stəkan (Çexiya) – 150 manat, 6 ədəd şirə stəkanı (Çexiya) – 130 manat, 6 ədəd araq stəkanı (Çexiya) – 110 manat, 2 ədəd çərəz qabı (Çexiya) – 130 manat, 2 ədəd səbət şəklində qab (Çexiya) – 150 manat, Su qabı (krafinka – Çexiya) – 150 manat, Bagema qırmızı çay dəsti - 500 manat, 6 ədəd qırmızı bagema bakal - 150 manat, 6 ədəd yaşıl bagema şampan stəkan – 150 manat, 6 ədəd yaşıl bagema şirə stəkanı – 130 manat, 6 ədəd yaşıl bagema araq stəkanı – 110 manat, 12 ədəd stəkanlı yaşıl bagema kompot dəsti – 300 manat, 12 ədəd çex xurustal şirə bakalı – 150 manat, 12 ədəd çex xurustal su stəkanı – 150 manat, Qədimi madonna çay dəsti – 200 manat, Qədimi madonna kofe dəsti – 150 manat, 12 stəkanı, 12 boşqabı, 1 ədəd böyük şirniyyat qabı olan dəst – 260 manat, 6 ədəd xurustal limon qabı – 50 manat, 6 ədəd xurustal duz qabı – 20 manat, Kül qabı (Çexiya) – 150 manat, Lepkalı güldan (Çexiya) – 80 manat, Xrustal güldan (Çexiya) – 70 manat, Hündür meyvə qabı – 90 manat, 6 ədəd xrustal bakal – 80 manat, Güllü vaz və iki ədəd konfet qabı (dəst) – 200 manat, Madonna dəst və 3 ədəd tort qabı – 300 manat, 12 nəfərlik Karaca nahar, çay, kofe dəsti – 1900 manat, 12 nəfərlik göy rəngdə nahar dəsti – 800 manat, Shefer 6 nəfərlik nahar dəsti – 120 manat, Shefer 6 nəfərlik çay nəlbəki dəsti – 100 manat, 2 ədəd ayaqlı xrustal meyvə qabı – 140 manat, 2 ədəd ayaqlı xrustal mürəbbə qabı – 70 manat, 2 ədəd ayaqlı xrustal konfet qabı – 90 manat, 2 ədəd ayaqlı xrustal meyvə qabı – 70 manat, Xrustal krafınka 6 stəkan – 120 manat, 6 ədəd stəkanlı krafınka (Luminark) – 40 manat, 6 ədəd stəkan, buz qabı salfetka qabı – 60 manat, Xrustal lotka – 30 manat, Xrustal mürəbbə qabı – 30 manat, Pendir – yağ qabı – 40 manat, Ədviyyat qabları (dəst) – 80 manat, Duz istiot qabı – 20 manat, 18 ədəd xrustal stəkan – 90 manat, 18 ədəd qızılı işləməli nəlbəki – 120 manat, 18 ədəd qızılı işləməli razetka – 70 manat, Krafinka 6 ədəd stəkanla (qəhvəyi rəngdə) - 150 manat, Xrustal konfet qabı (göy rəngdə) - 70 manat, Xrustal göy rəngdə güldan – 70 manat, Çömçə bıçaq dəsti – 110 manat, 12 nəfərlik çamadan qaşıq, bıçaq dəsti (gümüşü rəng) – 300 manat, 18 nəfərlik qaşıq bıçaq dəsti – 200 manat, 8 ədədli çamadan qazan dəsti – 200 manat, Güllü qazan dəsti (8 ədəd qazan, 2 ədəd çaynik, çömçə, qaşıq) – 250 manat, Şirəli qazan dəsti (6 ədəd göy rəngdə) – 100 manat, Tac qazan dəsti (8 ədəd) – 300 manat, Şüşəli altı şamlı qazan – 120 manat, Şüşəli altı şamlı çaynik – 110 manat, Dəmirdə güllü çaynik, nəlbəki, fincan dəsti – 90 manat, Dəmirdə çaynik, nəlbəki fincan dəsti – 90 manat, Dəmirdən çaydan böyük – 30 manat, Dəmirdən çaynik balaca – 25 manat, Balıq tavası – 70 manat, 3 ədədli podnos dəsti – 100 manat, 3 ədədli podnos – 60 manat, Tort qabları (2 ədəd) – 80 manat, Tort bişirmək üçün qab – 20 manat, 10 ədəd ləyən plasmas (müxtəlif rənglərdə) – 50 manat, 3 ədəd aşsüzən (dəmir) – 30 manat, 5 ədəd dəm çayniki – 60 manat, 6 ədədli şirəli saxlama qabları – 20 manat, Tefal çaynik və dəm çayniki (elektrik) – 60 manat, 2 ədəd ağır qapaqlı xrustal qənd qabı – 90 manat, Çamadan bıçaq dəsti (bordo rəngli) – 70 manat, Çamadan – 40 manat, Şəkər tozu qabı – 10 manat, Tozsoran (Samsung) – 200 manat, Mikrodalğa – 150 manat, Toster – 50 manat, Soba – 180 manat, Ətçəkən maşın – 200 manat, Ütü – 50 manat, Ütü stolu – 70 manat, Mikser (qablarla birlikdə) – 150 manat, Ət blendri – 20 manat, Salat doğrayan aparat – 20 manat, Limon qaşıqları – 10 manat, Güllü limon qaşıqları – 20 manat, Paltar sərmək üçün dəmir – 90 manat, Naçniklər (2 ədəd) – 70 manat, Şirəçəkən maşın – 70 manat, Çörək saxlama qabı – 30 manat, Çörək qabı – 20 manat, Zibil qabı – 20 manat, Stol üstü təmizləyən xəkəndaz – 10 manat, Yer təmizləyən pol ağacı – 10 manat, Kartof soğan saxlamaq üçün qab – 40 manat, Əl yuma üçün mətbəx dəsti – 10 manat, Doğrama – taxtası – 10 manat, 2 nəfərlik adyal – 40 manat, 1 nəfərlik adyal – 30 manat, 2 ədəd bir nəfərlik yorğan – 130 manat, 1 ədəd 2 nəfərlik yorğan – 150 manat, 1 ədəd 2 nəfərlik döşək – 200 manat, Pakrıval dəsti – (2 nəfərlik yastıqda) – 250 manat, 4 ədəd yastıq (70x50) – 150 manat, 2 ədəd yastıq (70x70) – 100 manat, 2 ədəd divan yastığı – 40 manat, Divan-kreslo örtüyü – 250 manat, Jurnal stolu örtüyü – 50 manat, 30 ədəd can dəsmalı – 300 manat, 60 ədəd əl-üz dəsmalı – 300 manat, 70 ədəd çay dəsmalı – 250 manat, 25 ədəd süfrə - 400 manat, 8 ədəd 1 nəfərlik prostin dəst – 250 manat, 20 ədəd 2 nəfərlik prostin dəst – 900 manat, 7 ədəd tək 2 nəfərlik prostin – 200 manat, uşaq kolyaskası – 200 manat, uşaq vannası – 15 manat, uşaq yemək stolu – 60 manat, Uşağın oyuncaqları – 500 manat, Uşaq qayçısı – 10 manat, Uşaq adyalı – 40 manat, 5 dəst uşaq paltarı – 100 manat, 10 ədəd ayaq dəsmalı – 100 manat, 6 ədəd suvenir – 150 manat, 4 ədəd pərdə saxlayan aksesuar – 30 manat, 2 ədəd böyük ölçüdə şəkil qabı – 20 manat, 1 ədəd kiçik ölçüdə şəkil qabı – 10 manat, Böyük şəkil albomu – 20 manat, Geyim əşyaları:Köynək 20 ədəd – 400 manat, Don 5 ədəd – 250 manat, Pijama dəsti 8 ədəd – 240 manat, Ayaqqabı 5 cüt – 250 manat, Şalvar 7 ədəd – 250 manat, 5 ədəd corab – 20 manat, Şarf 5 ədəd – 150 manat, Tərlik 2 cüt – 40 manat, Çanta 5 ədəd – 250 manat, Hamam xalatı – 60 manat, Fen (Philips) – 70 manat, Flaşkart (uşağın şəkilləri), ona hədiyyə şəklində verilən qızılzinət əşyaları: Ağ qızıl dəsti brilyant qaşlarla (bilərzik, boyunbağı, 2 sırqa, 1 üzük) – 750, təxminən 35 qram – 5700 manat, Üzük (750 prob) – 600 manat, Üzük – 300 manat. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-2150/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İbrahı̇ m oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-2150/2019 saylı qətnaməsinin iddianın “ağ qızıl dəsti brilyant qaşlarla (bilərzik), boyunbağı, 2 sırğa, 1 (üzük) təxminən 33,9 qram qızıl, 2,15 qram brilyant, 2 ədəd üzük və ya onların 4350 manat dəyərinin alınaraq İddiaçı verilməsi” hissəsində ləğv olunması və bu hissədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qızıl-zinət əşyalarının və ya onların dəyərinin ondan alınaraq, iddiaçıya verilməsinə dair nəticəyə gələrkən iddiaçı tərəfindən həmin əşyaların yaşadıqları evdə qoyub getməsi faktının mövcudluğunu təsdiq edəcək sübutları müəyyən etməmiş, əksinə cavabdeh olaraq onun hər hansı sübut təqdim etmədiyi ilə kifayətlənmişdir. Məhkəmə həmçinin, iddiaçının evdəki nikah haqqında şəhadətnamənin onun tərəfindən evdən guya daha əvvəl müalicə aldığı “Mediland Hospital” a təqdim etmək üçün götürməsinə dair izahatının həqiqəti əks etdirmədiyini diqqətə almamışdır. Belə ki, iş materiallarında olan sözügedən klinika tərəfindən vəkil sorğusuna cavab olaraq təqdim edilmiş məktubda vətəndaşlardan nikah haqqında şəhadətnamənin yalnız sığorta olunmuş şəxslərin ailə üzvlərinə güzəşt edilməsi ilə bağlı tələb edildiyi göstərilmişdir. İddiaçının iş üçün əhəmiyyətli olan bu izahatı iş üzrə digər sübut olan “Mediland Hospital” tərəfindən təqdim edilmiş məktubla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir. Onu da qeyd etmək istəyir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edəcək məhkəmə iclasında verilmiş şahid izahatları məhkəmə iclas protokollarında əksini tapmamışdır. Bu barədə qeydlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)- 2150/2019 saylı, qətnaməsinin qızıl-zinət əşyaları ilə bağlı hissədə ləğv olunması, iddianın həmin hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X13 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qızıl-zinət əşyalarla bağlı təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni yalnız qızıl-zinət əşyaları ilə bağlı hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, qətnamə mübaisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 01/587 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, daşınar əmlakın xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 9353 manat, likvid dəyəri 7950 manatdır. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx xxx 2016-cı il tаriхdə vеrilmiş АZ-İİ 129494 №-li nikаh hаqqındа şəhаdətnаmənin nоtаriаl qаydаdа təsdiq оlunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 аrаsındа xx xxx 2016-cı il tаriхdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həminn tarixdə 2714 № ilə qеyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə vеrilmiş doğum haqqında şəhаdətnаmənin nоtаriаl qаydаdа təsdiq оlunmuş surətindən görünür ki, X5 xx xxx 2017-ci il tarixdə аnаdаn оlmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2017-ci il tarixdə 3030 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsi tərəfindən təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında olmuşlar və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə iddianın təmin tədbiri kimi üzərinə həbs qoyulmuş 173 adda əmlaka baxış keçirilmiş və bu zaman pərdə qonaq otağı üçün – 1 ədəd, pərdə yataq otağı üçün – 1 ədəd, pərdə eyvan üçün – 1 ədəd, xalça qonaq otağı üçün – 1 ədəd, 3 ədəd xrustal limon qabı, “limonad” stəkan – 3 ədəd, Aşsüzən – 2 ədəd, tort qabı – 1 ədəd, plasmas ləyən – 5 ədəd, dəm çayniki – 3 ədəd, Şirə saxlama qabı – 1 ədəd, Doğrama taxtası – 1 ədəd, yastıq (70x50) – 2 ədəd, yastıq (70x70) – 2 ədəd, Can dəsmalı – 13 ədəd, Üz dəsmalı – 21 ədəd, Süfrə - 15 ədəd, Uşaq oyuncaqlar, Uşaq qayçısı – 1 ədəd, Uşaq adyalı – 1 ədəd, Ayaq dəsmalı – 10 ədəd, Don – 4 ədəd, Şalvar – 5 ədəd, Ağ qızın dəsti brilyant qaşlarla (bilərzik, boyun bağı, 2 sırğa, 1 üzük), Üzük – 2 ədəd aşkarlanmadı. Siyahıda qeyd olunan digər əşyalar isə hamısı aşkarlandı və saxlanması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah olunmaqla Cavabdeh təhvil verildi. İş materiallarında olan qızıl-zinət əşyalarının alınmasına dair kitabın çıxarılmış kserosurətindən görünür ki, Ağ qızın dəsti brilyant qaşlarla (bilərzik, boyun bağı, 2 sırğa, 1 üzük) – 3450 manata, üzük isə - 600 manata alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X8, X9, X10 ifadələrində iddiaçının evdən gedərkən özü ilə qızıl-zinət əşyalarını apardığını görmədiklərini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Teymur onun qonşusu, Səmərqənd isə Teymurun yoldaşıdır. Hər iki tərəflə münasibəti normaldır. Aralarında hər mübahisə yoxdur. O, özü “Laçın” Ticairət Mərkəzində qızıl ticarəti ilə məşğul olur. Teymur evlənərkən gəlin üçün qızıl komplekt dəstini ondan almışdır. Teymur qızılın pulunu bir dəfəyə deyil, hissə-hissə ödəmiş və kitaba qeyd etməklə ona özlərinin bəyəndiyi qızıl komplekt satılmışdır. Həmin qızıl-zinət əşyalarının dəyəri 3450 manat idi, qızıl üzüyün isə dəyəri (750 prob) 600 manat idi. Digər üzüyü ondan almadıqlarına görə qiymətini bilmir. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, nikaha daxil olanadək və nikah dövründə İddiaçı hədiyyə kimi iddiada qeyd olunan qızıl-zinət əşyaları verilmişdir. Həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olaraq verilməsi, onların iddiaçıya məxsus olması məhkəmədə tədqiq edilmiş sübutlarla, o cümlədən fotoşəkillərlə müəyyən olunur. Cavabdeh tərəf qızılların mövcud olduğunu, lakin iddiaçının həmin qızılları apardığını bildirir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur (Ailə Məcəlləsinin 34.1. 34.2. maddələri). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-nin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı tərəf bildirir ki, tələb etdiyi qızıl-zinət əşyaları cavabdehlə yaşadığı evdə qalmışdır. Cavabdeh tərəf bildirir ki, hədiyyə olunmuş qızıllar iddiaçı tərəfindən aparılmışdır. Məhz bununla bağlı sübutetmə yükünün kimin üzərinə düşdüyünün müəyyən olunması hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi əşyaları aparmamasını sübut etməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. Həmin normanın tələbinə görə cavabdeh etirazının əsasını təşkil edən halları, iddiaçının qızılları aparmasını sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Göründüyü kimi, cavabdeh iddiaçının qızılları özü ilə aparması ilə bağlı sübutları təqdim etməmiş, qeyd olunan halı sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qızılların dəyəri cavabdeh qeyd etdiyi qızılları satan və məhkəmə şahid qismində dindirilən X1 ifadəsindən və qızıl-zinət əşyalarının alınmasına dair kitabın çıxarılmış kserosurətindən müəyyən olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İbrahı̇ m oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-2150/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Xəyal Sarıyev Hakimlər: imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür Hakim
Məhkəmə qərarları › İş №2(103)-2528/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2528/2020
04.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver