Məhkəmə qərarları › İş №2(103)-2539/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2539/2021

01.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2539/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1019/2020 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, 7-ci Bayıl küçəsində, 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evinin naturada, ümumi mülkiyyət hüququndakı paylarına uyğun olaraq bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində özbaşına olaraq tikilmiş hasarın sökülməsi, torpaqdan istifadəyə edilən müdaxilənin qarşısının alınması və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1019/2020 saylı qərardadı ilə Cavabdeh3 İddiaçı qarşı Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində özbaşına olaraq tikilmiş hasarın sökülməsi, torpaqdan istifadəyə edilən müdaxilənin qarşısının alınması və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh3 həmin qərardaddan şikayət verib, onun ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-89/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkili Vəkil bildirdi ki, əmlakın naturada bölgüsü faktiki olaraq başa çatıb. Əmlak bölünüb və hərə öz evində yaşayır. İddiaçı hazırda orada qanunsuz hasar çəkib və təmsil etdiyi şəxsin evə girişini məhdudlaşdırıb. İddiaçı iddia edir ki, onların girişi 2 kv.metrlik yerdən olmalıdır. Ekspert də naturada bölgü aparıldığından rəy verə bilməyəcəyini bildirdi. Onların iddiası sırf torpaqdan istifadə ilə bağlıdır. Məhkəmə iclasında İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, işə artıq mahiyyəti üzrə baxılmağa başlanılmış və məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ekspertiza təyin edilməsinə dair ərizəsi təmin edilərək iş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə Cavabdeh3 icraat dayandırıldığından qarşılıqlı iddia ərizəsinə ekspert rəyi daxil olub icraat təzələndikdən sonra münasibət bildiriləcəyinə dair yazılı məlumat verilmişdir. xx.xx.2020-ci il tarixdə ekspert rəyi və mülki iş məhkəməyə daxil olduğu üçün xx.xx.2020-ci il tarixli qərardad ilə işə baxılması xx.xx.2020-ci il tarixə saat 10:50 təyin edilmişdir. COVİD-19 infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli Qərarına əsasən məhkəmələrdə işlərə baxılması müvəqqəti olaraq təxirə salınmışdır. Hal-hazırda cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi işə baxılmağa başlanıldıqdan sonra verildiyindən geri qaytarılmalıdır. Lakin Cavabdeh3 izah edilir ki, “Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində özbaşına olaraq tikilmiş hasarın sökülməsi, torpaqdan istifadəyə edilən müdaxilənin qarşısının alınması və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və qarşılıqlı iddianın icraata götürülməsi üçün üçün əsas ola bilməz. Əvvəla, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsini geri qaytararkən gəldiyi qənaət kifayət qədər əsaslandırılmış və işin hallarına uyğun olmuşdur. İkincisi, qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində sonradan əmələ gəlməsi iş materialları ilə təsdiq olunmur. Əksinə bu əsasların lap əvvəldən qarşılıqlı iddiaçıya bəlli olduğu məlum idi. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1019/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar