Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2551/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X17 oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X9 edilməsi Agentliyi MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X9 edilməsi Agentliyi MMC olmaqla) “əmlak tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “avtomobilin üzərində onun sahiblik, mülkiyyət hüquqlarının tanınması və həmin avtomobilin cavabdehdən alınaraq ona qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2013-cü ilin oktyabr ayında Cavabdeh adına aldığı, 2019-cu ilin mart ayına kimi onun istifadəsində və sahibliyində olduğu və hal-hazırda cavabdeh tərəfindən əlindən alınmış X18 Prado markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 51.538 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ilin oktyabr ayında X19 Prado markalı avtomobil almaq istəyini evdə açıqlayarkən oğlu Əli ona bildirmişdir ki, dəfələrlə evlərinə gəlmiş, onlarla birgə çörək yemiş və hazırda da dostluq etdiyi Elnur avtomobil alqı-satqısı ilə məşğuldur, yaxşı avtomobil tapmaq üçün ona desin, Əli həmin vaxtı Elnura zəng etmiş, onunla danışmiş, Elnur Sumqayıtda yaxşı bir avtomobil olduğunu bildirmiş və sabah gedib avtomobilə baxmağı təklif etmişdir. Onlar da səhərisi gün Bakı şəhərinə gəlmişlər və Elnurla görüşərək birlikdə Şumqayıt şəhərinə avtomobilə baxmağa getmişlər. Elnur onları bir həyətə gətirmiş, avtomobilin yiyəsi avtomobili qarajdan çıxarmış, X19 Prado markalı ** KH *** dövlət qeydiyyat nömrəli avtomobilə baxaraq bəyənmiş və avtomobili 50.000 ABŞ dollarına almaq barədə razılaşmışlar. Elnura və avtomaşın sahibinə bildirmişdir ki, onun cəmi nağd olaraq 22000 ABŞ dolları pulu var, həmin məbləği hazırda ödəyə bilər, qalan məbləği isə avtomobil adına keçirdikdən sonra Banka girov qoyaraq kredit pul götürüb ödəyəcəkdir. Elnur avtomobilin yiyəsi ilə və avtomobili satan maklerlərlə danışaraq bu şərtlə onları razı salmış, onlar birgə Elnurun tanışı olan Banka getmişlər, orada onlara bildirdirmişlər ki, kredit yalnız Bakı şəhərində qeydiyyatda olan şəxsə verilə bilər. Elnur Bakı şəhərində qeydiyyatda olduğundan və ona inandıqlarından avtomobilin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir, avtomobilə görə əvvəlcə 22000 ABŞ dolları məbləğində pulu sayıb avtomobili satan Qurbani adlı şəxsə vermiş, bundan sonra avtomobil Elnurun adına rəsmiləşdirilməklə banka girov qoyulmuş və bankdan Elnurun adına 28.800 ABŞ dolları pul götürülərək avtomobil üçün verilmiş və bununla da, onun tərəfindən avtomobilin pulu tam olaraq ödənilmişdir. Avtomobili götürdükdən sonra elə həmin gün Elnur onun həyat yoldaşı Ağayeva Könül Abbas qızına 26 illik, 2014-cü ildə isə onun özünə 5 illik əmlakla bağlı mülki etibarnamə vermişdir, onlar da oğlu Əliyə etibarnamə vermişlər, həmin vaxtdan avtomobil həmişə oğlu Əlinin istifadəsində və sahibliyində olmuş, avtomobili o idarə edib, bu günə kimi bankın kreditini Elnurun adından o, oğlu Əli və eləcə də, onun verdiyi pul hesabına onun yaxınları ödəmişlər. Kreditin demək olar ki, çox hissəsini özü Saatlı rayonunda yaşadığına görə Saatlı rayonunda yerləşən bankdan ödəmişdir. Kredit müqaviləsinin şərtlərinə görə, Azərbaycan Beynəlxalq Bankı ASC-dən cavabdeh Elnurun adına 28.800 ABŞ dolları məbləğində, illik 19% olmaqla, 36 ay müddətinə kredit götürülmüş, banka faizlərlə birlikdə 38.005 ABŞ dolları məbləğində pul qaytarmalı idi. Götürülmüş kreditin 13.728 ABŞ dollarını 2015-ci ilə kimi banka ödəmiş, 15.810 dolları isə banka 2016-2017-ci illərdə ödəmişdir (cəmi 29.538 ABŞ dolları Banka ödənilib). 2017-ci il ilin ortalarında onun banka 9000 ABŞ dollarına qədər borcu qalmışdır. Həm devalvasiya ilə əlaqədar olaraq, həm də cavabdeh avtomaşını onun əlindən aldığına görə qalan borcu ödəyə bilməmişdir. İddiaçı həmçinin, izahatında bildirmişdir ki, Elnur dələduzluq cinayəti törətməsinə görə həbs edilmiş və ona 4 ilə yaxin cəza vermiş, 2018-ci ildə o, həbsdən çıxdıqdan sonra ona zəng edərək ondan 5000 manat pul tələb etmişdir, tələbini onunla əlaqələndirmişdir ki, krediti vaxtinda ödəmədiyinə görə evinə zənglər olub, ölkədən çıxışına həbs qoyulub və s. Avtomobil 2019-ci ilin mart ayında saxlanılaraq cərimə meydançasına qoyulmuşdur. O, avtomobilin saxlanma səbəbi ilə maraqlanarkən ona məlum olmuşdur ki, saxlanma Cavabdeh müraciəti əsasında olmuşdur. O, DYP-də olaraq həmin avtomobil Elnurun adına alınsa da, faktiki olaraq onun sahibliyində, mülkiyyətində olduğunu bildirərək avtomobilin ona qaytarılmamasını, məsələ həll edilənə kimi cərimə meydançasında saxlanılmasını xahiş etmişdir. Onun oğlu Əli Elnurla görüşərkən məlum olmuşdur ki, Elnur avtomobilə dair onlara verdiyi etibarnamələri ləğv etdirmişdir. Elnur onun oğlunu da aldadaraq onun adına yeni etibarnamə vermək adı ilə avtomobilin texniki pasportunu ondan almış və avtomobili cərimə meydançasından götürmüşdür. Hazırda Elnurun avtomaşını harada saxlamasını bilmir. Elnur avtomobili onlardan gizlədərək indi də onlardan 6000 manat tələb edir, həmin avtomobilin alınmasına cavabdehin heç bir xərci çıxmayıb, həmin avtomobilə görə ödənilmiş 51.538 ABŞ dollar (22.000 ABŞ dolları avtomobili alarkən, 29.538 ABŞ dolları isə kredit kimi) məbləğdə pulu özü şəxsən və yaxınları tərəfindən ödəmişdir, cavabdehin həmin avtomobil üzərində heç bir haqqı yoxdur, həmin avtomobil onun əmlakıdır, əvvəlcə avtomobilə mülkiyyət hüququnun tanınmasını tələb etsə də, hazırda avtomobilə görə ödədiyi 51.538 ABŞ dolları məbləğində pulun ona qaytarılması tələbi üzərində dayanır, avtomobilə görə onun tərəfindən ilkin olaraq 22000 ABŞ dollar ödənildiyini avtomobili satmış X6 da məhkəmədə şahid qismində ifadə verərkən təsdiq etmişdir, hətta cavabdehin özü də bankdan çıxarılmış 28800 ABŞ dolları məbləğində pula görə əsas və faiz borclarına görə ödənişlərin onun tərəfimdən ödənilməsini təsdiq edir. Elnur guya ilkin ödənilmiş məbləğin 6000 manatının onun tərəfimdən, 16000 manatının isə Elnurun özü tərəfindən ödənilliyini bildirmişdir, halbuki, əvvəla, ödənişlər manatla deyil, ABŞ dolları ilə aparılmışdır, ikincisi, həmin məbləği bütünlüklə tək o özü ödəmişdir, hətta cavabdehə dəfələrlə maddi cəhətdən dəstək olmuşdur, bu məqsədlə ona 3000 manatdan çox pul vermişdir. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 4331/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X18 Prado markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə ödənilən 51.538 (əlli bir min beş yüz otuz səkkiz) ABŞ dolları məbləğində pulun, ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 4331/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinin xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-4331/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi qeyri-obyektiv, əsassız və ədalətsizdir. Məhkəmə öz qətnaməsinin əsası kimi iş üzrə şahidlərin verdiyi ziddiyyətli ifadələrə istinad etmişdir. X1 məhkəmə iclasında verdiyi izahat ilə İddiaçı iddia ərizəsndə göstərdiyi əsaslar arasında uyğunsuzluq vardır.Belə ki, şahid qismində ifadə vermiş X6 ifadəsində İddiaçı və onun oğlunun mübahisə predmeti olan avtomobili internetdən görüb bəyəndiklərini və Tural adlı şəxs vasitəsi ilə gəlib onu tapdıqlarını, 22000 ABŞ dollarını isə İddiaçı aldıqlarını bildirsə də, bu ifadə ilə iddia ərizəsində göstərilən, “iddiaçının avtomobili oğlunun dostu Elnur vasitəsi ilə tapdığını və Elnur tərəfindən ona aparılıb göstərildiyi” kimi qeyd edilənlər ziddiyət təşkil edir.Çıxarılan məhkəmə qətnaməsindəki iddiaçı və cavabdehin məhkəmə iclaslarında vermiş olduqları ifadələrdən isə iddiaçının ifadəsinin X1 ifadəsinə deyil, cavabdehin ifadəsinə oxşar olduğu görünür.Cavabdeh isə məhkəmədə izahat verərkən səmimi olaraq avtomobilin özünün mülkiyyətində olmasına baxmayaraq, iddiaçıya alındığını, lakin ilkin ödəniş olan 22000 manatın onun tərəfindən ödənildiyini, bu halı iddiaçının keçmiş kürəkəni olan Məhəmməd adlı şəxsin də təsdiq edə biləcəyini, avtomobilin satıcısı olan Nazim adlı şəxsə ödəmiş olduğu 22000 manatdan Məhəmməd tərəfindən həmin gün ona sadəcə 6000 manatın ödənildiyini, daha sonra Miri tərəfindən bank vasitəsilə ona olan borc məbləğindən sadəcə 100 manat ödənildiyini, iddiaçının ona bu günədək 15900 manat, onun adına kredit götürülən banka isə hələ də 10000 ABŞ dollarına yaxın borclu olduğunu bildirmişdir. İş materiallarına əlavə edilən AR DİN Baş Dövlət Yol Polisindən verilmiş 19.08 2019-cu il tarixli 016-74499/219 saylı məktubda mübahisə predmeti olan avtomobilin ilkin mülkiyyətçisi cavabdehin də bildirdiyi kimi, X12 olmuşdur. Məhkəmənin ziddiyyətli ifadə verən şahid kimi ifadəsinə əsaslandığı X6 isə həmin avtomobilin etibarnamə üzrə sahibi olmuşdur. İddiaçının bir neçə dəfə tələbini dəqiqləşdirməklə manipulyasiya etməsi və məhkəmənin buna göz yumması cavabdehin uzun müddət İddiaçı və onun ailə üzvlərinin istifadəsində olmuş avtomobilə görə məhkəmənin nəzərə almadığı 15900 manatı və avtomobilin amortizasiyaya uğraması ilə bağlı xərcləri İddiaçı tələb etmə hüququnu ortaya çıxarmışdır. Bütün bu hallar cavabdehin bu cür tələblə Saatlı rayon Məhkəməsinə müraciət etməsinə və apelyasiya şikayəti verdiyi mülki işdə icraatın dayandırılmasına əsas ola biləcək hallardır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X5 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X9 edilməsi Agentliyi MMC-nin nümayəndəsi X7 apelyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən iddianın tam təmin edilməsi hissəsində ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 262/13 saylı kredit müqaviləsindən görünür ki, borcverən Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank avtomobil alınması üçün borcalana 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 28800 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 262/13 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə ipoteka saxlayanla ipoteka qoyan arasında xx.xx.2013-cü il tarixli 262/13 saylı kredit müqaviləsinə əsasən kredit alana 28800 ABŞ dollarının 36 ay müddətinə 19% ilə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi X19 Prado markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyulmuş əmlak 41000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İpoteka ilə təmin edilmiş öhdəliyin 36 ay müddətində icra edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh adından onun etibarnamə əsasında hərəkət edən nümayəndəsi İddiaçı xx.xx.2016-cı ildə nəqliyyat vasitəsinin idarə edilməsi üçün X10 xx.xx.2021-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan etibarnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh Ağayeva Könül Abasəli qızına xx.xx.2043-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir və etibarnamə üzrə səlahiyyətlər X10 ötürülmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı Cavabdeh 36 ay müddətinə, illik 19 faiz olmaqla 28.800 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan Cavabdeh adına “hesabdan çıxarış”dan görünür ki, xx.xx.2013-cü ildən xx.xx.2017-ci ilə kimi kredit ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialının xx.xx.2017-ci il tarixli S-AVK-XAC-18 saylı təhvil-təslim Aktından görünür ki, borclu Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-dəki şəxsi borc hesablarından çıxarışa əsasən avtokredit üzrə əsas borc 8100 ABŞ dolları, faiz borcu 1852.25 ABŞ dolları, cəmi borc məbləği 9952.25 ABŞ dolları təşkil edir. İş materiallarında olan AR DİN-nin BDYPİ tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli 74499/219 saylı məktubdan görünür ki, X19 Prado markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013 - xx.xx.2014-cü illərdə etibarnamə ilə X4 istifadəsində olmuş, xx.xx.2013-cü ildə qeydiyyatdan çıxmış, xx.xx.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin iclasında kollegiya avtomobilin iddiaçının istismarında olduğu müddətdə aşınma səviyyəsini müəyyən etməkdən ötrü mütəxəssis dəvət etmiş, “xxxxxxxx” MMC-nin UNİ/O 05-285/20 saylı, xx xxxxxxx 2020-ci il tarixli rəyində bildirilmişdir ki, “X19 Prado” markalı, **-KH-*** dövlət nömrə nişanlı avtomobilin 2013-cü ildən 2019-cu il tarixə qədərki dövrdə istifadə olunması ümumi amortizasiya (aşınma) məbləği 31.947 ABŞ dolları məbləğində olması müəyyən olunmuşdur. Həmçinin, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş “X16” tərəfindən tərtib olunmuş mütəxəssis rəyindən görünür ki, 2010-cu il buraxılışlı “X19 Prado” markalı universal tipli nəqliyyat vasitəsinin 2013-cü ildən 2019-cu ilədək müddətdə günlük, aylıq və icarə haqları cəmi 67.800 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı xx.xx.2013-cü il tarixdə mübahisəli X19 Prado markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili 50.000 ABŞ dollarına əldə etmiş və həmin avtomobili qarşılıqlı razılaşma əsasında Cavabdeh adına rəsmiləşdirmişlər. Avtomobilin əldə edilməsi məqsədi ilə pulun 22.000 ABŞ dolları hissəsi iddiaçı tərəfindən satıcıya şəxsən verilmiş, qalan pulun ödənilməsi üçün isə Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında mübahisəli avtomobil bank qarşısında ipoteka ilə yüklü edilməklə, 28.800 ABŞ dolları məbləğində kredit götürülmüş və həmin məbləğdən 28.000 ABŞ dolları satıcıya ödənilmişdir. Tərəflər şərtləşmişlər ki, cavabdehin Bank qarşısında öhdəliyi iddiaçı tərəfindən icra ediləcəkdir. Bu razılaşmaya uyğun olaraq, avtomobil cavabdeh tərəfindən verilmiş uzunmüddətli etibarnamələr əsasında iddiaçının və onun ailə üzvlərinin istifadəsində olmuş, İddiaçı isə Beynəlxalq Bankdan götürülmüş kredit üzrə 2017-ci il tarixədək ödənişlər etmişdir. Lakin həmin müddətdən sonra iddiaçı tərəfindən aparılan ödənişlər dayandırılmış (iddiaçı bunu ABŞ dolları ilə verilən kreditlər üzrə güzəştlərin tətbiq ediləcəyini gözləməsi ilə izah etmişdir), nəticədə bank qarşısında Cavabdeh 9952.25 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsinə dair kreditor Bank Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra, Cavabdeh həmin borcun ödənilməsini İddiaçı tələb etsə də, sonuncu həmin məbləği banka ödəməmiş, bu səbəbdən Cavabdeh 2019-cu ildə mübahisəli avtomobili İddiaçı sahibliyindən geri götürmüşdür. Məhz bundan sonra İddiaçı Cavabdeh qarşı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, onun tərəfindən avtomobilin alınması üçün ödənilmiş pulu, həmçinin banka ödənilmiş faiz məbləğini, cəmi 51.538 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. İşin müəyyən edilmiş hallarına məhkəmə kollegiyası qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi formal olaraq qanuni və əsaslıdır. Belə ki, qeyd edilən məbləğlərin iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə təsdiq olunur. Bununla yanaşı, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli avtomobil 2013-cü ildən 2019-cu il tarixədək olan müddət ərzində iddiaçının və onun ailə üzvlərinin fasiləsiz olaraq istifadəsində olmuşdur. Kollegiya hesab edir ki, hazırkı iddia tələbinin əsasını AR Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri təşkil edir. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. İşin hallarını və qanunvericiliyin bu qeyd edilən tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı əsassız varlanma ilə bağlı iddiası qanuni və əsaslıdır. Lakin bununla yanaşı, kollegiya qeyd edir ki, qanunvericiliyin həmin normalarından da göründüyü kimi, məhrum olan varlanmış şəxsə qarşı qaytarma tələbi ilə bağlı iddia irəli sürərkən varlanmış şəxsin onun hesabına bu normalarda sadalanan şərtlərə uyğun olaraq tək əmlak əldə etməsini deyil, həmçinin əldə etdiyi əmlakın dəyərini sübut etməlidir. Başqa sözlə, varlanmış şəxsin əsassız varlanmasının həcmi müəyyən edilməlidir. İddiaçı cavabdehin onun hesabına əsassız olaraq 51.538 ABŞ dolları həcmində varlandığını iddia etmişdir. Tərəflər mübahisə etmirlər ki, iddiaçı cavabdehlə öz arasında olan razılaşmaya əsasən sonuncunun adına mübahisəli avtomobili 50.000 ABŞ Dollarına əldə etmiş, həmin avtomobil Azərbaycan Beynəlxalq Bankında ipoteka ilə yüklü edilərək cavabdehin adına 28.000 ABŞ Dolları məbləğində kredit götürülmüş və həmin məbləğ avtomobilin satıcısına ödənmiş, həmin kredit borcunun və ona hesablanmış faizlərin iddiaçı tərəfindən qaytarılacağı razılaşdırılmışdır. Həmçinin, iş materiallarında olan sübutlarla o da müəyyən edilir ki, iddiaçı digər 22.000 ABŞ dolları məbləğində pulu nəğd olaraq avtomobilin satıcısına ödəmişdir. Tərəflərin razılığına əsasən avtomobil alındığı 2013-cü ildən iddiaçının və onun ailə üzvlərinin istifadəsində və sahibliyində olmuş, bu məqsədlə cavabdeh iddiaçının özünə və onun ailə üzvlərinə müvafiq etibarnamələr vermişdir. Həmin avtomobil cavabdehin təşəbbüsü ilə 2019-cu ildə polis əməkdaşları tərəfindən iddiaçıdan alınaraq ona təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin adına alınmış avtomobilə görə ödənişləri o şərtlə ödəməyə razılaşmışdır ki, həmin avtomobil onun və ailə üzvlərinin daimi istifadəsində və sahibliyində olacaqdır. İddiaçının həmin avtomobili 2013-cü ildən 2019-cu il tarixədək olan müddət ərzində fasiləsiz olaraq istismar etməsi nəticəsində həmin avtomobil amortizasiyaya uğramış və 2013-cü ildə olan öz ilkin dəyərini itirmişdir. Məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən həmin avtomobilin qeyd edilən müddət ərzində uğradığı amortizasiyanın məbləği 31947,00 ABŞ dolları həcmində müəyyən edilmişdir. Belə olan halda, kollegiyanın gəldiyi qənaətə görə hazırkı şəraitdə Cavabdeh İddiaçı mübahisəli avtomobilə görə ödəmiş olduğu ümumilikdə 51.538 ABŞ Dolları məbləği həcmində əsassız varlanmasını iddia etmək düzgün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən çıxış edərək (varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır), hazırkı yaranmış vəziyyətdə Cavabdeh əsassız varlanmasının həcmi mübahisəli avtomobilə görə ödənilmiş pulun məbləği ilə deyil, onun real əldə etdiyi əmlakın dəyəri ilə müəyyən edilməlidir. Cavabdeh əldə etdiyi əmlakın onun iddiaçı tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiyaya məbləği nəzərə alınmaqla, (51538,00 ABŞ dolları-31947,00 ABŞ dolları = 19591,00 ABŞ dolları) 19591,00 ABŞ dolları təşkil edir. Ona görə də, iddia tələbi yalnız həmin məbləğə aid hissədə qanuni və əsaslı hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və hazırkı iddianı tam təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 4331/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19591,00 ABŞ dolları (Azərbaycan manatının qətnamə icra edildiyi günə olan məzənnəsi ilə) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2551/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2551/2020
22.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver