Məhkəmə qərarları › İş №2(103)-2580/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2580/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2580/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X4 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindənverilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2015-cı ıl tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən 65000 ABŞ dolları əsas borc, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 14078 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 4180 ABŞ dolları faiz borcu olmaqla, cəmi 83258 ABŞ dolları borcun, xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsinə əsasən 5495 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1319 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 339 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7153 ABŞ dolları borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manaın tutulması, tutmanın Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2015-cı ıl tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 65000 ABŞ dolları əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 14036,46 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 4180 ABŞ dolları faiz borcu olmaqla, cəmi 83216,46 (səksən üç min iki yüz on altı dollar qırx altı sent) ABŞ dolları borc, xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsi üzrə 5495 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1065,03 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 339 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6899,03 (altı min səkkiz yüz doxsan doqquz dollar üç sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 29,70 (iyirmi doqquz manat yetmiş qəpik) manat hissəsinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı X3 ödənilməsi, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinə yönəldilməsi və mənzilin ilkin satış qiyməti 160000 (bir yüz altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin məzildən çıxarılması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlili: Cavabdeh1 apelyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, kredit müqaviləsi fərmanın təsirir altına düşür, həmin müqaviləyə münasibətdə restrukturizasiya tətbiq edilməli olduğu halda edilməmişdir. Göstərilənlərə əsasən, rayon qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Rəsulova apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, ümumi borc 70 min manatı keçdiyindən, hazırkı kredit müqaviləsi fərmanın təsiri altına düşmür, bu səbəbdən, şikayətin təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-cı il tarixli, KXM 01 saylı kredit xətti müqaviləşinin surətindən görünür ki, borc a!ana 24 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 65000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləşinin surətindən görünür ki, borc a!ana 18 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Xətai rayonu 100 saylı MKİS-nin xx.xx.2108-ci il tarixli Forma 2 arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilində qeydiyyatdadırlar. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər xx.xx.2017-ci il tarixdə ipotekaqoyana göndərilmiş, qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnə təqdim olunmuş və qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2018-ci il tarixə Cavabdeh1 banka olan borcu xx.xx.2015-cı ıl tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi qzrə 65000 ABŞ dolları əsas borc, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 14078 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 4180 ABŞ dolları faiz borcu olmaqla, cəmi 83258 ABŞ dolları borcun, xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsi üzrə 5495 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017ci il tarixinə 1319 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 339 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7153 ABŞ dolları təşkil edir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-cı ıl tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsi üzrə borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, 31370 saylı ekspert rəyinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu 83.216,31 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə- 64.999,98 ABŞ dolları; faiz borcu üzrə- 14.036,46 ABŞ dolları; 5%-lə (cərimə)- 4.179,86 ABŞ dolları. Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu 6.843,31 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə- 5445,54 ABŞ dolları, faiz borcu üzrə- 1065,03 ABŞ dolları. 5%-lə (cərimə)- 335,03 ABŞ dolları Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirilməsi “X7” MMC-yə həvalə edilmişdir. “X7” MMC-nin xx.xx.2019-cu il tarixli, H/03- GHM saylı hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzili 160000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd edilən Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşlilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə) Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar