Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2622/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında AZ-İİ serialı, 137656 nömrəli şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X7 arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanılmışdır.
2. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı X15 İdarəsinin MMX üzrə mühafizəçisi vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqısı 310 manat təşkil etmişdir.
3. Vətəndaşlar Könül və Lamiyə İbrahimovaların müraciətlərinə baxılmasının nəticəsinə dair TİŞ-in TAB-ın inspektoru İlqar Malışov, TİŞ-in rəis müavini, o da TAB-ın rəisi Ziya Ağayev, Təşkilat-inspektor şöbəsinin rəisi Asəf Dəmirov, Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən vətəndaş Lamiyə İbrahimovanın sağ qulağında eşitmə azlığının olması barədə arayışda həmin fiziki qüsurun yaranma səbəbinin göstərilmədiyi, eləcədə sonuncunun həyat yoldaşı tərəfindən döyülmədiyi barədə izahatının nəzərə alınması təklif olunmuş, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək rəsmi nikah münasibətdə olduğu vətəndaş L.İbrahimova və sonuncunun anası K.İbrahimova ilə mütəmadi olaraq mübahisə edərək münaqişəli vəziyyət yaratdığına, qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərdiyinə, həmin hərəkətləri vətəndaşın haqlı şikayətinə səbəb olduğuna, habelə yoxlama prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə görə X15 İdarəsinin mülki mühafizəçisi İddiaçı ciddi intizam tənbehinə cəlb olunmağa layiq bilinmişdir.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X12 regional “ASAN xidmət” mərkəzi tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X15 İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda mərkəzdəki fəaliyyət dövrü ərzində DİN-nin Baş Mühafizə İdarəsinin X15 İdarəsinin əməkdaşı İddiaçı bu ali, məsuliyyətli və səmərəli işlərində onlarla çiyin-çiyinə çalışdığı, asayışın qorunmasında yardım etdiyi, onun hər zaman qətiyyətli və xidmətdə peşəkar olduğu, həmçinin vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl etdiyi qeyd edilmiş, bu səbəbdən İddiaçı “ASAN xidmət” mərkəzində göstərdiyi əzm və köməyə görə dərin təşəkkür bildirilmişdir.
5. DİN-nin Baş Mühafizə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən X15 İdarəsində mülki mühafizəçi vəzifəsində işləyən kürəkəni İddiaçı ailəsində münaqişə yaradaraq həyat yoldaşı Lamiyə İbrahimovanın qulaq pərdəsini zədələməsi, boy həddi və yaşı nəzərə alınmadan Mühafizə xidmətində işə qəbul edilməsi barədə vətəndaş X9 İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı elektron müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.1993-cü il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul olunan İddiaçı Gəncə şəhər X10, 1994-cü ilin yanvar ayından isə Gəncə şəhər Polis İdarəsində sıravi və kiçik rəis heyəti üzrə müxtəlif vəzifələrdə xidmət etmişdir. 2012-ci ilin dekabr ayından 2014-cü ilin fevral ayınadək Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi təyinatlı bölüyündə polis nəfəri vəzifəsində xidmət etmiş İddiaçı xx.xx.2014-cü il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən öz arzusu ilə xidmətdən xaric edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdən Gəncə RMİdə mülki mühafizəçi vəzifəsində işləyən İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək rəsmi nikah münasibətində olduğu vətəndaş Lamiə İbrahimova və sonuncunun anası Könül İbrahimova ilə mütəmadi olaraq mübahisə edərək, münaqişəli vəziyyət yaratmış, bu zəmində qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili özünə məxsus olan smartfon tipli mobil telefondan “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərmişdir. Qeyd olunan hərəkətləri ilə DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirən mülki mühafizəçi İddiaçı barəsində haqlı şikayət olunmasına zəmin yaratmış, eləcə də xidməti yoxlama prosesində qeyri-səmimi mövqe tutmuşdur. Göstərilənlər nəzərə alınaraq Baş Mühafizə İdarəsinin müvafiq əmri ilə mülki mühafizəçi İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmuşdur. Yoxlama nəticəsində İddiaçı mülki mühafizəçi vəzifəsinə qəbulu prosesində yol verildiyi müəyyənləşdirilməmişdir. Müraciətinə baxılmasının nəticəsi barədə vətəndaş K.İbrahimovaya məlumat verilmişdir.
6. Azərbaycan Respublikasının Cavabdeh “Gəncə RMİ-nin mülki mühafizəçisi İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə” xx.xx.2021-ci il tarixli, Ə272-038-21 saylı əmrinə əsasən cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək, rəsmi nikah münasibətində olduğu vətəndaş L.İbrahimova və sonuncunun anası K.İbrahimova ilə mütəmadi olaraq mübahisə edərək, münaqişəli vəziyyət yaratdığına, qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərdiyinə, həmin hərəkətləri vətəndaşın haqlı şikayətinə səbəb olduğuna, habelə yoxlama prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə görə X15 İdarəsinin mülki mühafizəçisi İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmuşdur.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda onun X15 İdarəsində mülki mühafizəçi vəzifəsində işləyən kürəkəni İddiaçı ailəsində münaqişə yaradaraq həyat yoldaşı Lamiə İbrahimovanın qulaq pərdəsini zədələməsi, boy həddi və yaşı nəzərə alınmadan Mühafizə xidmətində işə qəbul edilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı elektron müraciətinə baxıldığı və aparılmış xidməti yoxlama nəticəsində mülki mühafizəçi İddiaçı ona qarşı qeyri-etik hərəkətlərə yol verdiyi və digər qəbahətləri müəyyənləşdirildiyindən Baş Mühafizə İdarəsinin müvafiq əmri ilə onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyi bildirilmişdir.
8. X8 tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə o, X15 İdarəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi İddiaçı xidmətdən xaric olması ilə əlaqədar bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Gəncə Asan Xidmət mərkəzinə gedəndə tanışı həmin yerdə xidmət aparan mühafizəçi İddiaçı telefonunun xarab olduğunu, ona kömək etməsi barədə ondan xahiş etmiş, o, isə telefonu düzəldən zaman telefona virus düşdüyünü görmüş və həmin an telefon öz özünə proqramlara girməyə başlamış və sonda telefonun ekranına “Whatsapp” proqramı gələrək, öz özünə nəsə göndərmiş, bundan sonra telefon donmuşdur. Nəticədə İddiaçı telefonunda olan sonuncu nömrəyə qeyri-etik şəkil onun tərəfindən göndərilmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyri-etik şəkil göndərilən nömrənin sahibi İddiaçı qayınanasıdır. Bu məsələdə bütün məsuliyyət və qəbahət onun üzərinə düşür. İddiaçı heç bir günahı yoxdur.
9. Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə1338 ş/h-038-21 saylı əmrinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (şçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) X15 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsindən azad edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11129/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi tələbinə dair 2-1(112)-11129/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Cavabdeh hərəkətinin qanunsuz hesab edilməklə onun işdən azad olunması ilə bağlı əmrinin ləğv edilərək, tutduğu vəzifəyə (işə) bərpa olunması və məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi və cavabdeh tərəfindən onun qanunsuz vəzifədən (işdən) çıxması ilə bağlı ona dəymiş 5.000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət AR Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq polis nəfəri kimi fəaliyyət göstərmişdir. İşlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun inzibati tənbeh almamış və qanun pozuntusuna yol verməmişdir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlmiş və əmək fəaliyyətini layiqincə icra etmişdir. Cavabdehin həm hazırki hərəkəti, həm də qəbul etdiyi və ona təqdim etmədiyi əmr qanunsuzdur. Fəaliyyətinə xitam verilməsinin səbəbi ilə maraqlanan zaman müəyyən etmişdir ki, ona aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarılmışdır. O, heç zaman fəaliyyəti zamanı qeyri-etik davranışlara və digər qəbahətlərə yol verməmişdir. Hazırda qayınanası ilə onun və həyat yoldaşının münasibəti ailə daxili və ailə sirri olan münasibətlərdir. Onunı tərfindən əmək fəaliyyətinin icrası zamanı heç bir qeyri-etik davranışlara yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində (qanun preambulasında) qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X6 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, onlara xitam verilməsi və bu münasibətlərinin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Bu prizmadan çıxış edərək, Əmək Məcəlləsinin 2 və 3cü maddələrində əmək müqaviləsinin bağlanmasında tərəflərin haqqa və ədalətə söykənməklə müqaviləyə uyğun hərəkət etmələri, haqlı araşdırma aparmaları, işəgötürən tərəfindən işçi barədə qəbul edilmiş qərarların doğru və düzgün olması halları müqaviləyə əsasən doğru olmalıdır. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyanın vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini iddia ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir.
14. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Gəncə RMİ-də mühafizəçi işləyən İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək rəsmi nikah münasibətdə olduğu L.İbrahimova və sonuncunun anası ilə münaqişəli vəziyyət yaratmış, bu zəmində qeyrietik tərzdə çəkilmiş intim fotoşəkili özünə məxsus olan smartfon tipli telefonda “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərmişdir. Qeyd olunan hərəkətləri ilə DİN-nin Mühafizə Xidmətinin nüfuza xələl gətirən mülki mühafizəçi İddiaçı barəsində haqlı şikayət olunmasına zəmin yaratmış, eləcə də xidmət yoxlama zamanı qeyri-səmimi mövqe tutmuşdur. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, müddətin tətbiqinə dair ərizə təqdim etməklə, iddia tələbi rədd edilməlidir. İddiaçı ilə cavabdeh arasında yaranmış münasibət faktiki olaraq əmək münasibətidir. Bu səbəblə onlar arasında yaranmış mübahisəyə əmək qanunvericiliyi tətbiq edilmişdir. Belə olan halda, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən iddiaçı tələbetmə müddətini ötürmüşdür. ƏM-nin 296-cı maddəsinin ikinci hissəsinin mənasına görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Fərdi əmək mübahisələrinin anlayışı, konkret tərifi Əmək Məcəlləsində göstərilmişdir. Belə ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Eyni zamanda, fərdi əmək mübahisələrinin predmetinin dəqiq siyahısı AR ƏM-nin 288-ci maddəsində sadalanmışdır. Həmin maddənin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisəsinin predmetidir. Bundan əlavə şəxsin öz hüququnun pozulduğu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Göründüyü kimi, hazırki mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu vaxt BMİ-nin 3 sentyabr 2021-ci il tarixli, Ə272-038-21 nömrəli əmrinin qəbul edildiyi tarixdir. Beləliklə, qeyd olunanlar ilə müəyyən olunur ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür, bu müddətini bərpasının üzrlü hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. Bundan başqa iddiaçının yaranmış fərdi əmək müğahisəsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada müraciət etmək hüququ məhdudlaşdırılmamışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin əsassız hesab edilməsi, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizənin təmin edilməsi və iddia müddəti tətbiq edilməklə də iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikasının Cavabdeh İddiaçı işdən azad olunması barədə Ə1338Ş/h-038-21 saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikasının Cavabdeh X15 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Azərbaycan Respublikasının Cavabdehndən dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 50 (əlli) manat, dövlət nəfinə isə ayrıca 50 (əlli) manat məbləğində pulun tutulması qət edilmişdir. (hakim X11)
16. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. İddiaçının şəxsi həyatı ilə bağlı şəxsi yazışmalarının olması onun öz əmək funskiyalarının yerinə yetirilməməsi kimi qiymət verilə bilməz. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən də görünür ki, cavabdeh tərəfindən iddiaçının üzərinə etik davranışla bağlı hər hansı bir şərt (əlavə iltizam və s) qoyulmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək, qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə ilk olaraq, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl qanunvericiliyin yeni tələblərinə uyğun olaraq mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Mediasiya Təşkilatı cavabdehin nümayəndəsini ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 13 gün əvvəlcədən, yəni xx.xx.2022-ci il tarixli dəvət məktubu vasitəsi ilə məlumatlandırmış, xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmiş və bu barədə mediasiya təşkilatı müvafiq arayış tərtib edilmişdir. Nəticədə məhkəmə hesab etmişdir ki, iddiaçı ilkin olaraq düzgün olmayan məhkəməyə (Gəncə İnzibatı Məhkəməsinə) müraciət etmiş olsada bu hal müddətin ötürülməsi kimi nəzərə alına bilməz. Çünki iddiaçı fərqli məhkəməyə müraciət etməklə artıq məhkəmə müdafiəsi hüququndan vaxtında müddəti ötürməməklə istifadə etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərdən və qəbzlərdən görünür ki, iddiaçı istər ilkin olaraq məhkəməyə müraciət edərkən, istər mediasiya təşkilatına müraciət edərkən, istər mediasiyadan imtinanı aldıqdan sonra yenidən məhkəməyə müraciət etdikdə belə heç bir hissədə bir aylıq müddəti ayrı-ayrılıqda ötürməmişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsinin dəlillərini tam əsassız hesab etmişdir. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 5.000 manat tutulması hissəsini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını bildirsə də, ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Eyni zamanda, cavabdehdən iddiaçının xeyrinə mediasiya prosesində Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat məbləğində pulun tutulması qənaətinə də gəlmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 10cu, 70-ci, 71-ci, 76-cı, 80-cı, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 76-cı, 119-cu, 217-ci maddələrinə, Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 35-ci maddəsinə, “Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8.05.2008-ci il tarixli, H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx.xx.2005-ci il, R.Salamovun şikayəti üzrə xx.xx.2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli Qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işdən azad olunması ilə bağlı qəbul edilən qərar özlüyündə əsaslı olsa da, birinci instansiya məhkəməsinin qətnaməsi kifayət qədər yanlış olmaqla hüququn tətbiqi və bu qəbildən olan işlər üzrə mövcud olan praktikanın kobudcasına pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə qətnaməsində “iddiaçının şəxsi həyatı ilə bağlı şəxsi yazışmalarının olması onun öz əmək funskiyalarının yerinə yetirilməməsi kimi qiymət verilə bilməz” və “iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən də görünür ki, cavabdeh tərəfindən iddiaçının üzərinə etik davranışla bağlı hər hansı bir şərt (əlavə iltizam və s) qoyulmamışdır” formasında öz əksini tapan nəticələr əssasız olmaqla, iddiaçının fəaliyyət göstərmiş olduğu orqanın əməkdaşlarının hüquqi statusunu tənzimləyən aktların bu məsələ ilə bağlı sərgilədiyi mövqe və onda əks olunan məcburi tələblər konkret və aydındır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu maddəsinə və “Polis haqqında” Qanunun 34-cü maddəsinə görə daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməməlidir. Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nin 3-cü maddəsinə görə daxili işlər orqanları əməkdaşı Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən yol verilən nöqsan ailə-məişət münasibətləri deyil, şəxsin xidməti fəaliyyəti çərçivəsində qiymətləndirilməlidir. Belə ki, yuxarıda adıçəkilən aktlar daxili işlər orqanları əməkdaşlarının qarşısına məhz bu qəbildən olan tələblər qoyur və onlara əməl olunmasını məcburi edir. Buna görə də məhkəmə tərəfindən işə hüquqi qiymət verilməzdən əvvəl o hərtərəfli araşdırılmalı, mövcud qanunvericilik əhatəli təhlil olunmalıdır. Beləliklə, İddiaçı tərəfindən edilən hərəkətlərin polis əməkdaşının statusu və fəaliyyəti ilə bir araya sığmadığı, eləcə də cəmiyyət və vətəndaşlar nəzdində xidmət göstərmiş olduğu orqan və onun əməkdaşları haqqında mənfi təəssüratlar yaratdığı, nüfuzuna xələl gətirdiyi göz önündə olmaqla, qanunvericiliklə müəyyən edilmiş normaların kobud şəkildə pozulduğunu və barəsində qəbul olunan qərarın doğruluğunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin məzmununa görə işçinin fərdi əmək mübahisəninə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırki mübahisə üzrə şəxsin öz hüququnu pozulduğu bilməli olduğu vaxt BMİ-nin xx.xx.2021-ci il tarixli Ə272-038-21 nömrəli əmrinin qəbul edildiyi tarixdir. Buna görə də iddiaçı qanunvericiliklə müəyyən olunmuş 1 aylıq müddəti ötürmüşdür. Lakin məhkəmənin bu məsələdə sərgilədiyi mövqe düzgün olmamaqla birlikdə, qanunun yanlış tətbiqini ehtiva edir. Belə ki, iddiaçı əvvəlcə düzgün olmayan məhkəməyə (İnzibatı Məhkəməyə) müraciət etmişdir və bu hal məhkəmə tərəfindən üzrlü hal kimi qiymətləndirilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsindəki göstəriş aydın olmaqla birlikdə onda göstərilən 3 aylıq müddət sadəcə fərdi əmək mübahisəsinə baxan orqana şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur”. Yenə həmin qərarda göstərilmişdir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: 1) yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; 2) müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması. Bundan başqa iddiaçının yanlış məhkəməyə müraciət edərkən müddətə riayət etməsi və ya mediasiya prosesi zamanı müəyyən olunmuş müddətlərə əməl etməsi formasında olan bir əsaslandırma kifayət qədər əsassız olmaqla, qanunu tətbiq edən orqan tərəfindən də onun mahiyyətinin dərk olunmaması barədə də suallar yaradır. Çünki şəxsin öz hüququndan istifadə edə bilməməsi onun hüququna olan şəxsi münasibəti olmaqla, bundan necə istifadə etməsi tamamilə şəxsin öz ixtiyarındadır və buna görə də tərəflərin öz hüquq və mənafelərinə olan münasibətini necə müəyyən etməsindən asılı olmayaraq, qanunla müəyyən olunan tələblər dəqiq olmaqla onun yanlış formada təfsir olunması ilə şəxslərə əsassız üstünlük yaradılması, eləcə də şəxsin qanunvericiliyi bilməməsi və ya yanlış bilməsi nəticəsində düzgün tətbiq etməməsi onun şəxsi keyfiyyəti və heç bir obyektiv haldan asılı olmayan hadisə olduğu üçün onun üzrlü hal hesab edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində əks olunan “qanunu bilməmək məsuliyyətdən azad etmir” müddəası da məhz bunun əsası qismində çıxış edir. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 9, 14,77, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Təqdim olunan sübutlar işdəki hallarla əlaqəli şəkildə təhlil olunmamış buna görə də qanunun yanlış tətbiq olunması ilə əsassız və qanunsuz nəticəyə gəlinməsinə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etmiş və əlavə olaraq arvadı ilə nikahının pozulmadığını, qaynanası ilə münasibətlərinin yaxşı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
22. Azərbaycan Respublikası Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 296.2-ci maddəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.5-ci maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iddiaçını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
29. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
30. İddiaçı aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Cavabdeh X15 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli Ə1338Ş/h-038-21 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixindən etibarən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, o, tutduğu vəzifədən azad edilmişdir.
31. Lakin əmrdə iddiaçının əmək funksiyasına daxil olan hər hansı işin, əmək müqaviləsi üzrə müəyyən edilmiş hər hansı öhdəliyin yerinə yetirilmədiyi, habelə əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı əmək vəzifələrindən hər hansı birini kobud şəkildə pozması, yəni kobud səhvə yol verməsi göstərilməmişdir. Digər tərəfdən iddiaçının əməlinin iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini hər hansı formada pozması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması da müəyyən edilmir. Halbuki, tətbiq edilmiş normanın tələbləri baxımından (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən) qeyd edilənlər imperativ qaydada əmrdə göstərilməli və əmək müqaviləsinin məhz bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.
32. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi iddiaçının ailə üzvləri ilə münaqişəli vəziyyət yaratması, qeyri-etik tərzdə çəkilmiş intim fotoşəkili “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə qayınanası K.İbrahimovaya göndərməsi, həmin hərəkətləri vətəndaşın haqlı şikayətinə səbəb olması, habelə yoxlama prosesində iddiaçının qeyri-səmimi mövqe tutması, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirilməsi göstərilmişdir. Halbuki, Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə nəzərdə tutulmuş əsasla ləğv edilməsinin konkret şərti təsbit edilmişdir. Həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasına dair imperativ xarakterli müddəa da bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlıdır. Belə ki, əsaslandırmaya dair hüquqi tələb, həmçinin, qeyd edilən şərtin reallıqda mövcud olması faktının təsdiq edilməsi məqsədini daşıyır. Lakin buna baxmayaraq, əmrdə iddiaçının şəxsi həyatı ilə bağlı şəxsi yazışmalarının olması hansı qaydada iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması və ya cavabdehin rəhbərliyinin, habelə onun əməkdaşlarının hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan vurması da göstərilməmişdir. Başqa sözlə, iş yerində nə kimi problemlərin yarandığı və nəticədə cavabdehə hansı ziyanın vurulduğu əmrdən aydın olmur. İddiaçının belə bir hallara yol verdiyi, o cümlədən işlədiyi dövr ərzində onun barəsində ümumiyyətlə hər hansı intizam tənbehinin tətbiq edildiyi məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində əmrin ləğv edilməsi üçün əsasdır.
33. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı birinin düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təfsir edilməməsinin bilavasitə qarşısını alır. Lakin işçinin yazılı izahat verməkdən imtina etməsi də istisna deyil ki, bu hal intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Buna baxmayaraq, yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışda qeyd edilənlərlə bağlı Əmək Məcəlləsinin həmin maddəsinin tələblərinə uyğun olaraq iddiaçıdan yazılı izahatın tələb edildiyi və ya onun izahat verməkdən imtinasının rəsmiləşdirildiyi də müəyyən edilmir. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu halın mövcudluğu da əmrin ləğv edilməsi üçün bilavasitə əsasdır.
34. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Lakin iddiaçının ilkin olaraq düzgün olmayan məhkəməyə müraciət etməsi müddətin ötürülməsi kimi nəzərə alına bilməz və hazırki iddiaya iddia müddətinin tətbiq edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı fərqli məhkəməyə müraciət etsə belə, artıq məhkəmə müdafiəsi hüququndan vaxtında, müddəti ötürməməklə istifadə etmiş və müddət etibarı ilə onun iddiası 2021-ci ilin sentyabr - 2022ci ilin iyul ayları ərzində inzibati məhkəmələrin icraatında olmuşdur. Bununla belə, onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etməsi də onun hərəkətsizliyi ilə bağlı olmamış, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmadıqdan sonra iddiaçı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş mediasiya prosesində iştirak edərək, iddiasını məhkəməyə təqdim etmişdir. Bu səbəbdən hazırki iddia müddətin tətbiq edilməsi barədə ərizə əsasında müddətin ötürülməsi əsası ilə rədd edilə bilməz.
35. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinə verilmiş etibarnamənin düzgün rəsmiləşdirilməməsi səbəbindən xüsusi qərardadın çıxarılması barədə vəsatəti də əsassız hesab edir və belə qənaətə gəlir ki, vəsatətdə göstərilənlərlə bağlı hazırki iş üzrə xüsusi qərardadın çıxarılması üçün hər hansı hüquqi əsas mövcud deyil.
36. Bununla belə, məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbləri baxımından xx.xx.2021-ci il tarixli əmri nəzərdən keçirib, onun məzmununa hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Əmrdə göstərilənlər ümumiyyətlə qeyd edilən maddələrin tərkibini yaratmır. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmiş və bu qənaətinə uyğun olaraq, iddiaçını tutduğu vəzifəsinə bərpa etməklə məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-264/2023 nömrəli, 18 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.