Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2629/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehlər X10 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-ııin xeyrinə xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019- cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 56.158,29 AZN, faiz borcu üzrə 696,79 AZN, cəmi 56.855,08 AZİN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predrrıctinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 56 855,08 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 150.000 (yüz əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 123G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3706/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh2 ölümü ilə bağlı ona münasibətdə işin icraatına xitam verilməsi və X2 İlham Fətiş oğlunun prosessual hüquq varisi kimi işə cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı "xxxx" KB ASC xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2018- ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.597,34 AZN, faiz borcu üzrə 1174,20 AZN, cəmi 53.771,54 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 53771,54 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150.000 (yüz əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 123G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat (əlli üç min yeddi yüz yetmiş dörd manat əlli dörd qəpik) manat məbləğində borcun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödınilmiş 40 manatın tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 (yüz əlli beş min) manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh X5 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X10 və Cavabdeh1 həmin evdən çıxarılmaları və evin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər X4 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, əsas məbləğ və şişirdilmiş faiz məbləğləri ilə bağlı həm mühasibatlılıq ekspertizasının keçirilməsi, həm də ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinin real bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi barədə ekspertizalar keçirməklə, borc məbləginin azaldılmasına və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinin girovdan azad edilməsinə dair qətnamə çıxarılmasını və iddia tələbinin bu hissələrdə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin hesablamalarına əsasən iddiaçı "xxxx" KB ASC-nin tələb etdiyi məbləğlər qismən çıxılmaqla 52597,34 manat kredit məbləği, 1174,20 manat faiz borcu cəmi 53771,54 manat pul məbləği heç bir mühasibatlılıq ekspertizası keçirilmədən yazılmışdır. Həmin məbləğin daha da azaldılması mühasibatlılıq və yenidən qiymətləndirilmə barədə rəyin alınması ilə mümkün ola bilər. Təəsüflər olsun ki, məhkəmə iddiaçı bankın əsassız şikayətlərindən çəkinərək belə səthi və əsassız qətnamə çıxarmışdır. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evi girovdan azad edilməlidir. Çünki həmin mənzilin qiyməti düzgün hesablanmamışdır. Həmin məbləğlər hesablanarkən yalnız iddiaçı bankın maraqları nəzərə alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətin müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iş üzrə digər Cavabdeh1 isə məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin və iş üzrə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda cavabdehlər apellyasiya şikayətindən qətnamənin əsas, faiz borcu və ipoteka predmeti olan əmlakın qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi “iddia tələbinin cavabdeh X3 əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat (əlli üç min yeddi yüz yetmiş dörd manat əlli dörd qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 (yüz əlli beş min) manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaiti cavabdeh X5 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X10 və Cavabdeh1 həmin evdən çıxarılmaları və evin boşaldılmasının”təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 11 iyul 2020-ci il tarixdə “dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı” səbəbindən ölmüşdür. İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki iş xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh2 ölümü ilə bağlı ona münasibətdə işin icraatına xitam verilməsi və X2 İlham Fətiş oğlunun prosessual hüquq varisi kimi işə cəlb edilməsi qərara alınmış olsa da, iddiaçı "xxxx" KB ASC xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, yenidən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borc tələbini, tutmanın ipoteka predmetinə yönəldilməsi xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 58.1-ci mаddəsinə əsаsən, mübаhisə еdilən hüquq münаsibətində və yа qətnаmə ilə müəyyən еdilən hüquq münаsibətində tərəflərdən biri sırаdаn çıхdıqdа (şəхs öldükdə və s.) məhkəmə həmin tərəfi оnun hüquq vаrisi ilə əvəz еtməyə yоl vеrir. Hüquq vаrisliyi prоsеsin hər hаnsı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci mаddəsinin tələbinə görə isə hüquq vаrisi prоsеsə dахil оlаnа qədər prоsеsdə еdilmiş bütün hərəkətlər, оnun əvəz еtdiyi şəхs üçün məcburi оlduğu kimi, hüquqi vаrisi üçün də məcburidir. Göründüyü kimi, qаnunun mənаsınа görə, prоsеssuаl hüquq vаrisliyinə yаlnız о hаldа yоl vеrilir ki, tərəf işə bахılаrkən sırаdаn çıхmış (hаzırki hаldа vəfаt еtmiş) оlsun. Cavabdeh2 isə iddiaçı iddiа ilə məhkəməyə mürаciət еtməzdən хеyli əvvəl vəfаt еtmişdir. Ölmüş şəхsə qаrşı məhkəmədə iddiа qаldırmаq isə yоlvеrilməzdir və bеlə işə məhkəmədə bахılа bilməz. Аzərbаycаn Rеspublikаsı MPM-nin 261.0.1-ci mаddəsinin tələbinə görə, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiа tələbi yönəldiyi şəхs (cаvаbdеh) sаğ оlmаlıdır ki, həmin tələblə bаğlı məhkəmədə cаvаbdеh qismində iştirаk еdə bilsin. Аzərbаycаn Rеspublikаsı MPM-nin 49.1-ci mаddəsində nəzərdə tutulmuş mülkiprosessual fəaliyyət qabiliyyəti də yаlnız sаğ оlаn şəхsə mənsubdur. Ölmüş şəхsə qаrşı məhkəmədə iddiа qаldırılmаsının yоlvеrilməz оlmаsını əsаslаndırmаq üçün hər hаnsı prоsеssuаl nоrmаyа istinаd еtməyə еhtiyаc yохdur. MPMnin 50.1-ci mаddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-nin 50.3-cü mаddəsinə görə də iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qаnunun mənаsındаn dа göründüyü kimi, prоsеsdə yаlnız sаğ оlаn iddiаçı və cаvаbdеh tərəf оlа bilər. Məhkəmə qеyd еdir ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin 4.1-ci mаddəsində bütün fiziki və hüquqi şəхslərin məhkəmə müdаfiəsindən istifаdə еtmək hüququ еhtivа оlunduğu kimi, MPM-nin 47.1-ci maddəsində işdə iştirak edən şəxslərin prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olduqları da nəzərdə tutulmuşdur. MPM-nin 58-ci mаddəsinin hаzırki işə tətbiqi ilə bаğlı məhkəmə bir dаhа qеyd еdir ki, qаnunun mənаsınа görə, prоsеssuаl hüquq vаrisliyinə yаlnız о hаldа yоl vеrilir ki, tərəf işə bахılаrkən sırаdаn çıхmış (hаzırki hаldа vəfаt еtmiş) оlsun. Həmin mаddədə «tərəflərdən» və “həmin tərəfi” sözlərinin işlədilməsi də söhbətin məhz prоsеsin tərəflərindən (iddiаçı və cаvаbdеh) gеtdiyini göstərir, bеlə ki, prоsеsdə tərəflər yаlnız iddiаçı və cаvаbdеh hеsаb оlunurlаr. Mаddənin ikinci cümləsində “Hüquq vаrisliyi prоsеsin hər hаnsı mərhələsində mümkündür” kimi аçıqlаmа dа оnu göstərir ki, hüquq vаrisliyinə bаşlаnmış mülki icrааt prоsеsində yоl vеrilir. MPM-nin 58.2-ci mаddəsində isə аydın şəkildə göstərilmişdir ki, hüquq vаrisi prоsеsə dахil оlаnа qədər prоsеsdə еdilmiş bütün hərəkətlər, оnun əvəz еtdiyi şəхs üçün məcburi оlduğu kimi, hüquqi vаrisi üçün də məcburidir. Burаdаn dа məlum оlur ki, ölmüş şəхsin hüquq vаrisi ilə əvəz оlunmаsı аrtıq bаşlаnmış prоsеsdə bаş vеrir. Ölmüş şəхsə qаrşı məhkəmədə iddiа qаldırılmаsı yоlvеrilməz оlduğu üçün işin məhkəmə bахışınа vеrilməməsi çəkişmə prinsipinin pоzulmаsı kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qеyd еdir ki, işin icrааtınа MPM-nin 261.0.7-ci mаddəsi ilə dеyil, həmin Məcəllənin 261.0.1-ci mаddəsi ilə, yəni iş məhkəmədə bахılmаlı оlmаmаsı əsаsı ilə хitаm vеrilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi “iddia tələbinin cavabdeh X3 əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat (əlli üç min yeddi yüz yetmiş dörd manat əlli dörd qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 (yüz əlli beş min) manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaiti cavabdeh X5 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X10 və Cavabdeh1 həmin evdən çıxarılmaları və evin boşaldılmasının”təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissələrdə iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi “iddia tələbinin cavabdeh X3 əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat (əlli üç min yeddi yüz yetmiş dörd manat əlli dörd qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 (yüz əlli beş min) manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaiti cavabdeh X5 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X10 və Cavabdeh1 həmin evdən çıxarılmaları və evin boşaldılmasının”təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissələrdə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2629/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2629/2023
23.08.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver