Məhkəmə qərarları › İş №2(103)-263/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-263/2024

17.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-263/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb olunmaqla) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi) X8 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh şirkətdə menecer vəzifəsində işləməyə başlamışdır. Cavabdehin 061A/18 nömrəli, xx.xx.2018-ci il tarixli əmrinə əsasən iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni iş ştatının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmişdir. İddiaçı işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutduğu vəzifəyə bərpa edilmiş və əmək funksiyalarını davam etdirmişdir. Bundan sonra cavabdehin xx.xx.2020-ci il tarixli, 06/20 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.

2. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilması barədə xx.xx.2020-ci il tarixli əmrin ləğv olunaraq işə bərpa olunması, xx.xx.2011-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı, müavinətlər, məzuniyyət haqqının gecikdirilmiş hər gün üçün 1% olmaqla kompensasiyanın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

3. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı "işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 16 aprel 2020-ci il tarixli, 06/20 nömrəli əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsinin saxlanılması, ƏƏSMN-in elektron informasiya sistemində xxxxxxx000105 nömrəli X4 qüvvəyə salınması, onun tutduğu vəzifə saxlanılmaqla işə bərpa edilməsi və məcburi iş buraxmaya görə hər buraxılan iş günü üçün 630,07 manat orta əmək haqqının, xx.xx.2011-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməyən əmək haqqı, müavinətlər, məzuniyyət haqqı və digər ödənişlərin əvəzi olan cəmi 155089,9 manat, xx.xx.2011-ci ildən xx.xx.2020-ci il tarixədək ödənilməmiş məbləğlərin hər gecikdirilmiş gün üçün 1% kompensasiya miqdarında 789822,62 manat faktiki hesablaşma günü daxil olmaqla, audit xidməti üçün çəkilən xərcin 4002 manat xərc ödənilməsi və vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə icraata xitam verilmişdir.

7. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfin etibarnaməsini qanunsuz hesab edir. Onun etibarnaməsi notarial qaydada təsdiq olunmamışdır. Etibarnaməni imzalayan şəxs X6 həmin müəssisədə halhazırda fəaliyyətini dayandırmışdır. Həmçinin onun da həmin şəxsə tabeçiliyi yoxdur, lakin onun bütün əmrlərini Nərgiz xanım imzalamışdır. Bildirir ki, onun Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin magistr məzunu olmaqla ixtisası üzrə ümumi 17 il iş təcrübəsi vardır, onun 9 ilini "Sanofı- Aventis Qrup” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində reseptsiz dərmanlar qrupu üzrə regional menecer vəzifəsində fəaliyyət göstərmişdir. 05 fevral 2018-ci il tarixdə cavabdehin rəhbəri Nərgiz Həsənova vəzifəsindən sui-istifadə edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən 25 aprel 2018-ci ildə onu qanunsuz olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddələrinin tələblərini pozaraq iddiaçının müddətsiz əmək müqaviləsinə xitam vermişdir. 2019-cu il tarixdə işə bərpa olunmuşdur. Sonradan ştatın ixtisarı ilə bağlı 20, 21 may və 18 iyun 2019-cu il tarixlərdə vəzifəli şəxslərdən əmrin surətini, yəni iştirak edən vəzifəli şəxslərin imzası və şirkətin Mərkəzi Asiya ofisinin baş direktoru Ranqa Velaratni tərəfindən təsdiq olunmuş sənədin bir nüsxəsini xahiş etmişdir, lakin bu günə qədər rəsmi sənəd təqdim olunmamışdır. O, cavabdehin qanunsuz hərəkətləri barəsində 21 may 2019-cu ildən bu günə qədər Qazaxıstan, Moskva və Fransa ofisinin rəhbərlərinə dəfələrlə müraciət etməyinə baxmayaraq, heç bir cavab almamışdır və qanunsuz hərəkətlərə qarşı tədbir görülməmişdir, əksinə ona qarşı qanun pozuntularına yol verilməsinə şərait yaradılmışdır. Əgər cavabdeh şirkətin fəaliyyəti dayanıbsa, onun işciləri niyə 19-23 dekabr 2019-cu il tarixlərdə Almaatada mitinqə gediblər? 13 yanvarda isə onun adına mitinqə getməklə bağlı çağırış gəlmişdir. Mitinqə gedən işçilərindən Anar Bağırovu işdən çıxardıblar. Ancaq onunla bağlı heç bir sənəd yoxdur. Nərgiz adlı şəxs hal-hazırda menecerdir. İşcilərin vəziflərini dəyişiblər. O, 16 aprel 2020-ci ilədək rəsmi olaraq ştatda olmuşdur. 9 ildir ki, cavabdeh şirkətdə çalışır. O həmin illər ərzində nümunəvi işçi olmuşdur. Real ixtisar 16 aprel 2020-ci ildə olmuşdur. İxtisar qanunsuz olmuşdur. Onu aradan götürmək üçün böyük oyun qurmuşlar. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, onun bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 9 iyun tarixdə yerləşdirilmişdir. Onlar bildirişi vaxtında sistemə daxil etməmişlər. O, çox yerlərə müraciət etmişdir. Cavabdeh ona bildirişi 20 fevralda təqdim etmişdir. Xitam bildirişi 10 iyun tarixdə qüvvədən düşmüşdür. 20 may tarixdə onu işdən çıxarmışlar, ancaq 4 dekabrda isə qarşılıqlı razılaşma təklif etmişlər. 5 fevralda bildirişi vermişlər, sonra ştat cədvəlini təqdim etmişlər. 2 fevralda onun adını silib, Umudova Könülün adını və əmək haqqını yazmışlar. Sonra o da 2 tərəfli razılaşma ilə işdən çıxmışdır. Nərgizin ştat cədvəli tərtib etməyə səlahiyyəti yoxdur. Bununla bağlı məhkəmə qərarında da göstərilmişdir. Ancaq 2019-cu illərdə ştat cədvəlini Nərgiz tərtib etmişdir. Ştat cədvəlində kadrlar və mühasib qol çəkməlidir və müdir təsdiq etməlidir. 20 maydakı ştat cədvəlində isə onun adı yox idi. Ancaq statistikaya verilən məlumatda bu hal yoxdur. Onun adı heç bir ixtisarda qeyd edilməmişdir. Arayışda 2 nəfər işçi göstərir, ştat cədvəlində 23 nəfər göstərir. Məcburi iş buraxma vaxtları üçün əmək haqqı düzgün hesablanmamışdır. O, Əmək Müffətişliyinə müraciət etmiş, ona bildirmişlər ki, haqlıdır. Mühasibatlığa nə qədər müraciət etsə də, ona dəqiq məlumat verməmişlər. 2014-cü ilin hesabatları DMSF-də yox idi. Cavabdeh 2018-2019-cu illərdə onun müavinətlərini ödəmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, 2011-ci ildən 2017-ci ilədək cavabdehin faktiki ona ödənişləri bank hesabları ilə eynidir. Ancaq DMSF-də pul artıq göstərilmişdir. 2011-2017-ci ilədək 558 manat pulu gizlədilmişdir. O, bülletenə çıxanda bunu müəyyən etmişdir. O heç vaxt hesabatlara fikir verməmişdir. Hesab edirdi ki, düzdür. Sonradan bülletenləri müqayisə edəndə görmüşdür ki, fərqlidir. Eyni vaxtda olan bülletenlə bağlı fərqli arayışlar var idi. Mühasibatlıqla dəfələrlə danışmışdır. O məcbur etmişdir ki, DMSF-yə göndərsinlər. O, 2016-ci ildən hesabatları hesablamağa başlamışdır. Məcburi iş buraxma, işədən çıxma ilə bağlı ödənişlərdə DMSFyə göndərilmiş məbləğ arasındakı fərqi bilmək istəyir. Onun 520 manatını sistəmə salmış, ancaq verməmişlər. O, 2011-ci ilin yanvar ayından 2018-ci ilin aprel ayına kimi hesablamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, əmək məzuniyyəti və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar olan pulu eyni vaxtda ödəmişlər. Xəstəlik vərəqəsini hesablamamışlar, gözləyiblər ki, razılığa gəlsinlər. Onda olan sənədlər əsillərdir, ancaq cavabdeh isə surətlərini təqdim edir. Marina gələndən sonra oda bütün məzuniyyət olan günlərini iş günü kimi qeyd etmişdir. Eyni dövrlər üçün fərqli hesablanmışdır. 2019-cu ildən məbləğ düzgün hesablanmamışdır. Onlar onunla prinsip aparmışlar. O, məhkəmə yolu ilə işə bərpa olunmuşdur deyə ona pulu az yazırdılar. xx.xx.2022-ci il tarixli məhkəə iclasında əlavə olaraq bildirmişdir ki, cavabdehin vəkilinin xx.xx.2022 tarixli rəylə bağlı dedikləri əsassızdır. Onların məqsədi işi uzatmaqdır. İşçiyə ödənilən məbləğlərin hamısı əmək haqqına daxildir. İşəgötürən DSMFyə ödəniş edərkən tək əmək haqqı məbləğinin deyil, işçiyə ödədiyi bütün məbləğin 22 faizini ödəyir. Ona ödənilən mükafatdan da vergi tutulmuşdur. Məbləğlərdən vergi tutulubsa onlar hesablamaya daxil olmalıdır. Hesablama cavabdehin vəkilinin bildirdiyi kimi əmək haqqı ilə yox bütün gəlirlər ilə aparılmalıdır. Cavabdehin vəkilinin bildirdiyi sənədlərin əsli var. Əks halda məsuliyyət daşımağa hazırdır. 2020-ci ildə pulu xəstəlik vərəqəsinə əsasən alırdı. Suala cavab olaraq bildirir ki, 2020-ci ilin mart ayında işləməmişdir, işləsə idi 2550 manat alardı. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, möhürsüz sənəd məsələsinə gəldikdə deyə bilər ki, tabel var və həmin tabellə əmrləri yoxladıqda üstüstə düşür. Tabelə də imza çəkən rəhbər Nərgiz Həsənovadır. O bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə sorğu vermişdir və ona bildirilmişdir ki, tabel hüquqi sənəddir. Tabelsiz heç bir əmək haqqı ödənilə bilməz. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, hazırkı son iki rəy bir biri ilə eynidir və biri digərindən köçürülmüşdür. Hətta, şriftləri də eynidir. Onun mükafatlarını nəzərə almamışlar, işəgötürən tərəfindən xəstəlik vərəqəsinə görə verilən əlavə məbləği maddi yardım kimi qeyd etmişlər ki, nəzərə alınmasın. Qərardadda onun iştirakının təmin olunması qeyd edilsə də, ekspert onu yaxın buraxmamışdır. Onun sosial sığorta stajını hər iki ekspert necə müyyən edə bilər? 100 faizlə hesablanmalı olduğu halda daha aşağı faizlərlə hesablanmışdır. Onun əmək kitabçasını görmədən heç kim stajını müəyyən edə bilməz. Əmək kitabçası isə iş materiallarında yoxdur. Tələbə olduğu müddət və hərbi xidmət müddəti nəzərə alınmamışdır. Onun 17 ildən yuxarı stajı vardır. 2013-cü ildə olan mükafatlarını nəzərə almamışlar. Əmək Məcəlləsinin 177.2-ci maddəsində qeyd edilmişdir ki, məzuniyyətdən başqa qalan bütün hallarda orta əmək haqqı hesablanmalıdır. 2011-ci ildən, 2020-ci ilə qədər onun DSMF-yə cəlb edilən gəlirləri nəzərə alınmamışdır. Onun yemək pulu, internet pulu və digər bu kimi xərclərinin adını çöl xərcləri, yol xərcləri qoyaraq, hesablamamışlar. Ümumiyyətlə, hesablayarkən qanunvericiliyə zidd olaraq, istədiklərini nəzərə alıb, istədiklərini almamışlar. Birinci dövlət ekspertizası DSMF-də olan gəlirə uyğun hesablamış, sonuncu ekspertizalar isə DSMF-yə cəlb olunan gəlirləri nəzərə almamışdır. Nazirlər Kabinetinin 189 saylı qərarına düzəliş olunmuşdur, həmin düzəlişdə yazılır ki, xəstəlik vərəqələri DSMF-də olan gəlirlərə əsasən hesablanır. 2011-ci ildən hesablamalar hamısı səhv olaraq elə göstərilmişdir ki, guya şirkət ona artıq ödəmişdir. Belə çıxır ki, o hələ şirkətə borcludur.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2020-ci il traixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə 5 yanvar 2011-ci ildə əmək müqaviləsi bağlanmışdır. 2013-cü ildə onun vəzifəsi dəyişmişdir. Region üzrə “reseptsiz dərmanların satışı” üzrə menecer olmuşdur. Ştat ixtisarı olduğu üçün işdən çıxarılmışdır. Ştat ixtisarı olanda ƏM-də nəzərdə tutulan tələblərə riayət olunmalıdır. Belə ki, işçi 6 həftə qabaqcadan xəbərdar edilməlidir. 20 may 2019-cu ildə ixtisar barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçıya bildiriş göndərilmişdir. İddiaçı özü də bildirişi aldığını bildirmişdir. Eyni zamanda işcinin əmək haqqı və vəzifəsi barədə dövlət orqanlarına məlumat verilməlidir. xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilməli idi. Ancaq 3 gün qalmış iddiaçı məzuniyyət barədə ərizə ilə müraciət etmişdir. Onlar isə əmək müqaviləsinə xitam vermədən, məzuniyyətin bitməsini gözləmişlər. Bu müddət ərzində iddiaçı uzun müddət xəstələnmiş və onlar müddəti yenə uzatmaq məcburiyyətində qalmışlar. xx.xx.2019-cu ildə yenə 2-ci dəfə yenə uzatmışlar. xx.xx.2020-ci ilədək xəstələndiyi üçün xx.xx.2020-ci ilədək uzadılmışdır. Bütün bu müddətlər bitdikdən sonra əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə münasibətlər 2011-ci ildə yaranmış, 2020-ci ildə isə qurtarmışdır. 20 yanvar 2019-cu ildə əmək vəzifəsi ixtisarı olmuşdur. İxtisara səbəb həmin səlahiyyətlərin Qazaxıstanda yerləşən menecer şöbəsinə verilməsi olmuşdur. Etibarnamədə Nərgiz xanımın adının olması Fransada təsdiq olunmuşdur. Digər etibarnamə isə Qazaxıstan notariusu tərəfindən təsdiq edilmişdir. Nərgiz 20 may tarixində nümayəndənin rəhbəri idi. Əmrə əsasən onun ştat ixtisarı etmək səlahiyyəti vardır. Həmçinin iddiaçı əmək stajına uyğun olaraq 6 həftə əvvəl xəbərdar edilmişdir. Müəssisənin nümayəndəliyinin ləğv edilməsinə iddiaçının aidiyyatı yoxdur. Vəzifə ixtisarı ilə bağlı əmr olmalıdır, həmin əmr də vardır. Əmək müqaviləsinə 16 apreldə xitam verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, səhv hesablama ilə bağlı yalnız ekspert rəy verə bilər. Məcburi iş buraxmaya dair isə etirazı vardır. Bununla bağlı qətnamə vardır. Qətnamə qüvvəyə mindikdən sonra icra edilmiş və icraata xitam verilmişdir. İddiaçı ancaq əmək müqaviləsi ilə bağlı tələb irəli sürə bilər. Elə aylar olar ki, tarif maaşı adı maaşa əlavə ödənilmişdir. Bu əvəzetmə ilə əlaqədar idi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə qəti şəkildə razı deyil. Rəy hazırlananda mötəbər sənədlərə istinad olunmalıdır. Ekspert isə üzərində möhür olmayan sənədlərə istinad etmişdir. Onlar əmək haqqı cədvəllərini və əmək müqaviləsini məhkəməyə təqdim etmişlər, lakin ekspert onlara istinad etməyərək, yalnız DSMF sənədlərinə istinad etmişdir. Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli qərarına əsasən yol xərci və digər bu kimi xərclər nəzərə alınmamalı idi. İşçinin əmək haqqı məbləği fərqli qeyd edilmişdir. Bundan başqa Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarında əmək qabiliyyəti müvəqqəti itirildikdə işçinin əmək haqqısının hesablanma qaydası göstərilmişdir. Ekspert isə bunlara məhəl qoymamışdır. 16 aprel 2020-ci ildə əmək müqaviləsinə xitam verilsə də, lakin hesablamanın 31 avqust 2020-ci ilə qədər aparılması da qeyri-müəyyəndir. İddiaçının 2018-ci ildə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sonradan məhkəmə qərarına əsasən işəgötürən tərəfindən iddiaçıya məcburi iş buraxmaya görə pul ödənilmiş və işinə bərpa olmuşdur. Məhkəmə qərarı icraya yönəlmişdir və icra olunduğu üçün icraata xitam verilmişdir. Ekspert rəyində isə həmin pulların da göstərilməyi absurddur. Ekspert auditorun rəyini köçürmüşdür. 2020-ci ilin mart ayında 15 min manat əmək haqqının göstərilməyi real deyildir. O özü də yeni ekspert rəyi gətirə bilər və heç bir sübutun qabaqcadan müəyyən olunmuş hüquqi qüvvəsi yoxdur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, məhkəmə qərarına əsasən İddiaçı məhkəmə tərəfindən işə bərpa olunduğu zaman əmək münasibətlərinin bərpa olunması ilə bağlı əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə işəgötürən olaraq daxil edə bilmirlər. Belə olduqda onların rəsmi müraciətinə uyğun olaraq, bu funksiyanı X7 həyata keçirir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, o, ekspertiza keçirilməsi ilə bağlı aprel ayında müqavilə bağlamışdır, sonra bir neçə dəfə əlavə sənədlər istənildi. Onlar həmin sənədlərin bir qismini arxivdən götürmüşlər. Sonra Məhkəmə Ekspertiza Mərkəzinin rəyi hazır olanda isə, həmin rəy və digər sənədlərdə bir-biri ilə uyğunluq təşkil edib-etməməsi üçün ekspertə təqdim edilmişdir. Nazirlər Kabinetinin 189 saylı qərarının 62-ci bəndində deyilir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında 12 il və daha çox sosial sığorta stajı olan işçilərə qazancın 100 faizi miqdarında, 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə qazancın 80 faizi miqdarında, 8 ilədək sosial sığorta stajı olan işçilərə qazancın 60 faizi miqdarında müavinət verilir. Rəydə müəyyən cədvəllərdə 60 faiz, 80 faiz və 100 faiz göstərilmişdir. Sosial sığorta haqqında qanunun 8-ci maddəsində sığortaolunanın sığorta stajı dedikdə sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərdə tutulur. İnsanın tələbə olduğu müddət və hərbi xidmət müddəti onun əmək fəaliyyəti dövrü deyildir. Nazirlər Kabinetinin 126 saylı qərarında nəzərə alınan və alınmayan ödənişlər göstərilir. Həmin qərarda qeyd edilir ki, maddi yardım kimi ödənilən müxtəlif ödənişlər orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Əmək məcəlləsinin 300-cü maddəsində əmək haqqının və dəymiş zərərin ödənilməsi ilə bağlı norma mövcuddur və orada izah verilir. 2018-ci ildə qəbul olunmuş qətnamə artıq icra olunub, iddiaçı icra olunmuş qətnamə ilə bağlı yenidən icra olunmasını tələb edə bilməz. Əgər iddiaçı hesab etsə idi ki, ona əmək haqqı deyil, orta əmək haqqı ödənilməlidir o halda, 2018-ci ildə məhkəməyə şikayət verə və yaxud icra məmurunun qərarından şikayət verə bilərdi. Onların orta əmək haqqı ödəmək öhdəliyi nə 2018-ci il tarixli qətnamədə, nə də qanunvericilikdə olmuşdur. İddiaçı regional menecer olduğu üçün parking xərcləri və internet xərcləri ona ödənilmişdir. Ofisdən kənarda çöl şəraitində əmək funksiyalarını yerinə yetirdiyi üçün ona əlavə pullar ödənilmişdir. Buna görə bunlar çöl xərci kimi nəzərdə tutulur. Ezamiyyə xərcləri isə başqadır. Nazirlər Kabinetinin müəyyən etdiyi normadan artıq iddiaçıya ödənişlər etmişlər. Ezamiyyə xərclərinin normadan artıq hissəsi sosial sığortaya cəlb olunur. Norma hissəsi isə olunmur.

9. Məhkəmə iclasında iştirak etmiş ekspert Seyidova Föqanə M.Tağı qızı izahat verərək bildirmişdir ki, xəstəlik vərəqəsində günlərlə bağlı iyul ayında birində sıfır, birində 7, birində 15 gün göstərilib. Ən doğru variant 15 gündür, digərlərində mexaniki səhv olub, o da işçinin xeyrinədir. Xəstəlik vərəqələrinin hesablanması Nazirlər Kabinetinin 189 saylı qərarına uyğun aparılmışdır. Nazirlər Kabinetinin 189 saylı qərarının 30-cu bəndində qazancla bağlı əlavələr, mükafatlar, tarif vəzifə maaşı qeyd edilmişdir. Xəstəlik vərəqəsinə əlavə işəgötürən tərəfindən də qeyd edilmişdir ki, könüllü maddi yardımdır. Bu əmək haqqı cədvəllərində qeyd edilmişdir. 2018-ci ildə iddiaçının bildirdiyi ona köçən 7700 manat köçürülmənin onların hesabatla uyğun gəlməmə səbəbi odur ki, həmin dövrdə iddiaçının xəstəlik vərəqəsi var idi və xəstəlik vərəqəsi artıq hesablanmışdı. 2018-ci ilin xəstəlik vərəqəsində nə varsa hesablanmışdır. O, özü hamısını sıfırdan hesablamışdır. Qərardadda hansı suallar qoyulubsa ona cavab verilmişdir. Əvəz etmə əmrində iddiaçının hansı müddətdən müddətə əvəz etməyi qeyd edilmişdir. Həmin müddət də hesablanaraq, iddiaçıya ödənilmişdir. Əmək haqqı tabelə uyğun ödənilir. Əmək kitabçası onda olmayıb, o, tərəfləri çağıraraq, müvafiq qeydlərini aparmışdır. Ekspert rəyində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması cədvəlində 2019-cu ilin iyul ayı üçün 15 gün nəzərə alınmalıdır, sıfır yazılması isə onun mexaniki səhvidir. Sıfır olanda isə işçinin xeyrinə olur. 15 yazılanda isə iddiaçıya cavabdeh tərəfindən artıq ödənilmiş məbləğin həcmi artır. Dediklərini Nazirlər Kabinetinin 189 saylı qərarına istinad edir. 2019cu ilin iyul ayı üçün 7 gün yazılsa da, 15 gün olmalıdır. İşçinin xeyrinə isə 7 gün sərf edir. 15 gün olsa idi artıq ödəniş olduğu üçün iddiaçının cavabdehə borcu artacaqdı. Məhkəmə qərarında da qeyd edilir ki, işə bərpa olunan tarixədək məcburi iş buraxma dövrü ödənilməlidir. Əmrə əsasən də 14 may 2019-cu ildə işə bərpa olunmuşdur. Həmin dövrə qədər də hesablama aparılmışdır. Qərardadın 5-ci sualı üzrə hesablamada əmək haqqı məbləğini əsas götürmüşdür. Əmək haqqı əmək müqaviləsinə uyğun 2555 manatla hesablanmışdır. Əmək məcəlləsinin 300-cü maddəsində də qeyd edilmişdir ki, əmək haqqıdır və həmçinin də məhkəmə qərarı var ki, orada da qeyd edilmişdir ki, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilsin. Məzuniyyət məbləğini Nazirlər Kabinetinin 137 saylı qərarına əsasən hesablamışdır. Orada nəzərə alınan və alınmayan ödənişlər açıqaydın qeyd edilmişdir. Əmək haqqı cədvəlindən də görünür ki, iddiaçıya nəzərə alınmayan ödənişlər ödənilmişdir və bunları o, nəzərə ala bilməzdi. Nə nəzərə alınıbsa, onları əlavə etmişdir. O, DSMF-də olan məbləğləri nəzərə alsa idi, Nazirlər Kabinetinin 137 saylı qərarına zidd olardı. Həmin qərarda açıq-aydın nəzərə alınan və alınmayan ödənişlər göstərilmişdir. DSMF-də cəmi məbləğ göstərilir, onun açıqlanması üçün əmək haqqı cədvəlinə baxılmalıdır. DSMF-də olan cəmi məbləğə baxdıqda hansının nəzərə alınan, hansının isə nəzərə alınmayan olmağını müəyyən etmək qeyri-mümkündür. Nəzərə alınan və alınmayan ödənişlər əmək haqqı cədvəlinə uyğun hesablanır. Nazirlər Kabinetinin 189 saylı qərarına əsasən işçinin stajı 12 ildən artıq olarsa, 100 faizlə hesablanmalıdır. 8 ilə qədərdirsə 60 faiz, 8 ildən 12 ilə qədərdirsə 80 faiz olmalıdır. O, bu müddətləri nəzərə alaraq, hesablamanı aparmışdır. 12 ildən artıq stajı olmadığı üçün 100 faizlə hesablamamışdır. Məzuniyyətin hesablamasında artıq ödəmə və az ödəmənin səbəbi hansısa ayı düzgün hesablamayanda zəncirvari olduğu üçün ondan irəli gəlir. Eyni zamanda nəzərə alınan və alınmayan ödənişlər fərq verir. Xəstəliklə bağlı cədvəllərdə bəzi aylarda iddiaçının qazancının sıfır olması iddiaçının işdə olmaması və əmək haqqı cədvəlində də sıfır qeyd edilməsi ilə bağlıdır. Ekspertizada tərəflərin iştirakı təmin olunmuşdur.

10. Məhkəmə iclasında iştirak etmiş ekspert X9 izahat verərək bildirmişdir ki, ekspert rəyini o hazırlamışdır. Ekspert rəyini hazırlayarkən sənədlərin qanuni və ya qanunsuz və ya mötəbər olması ekspert mühasibin səlahiyyət dairəsinə aid olmadığından iş materiallarında olan sənədlərə istinad etmişdir. Sənədin üzərində imza və möhür olmaması məsələsində əgər sənədlər iş materiallarında əks olunubsa və həmin sənədlərin nəzərə alınmaması ilə bağlı xüsusi irad yoxdursa iş materiallarında olan sənədləri nəzərə alırlar. Əmrlərin üzərində imza möhür olmaması ilə bağlı hesablama aparılması məsələsi ilə bağlı qeyd edir ki, sənədlərin əslinin istənilməsi ilə bağlı məhkəməyə vəsatət verilmişdir. Onlara isə vəsatətə uyğun sənədlər təqdim edilməmişdir. Ümumiyətlə isə onlara sənədlər məhkəmə vasitəsilə daxil olur. Həmin dövr üçün əmrlər kitabında əmrlər göstərilsə imzasız olsa belə nəzərə alınmalıdır. Əmək məzuniyyəti üçün əmək haqqını hesablayanda işçiyə ödənilən yardımları, mükafatları nəzərə almış ya çıxmış olmaları ilə bağlı suala cavab olaraq bildirir ki, əmək məcəlləsinə uyğun olaraq, işçinin əmək məzuniyyətinə çıxan zaman ona ödənilən məbləğlərin nəzərə alınması orada xüsusi qeyd edilmişdir. Orada nəzərə alınmamalı olan yox idi. Onlar da nəzərə alınmalı olanın hamısını nəzərə almışlar. Ancaq individual mükafatları nəzərə almamışlar və onlar bunu Nazirlər Kabinetinin müvafiq qərarı ilə üzləşdirmişlər. Ziddiyyətli sənədlər olduğu üçün auditor rəyi tədqiqatı aparmışdır. Auditor rəyi hansı sənədlərə istinad etmişdirsə onlar da həmin sənədlərin rəqəmlərini hesablama hissəsində yoxlamış və eyni nəticəyə gəlmişlər. Orta əmək haqqı hesablanarkən işçiyə ödənilən maddi yardım nəzərə alınır sualına cavab olaraq bildirir ki, maddi yardımın individual və ya kütləvi olması barədə əmrə baxmaq lazımdır. İndividual olanlar nəzərə alınmır. Vergi ödənilən ödəmələr o demək deyil ki, hamısı nəzərə alınmalıdır. Gəlir ümumi anlayışdır. Onun içində isə nəzərə alınan və alınmayanlar var. Dövrləri isə xatırlamır, audit yəqin ki dövrlərin hesablanmasında nəyə isə istinad etmişdir. Ekspert qarşısında qoyulan sualda dövr konkret günlər üzrə göstərilməyərək, 2011-2020ci il aralığı göstərilmişdir. Məzuniyyət pulu əmək müqaviləsinə xitam verilməsinin sistemə vurulduğu tarixə qədər hesablanır.

11. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, məhkəmə qərarı ilə işçinin işə bərpası ilə bağlı bildirir ki, bu halda işəgötürən əsaslı sübutlarla birlikdə X7 Xidmətinə rəsmi qaydada müraciət edir. X7 Xidməti işə bərpa etmir, sadəcə işçini təkrar işə götürmək üçün sistem üzrə razılıq verir. Həmin razılıq əsasında işəgötürən həmin xitamı etibarsız edir. Yəni, etibarsız edəndə avtomatik olaraq, işçi işə bərpa olunur. Məhkəmə qərar verirsə ki, ayın iyirmisindən işçi işə bərpa olunsun, bu halda müraciət olunur və sadəcə əmr ləğv olunur. Amma işçinin işə bərpası ayın iyirmisindən olur. Daha doğrusu, bərpa olunmur, yəni əmr etibarsız hesab edilir. Onlar sadəcə səlahiyyət verir və verilmiş xitam əmrini ləğv edirlər. Çünki işəgötürən ləğv edə bilmir gərək onlar razılıq versin. Suala cavab olaraq bildirir ki, işçinin məhkəmə qərarına əsasən işə bərpa edilməsi tarixi işçinin işə bərpa olunduğu tarixdir. Hazırkı iş üzrə X7 Xidmətinə müraciətin hansı tarixdə və nə vaxt olması ilə bağlı məlumatı yoxdur. Bu cür mübahisələrdə əmrin əsas götürülüb ya onların həmin funksiyanı aktiv etməyi ilə bağlı vaxtın əsas götürülməyi ilə bağlı suala cavab olaraq bildirir ki, onların elektron informasiya sistemində görsənir və əmək müqaviləsi bildirişləri ilə bağlı Bakı şəhər İdarəsində işlər olanda onlar onu aidiyyatı üzrə Xidmətin elektron şöbəsinə göndərirlər.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən İddiaçı xeyrinə 231,22 (iki yüz otuz bir manat iyirmi iki qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertizanın xərci olaraq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) və 600 (altı yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC, VÖEN **********, Kod 200145, VÖEN **********, hesab AZ90AİİB********************, müxbir hesab AZ37NABZ013501**********1944, S.W.İ.F.T. kod: AİİBAZ2X) ödənilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticənin əsası kimi «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə, Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli qanunun 8-ci maddəsinin 5-ci bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.b, 77.1, 77.3, 135.2, 172.4, 172.5, 296.4-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77, 119.1-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsilli (ATU-in Əczaçılıq fakultəsinin Magistr məzunu) olmaqla, ixtisası üzrə 17 il iş stajına, təcrübəyə malikdir, onun 9 ilini (05 yanvar 2011-ci il -16 aprel 2020-ci il tarixinədək )Cavabdeh nümayəndəliyində (bundan sonra Cavabdeh) menecer vəzifəsində (Məhsullar üzrə və Reseptsiz dərmanlar qrupu üzrə regional menecer vəzifəsində) fəaliyyət göstərmişdi. İşdən görünür ki, iddiaçı, sonuncu dəfə cavabdeh təşkilatda Reseptsiz dərmanlar qrupu üzrə Regional menecer vəzifəsində işləyib. 25 aprel 2018-ci il tarixdə Cavabdeh nümayəndəliyi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) əsasən iddiaçının müddətsiz əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir (ƏMR № 06 İA/18, ƏM R№ 06 TT/18,ƏM R№ 05 ƏT/18). 05 mart 2019-cu il tarixində Ali Məhkəmənin qərarına əsasən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə işə bərpa qət edilmişdir. 06 may 2019-cu il tarixli qərarla Bakı şəhəri Yasamal rayonu probasiya şöbəsinin böyük icra məmuru 1 dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılov tərəfindən icraata başlanılmışdır və 08 may 2019-cu il tarixində cavabdeh təşkilatına “Bildiriş” göndərilmişdir. “Bildiriş” 08 may 2019-cu il tarixində nüməyəndəliyin rəhbəri Həsənova Nərqiz tərəfindən qəbul edilmişdir. 06 may 2019-cu il tarixli “Bildirişdə” qeyd olunmuşdur ki, nümayəndəliyin rəhbəri 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. Lakin bu günə qədər Cavabdeh–təşkilatın rəhbəri Nərqiz Həsənovanın iddiaçıya qarşı qəsdi-qərəzlik mövqeyini nəzərə alaraq, onun tərəfindən bütün tələblər tam yerinə yetirilməmişdir: 1. Məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi AR ƏM-in300 (qeyd hissəsi) maddəsi nəzərə alınmaqla orta əmək haqqının hesablanması məcəllənin 177.2,4-ci maddəsinə və AR Nazirlər kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarına uyğun olaraq hesablayıb ödənməmişdir (orta aylıq əmək haqqı ilə), tarif (vəzifə) maaşı - 2555 manat ilə ödəmişdir. 2.755616 nömrəli xəstəlik vərəqəsinin (xx.xx.2018 – xx.xx.2018-ci il tarixli) Cavabdeh tərəfindən ödənilən hissəsi xx.xx.2019-cu ildə ödənilmişdir, lakin DSMF-un payına düşən hissəsi (14 iş günü) isə icraata xitam verildikdən (xx.xx.2019-cu il) sonra xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. İcraçı ödənişləri yoxlamadan icraata xitam vermişdir. 3. 10 gün icra müddəti ərzində (xx.xx.2019 – xx.xx.2019-cu il tarixinə kimi) Cavabdeh AR ƏM-in 7 və 49 maddəsinin 1. bəndinin (Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi) tələbini pozaraq: a) Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən İddiaçının işə bərpa olunduğu zaman əmək münasibətlərinin bərpa olunması ilə bağlı xitamla bağlı xxxxxxx0001X0 nömrəli “Əmək müqaviləsi bildirişi”-nin etibarsız edilməsi icra müddəti ərzində yox (xx.xx.2019 – xx.xx.2019-cu il tarixinə kimi) ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək Müqaviləsi bildirişi" altsistemində xx.xx.2019-cu il tarixində etibarsız edilmişdir (bax Cild 6 səh. 65, 78-79, 83-85, Cild 4 ). b) icra müddəti bitməmiş Cavabdeh 13 may 2019-cu il tarixində №03 İB/19 nömrəli Əmrlə iddiaçını işə bərpa edir və 17 may 2019-cu il tarixli Cavabdehşirkətinin Mərkəzi Asiya ofisinin Baş direktoru Ranqa Velaratninin saxta “Sərəncamına” əsasən İddiaçının tutduğu vəzifə ştat vahidini yenidən ixtisar edir. (bax Cild 1 səh. 142-144, 159). 20 May 2019-cu il tarixində İddiaçıya ixtisarla bağlı Bildiriş”(Cild səh.161) təqdim edilir, 21 May 2019-cu il tarixində ona 17 may 2019-cu il tarixli saxta “Sərəncam” (Cild 1 səh. 142) və 20 may 2019-cu il tarixli №0xx/xx-2019 nömrəli ƏMR (Cild səh.161) təqdim edilir. Əmək müqaviləsinin ləğv edilməsi Əmək məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Yəni, 17 may 2019-cu il tarixli “Sərəncam”da baş ofisin hüquqi ünvanı, əmrin (sərəncamın) sıra nömrəsi qeyd olunmayıb, Baş ofisin möhürü yox, işçinin adı, atasının adı və soyadı qeyd edilməyib, Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi qeyd edilməyib, əmək müqaviləsi ləğv edilən gün, ay və il qeyd olunmayıb, 20 may 2019-cu il tarixli №0xx/xx-2019 nömrəli Əmrdə qoşma kimi göstərilən baş ofisin ƏMRi (rəsmi sənəd) bu günə kimi nə İddiaçıya nə də məhkəməyə təqdim olunmayıb. 17 may 2019-cu il tarixli “Sərəncam”ı və xx.xx.2018-ci il tarixli “Sərəncam”ı müqayisə etsək açıq aşkar görünür ki, 17 may 2019-cu il tarixli “Sərəncam” baş ofis tərəfindən təsdiq olunmayıb, Mərkəzi Asiya ofisinin Baş direktoru Ranqa Velaratninin qolu saxtadır və möhürlə təsdiq olunmayıb (bax Cild 1 səh. 142-144, 159). Qanunsuz ixtisarla bağlı sənədləri (20 may 2019-cu il tarixli“Sərəncam”, 20 may 2019-cu il tarixli N 0xx/xx- 2019 ƏMR, Bildiriş) və İddiaçının əmək münasibətlərinin bərpa olunması ilə bağlı xitamla bağlı “Əmək müqaviləsi bildirişi”-nin xx.xx.2019-cu il tarixində etibarsız edilməsi ilə sənədi iddiaçı Yasamal Rayon Məhkəməsinin icra və probasiya şöbəsinin icra məmuruna təqdim etməyinə baxmayaraq icraçı İsmayıl İsmayılov tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı icraçının qanunsuz hərəkətlərindən xx.xx.2019-cu il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İcra və probasiya şöbəsinin rəis əvəzi cənab Rəşad Abbasova (Cild 2 səh. 223-224) və xx.xx.2019-cu il tarixində Ədliyyə naziri X3 şikayət etmişdi (Cild 2 səh.28-31). Lakin onlar tərəfindən heç bir tədbir görülməmişdir.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin

18. 70-ci maddəsinin b bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, bu əsasla ləğv edilə bilər.

19. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

20. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

21. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

22. 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

23. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

24. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

25. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

26. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;

27. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

28. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli Qanununun

29. 8-ci maddəsinin 5-ci bəndinə əsasən sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.

«İcra Haqqında» Azərbaycan Respublikası Qanununun

30. 70.2-ci maddəsinə əsasən işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, iddia tələbinin təmin olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində yoxlanılmır. Belə ki, iddia tələbi təmin olunan hissədə cavabdeh tərəfindən mübahisələndirilməmiş, məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində isə Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə xitam verilmiş və qərardad qanuni qüvvəsini almışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, iş materiallarında olan işəgötürən qismində Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə işçi qismində İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 02/2011 nömrəli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində mallar üzrə menecer vəzifəsinə təyin edilmişdir.

43. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixl əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xx.xx.2018-ci il tarixdə xitam verilmişdir.

44. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-5134/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 061A/18 nömrəli, xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi saxlanılmaqla İddiaçı «X14» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində regional menecer vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 26 aprel 2018-ci il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

45. İş materiallarında olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, İB/19 nömrəli əmrinin təsdiq edilmiş surətinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2011-ci il tarixli, 02/2011 saylı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmr etibarsız hesab edilmiş, İddiaçı işə çıxma günü xx.xx.2019-cu il hesab edilməklə region üzrə menecer vəzifəsinə bərpa edilmişdir.

46. İş materiallarında olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2019-cu il tarixli bildirişinin surətinə əsasən şirkət İddiaçı bildiriş göndərərək onunla bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam veriləcəyi barədə məlumat verilmişdir.

47. İş materiallarında olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 06/20 nömrəli əmrinin surətinə əsasən İddiaçı ilə bağlanılmış 02/2011 nömrəli, xx.xx.2011-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir.

48. İş materiallarında olan Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/153 nömrəli ekspert rəyinə əsasən sərbəst auditor Ş.M.Bəşirov tərəfindən tərtib edilmiş cədvəl məlumatlarından göründüyü kimi İddiaçı 2011-2020-ci illərdə (müavinət pulu istisna olmaqla digər ödənişlərlə birlikdə) 286670,46-18795,61=267874,85 manat hesablanıb ödənilmişdir. Lakin qeyd olunan dövrdə təşkilat tərəfindən İddiaçı (müvinət pulu istisna olmaqla digər ödənişlərlə birlikdə) 273655,1 manat əmək haqqı hesablanması barədə DSMF-yə hesabatlar verilmişdir. DSMF-yə verilmiş hesabatları əsas götürülməklə İddiaçı 273655,1-267874,85=5780,25 manat əlavə pul ödənilməlidir. Təşkilat tərəfindən H.Ramilə xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 79,74 + 1336,62 + 45114,57 = 46.530,93 manat (və ya 78483,52 - 31.952,59 = 46530,93 manat) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət pulu az ödənilmişdir. Təşkilat tərəfindən H.Ramilə xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 806,24 + 1.472,74 + 10469,71 =12748,69 manat məzuniyyət pulu az ödənilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 34.454,87 manat işdənçıxarma müavinəti hesablanıb ödənilməli idi. Beləliklə, yuxarıda qeyd olunan dövr üçün (xx.xx.2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli) 34454,87 - 11703,38 = 22751,49 manat təşkilat tərəfindən H.Ramilə işdənçıxarma müavinəti az ödənilmişdir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, göstərilən dövr üçün H.Ramilə 81997,97 manat məcburi işburaxma dövrü üçün əmək haqqı hesablanıb ödənilməli idi. Beləliklə, yuxarıda qeyd olunan dövr üçün (xx.xx.2018-ci il tarixdən 10 iyun 2019-cu il tarixə kimi) 81997,97 - 30051,66 = 51946,31 manat məcburi işburaxma dövrü üçün əmək haqqı təşkilat tərəfindən H.Ramilə az ödənilmişdir. Beləliklə bütün yuxarıda göstərilənlərə və sərbəst auditor Ş.M.Bəşirov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 58 nömrəli auditor rəyi məlumatlarına, audit yoxlaması zamanı tədqiq olunmuş məlumatlar nəzərə alınmaqla İddiaçı 2011-2020-ci illər ərzində Sanofi - Aventis Qrup” Şirkətnin Azərbaycan Respublkasındakı Nümayəndəliyi tərəfindən 155089,84 manat məbləğində vəsaitin az ödənildiyi müəyyən edilmişdir.

49. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 08-76/22 nömrəli rəyə əsasən İddiaçı 2011-2020-ci illər üzrə ümumilikdə 195393,95 manat əmək haqqı hesablanaraq ödənilməli olduğu halda İddiaçı 62 manat artıq hesablanaraq faktiki olaraq 195455,95 manat əmək haqqı ödənilmişdir. İddiaçı 2011-2020-ci illər üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ümumilikdə 11915,81 manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3726,16 manat artıq hesablanaraq faktiki olaraq 15641,97 manat müavinət hesablanaraq ödənilmişdir. Bundan başqa qeyd edilən dövr üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3280,66 manat artıq hesablanaraq faktiki olaraq 12289,19 manat müavinət hesablanaraq ödənilmişdir. İddiaçı 2011-2020-ci illər üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə ümumilikdə 23911,77 manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda İddiaçı 1232,35 manat artıq hesablanaraq faktiki olaraq 25144,12 manat məzuniyyət haqqı ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 aprel 2018-ci il tarixində xitam verildiyi üçün 8426,65 manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı 2514.60 manat az hesablanaraq faktiki olaraq 5912,05 manat işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçı məcburi işburaxma dövrü üçün (xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər) 30051,67 manat əmək haqqı ödənilməli idi və həmin məbləğdə əmək haqqı faktiki ödənilmişdir. İddiaçı əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə ümumilikdə əmək haqqı olaraq 3976,98 manat ödənilməli olduğu halda digər ödənişlər daxil olmaqla faktiki olaraq 6066,23 manat hesablanaraq ödənilmişdir. İddiaçı əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ümumilikdə 7319,24 manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3034 manat artıq hesablanaraq faktiki olaraq 10353,24 manat müavinət hesablanaraq ödənilmişdir. Bundan başqa qeyd edilən dövr üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3280,66 manat artıq hesablanaraq faktiki olaraq 12289,19 manat müavinət hesablanaraq ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 aprel 2020-ci il tarixində xitam verildiyi üçün 5407,92 manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı 383,41 manat artıq hesablanaraq faktiki olaraq 5791,33 manat işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçı 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə ümumilikdə 5899,19 manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda İddiaçı 455,73 manat artıq hesablanaraq faktiki olaraq 6354,93 manat məzuniyyət haqqı ödənilmişdir.

50. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müstəqil auditor rəyinə əsasən İddiaçı 2011-2020-ci illər üzrə ümumilikdə 195393,95 manat əmək haqqı hesablanaraq ödənilməli olduğu halda İddiaçı 62 manat artıq hesablanaraq faktiki olaraq 195455,95 manat əmək haqqı ödənilmişdir. İddiaçı 2011-2020ci illər üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ümumilikdə 11915,81 manat müavinət hesablanaraq ödənilməli olduğu halda, faktiki olaraq 15641,97 manat müavinət hesablanaraq ödənilmişdir. Yekun olaraq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2011-2020-ci illər ərzində İddiaçı 3726,16 manat müavinət artıq hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-2020-ci illər üzrə İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 manat müavinət hesablanaraq ödənilməli olduğu halda, 12289,19 manat müavinət hesablanaraq ödənilmişdir. Yekun olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən tərəfindən 2011-2020-ci illər ərzində İddiaçı 3280,66 manat müavinət artıq hesablanaraq ödənilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2011-2020-ci illər üzrə İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 9113,81 manat könüllü müavinət ödənilmişdir. İddiaçı 2011-2020-ci illər üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə 23911,77 manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda İddiaçı 25144,12 manat məzuniyyət haqqı ödənilmişdir. Yekun olaraq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2011-2020-ci illər ərzində İddiaçı 1232,35 manat müavinət artıq hesablanaraq ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün 8426,65 manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı 2514.60 manat az hesablanaraq faktiki olaraq 5912,05 manat işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçı məcburi işburaxma dövrü üçün (xx.xx.2018- ci ildən xx.xx.2019-cu ilə qədər) 30051,67 manat əmək haqqı ödənilməli idi və həmin məbləğdə əmək haqqı faktiki ödənilmişdir. İddiaçı əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə ümumilikdə əmək haqqı olaraq 3976,98 manat ödənilməli olduğu halda digər ödənişlər daxil olmaqla faktiki olaraq 6066,23 manat hesablanaraq ödənilmişdir. İddiaçı əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ümumilikdə 7319,24 manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3034 manat artıq hesablanaraq faktiki olaraq 10353,24 manat müavinət hesablanaraq ödənilmişdir. Bundan başqa qeyd edilən dövr üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3280,66 manat artıq hesablanaraq faktiki olaraq 12289,19 manat müavinət hesablanaraq ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 aprel 2020-ci il tarixində xitam verildiyi üçün 5407,92 manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı 383,41 manat artıq hesablanaraq faktiki olaraq 5791,33 manat işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçı 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə ümumilikdə 5899,19 manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda İddiaçı 455,73 manat artıq hesablanaraq faktiki olaraq 6354,93 manat məzuniyyət haqqı ödənilmişdir.

51. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh şirkətdə menecer vəzifəsində işləməyə başlamışdır. Cavabdehin 061A/18 nömrəli, xx.xx.2018-ci il tarixli əmrinə əsasən iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni iş ştatının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmişdir. İddiaçı işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutduğu vəzifəyə bərpa edilmiş və əmək funksiyalarını davam etdirmişdir. Bundan sonra cavabdehin xx.xx.2020-ci il tarixli, 06/20 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.

52. İddiaçı əmək müqaviləsinə xitam verilması barədə xx.xx.2020-ci il tarixli əmrin ləğv olunaraq işə bərpa olunması, xx.xx.2011-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı, müavinətlər, məzuniyyət haqqının gecikdirilmiş hər gün üçün 1% olmaqla kompensasiyanın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

53. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş edir.

54. Göründüyü kimi, iddia tələbi iki hissədən – işə bərpa və 2011-ci ildən bəri ödənilməli olan ödənilməyən əmək haqqı və digər ödənişlərin cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir.

55. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının işə bərpa tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı qeyd edir ki, nə qədər ki, onun işə bərpa edilməsi barədə bildiriş elektron sistemdə həmin vaxt qüvvədə olmamışdır, deməli onun işdən azad edilməsi də əsassız olmuşdur.

56. Kolegiya bununla bağlı qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icrası qaydasında iddiaçı işəgütürənin xx.xx.2019-cu il tarixli əmrinə əsasən xx.xx.2019-cu il tarixdən işə bərpa edilmiş, daha sonra işçi xx.xx.2019-cu il tarixli bildirişlə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Bundan sonra işçi məzuniyyət hüququndan istifadə etmişdir. Məzuniyyətdə olduğu dövrdə isə xəstələnmiş, işəgötürən işçi ilə əmək müqaviləsini işçi işə çıxdıqdan sonra xx.xx.2020-ci il tarixdə ləğv etmişdir. Göründüyü kimi, ixtisar əmək qanunvericiliyinin tələbinə uyğun olmuşdur.

57. Kollegiya iddiaçının digər tələbi ilə bağlı, yəni 2011-ci ildən əmək haqqı və digər ödənişlərin ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəf isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

58. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı xx.xx.2019cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunu tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

59. Birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunu tutulması hissəsində qismən təmin edərkən hesab etmişdir ki, mülki iş üzrə iki rəylə birinci rəy arasında əhəmiyyətli ziddiyyətlər müəyyən olunmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi işin digər halları və sübutları ilə yanaşı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsaslanmışdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərdən görünür ki, Bakı şəhəri Nizami Rayon Prokrorluğunda 05 iyun 2023-cü il tarixli qərarları ilə X5 ("xxxx" MMC-nin rəhbəri) və Seyidova Föqanə M.Tağı qızı ("xxxx" MMC-nin eksperti) barəsəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həll edilməsi məqsədilə baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ilə X5 və Seyidova Föqanə M.Tağı qızı şəxs cərimə edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin əsas sübut hesab etməklə əsaslanmış olduğu "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 08-76/22 nömrəli rəyi səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir.

61. Kollegiya qeyd edir ki, səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş rəy sübut hesab edilə bilinmədiyindən və işin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

62. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-9/7282/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, “İddiaçı 2011-2020-ci illər üzrə ümumilikdə 195393,95 (bir yüz doxsan beş min üç yüz doxsan üç, 95) manat əmək haqqı hesablanaraq ödənilməli olduğu halda İddiaçı 62 (altmış iki) manat artıq hesablanaraq faktiki olaraq 195455,95 (bir yüz doxsan beş min dörd yüz əlli beş, 95) manat əmək haqqı ödənilmişdir. İddiaçı 2011-2020-ci illər üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ümumilikdə 11915,81 (on bir min doqquz yüz on beş, 81) manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3726,16 (üç min yeddi yüz iyirmi altı, 16) manat artıq hesablanaraq faktiki olaraq 15641,97 (on beş min altı yüz qırx bir, 97) manat müavinət ödənilmişdir. Bundan başqa qeyd edilən dövr üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 (doqquz min səkkiz, 53) manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3280,66 (üç min iki yüz səksən, 66) manat artıq hesablanaraq faktiki olaraq 12289,19 (on iki min iki yüz səksən doqquz, 19) manat müavinat hesablanaraq ödənilmişdir. İddiaçı 2011-2020-ci illər üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə ümumilikdə 23911,77 (iyirmi üç min doqquz yüz on bir, 77) manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda İddiaçı 1232,35 (bir min İkİ yüz otuz iki, 35) manat artıq hesablanaraq faktiki olaraq 25144,12 (iyirmi beş min bir yüz qırx dörd, 12) manat məzuniyyət haqqı ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 aprel 2018-ci il tarixində xitam verildiyi üçün 8426.65 (səkiz min dörd yüz iyirmi altı, 65) manat işdənçıxarma müavinəti hesablanaraq ödənilməli olduğu halda "Sanofi-Aventis Qrup” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı 2514.60 (iki min beş yüz on dörd, 60) manat az hesablanaraq faktiki olaraq 5912,05 (beş min doqquz yüz on İki, 05) manat işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçı məcburi işburaxma dövrü üçün (xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər) 30051,67 (otuz min əlli bir, 67) manat əmək haqqı ödənilməli idi və həmin məbləğdə əmək haqqı faktiki ödənilmişdir. İddiaçı əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə ümumilikdə əmək haqqı olaraq 3976,98 (üç min doqquz yüz yetmiş altı, 98) manat ödənilməli olduğu halda digər ödənişlər daxil olmaqla faktiki olaraq 6066,23 (altı min altmış altı, 23) manat hesablanaraq ödənilmişdir. İddiaçı əmək münasibətlərində olduğu dövrün 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ümumilikdə 7319,24 (yeddi min üç yüz on doqquz, 24) manat müavinat hesablanaraq ödənilməli olduğu halda 3034 (üç min otuz dörd) manat artıq hesablanaraq faktiki olaraq 10353,24 (on min üç yüz əlli üç, 24) manat müavinat hesablanaraq ödənilmişdir. Bundan başqa qeyd edilən dövr üzrə DSMF tərəfindən İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ümumilikdə 9008,53 (doqquz min səkkiz, 53) manat müavinət hesablanaraq ödənilməli olduğu halda 3280, 66 ( üç min iki yüz səksən, 66) manat artıq hesablanaraq faktiki olaraq 12289,19 (on iki min iki yüz səksən doqquz, 19) manat müavinat hesablanaraq ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 aprel 2020-ci il tarixində xitam verildiyi üçün 5407,92 (beş min dörd yüz yeddi, 92) manat işdənçıxarma müavinatı hesablanaraq ödənilməli olduğu halda Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı 383,41 (üç yüz səksən üç, 41) manat artıq hesablanaraq faktiki olaraq 5791,33 (beş min yeddi yüz doxsan bir, 33) manat işdənçıxarma müavinatı ödənilmişdir. İddiaçı 2019-cu il aprel - 2020-ci aprel müddəti üzrə istifadə etdiyi əmək məzuniyyəti günlərinə görə ümumilikdə 5899,19 (beş min səkkiz yüz doxsan doqquz, 19) manat məzuniyyət haqqı hesablanaraq ödənilməli olduğu halda İddiaçı 455,73 (dörd yüz əlli beş, 73) manat artıq hesablanaraq faktiki olaraq 6354,93 (altı min üç yüz əlli dörd, 93) manat məzuniyyət haqqı ödənilmişdir.”

63. Kollegiya hesab edir ki, iş materialları ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/7282/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli ekspert rəyini təkzib edəcək əsaslı sübut olmadığından, rəy əsaslı hesab edilməli və iddiaçının xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunu hesablanması qeyd edilən rəy uyğun aparılmalıdır.

64. İş materiallarından və istinad edilən ekspert rəyindən görünür ki, iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək haqqı və məzuniyyət pulu tam şəkildə ödənilmişdir.

65. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

67. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

68. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

71. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar