Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2632/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “borc və tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi və s.” və icraatı birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı “borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi və s.” tələblərinə dair mülki iş üzrə (Açar sözlər: maddi zəzər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 qarşı “borc və tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi” və icraatı birləşdirilmiş iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı “borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi” tələblərinə dair mülki işlər üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3/2023 saylı 31 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC cavabdeh X1 məişət texnikasının alınması məqsədi ilə 730 gün müddətinə illik 18% ödəmək şərti ilə 450.000 (dörd yüz əlli min) ABŞ dolları, xx.xx.2012-ci il tarixli 985 nömrəli kredit müqaviləsinə əsasən 730 gün müddətinə illik 18% ödəmək şərti ilə 75.000 (yetmiş beş min) ABŞ dolları məbləğində məbləğində kredit verməyi, Cavabdeh1 isə borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsi üzrə 196.189,19 ABŞ dolları əsas borcu, 108.424,09 ABŞ dolları faiz borcu olmaqla, 304.613,28 ABŞ dolları və xx.xx.2012-ci il tarixli 985 nömrəli kredit müqaviləsi üzrə 74.975 ABŞ dolları əsas borcu, 21.833,79 ABŞ dolları faiz borcu olmaqla, 96.808,79 ABŞ dolları borcu yaranmışdır.
2. Həmçinin cavabdeh-borc alanın xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası zaminlik ilə təmin olunmuşdur. Həmin müqavilələrə əsasən cavabdehlər – zamin Cavabdeh7 və Cavabdeh6 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdirlər.
3. Bundan başqa cavabdeh-borc alanın xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ipoteka ilə təmin olunmuşdur. Belə ki, İddiaçı1 ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 846 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən, 28 saylı evin, 21 saylı mənzili öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir.
4. Həmçinin cavabdeh-borc alanın xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ipoteka ilə təmin olunmuşdur. Belə ki, İddiaçı1 ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 846 saylı ipoteka müqaviləsinə əsasən adları çəkilən şəxslərin paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “X12 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddia tələblərini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1, Cavabdeh7 və Cavabdeh6 müştərək qaydada İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinə əsasən 196189,19 ABŞ dolları əsas, 108424,09 ABŞ dolları faiz olmaqla, cəmi 304613,28 ABŞ dolları və xx.xx.2012-ci il tarixli 985 saylı kredit müqaviləsinə əsasən 74975 ABŞ dolları əsas, 21833,79 ABŞ dolları faiz olmaqla, cəmi 96808,79 ABŞ dolları borcun, ümumilikdə 401.422,07 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 52 manat məbləğində vəsaitin tutulması, tələbin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 846 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 8% ödəmək şərtilə 450000 ABŞ dolları məbləğində və xx.xx.2012-ci il tarixli, 985 saylı kredit nüqaviləsinə əsasən 24 ay müddətinə illik 18% ödəmək şərtilə 75000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi lə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2012-ci il tarixdə edilmiş 1 saylı əlavəyə əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili və tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən, 28 saylı evin, 21 saylı mənzili İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Müqaviləsinə əlavə notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh7 və Cavabdeh6 ilə arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, onlar borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürüblər. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinə əsasən 196189,19 ABŞ dolları əsas, 108424,09 ABŞ dolları faiz olmaqla, cəmi 304613,28 ABŞ dolları və xx.xx.2012-ci il tarixli 985 saylı kredit müqaviləsinə əsasən 74975 ABŞ dolları əsas, 21833,79 ABŞ dolları faiz olmaqla, cəmi 96808,79 ABŞ dolları borcu yaranmışdır.
7. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-nə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdeh İddiaçı1 ASC-də olan bank hesabından əsassız hesablanmış 401422,07 ABŞ dolları məbləğində borc vəsaitinin silinməsi, dəymiş maddi zərərin əvəzi olaraq 283223,14 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilində yerləşən əmlakın girovdan azad edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər ərazi İdarəsinə tələb edilən sənədlərin ona təqdim edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, 2011-ci ildə işi ilə əlaqədar ona pul vəsaiti lazım olmuşdur. Belə ki, o, qısa müddət öncə Cavabdeh6 adlı şəxslə tanış olmuşdur. Həmin şəxs öncə ona birgə bizneslə məşğul olmağı təklif etmişdir. Daha sonra o, rəsmi olaraq bacısının əri Cavabdeh5 adına reyestrdə qeydiyyatdan keçsə də, faktiki olaraq isə özünə məxsus olan Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-i almağı ona təklif etdi. Mənzilə baxaraq bəyənmiş, lakin həmin dövrdə maddi imkanı daşınmaz əmlakın dəyərini birdəfəyə ödəməyə imkan verməmişdir. Bu səbəbdən də alqı-satqı üçün razılaşdığı 170000 ABŞ dollarını hissəvi ödəməli idi. Qısa müddət ərzində onun tərəfindən Babaşovaya 120000 ABŞ dolları ödənildi. Bundan sonra Babaşova onun adına tam səlahiyyətli etibarnamə vermişdir. Etibarnaməni aldıqdan sonra o, həmin mənzildə təmir aparmış və qızı ailəsi ilə ora köçmüşdür. Lakin qısa müddət sonra Babaşova yerdə qalan 50000 ABŞ dollarını istəmişdir. Maddi imkanı olmadığı üçün o, kredit götürməli olmuşdur. Bu məqsədlə elə tanışı Cavabdeh7 vasitəsi ilə cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. Orada şərtlərlə tanış olaraq, 450 000 ABŞ dolları miqdarında pul vəsaitinin alınmasına razılıq vermişdir. Belə ki, həmin dövrdə ona bizneslə məşğul olmaq üçün əlavə vəsait tələb edilirdi. Bunun üçün də yuxarıda qeyd edilən miqdarda vəsait götürmüşdür. Bildirmişdir ki, o, cavabdeh təşkilatdan kredit almaq üçün razılaşmağına əsasən həm Babaşovadan aldığı Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-i, həm də paylı mülkiyyətində olan İ.Dadaşov küçəsi ev 50, mənzil 83-ü də girov qoymalı idi. Beləliklə xx.xx.2011-ci il tarixdə onunla cavabdeh "xxxx" ASC arasında 846 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 450000 ABŞ dolları birdəfəlik kredit ayrılmışdır. Həmçinin elə həmin tarixdə Cavabdeh7 ilə 846 saylı Zaminlik Müqaviləsi imzalandı. Həmçinin yuxarıda qeyd edilən məbləğin alınması üçün yuxarıda ünvanları qeyd edilən mənzillərə dair xx.xx.2011-ci il tarixdə 846 saylı İpoteka Müqaviləsi imzalanmışdır. Rəsmiləşdirmə bitdikdən sonra cavabdeh təşkilat tərəfindən ona müvafiq məbləğ ödənilmişdir. Bankda işini bitirdikdən sonra o həmin məbləğdən 50 000 ABŞ dolları Babaşovaya vermişdir. Lakin elə o zaman onunla Aygün arasında narazıçılıq yaranmışdır. Belə ki, o mənzilin dəyərinin 170000 ABŞ dolları deyil, 250 000 ABŞ dolları olduğunu bildirmişdir. Bir müddət danışıqlardan sonra məcburiyyət qarşısında evi 220 000 ABŞ dollarına almağa razılıq vermişdir. Beləliklə bankdan aldığı vəsaitdən Babaşovaya daha 100 000 ABŞ dolları ödəmişdir. Həmin dövrdə artıq aldığı mənzil ipoteka müqaviləsi ilə yüklü edildiyi üçün öz adına rəsmiləşdirə bilməmişdir. Bildirmişdir ki, qısa müddət ərzində tərəfindən götürdüyü kredit məbləğindən 376 000 ABŞ dolları ödənilmişdir. Vaxtından öncə ödəniş etdiyindən cavabdeh təşkilat tərəfindən ona 75000 ABŞ dolları məbləğində yeni kredit xətti açıldı. Bundan sonra onunla cavabdeh təşkilat arasında xx.xx.2012-ci il tarixli 985 saylı Kredit Müqaviləsini imzalanmış və vəsait alınmışdır. İkinci müqavilədən sonra da ödənişləri vaxtında aparılmışdır. Artıq işləri ilə əlaqədar 1 ay ərzində yerdə qalan kredit borcunu, yəni 196000 ABŞ dollarını ödəmək istəmişdir. Bu məqsədlə də Babaşovanı görüşə dəvət edərək, qısa müddət sonra mənzili rəsmiləşdirməyə gedəcəyini demişdir. Lakin bu görüşdə Babaşova onun mənzilinin dəyərinin 220000 ABŞ dolları deyil 400 000 ABŞ dolları olduğunu demişdir. Bundan sonra aralarında narazılıq baş verdi. Sonda belə razılaşmışlar ki, o, dərhal onun banka olan 196 000 ABŞ dolları borcunu ödəyəcək və o, mənzili ona təhvil verəcəkdir. Yerdə qalan ona borcunu da bir müddət sonra qaytaracaq. Banka ödənişi isə 15 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Əliyev Vüqarın təklifi ilə Babaşova onun kreditinə dair zaminlik müqaviləsi imzalamalıdır. Babaşova ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə xx.xx.2011-ci il tarixli 846 saylı Kredit Müqaviləsinə aid 846/01 saylı Zaminlik Müqaviləsi bağlanmışdı. Müqavilənin üzərindən 15 gün keçdikdən sonra o, "xxxx" ASC-nin "Hüquqi şəxslərin kreditləşdirilməsi" Şöbəsinin müdiri X6 ilə əlaqə saxlayaraq, Babaşovanın krediti ödəyib-ödəmədiyini soruşmuşdur. Vüqar Əliyevin verdiyi cavaba əsasən Babaşova 196000 ABŞ dollarını artıq ödəmişdir. Bundan sonra o, artıq kreditinin bağlandığını anlamışdır və bu məsələ ilə artıq maraqlanmamışdır. Üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra yəni 24 dekabr 2014-cü il tarixdə ona cavabdeh təşkilat tərəfindən bildiriş daxil olmuşdur. Həmin bildirişdə onun ilk müqavilə üzrə 304613,28 ABŞ dolları, ikinci müqavilə üzrə isə 96808,79 ABŞ dolları borcunun olduğu bildirilirdi. Bundan sonra məsələni araşdırmaq üçün o, cavabdeh təşkilata müraciət etmişdir. Məlum olmuşdur ki, Babaşova banka heç bir vəsait ödəməmişdir. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxsləri ilə əlbir olaraq, ona xəbər vermədən bacısının ərinə məxsus olan Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-in ipotekadan azad olunması haqda rəsmi sənəd hazırlamış və mənzili digər şəxsə satmışdır. Həmçinin bank rəhbərliyi də bu qanunsuz əməldə iştirak edərək, kredit müqaviləsi bağlamış şəxsi bu barədə xəbərdar etməmişdir. Bundan sonra o, hüquqmühafizə orqanlarına şikayətlər ünvanlamışdır. Nəticədə Cavabdeh6 və "xxxx" ASC-nin "Hüquqi şəxslərin kreditləşdirilməsi" Şöbəsinin müdiri X6 məsuliyyətə cəlb edildilər. Beləliklə onunla müxtəlif müqavilələr bağlayaraq üzərinə öhdəlik götürmüş təşkilatın rəhbər şəxslərinin törətdiyi qeyri-qanuni əməllər nəticəsində ona külli miqdarda maddi zərər vurulmuşdur. Hesab edir ki, "xxxx" ASC tərəfindən 985 və 846 saylı müqavilələrin 6.4-cü maddəsinin tələbləri pozulmuşdur. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxsləri əlbir olaraq, ona qarşı delikt törətmişlər. Delikt nəticəsində ona külli miqdarda maddi zərər dəymişdir. Belə ki, hazırda ona "xxxx" ASC əsassız olaraq, ilk müqavilə üzrə 304613,28 ABŞ dolları, ikinci müqavilə üzrə isə 96808,79 ABŞ dolları, yəni toplam 401422,07 ABŞ dolları məbləğində maddi zərər vurmuşdur. Həmçinin Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-i o, faktiki olaraq, almışdır. Mənzilə dair tələb edilən bütün pul vəsaiti ödənilmişdir. Lakin mənzil ipoteka müqaviləsi ilə yüklü edildiyi üçün həmin dövrdə tam səlahiyyətli etibarnamə ilə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyatdan keçirə bilməmişdir. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxsi olan "Hüquqi şəxslərin kreditləşdirilməsi" Şöbəsinin müdiri X3 hazırladığı və bankın möhürü ilə təsdiq edilmiş girovdan azad edilmə barədə sənədə əsasən faktiki sahibliyində olan daşınmaz əmlak digər şəxslər tərəfindən özgəninkiləşdirilmişdir. Beləliklə cavabdeh hüquqi şəxsin əməkdaşının törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona ikinci külli miqdarda maddi zərər dəymişdir. Həmin zərərin miqdarını isə müvafiq ipoteka müqaviləsindən müəyyən etmək olar. Belə ki, müqavilədə qeyd edildiyi kimi, "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən mənzilin qiymət qoyması aparılmışdır. Həmin təşkilatın rəyində göstərilir ki, xx.xx.2011-ci il tarixdə mənzilin real bazar dəyəri 222755 manat olmuşdur. Kreditin dolları verildiyini nəzərə alaraq, hesab edirki, yuxarıda qeyd edilən məbləğin həmin dövrə olan məzənnəsi nəzərə alınmalıdır. Belə ki, Mərkəzi Bankın xx.xx.2011-ci il tarixə olan məzənnəsinə uyğun olaraq, 0,7865 manat 1 ABŞ dollarına bərabər olmuşdur. 222755:0,7865=283223,14 ABŞ dolları. X5" ASC-nin ona ikinci dəfə vurduğu maddi zərərin miqdarı 283223.14 ABŞ dollarıdır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, cavabdeh hüquqi şəxsin əməkdaşlarının delikti nəticəsində onun "xxxx" ASC-də olan bank hesabına əsassız 401422,07 ABŞ dolları borc hesablanmış və 283223.14 ABŞ dolları birbaşa zərər vurulmuşdur.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-2052/2018 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı pul tələbinə dair mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair 2(005)-8085/2017 nömrəli (yeni nömrə 2(005)-482/2018) mülki işlə bir icraatda birləşdirilib baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. İddiaçı1 ASC xx.xx.2018-ci il tarixdə Cavabdeh1 iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Cavabdeh1 İddiaçı1 ASC-yə qarşı əsassız borc məbləğinin silinməsi və s. tələbinə dair iddia ərizəsini əsassız və qanunazidd hesab edir. İddiaçı öz iddia ərizəsində biznes məqsədilə cavabdehdən xx.xx.2011 -ci il tarixində 450 000 ABŞ dolları məbləğində kredit götürdüyünü və kreditin təminatı olaraq yaxın tanışı kimi İddiaçı1 ASCyə təqdim etdiyi Cavabdeh6 yardımı ilə onun bacısının əri Cavabdeh5 mülkiyyətində olan Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21 üzrə ünvanda yerləşən mənzili etibarnamə əsasında Bankda ipoteka ilə yüklü etdiyini etiraf edir. Həmçinin digər ipoteka ilə yüklü edilmiş paylı mülkiyyətdə olan İ.Dadaşov küçəsi ev 50, mənzil 83-də yerləşən yaşayış sahəsinin də həmin kredit üzrə ipoteka ilə yüklü edilməsi üçün Banka təqdim etdiyini qeyd edir. Daha sonra isə xx.xx.2012-ci il tarixində 75 000 ABŞ dolları məbləğində kredit aldığını da etiraf edir. Daha sonra iddia ərizəsində Banka girov qoyulmuş Bakı şəhəri, Nəsimi Rayonu, X8 küçəsində yerləşən, 28 saylı evin, 21 saylı mənzili etibarnamə əsasında aldığını iddia etmiş və öz mənzili kimi Banka ipoteka ilə yüklü etdiyini, lakin daha sonra Cavabdeh6 ilə aralarında mübahisə yarandğını və onu aldatdığını və bu səbəbdən də Babaşovaya 450 000 ABŞ dolları məbləğindəki kreditə görə zaminlik müqaviləsi imzalatdığını qeyd edir. Daha sonra Cavabdeh6 ilə aralarındakı razılaşmadan və onun iddiaçıya olan əvvəlcə 220 000 ABŞ doları daha sonra isə 400000 ABŞ dolları borcundan bəhs edir. Əvvəla qeyd edir ki, Cavabdeh6 ilə aralarında olan belə bir razılaşmadan Bankın xəbəri olmamış və hətta olsa da bunun iddiaçının Banka olan borcu heç bir əlaqəsi olmamışdır. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən etibarnamə əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq etmir. İddiaçı cinayət nəticəsində ipoteka yüklülüyündən qanunsuz yolla azad edilmiş mənzilin mülkiyyətçisi olmamış və bu əmlak üzərində hər hansı başqa hüquqa da malik deyildir, əmlak ona yox, Cavabdeh5 məxsusdur, onun həmin mənzillə yeganə hüquqi bağlılığı mənzilin ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçi Cavabdeh5 adından verilmiş xx.xx.2011-ci tarixli saxta etibarnamə əsasında onu təmsil etməkdən ibarət olmuş, ipoteka müqaviləsini həmin etibarnaməyə əsasən Cavabdeh1 imzalamışdır. Həmçinin, ipoteka müqaviləsi bağlandıqdan sonra mülkiyyətçi dəyişmir, sadəcə əmlak üzərində yüklülük yaranır. Bu səbəbdən, kredit ödəniləcəyi təqdirdə əmlakın mülkiyyətçisi yenə də Cavabdeh5 olacağına görə mənzilin yuklülükdən azad edilməklə öz mülkiyyətinə keçirəcək biləcəyi və bu səbəbdən ona əmlakın dəyəri (222 755 manat) həddində birbaşa zərər vurulması iddiası absurddur. Hətta, Cavabdeh1 ona verilmiş etibarnamədən istifadə etməklə əmlakı öz mülkiyyətinə ala biləcəyini iddia etsə də, bu şəkildə mənzili öz adına qeydiyyatdan keçirməsi mümkün olmazdı, çünki etibarnamə əsasında təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz . Mənzilin saxta sənəd əsasında ipotekadan azad edilməsi Cavabdeh1 hər hansı formada ziyan vurmamış, sadəcə kreditin təminatsız borca çevrilməsinə səbəb olmuşdur ki, bu da yalnız Bankın mənafeyinə mənfi təsir edən haldır. Bu səbəbdən də ipoteka predmeti olan əmlakın saxta sənədlərin tərtibi yolu ilə yüklülükdən azad edilməsi ilə bağlı cinayət işində Bank da zərərçəkmiş kimi tanınmışdır. Üstəlik, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2016 tarixli ittiham hökmü ilə kreditə zamin olan Cavabdeh6 AR CM-in 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1, 320.2 (saxta sənəd hazırlama və istifadə etmə) maddələri ilə təqsirli bilinib məhkum olunduğu cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs kimi tanınmış və sözügedən mənzilə görə onun tərəfindən 178.271 manat pulun ödənilməsi və Cavabdeh6 tərəfindən ona qarşı külli miqdarda dələduzluq cinayətinin törədilməsi halları öz təsdiqini tapmış, həmin cinayət işində Cavabdeh1 həm də mülki iddiaçı olmuş və vurulmuş ziyanın əvəzi olaraq Cavabdeh6 178.271 manat pulun onun xeyrinə tutulması qərara alınaraq, mənzillə əlaqədar Cavabdeh1 vurulmuş ziyan bərpa edilmişdir. Beləliklə bir daha məlum olur ki, hal-hazırda iddiaçının xx.xx.2011-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə yaranmış Banka olan ümumilikdə 401 422.07 ABŞ dolları məbləğində kredit borcunun özünün tədbiri ilə desək, “Bank hesabından silinməli” olduğu iddiası, eləcə də ona məxsus olmayan əmlakın ipoteka ilə yüklü edilərkən müəyyən edilmiş qiymətinin həmin dövrün məzənnəsinə çevirərərək 283 223.14 ABŞ dollarının da dəymiş zərərin əvəzi olaraq ona verilməsi barədə iddiası tamamilə əsassızdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3/2023 saylı 31 yanvar 2023cü il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) İddiaçı1 ASC-nin iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsinə münasibətdə 196.189,19 ABŞ dolları əsas borc, 31.833,92 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 228.023,11 ABŞ dolları; xx.xx.2012-ci il tarixli 985 nömrəli kredit müqaviləsinə münasibətdə 74.975 ABŞ dolları əsas borc, 3.290 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 78.265 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 52 manat məbləğində vəsaitin İddiaçı1 ASCnin xeyrinə tutulması; tələbin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 113.000 (bir yüz on üç min) manat müəyyən edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi; Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin paylara uyğun olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaytarılması Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması; iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-nə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlik icra edilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir.
13. xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər Cavabdeh7 və Cavabdeh6 birgə və eyni həcmdə məsuliyyət daşısa da, iddiaçı zaminlərə qarşı müvafiq olaraq xx.xx.2014-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də İddiaçı1 ASCnin zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
14. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh7 və Cavabdeh6 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh7 və Cavabdeh6 aid hissədə rədd edilməlidir.
15. Məhkəmə Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, borc öhdəliyinin mövcud olması və həmin mövcudluq məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapdığından borc vəsaitinin silinməsi və maddi zərərin ödənilməsi üçün heç bir hüquqi əsas yoxdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 269.1, 269.7, 269.4, 317.1 və 319.1-ci maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh (iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3/2023 saylı 31 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını, tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən, demək olar ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əsaslandırdığı işin faktiki halları, ümümiyyətlə məhkəmə tərəfindən araşdırılmamışdır, halbuki əgər araşdırılsa idi onun iddia tələbi təmin edilər, bankın iddiası isə rədd edilərdi. Buna səbəb isə odur ki, o, Cavabdeh6 ilə İddiaçı1 ASC-nin “Hüquqi şəxslərin kreditləşdirilməsi” Şöbəsinin müdiri X6 tərəfindən aldadılaraq, onun banka olan kredit borcunun artıq bağlanıldığını hesab edirdi. Belə ki, bununla bağlı iddiaçı Cavabdeh6 barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü və X6 barədə təqdim etdiyi cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 1(102)1540-18 saylı qərarına baxmadan, araşdırmadan cavabdeh "xxxx" ASC xeyrinə qətnamə çıxarmışdır. Qeyd edir ki, "xxxx" ASC-nin kredit Şöbəsinin müdiri X9 da məhz bu işə görə AR CM-nin 308.2 və 313-cü madələri ilə məhkum edilmişdir. İşin hallarından da göründüyü kimi, o, cavabdeh "xxxx" ASC-dən götürdüyü kredit borclarını hər ay hər hansı gecikdirmə olmadan, hətta vaxtından öncə ödəmişdir. Belə ki, onun işlərinin yaxşı davam etdiyinə görə onun "xxxx" ASC-yə qalan kredit borcunu, yəni 196000 ABŞ dollarını öncədən bir ay ərzində ödəmək istəmişdir. Bu məqsədlə, Cavabdeh6 onunla görüş zamanı ona, onun "xxxx" ASC-yə olan 196000 ABŞ dolları borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin, Cavabdeh6 həmin borcu 15 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də, Cavabdeh6 və "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə xx.xx.2011-ci il tarixli 846 saylı Kredit Müqaviləsinə aid 846/01 saylı Zaminlik müqaviləsi bağlanmışdı. Belə ki, onların arasında bağlanmış həmin müqavilənin üzərindən 15 gün keçdikdən sonra, o, İddiaçı1 ASC-nin “Hüquqi şəxslərin kreditləşdirilməsi” Şöbəsinin müdiri X6 ilə əlaqə saxlamış və Cavabdeh6 kredit borcunun ödəyib-ödəmədiyini soruşmuşdur. X6 isə cavab olaraq bildirmişdir ki, oun "xxxx" ASC-yə olan 196000 borc Cavabdeh6 tərəfindən artıq ödənilmişdir. Belə olan halda isə onun banka olan kredit borcunun bağlandığını anlamışdır və bu məsələ ilə maraqlanmamışdır. Lakin həmin məsələnin üzərindən 2 il keçdikdən sonra, yəni 24 dekabr 2014-cü il tarixdə ona cavabdeh "xxxx" ASC tərəfindən bildiriş daxil olaraq, onun ilkin müqavilə üzrə 304613,28 ABŞ dolları, ikinci müqavilə üzrə isə 96808,79 ABŞ dolları borcunun olduğunu bildirilmişdir. Məsələni aydınlaşdırdıqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh6 ilə İddiaçı1 ASCnin “Hüquqi şəxslərin kreditləşdirilməsi” Şöbəsinin müdiri X6 ilə birlikdə onu aldadmış, yəni ona qarşı dələduzluq etmişlər. Nəticədə ona qarşı dələduzluq edən şəxslər məsuliyyətə cəlb edilmişlər. O, bununla bağlı birinci intansiya məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2016-cı il tarixli hökmü ilə kreditə zamin olan Cavabdeh6 zərərçəkmiş ona qarşı AR Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1, 320.2 (saxta sənəd hazırlama və istifadə etmə) təqsirli bilinərək məhkum olmuşdur. Lakin, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3/2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi, məhkəmə ümumiyyətlə tərəfindən təqdim edilmiş əsaslara nəzər yetirməmişdir, belə ki, məhkəmə işin faktiki hallarını tam obyektiv araşdırmadan qətnamə çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh6 barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü var, azadlıqdan məhrum edilib, hazırda cəzaçəkmə müəssisəsindədir. Zərərçəkmiş şəxs qismində təkcə Cavabdeh1 deyil, İddiaçı1 ASC də tanınıb. Belə ki, faktiki olaraq bankın yüklülüyündə olan əmlak olub. Eyni zamanda bankın bir şəxsi də hətta əmlakın yüklülükdən qanunsuz olaraq azad edilməsini həyata keçirdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib. Hazırki münasibətlər Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış kredit müqaviəsindən irəli gələn münaisbətlərdir. Cavabdeh tərəf qeyd etdiyi razılaşmanın faktiki olaraq mövcudluğunu təsdiq edən heç bir sənəd yoxdur. Əgər ki, kredit müqaviləsi üzrə borc tam ödənilsə idi, Cavabdeh1 maraqlı olmalı idi ki, borcun olmaması barədə arayış alsın. İpoteka predmeti olan əmlak da paylı mülkiyyətdə olub. Borc bağlanıbsa əmlakın yüklülükdən azad edilməsi ilə müraciət olunmalı idi. Göndərilən bildirişlərdə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi də qeyd edilmişdir. Bank tərəfindən hər hansı qanunsuzluğa yol verilməyib.
21. Əvvəlki məhkəmə iclasında iştirak edən cavbdeh Cavabdeh1 və nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Həmçinin qeyd etmişlər ki, Cavabdeh6 ilə Cavabdeh1 banka kredit departamentinin müdiri Vüqar Əlyevin yanına gediblər. Cavabdeh1 bildirib ki, evə görə ödənişləri Aygün edəcək. Vüqar Əliyev heç bir problem olmadığını bildirib. Bunu Cavabdeh6 zaminliyi ilə rəsmiləşdiriblər. Bu hallar hökmdə öz təsdiqini tapıb. Cavabdeh1 bankın işçisi səhv məlumat verdiyinə görə ona zərər dəyib. Cavabdeh6 Cavabdeh1 banka olan borcu bağladığını bildirmiş, sonuncu bankın işçisi Vüqar Əliyevlə əlaqə saxlıyarkən o, bu halı təsdiq edərək banka heç bir borcu qalmadığını bildirmişdir. Lakin bir ildən sonra ona bildiriş gəlmişdir.
22. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilməmiş, eyni zamanda apellyator Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil elektron kabinet vasitəsilə ərizə təqdim edərək ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilmədiyini, məhkəmə iclasının qısa müddətə təxirə salınmasını xahiş etsə də, bunu təsdiq edəcək hər hansı sənədi ərizəyə əlavə etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, tərəfindən verilmiş iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASCnə qarşı “borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi” tələbinə dair iddiasının təmin olunmaması hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
31. 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 32.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 33.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
34. 1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
35. 1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
36.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İş materiallarından göründüyü kimi hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1099-cu maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur. Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı zərər vurmalı, yəni işçinin hərəkətlərində (hərəkətsizliyində) hüquqi və ya fiziki şəxsin fəaliyyəti ifadə olunmalı, o, əmək müqaviləsi və ya mülki hüquqi müqavilə üzrə iş görməli və müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməlidir. 41.Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən hüquqi və ya fiziki şəxsin işçisinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini iddiaçının (cavabdehin) (işçisinin törətdiyi əmələ görə) qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması araşdırılmalıdır. 42.Belə ki, cavabdeh (iddiaçı) verdiyi iddia ərizəsində və apellyasiya şikayətində ona maddi zərərin dəyməsinə əsas olmuş hallar kimi tərəf olduğu kredit müqaviləsi üzrə borcu Cavabdeh6 tam ödədiyi barədə həqiqəti əks etdirməyən məlumatın bankın əməkdaşı tərəfindən verilməsi, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay küçəsi ev 28, 21 saylı mənzilin ipoteka yüklülüyündən azad olunmasına həmin əməkdaş tərəfindən qanunsuz şəkildə şərait yaradılmasına istinad etmişdir.
43. Halbuki Cavabdeh1 tərəf olduğu kredit müqaviləsi üzrə borcun Cavabdeh6 tərəfindən tam ödənildiyi barədə həqiqəti əks etdirməyən məlumatın verilməsi nəticəsində onun maddi itkilərə məruz qalmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-88/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş X6, Cavabdeh1 bu fakt üzrə verdiyi izahatına etiraz etmiş, onun tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icra edilmədiyini birldirmişdir. 44.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisə predmeti olan kredit müqavilələri ilə bağlı bankın əməkdaşı tərəfindən səhv məlumatın verilməsi faktı üzrə cinayət icraatı qaydasında aparılan ibtidai və məhkəmə istintaqı zamanı araşdırma aparılmamış, bu hal üzrə hər hansı nəticəyə gəlinməmişdir. 45.Bundan başqa Cavabdeh1 müqavilə tərəfi olaraq ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin icrası vəziyyəti barədə maraqlanmaq, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verildiyini təsdiq edən sənəd tələb etmək səlahiyyəti vardır, onun bu imkandan istifadə etmək hüququ bankın hər hansı işçisi tərəfindən məhdudlaşdırılmamışdır. 46.Belə olan halda cavabdeh (iddiaçı) tərəfindən baş verməsi ehtimal edilən zərərin məhz iddiaçının (cavabdehin) işçisinin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilmədiyi və beləliklə də, onun Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilmədiyi barədə qənaətə gəlinməlidir. 47.Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay küçəsi ev 28, 21 saylı mənzilin ipoteka yüklülüyündən azad olunmasına şərait yaradılması epizodu üzrə X3 hərəkətlərində cinayət tərkibinin mövcud olması faktı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-88/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə öz təsdiqini tapsa da qeyd edilməlidir ki, həmin hökm üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarından Cavabdeh1 zərərçəkmiş şəxs qismində verdiyi kassasiya şikayəti təmin edilməmişdir. 48.Həmin qərarda göstərilmişdir ki, bankın verdiyi böyük məbləğdə kreditin təminatı kimi ipoteka qoyulmuş əmlakın cinayət yolu ilə ipotekadan çıxarılması bankı kredit verdiyi həmin pul məbləğini təminatsız qoymaqla, kredit məbləğlərini itirmək təhlükəsi qarşısında qoymuşdur. Bununla yanaşı cinayət əməlini bankın əməkdaşının törətməsi bankın işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, potensial müştərilər arasında banka qarşı inamsızlıq yaratmışdır. Ona görə də ipoteka qoyulmuş mənzilin ipotekadan çıxarılması nəticəsində banka zərər dəyməməsi və bankın zərərçəkmiş statusuna xitam verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. 49.Həmin qərarda həmçinin qeyd edilmişdir ki, cinayət işinin 2-ci və 3-cü cildlərinə əlavə edilmiş 16 avqust 2016-cı il tarixli Babaşova Aygun Cabbar qızının Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hökmün surətindən görünür ki, Cavabdeh1 mülki iddiası həmin cinayət işi üzrə qismən təmin edilərək Babaşova Aygun Cabbar qızından 178.271 manat maddi zərərlə və 3.000 manat mənəvi zərərlə bağlı pul tutularaq Cavabdeh1 ödənməsi qərara alınmışdır. Həmin hökmdən və cinayət işinin materiallarından görünür ki, ipotekadan çıxarılmış Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay küçəsi 28 saylı evin 21 saylı mənzili Cavabdeh5 mülkiyyətində olmuş, onun adından Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli 275160 saylı saxta etibarnamə əsasında ipotekaya qoyulmuşdur. Etibarnamənin saxtalığı cinayət işinin 2-ci cildinin 29-31-ci vərəqlərində olan məhkəmə-xətşünaslıq ekspertizasının 02 noyabr 2015ci il tarixli 20480 saylı rəyi ilə müəyyən edilmişdir. Saxta etibarnamə əsasında ipotekaya qoyulmuş mənzilin qanuni mülkiyyətçisi Cavabdeh5 olmuşdur. Həmin mənzilin ipoteka ilə yüklülüyü saxlansaydı belə, həmin mənzilin mülkiyyətçisi Cavabdeh5 məlumatı və razılığı olmadan saxta etibarnamə əsasında ipoteka ilə yüklü edildiyi müəyyən edildikdən sonra mülkiyyətçisinə qaytarılmalı idi. Ona görə də, Cavabdeh1 kassasiya şikayətində irəli sürdüyü, kredit borcu tam ödəndikdən sonra ipotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu Ak.Mirəli Qaşqay küçəsi 28 saylı evin 21 saylı mənzil, ipotekadan çıxarılmasaydı onun mülkiyyətinə keçəcəyi barədə dəlillər əsassızdır. 50.Göründüyü kimi cavabdehin (iddiaçının) sübut qismində istinad etdiyi məhkəmə aktlarında Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay küçəsi 28 saylı evin 21 saylı mənzilinin ipoteka yüklüyündən azad olunması nəticəsində ona hər hansı formada zərər dəyməsi, ipoteka ilə yüklü edilmiş həmin mənzilin ona məxsus olması öz təsdiqini tapmamışdır. Əksinə bu mənzilin Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli 275160 saylı saxta etibarnamə əsasında ipoteka ilə bankın xeyrinə yüklü edildiyi müəyyən edilmişdir. 51.Qeyd edilməlidir ki, kredit ödəniləcəyi təqdirdə əmlak əsl mülkiyyətçisinə, yəni Cavabdeh5 qaytarılacaq, ödənilməyəcəyi təqdirdə isə Cavabdeh1 tərəf olduğu kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasının həmin mənzilə yönəldilməsi yenə də mümkün olmayacaqdır. Hər iki halın baş verməsi nəticəsində cavabdehin (iddiaçının) maraqlarına deyil, bankın və ya Cavabdeh5 maddi maraqlarına təsiri olacaqdır. Hazırda da ipoteka müqaviləsinin saxta etibarnamə əsasında bağlanmasının müəyyən edilməsi Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay küçəsi 28 saylı evin 21 saylı mənzilinin ipoteka yüklüyündən azad olunması və əsl mülkiyyətçisinə qaytarılması, kreditin təminatsız borca çevrilməsi ilə nəticələnmişdir. Bu da yalnız Bankın mənafeyinə mənfi təsir edən haldır. 52.Beləliklə Cavabdeh1 irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki onun tərəfindən baş verməsi ehtimal edilən zərərin məhz iddiaçının (cavabdehin) əməkdaşının qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Əksinə işdə olan sübutlarla Cavabdeh1 maddi vəziyyətində yaranmış problemlər ilə X3 törətdiyi qanunsuz əməl arasında hər hansı səbəbli əlaqənin mövcud olması müəyyən edilməmişdir. Belə olan halda isə X3 işəgötürənin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. 53.Məhkəmə kollegiyası həmçinin digər iddia tələblərinin (borc vəsaitinin silinməsi, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilində yerləşən əmlakın girovdan azad edilməsi və s.) də yuxarıda qeyd edilənlərə uyğun olaraq rədd edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır. Belə ki, işdə olan sübutlarla əmlakın ipoteka yüklülüyünə xtam verilməsi, tərəf olduğu kredit müqavilələri üzrə borcun silinməsi üçün hər hansı hüquqi əsasın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. 54.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3/2023 saylı 31 yanvar 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova