Məhkəmə qərarları › İş №2(103)-264/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-264/2020

24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-264/2020 24.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxxx katibliyi ilə, İddiaçı X3 nümayəndəsi X1, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-381/2019 nömrəli qətnaməsindən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-381/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 16912,64 (on altı min doqquz yüz on iki manat 64 qəpik) manat məbləğində əsas borc, 230 (iki yüz otuz) manat məbləğində penya, cəmi 17142,64 (on yeddi min yüz qırx iki manat 64 qəpik) manat kredit borcu, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələb Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 47 saylı evin, 174 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 47 saylı evin, 174 saylı mənzilinin ilkin satış qiyməti 90000 (doxsan min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 17142,64 (on yeddi min yüz qırx iki manat altmış dörd qəpik) manat məbləğində kredit borcu və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 47 saylı evin, 174 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 72,5 (yetmiş iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq qalan 72,5 (yetmiş iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbi üzrə borcun tam tululması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cöründüyü kimi iş məhkəmədə baxılan ərəfədə cavabdeh tərəfindən həyata keçirilmiş vəsait 5200 manat təşkil edir. Bu ödənişlər cavabdehin banka olan borcundan silindikdən sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə müraciət olunmuşdur. Lakin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq eskpertizasının rəyinə əsasən cavabdehin banka olan əsas borcu 32793.21 manat, faiz borcu isə 207.69 manat olması qənaətinə gəlinmişdir. Eskpert rəyi ilə iddia tələbində olan məbləğlər arasında əhəmiyyətli fərqin olmasını, həmçinin cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsini nəzərə alınaraq, iddiaçının nümayəndəsi iş üzrə yenidən məhkəməmühasibatlıq eskpertizasının təyin edilməsi barədə şifahi vəsatət vermişdir. Lakin məhkəmə əsassız olaraq vəsatəti rədd etmiş və öz mülahizələrinə əsaslanaraq cavabdehin banka ümumiyyətlə faiz borcunun olmadığı, əsas borcun isə 16912.64 manat olması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyinin icrası vəziyyətinə dair cədvəl əlavə edilmişdir. Həmin cədvəldə cavabdehin kredit müqaviləsi bağlandığı gündən etibarən həyata keçirdiyi son ödəniş gününədək banka ödənilməli olduğu, həyata keçirdiyi ödənişlər və qalıq borcunun açıqlaması əks olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, qarşı tərəf ödənişlər etmişdir. İşə məhkəmədə baxılarkən edilən ödənişlər əsas borcdan silinib. Rayon məhkəməsində hakim öz apardığı hesablamalar ilə borcdan silinmələr etdi. Ona görə də onlar qətnamədən apellyasiya şikayətləri vermişlər. Ekspert onların tələb etdiyi məbləğdən də artıq hesablayıb. Onlar vətəndaşın vəziyyətini pisləşdirmək üçün ödənilən məbləğləri əsas borcdan silib, faiz borcuna toxunmamışlar. İddianı ilk dəfə qaldıranda tələb etdikləri məbləği ekspert rəyində yazılıb. Qarşı tərəfdən artıq pul istəmirlər. Məhkəmə iclasıda Cavabdeh2 bildirdi ki, onun ödədiyi 1400 manat ödəniş borcundan silinməyib. 17,967 manat əsas borcu vardır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh1 şikayətin təmin edilməməsini xahiş etdilər İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən olan məhkəmə-mühasibatlıq ekspertizasının 27251 saylı, xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 32793,21 manat və faiz borcu isə 207,69 manat məbləğində təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2018-ci ildən sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh1 krediti üzrə 1400 manat məbləğində ödəniş edilmişdir. Hazırki tədqiqatla borc qalığının hesablanması xx.xx.2018-ci il tarixədək hesablandığından sonradan ödənilən 1400 manat məbləğində kredit ödənişi hazırki rəydə nəzərə alınmamışdır. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 15708 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxx 2015-ci il tarixli, 150006-787/512095 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; xx.xx.2018ci il tarixə əsas borc üzrə 32.319,71 manat, faiz borcu üzrə 3.316,0 manat, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 32.319,71 manat, faiz borcu üzrə 4.933,07 manat, müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni təmin edilməyən hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, digər hissəsinə isə toxunulmamalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas borcunun məbləği, həmçinin faiz borcunun tam rədd edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, əsas borcun 16912,64 manat, cəriməni isə azaldaraq 230 manat müəyyən etmiş, cəmi 17142,64 manatın tutulmasını qət etmişdir. Göründüyü kimi, faiz borcunun tam rədd edilməsi hissəsində məhkəmənin mövqeyi anlaşılan olmamışdır. Qətnaməni cavabdeh tərəf mübahisələndirməmişdir. Ona görə də qətnamə iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. İddiaçı isə qətnaməni yalnız əsas borcun məbləği və faiz borcunun təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixə, yəni müqavilə müddətinə faiz borcu 3.316,0 manat, dəqiqləşdirilmiş tələb üzrə, yəni xx.xx.2019-cu il tarixə isə əsas borcun 32.319,71 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizadan fərqli olaraq, apellyasiya baxışında əlavə məhkəmə mühasibatlıq ekspertizası iddiaçının xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş dəqiqləşdirilmiş tələb üzrə keçirilmiş və rəy alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı da tələb edilən borcunn düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Bununla yanaşı, iddiaçı əsas borc kimi 17967.77 manat tələb etdiyindən bu hissədə ekspertiza rəyi ilə müəyyən edilən deyil, tələb edilən məbləğ, faiz borcunun məbləği hissəsində isə ekspertiza rəyində müəyyən edilmiş məbləğ nəzərə alınmalıdır. Çünki, ekspertin rəyi mötəbər hesab edilsə belə, məhkəmənin iddia tələbindən kənara çıxa bilməz. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci – 200 (iki yüz ) manatın 100(yüz) manatı iddiaçıdan, 100(yüz) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-381/2019 nömrəli qətnaməsi əsas borcun məbləği və faiz borcunun təmin edilməməsi hissəsində dəyişdirilsin. Əsas borcun məbləği 17967.77 (on yeddi min doqquz yüz altmış yeddi manat, yetmiş yeddi qəpik), faiz borcunun məbləği 3.316,00 (üç min üç yüz on altı) manat, əsas, faiz borcun və cərimənin cəmi isə 21513,77 (iyirmi bir min beş yüz on üç manat, yetmiş yeddi qəpik) manat müəyyən edilsin. Qətnamə İddiaçı X3 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz ) manatın 100(yüz) manatı iddiaçıdan, 100(yüz) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar