Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2649/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan ünvanda inşa edilən yüksək mərtəbəli binanın 2-ci mərtəbəsində Xocalı prospekti boyu 16,50 metr uzunluğu, 26 metr eni, 3 metr hündürlüyü olan, 60 kv.m yardımçı sahəni çıxmaq şərti ilə (16,5 x 26 = 429 - 60=369), cəmi 369 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli müqavilədə və ona əlavə edilmiş əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli Sazişdə göstərilən qaydada və ölçüdə (Xocalı prospekti boyu) ayrılaraq onun sahiblik və istifadəsinə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, həmin sahələrdən sahiblik və istifadə hüququna hər hansı maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(011)-95/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, ünvan ünvanda inşa edilən yüksək mərtəbəli binanın 2-ci mərtəbəsində Xocalı prospekti boyu 16,50 metr uzunluğu, 26 metr eni, 3 metr hündürlüyü olan, 60 kv.m yardımçı sahəni çıxmaq şərti ilə (16,5 x 26 = 429 - 60 = 369), cəmi 369 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli müqavilədə və ona əlavə edilmiş əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli Sazişdə göstərilən qaydada və ölçüdə ayrılaraq İddiaçı sahiblik və istifadəsinə verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Daha sonra cavabdeh "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə razılıq əldə etdiyini, bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə işə, o cümlədən qeyd edilən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC-nin qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı və cavabdeh "xxxx" MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2649/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2649/2023
18.05.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver