Məhkəmə qərarları › İş №2(103)-2660/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2660/2020

05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2660/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi, İddiaçı İKB ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 3903/2019 nömrəli qətnaməsindən İddiaçı İKB ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC cavabdeh X6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 17474.44 ABŞ dolları əsas, 7666.26 ABŞ dolları faiz, 6228.22 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1812.6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 33182.52 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqnda bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödəıilməsi, tutmanın X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m ümumi, 121.9 kv.m yaşayış, 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m ümumi, 121.9 kv.m yaşayış, 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evinin hərracdan satışından əldə olunan vəsait hesabına "İddiaçı” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m ümumi, 121.9 kv.m yaşayış, 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra X2 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m timumi, 121.9 kv.m yaşayış. 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 həmin bağ evindən çıxarılması, həmin bağ evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-ci il 27 avqust tarixli kredit müqaviləsinə əsasən X7 İddiaçı İKB ASC-nin "Sumqayıt” filialından illik 24%-iə 24 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür.xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2017 tarixədək təyin edilir. Borcun təminatı olaraq, X2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m ümumi, 121.9 kv.m yaşayış. 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evi 2014-cı il 27 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-ci il 27 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-ci il iyulun 19-dək X2 2014-ci il 27 avqust tarixli kredit müqaviləsi üzrə banka 17474.44 ABŞ dolları əsas, 7666.26 ABŞ dolları faiz, 6228.22 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 31368.92 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq X7 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 3903/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 "İddiaçı" İKB ASC-nin xeyrinə 17176,71 ABŞ dolları əsas borc, 7506,22 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1813,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 27496,53 ABŞ dolları məbləğində borcun ödəniş günü manata məzənnə ilə manatla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulmasının, borc tələbinin ipoteka ilə yüklü edilmiş X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219,7 kv.m ümumi, 121,9 kv.m yaşayış, 97,8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakin açıq hərraca çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219,7 kv.m ümumi, 121,9 kv.m yaşayış, 97,8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evinin açıq hərracda ilkin satış qiymətinin 110000 (yüz on min) manat müəyyən edilməsi, bağ evinin satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin cavabdeh X6 qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, bağ evinin hərracda satıldıqdan sonra bir ay ərzində cavabdeh X7 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219,7 kv.m ümumi, 121,9 kv.m yaşayış, 97,8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evini tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən, cavabdeh X1 əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin əsas və faiz borclarının məbləğləri düzgün müəyyən edilməmiş, cərimə borcu isə xeyli azaldılmışdır. Məhkəməyə ekspertin dəvət olunaraq suallara cavab verməsinə dair vəsatət verilsə də, ancaq məhkəmə həmin vəsatətləri təmin etməmişdir. On agörə də ya ekspert məhkəmə iclasına dəvət olunmalı, ya da təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İKB ASC-nin nümayəndəsi X8 iddia tələbinə istinad etməklə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini vəiddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, iddiaçının nümayəndəsinin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan 2014-ci il 27 avqust tarixli kredit müqaviləsinndən görünür ki, X7 İddiaçı İKB ASC-nin "Sumqayıt” filialından illik 24%-iə 24 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2017 tarixədək təyin edilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, kredit məbləği 25000 ABŞ dolları borcalan X7 tərəfindən imza edilərək, qəbul edilmişdir. İş materiallarında olan 2014-cü il 27 avqust tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, X2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m ümumi, 121.9 kv.m yaşayış. 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evi ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA No ******* nömrəli çıxarışın təsdiq surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m ümumi, 121.9 kv.m yaşayış. 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ eviX2 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 7604 nömrəli vərəqində xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX No ******* nömrəli çıxarışın surətindən görünür ki, X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m ümumi, 121.9 kv.m yaşayış. 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evi İddiaçı İKB-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 7604 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m ümumi, 121.9 kv.m yaşayış. 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evindəX1 başqa heç kəs qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tarixli X6 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcludan 5 (beş) gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında X6 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan mənzilə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı İKB ASC-i tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2019-cu il tarixə 17474,44 ABŞ dolları əsas borcu, 15925,96 ABŞ dolları faiz borcu, 6228,22 ABŞ dolları cərimə borcu, 1813,6 ABŞ dolları əldən çıxmış fayda. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25179 No-li rəyi ilə, X2 İddiaçı İKB-nə xx.xx.2017-ci il tarixədək (müqavilə müddəti bitən tarixə) 17176,71 ABŞ dolları əsas borcu, faiz borcu üzrə 7506,22 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermiş və o, qətnaməni qismən- cavabdeh X1 əsas, faiz və cərimə borcunun tutulmasına dair hissədə mübahisələndirir. Qarşı tərəf isə apelyasiya şikayəti verməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1-ci və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İddiaçı İKB” ASC ilə X7 arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 25000 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 3 otaqlı, 219.7 kv.m ümumi, 121.9 kv.m yaşayış, 97.8 kv.m yardımçı sahədən ibarət 237 nömrəli bağ evini 2014-cü il 27 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2015-ci il tarixdə müvafiq kredit və ipoteka müqavilələrinə əlavə saziş bağlanmışdır. İş üzrə İddiaçı İKB ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər; 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araçdıraraq hesab edir ki, 6228,22 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1000 ABŞ dollarına endirilməlidir. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia əsas borcunun və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, iş üzrə ekspert rəyi əsas götürülməklə, cavabdeh X1 "İddiaçı" İKB ASC-nin xeyrinə 17176,71 ABŞ dolları əsas borc, 7506,22 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1813,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 27496,53 ABŞ dolları məbləğində borc tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində istinad etdiyi ekpert rəyini mötəbər hesab edir və yeni məhkəmə- mühasiobatlıq ekspertizasının keçirilməsinə ehtiyac olmadığını qeyd edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Odur ki, Kollegiya Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 3903/2019 nömrəli qətnaməsi İddiaçı İKB ASC-yə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar