Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2669/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi) Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-96/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və maraqlarına toxunan X7 tərəfindən ayrı-ayırılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 2014-ci il 16 oktyabr tarixli kredit müqaviləsi üzrə 90287.67 manat əsas, 105283.6 manat faiz, 17706.04 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 213277.31 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20m saylı bağ sahəsi / torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi/torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2014-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-96/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2014-ci il tarixli, 6-G-1-0-2054-14 saylı krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16 oktyabr 2014-ci il tarixli, 6-G-1-0- 2054-14 saylı krediti müqaviləsinə əsasən 93 527,98 manat əsas borc, 64 174,28 manat faiz borcu və 17706.04 manat məbləğində cərimə, cəmi 213277.31 (iki yüz on üç min iki yüz yetmiş yeddi manat 31 qəpik) manat məbləğində borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində tərəflər arasında razılaşdırılmış 170 000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə realizə edilməsi, həmin vəsait hesabına borcun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh verilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, qalan hissədə iddianın təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin maraqlarına toxunan X7 qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetinə tutma hissəsində ləğv edilməsi və iddia tələblərinin həmin hissələrində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı X2 cavabdehlər X8, X5 və Cavabdeh (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) qarşı “torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(010)-1706/2021 saylı qətnaməsindən iddiaçı X7 və Cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayırılıqda verilmiş apellyasiya şikayətləri əsasında başlanmış 2(103)-2563/2022 saylı mülki iş Bakı Apelyasiya məhkəməsinin mülki kollegiyasının (sədrlik edən hakim Şeyda Məhərrəmova) icraatındadır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 2669/2022 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı X2 cavabdehlər X8, X5 və Cavabdeh (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) qarşı “torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(103)-2563/2022 saylı mülki işlə birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsinə yönəldilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan 2(103)- 2563/2022 saylı işdən isə görünür ki, İddiaçı X7 iddiasında həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən 40 sot torpaq sahəsinin X4 və Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq (götürülərək) ona verilməsi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X6 08.06.2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli çıxarışın, X3 verilmiş 11.06.2013-cü il tarixli, Seriya RX, ******* nömrəli Çıxarışın və Cavabdeh verilmiş 15.10.2014-cü il tarixli, Seriya RX, ******* nömrəl Çıxarışın etibarsız hesab edilməsini tələb etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(010)-1706/2021 saylı qətnaməsi ilə də iddia tələbləri həmin hissələrdə təmin edilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan 2(103)-2563/2022 saylı işdə torpaq sahəsinə dair Cavabdeh adına verilmiş çıxarış mübahisələndirilmiş, hazırki işdə isə həmin torpaq sahəsinin 0.174141 ha hissəsi Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair 2(103)-2669/2022 saylı mülki iş, iddiaçı X2 cavabdehlər X8, X5 və Cavabdeh (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) qarşı “torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(103)- 2563/2022 saylı mülki işlə birləşdirilərək 2(103)-2563/2022 nömrə altında bir icraatda baxılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2669/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2669/2022
30.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver