Məhkəmə qərarları › İş №2(103)-2673/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2673/2021

25.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2673/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə İddiaçı Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına qarşı “sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi” barədə ilkin, Babazadə (Ələkbərova) Vüsalə Rasim qızının İddiaçı qarşı “cehiz əşyalarının qaytarılması” barədə qarşılıqlı tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq müəyyən etdi: İddiaçı Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babazadə (Ələkbərova) Vüsalə Rasim qızının daşınar cehiz əşyalarının - 1 ədəd mebel dəsti, 2 ədəd yorğan-döşək, 4 ədəd balış, 1 ədəd balaca xalça, 1 ədəd pərdə və qab-qacağın sahibsiz edilməsi və iddiaçını mülkiyyətinə verilməsini, daşınar cehiz əşyalarının xx xxxx 2018-ci il taixdə bu günə qədər evində saxladığına görə anbar xərci olaraq əvvəlki hər bir ay üzrə 100 manat olmaqla, ümumilikdə 2600 manat cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Babazadə (Ələkbərova) Vüsalə Rasim qızı isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə olan şəxsi əşyalarının - qəhvəyi rəngli şalvar, Yaşıl rəngli şalvar, 2 ədəd uzun paltar, şalvar, yubka, jiletka dəsti, göy rəngli yubka, hamiləlik paltarı, mavi rəngdə dəst şalvar, köynək, rozvi rəngli şalvar köynək, ağ rəngli jaket, trapes şalvar yaşıl kofta dəsti, 2 ədəd şifon köynək, ağ rəngli palto, narıncı rəngli palto, şuba, qolsuz kürk boz rəngli, 2 ədəd pencək, yaşıl yubka, qara kofta dəst, 4 toyluq qısa don, 3 gündəlik don, jlet biserli, sadə jilet 2 ədəd, 2 qalın qollu paltar, 6 ədəd çanta, 2 toy ayaqqabısı, 2 ayaqqabı (klassik,babet), 1 Sapaşki, qırmızı rəng saç ütüsü Philips, 1 Ədəd saç buran Philips, Daraq dəsti, Bujuteryalar- mücrü qabı, 4 ədəd aksesuar biri şamdan, 1 ədəd flaşkart, Braun Epilyator, Uşağın əşyaları paltarları, ədyal,, bir ədəd yataq dəsti, Bir ədəd yekə xalça, pərdə, pokrıval, iki döşək, 4 böyük balış, 2 balaca balış, 3 yun yorğan, 1 sintipon yorğan, 1 puxovu ədyal, 7 ədəd çexol dəsti, 1 ədəd dəst, 1 qalın güllü dəst, 4 ədəd süfrə, 24 ədəd əl-üz dəsmalı, 24 ədəd çay dəsmalı, yemək dəsti “Karaca”, qaşıq bıçaq dəsti 3 mərtəbə, taxta bıçaq Gepass, taxta qaşıq dəsti Gepass, 6 ədəd bıçaq dəsti, 12 ədəd çay qaşığı, mətbəx qaşıqları, ət çəkən Gepass, sok çəkən, tozsoran, blender Gepass, toster, ütü King, blinçik tavası tikla Gepass, çərəz çəkən əl maşını Gepass, çərəz qabı, 6 ədəd tefal kosturka naboru Tefal, 6 ədəd Çuğun kastorka naboru Tefal, 6 ədəd Mis kastorka naboru tefal, çaydan, çaynik dəsti Tefal, samovar, 1 ədəd iri podnos, çay servisi, kofeni servis (Modonna), 24 ədəd rumka bağlama, 6 ədəd rumka xrustal, 1 ədəd Güldan Meyvəqabı, 2 ədəd konfetqabı, 6 ədəd armudu stəkan dəst, 12 ədəd nəlbəki, 12 ədəd xrustal çay stəkanı, 2 mürəbbə qabı, 2 qənd qabı, 2 xrustal qab (şirniyyat), 2 xrustal qab (meyvə), ağzı qapaqlı tort qabı şüşə, 1 ədəd tərəvəz doğrayan gepass, 1 ədəd tefal tava, 6 ədəd rəngli şüşə qab, tort kəsən bıçaq, 2 ədəd şiriniyyat götürən, 1 ədəd televizor samsung, yaşıl setka qab meyvə üçün, mikser, 1 ədəd stlüt saat, 1 ədəd vanna uşaq üçün,1 ədəd vedrə qapalı, 1 ədəd sutökən, 4 ədəd yumuşaq ayı oyuncağı yekə, Balaca yumuşaq ayı oyuncaqları (yekə safanda), paltar asan 12 ədəd, 5 ədəd ramka şəkil üçün, yataq dəstinin ona qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilki iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına aşağıdakı əşyaların: göy rəngli yubka, hamiləlik paltarları, hamiləlik şalvarları, hamiləlik şalvar və köynəyi, mavi rəngdə dəst şalvar köynək, rozvi rəngli şalvar köynək, ağ rəngli jaket, trapes şalvar yaşıl kofta dəsti, 2 ədəd şifon köynək, ağ rəngli palto (fotoşəkildə təsvir olunan), qolsuz kürk boz rəngli, 2 ədəd pencək, yaşıl yubka, bir ağ kurtka, cins paltar, qara kofta tüllü, jilet buserli sadi iki ədəd, iki qalın qollu uzun paltar, 4 toyluq qısa don, qırmızı don, cehrayi don narıncı, don gündəlik, yubka, şalvar, jilet dəsti mavi rəngdə klassik, 3 ədəd çanta (1 - ağ-qara, 1 qırmızı, 1 cəhrayı), 2 toy ayaqqabısı, klassik (tünd göy) ayaqqabı, 2 babet, bir vtynamka ayaqqabı, 1 sapojki, bijuteryalar, 4 ədəd aksesuar bir şamdan, bir pişik, bir bəy-gəlin, bir ağac qırmızı, şam, braun epiylator, uşağın əşyaları paltarları, ədyal, bir ədəd yataq dəsti, dörd ədəd xalça, pərdə, pokrıval, iki döşək, 4 böyük balış, 2 balaca balış, 2 yun yorğan, 1 sintipon yorğan, 1 puxovu ədyal, 4 ədəd çexol dəsti, 1 ədəd atlaz dəst, 1 qalın güllü dəst, 3 ədəd süfrə, 9 ədəd əl-üz dəsmalı, 2 ədəd çay dəsmalı, yemək dəsti “Karaca”, qaşıq bıçaq dəsti 3 mərtəbə, taxta bıçaq Gepass, taxta qaşıq dəsti Gepass, 6 ədəd bıçaq dəsti, 12 ədəd çay qaşığından 6 ədəd çay qaşığı, mətbəx qaşıqları, ət çəkən Gepass, sok çəkən, tozsoran, blender Gepass, toster, ütü King, çərəz qabı, 4 ədəd tefal kastryulka (qazan) naboru, 6 ədəd Çuğun kastryulka (qazan) naboru Tefal, 6 ədəd Mis kastryulka (qazan) naboru Tefal, çaydan, çaynik dəsti Tefal, samovar, 1 ədəd iri podnos, çay servizi, kofeni (qəhvə) servizi (Madonna), 24 ədəd rumka bağlama, 6 ədəd rumka xrustal, 1 ədəd Güldan Meyvəqabı, 2 ədəd konfetqabı, 6 ədəd armudu stəkan dəst, bir su qabı 6 stəkan qəhvəyi rəngdə, 12 ədəd nəlbəki, 6 ədəd xrustal çay stəkanı, 2 mürəbbə qabı, 1 qənd qabı, 2 xrustal qab (şirniyyat), 2 xrustal qab (meyvə), ağzı qapaqlı tort qabı şüşə, 1 ədəd qozçəkən maşın, 1 ədəd tərəvəz doğrayan gepass, 1 ədəd tefal tava, 7 ədəd rəngli şüşə qab, tort kəsən bıçaq, 1 ədəd şiriniyyat götürən, 1 ədəd televizor samsung, yaşıl setka qab meyvə üçün, mikser, 1 ədəd vanna uşaq üçün, 1 ədəd vedrə qapaqlı, 1 ədəd sutökən, 4 ədəd yumuşaq ayı oyuncağı yekə, balaca yumuşaq ayı oyuncağı, paltar asan 12 ədəd, 3 ədəd ramka şəkil üçün, yataq dəsti (mebel) qaytarılması, ilkin iddia üzrə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 10 manat məbləğində pulun İddiaçı tutularaq Babazadə (Ələkbərova) Vüsalə Rasim qızının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qismən – ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin iddia tələbinin təmin edilməsi, həmçinin Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına qaytarılmalı olan cehiz əşyalarından trapes şalvar, yaşıl kofta dəsti, 2 ədəd şifon köynək, 6 ədəd mis kostryulka naboru hissəsində dəyişdirilməsi, trapes şalvar, yaşıl kofta dəsti, 2 ədəd şifon köynək hissəsində ləğv edilməsi, 6 ədəd mis kostryulka naboru 4 ədəd ədə mis kostryulka naboru ilə əvəz edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək apellyasiya baxışına təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş məktubda, Babazadə (Ələkbərova) Vüsalə Rasim qızının qətnamədən apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş, buna görə də işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2669/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Babazadə (Ələkbərova) Vüsalə Rasim qızı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar