Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2675/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(008)-1593/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında 07 avqust 2020-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixloi, 2(008)- 1593/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətinə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Daha sonra apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizənin geri qaytarılmasına dair ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizənin geri qaytarılması barədə tərəfin ərizəsinə hər hansı münasibət bildirməmişdir. Yəni müddətin bərpası barədə ərizə geri qaytarılmamış, o cümldən geri qaytarılmadığı halda həmin ərizəyə baxılmaqla münasibətdə bildirilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iş üzrə məhkəmənin qətnaməsi xx.xx.2022-ci tarixdə qəbul edilmiş məhkəmənin qətnaməsindən isə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edilmişdir. Belə olan halda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddətin keçməsindən sonra verilmiş apellyasiya şikayəti üzrə məhkəmə tərəfindən müddətin ötürülməməsi qənaətinə gəlinmişdirsə, buna münasibət bildirilməklə apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərilməli idi. Belə ki, məhkəmə qətnaməsinin apellyasiya şikayəti vermiş şəxsə rəsmi qaydada təqdim edilməsi iş materiallarından görünmədiyindən həmin müddətin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməsi mümkün deyil. AZərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(008)- 1593/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə AZərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2675/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2675/2023
16.03.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver