Məhkəmə qərarları › İş №2(103)-268/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-268/2024

07.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-268/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borc, tapşırıq, əsassız varlanma, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 454 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında cizgidə göstərilən ərazidə yerləşən mövcud 75 kv.m ölçüdə məntəqənin Cavabdeh adına sənədləşdirilməsinə və təqdim etdiyi layihəyə əsasən mövcud ölçüdə sökülüb müasir üslubda yenidən tikilməsinə icazə verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi Akif Abdullayevin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 20 avqust 2014-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyi alınmaqla məktubda göstərilən şərtlərlə razılaşdırılır.

3. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yanında yerləşən qeyri-yaşayış sahəsinin 75 kvadrat metr qeyri-yaşayış sahəsi (obyekt) tikintisi üçün 2013-cü ildə eskiz layihəsi İddiaçı adına çəkilmişdir.

4. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaninda yerləşən qeyri-yaşayış sahəsinin 75 kvadrat metr qeyri-yaşayış sahəsinin 2014-cü ildə eskiz layihəsi Cavabdeh adına çəkilmişdir.

5. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yanında yerləşən ərazidə ümumi sahəsi 480,8 kv.m. olan qeyri-yasayış sahəsi inşa edilmişdir.

6. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yanında inşa edilmiş 480,8 kv.m. ümumi sahəsi olan qeyri-yasayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

7. 09 sentyabr 2014-cü il tarixli razılaşmada göstərilmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş 09 sentyabr 2014-cü il tarixli 005/2/728-tş nömrəli Texniki Şərtin icrası ilə əlaqədar Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında inşa edilmiş Cavabdeh məxsus qeyri-yaşayış obyektinin su təchizatı (d32 mm) və kanalizasiya (d150) şəbəkələrinə qoşulmasının təmin edilməsi məqsədilə “Sifarişçi”nin vəsaiti hesabına nəzərdə tutulan işlər yerinə yetirilməlidir. “Sifarişçi” bu razılaşmanın şərtlərinə əsasən yerinə yetiriləcək işlərin dəyəri olan 303.00 (üç yüz üç) manat (su təchizatı şəbəkəsinə qoşulma işlərinin icrası üçün 105.00 manat, kanalizasiya şəbəkəsinə qoşulma işlərinin icrası üçün 198.00 manat) vəsaitin əvvəlcədən ödənilməsini təmin etməlidir.

8. "xxxx" ASC-nin xx.xx.2016-ci il tarixli 07/182-05 saylı “İistilik təchizatı üçün texniki şərt”ində göstərilmişdir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istilik təchizatı üçün icazə verilmişdir.

9. Cavabdeh 24 may 2014-cü il tarixdə İddiaçı onu dövlət orqanlarında təmsil etməsinə dair səlahiyyətləri ehtiva edən 50 il müddətli etibarnamə vermiş, 17 avqust 2021-ci il tarixdə həmin etibarnaməni ləğv etdirmişdir.

10. X17 09 dekabr 2015-ci il tarixdə İddiaçı onu dövlət orqanlarında təmsil etməsinə dair səlahiyyətləri ehtiva edən 50 il müddətli etibarnamə vermiş, 23 may 2022-ci il tarixdə həmin etibarnaməni ləğv etdirmişdir.

11. X30 Quliyevanın həyat yoldaşı, İddiaçı uşaqlıq dostudur – onlar hər üçü Xocalı rayonundandırlar.

12. X31 Federasiyasının Həştərxan vilayətində yaşayır, orada biznes fəaliyyəti ilə məşğuldur.

13. X18 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 29,09 kvadratmetr, yaşayış sahəsi 16,79 kvadratmetr olan 1 otaqlı mənzilini 22 iyul 2015-ci il tarixdə X2 30 000 (otuz min) manata satmışdır.

14. X3 Orucovun bacısıdır.

15. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərmiş, məktubda göstərmişdir ki, Bakı şəhəri, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kv.m. olan qeyri-yasayış sahəsinin tikintisi üçün tərəfindən 2015-ci ildə 471 500 manat xərclənmişdir, həmin vəsaitin 10 gün müddətində ona qaytarılmasını xahiş edir.

16. Elnarə və Hikmət Quliyev(a)lərin nümayəndələri olan Vəkil Piriyev tərəfindən İddiaçı 01 iyul 2022-ci il tarixdə xəbərdarlıq məktubları ünvanlanmış, məktublarda ona verilən etibarnamələrin ləğv etdirildiyi barədə məlumat verilməklə Bakı şəhəri, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair sənədlərin qaytarılması tələb olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

17. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması və buna dair çıxarışın (şəhadətnamənin) verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1971-ci ildə Xocalı şəhərində anadan olmuş, 1992-ci ildə Xocalı şəhəri işğal edildikdən sonra ailə üzvləriylə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Cavabdeh Laçın rayonundan qaçqın dostu Vəliyev Cəlilin bacısı kimi tanıyır, cavabdehin həyat yoldaşı X17 isə uşaqlıq dostu olmuşdur. Kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmiş, lakin 2013-cü ildə X16 xidmət etdiyi üçün bu istəyini reallaşdıra bilməmişdir. Bununla bağlı Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayan dostu Hikmətlə danışmış, Hikmət bildirmişdir ki, arvadı Elnarənin adına daşınmaz əmlak kimi qeyri-yaşayış sahəsi inşa edib icarəyə verib sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu məqsədlə Hikmət ona 2013-cü ildə 180 000 ABŞ dolları (142 min manat) borc pul göndərmiş və bildirmişdir ki, pulun müqabilində təminat kimi sənədləşdirməni arvadı Cavabdeh adına etsin. Özündə olan 202 min manat pulu və bacısı X8 məxsus mənzilin satışından əldə olunmuş 50 500 manatı daşınmaz əmlakın tikintisinə sərf etmişdir. Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin 27 dekabr 2013-cü il tarixli 454 saylı sərəncamına və tikintinin eskiz layihəsinə əsasən tikintiyə başlamış, bütün sənədləşdirməni aparmaq üçün Cavabdeh ona 24 may 2014-cü il tarixdə 50 il müddətinə etibarnamə vermişdir. Əlində olan pul vəsaiti kifayət etmədiyi üçün 2015-ci ilin aprel ayında tanışı Ələsgərov Rakivdən 75 000 ABŞ dolları (59 min manat), həmin ilin sonunda isə digər tanışı Orucov Möhübbətdən 70 000 manat və Qarayeva Aygündən 50 000 ABŞ dolları (38 min manat) borc alıb tikintini tikib başa çatdırmışdır. Lakin tikinti zamanı həmin vəsaitdən başqa mal-materiallar və usta üçün əlavə 52 min manat borcu qalmışdır ki, onu da ödəmişdir. Bundan başqa obyektin 4-cü mərtəbəsində ofis tikib təmir etdirmiş, peneplastrla izolyasiya işləri, dam işlərini gördürmüş və istilik sistemi (kombi) çəkdirmiş, ümumilikdə 128 500 manat əlavə xərc çəkmişdir. Ümumilikdə tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kvadrat metr olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinin tikintisi üçün 471 500 manat və əlavə xərclər 128 500 manat, yəni cəmi 600 000 manat pul xərcləyib tikintini tikib qurtarmışdır. Cavabdeh ona 24 may 2014-cü il tarixdə 50 illik etibarnamə verdiyi üçün bütün sənədləşməni onun adına etmişdir. Tikintini 2015-ci il tarixdə tikib başa çatdırmış, lakin Elnarənin adına xüsusi mülkiyyəti təsdiq edən çıxarış ala bilməmişdir. Tikintini müəyyən fasilələrlə ayr-ayrı sahibkarlara icarəyə vermiş və müəyyən məbləğdə - təxminən 40 000 manat icarə haqqı almışdır. 2021-ci ildə aralarında müəyyən narazılıqlar yarananda dəfələrlə Elnarəyə və Hikmətə telefonla müraciət edərək məsələni danışıq və qarşılıqlı razılaşma yolu ilə həll etməyi təklif etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Elnarə və Hikmət həmin qeyri-yaşayış sahəsinitikintini ondan alacaqlarını bildirmişlər. Bundan sonra onun telefon zənglərinə cavab verməmişlər və Cavabdeh 17 avqust 2021-ci il tarixli ərizə ilə notariat orqanında ona verdiyi 24 may 2014-cü il tarixli etbamaməni də ləğv etmişdir. Bundan sonra həmin tikintini icarəyə verməkdə çətinlik çəkir. Cavabdehin bu hərəkətləri nəticəsində istifadə, sahiblik və sərəncam hüquqları kobud surətdə pozulmuş, maddi və mənəvi ziyan çəkmişdir. Tikintiyə çəkdiyi məsrəfləri və bazar qiymətini müəyyən etmək üçün "xxxx" MMC Qiymətləndirimə Şirkətinə müraciət etmiş, müstəqil qiymətləndiricinin MB-15/072 saylı 15 mart 2022-ci il tarixli qiymətləndirmə hesabatına (rəyinə) əsasən məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kvm.olan zirzəmi-ikimərtəbəli həmin tikintiyə çəkilmiş tikinti və təmir xərci 15 mart 2022-ci il tarixinə olan qiymətlərlə 601 507 manat təşkil edir. Hesab edir ki, qeyd olunan əmlaka mülkiyyət hüququ tanınmalı, buna dair çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə olunmalıdır.

19. Sonradan iddiaçı iddia tələbini dəyişdirmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kv.m olan 3 mərtəbəli qeyryaşayış sahəsinin tikintisi üçün xərclədiyi 471 500 manatın və 128 500 manat əlavə xərclərin, yəni cəmi 600 000 (altı yüz min) manatın cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddia tələbinin dəyişdirilməsi barədə ərizə iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

21. İddiaçının sifarişi əsasında "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən tərtib olunmuş və məhkəməyə təqdim edilmiş 15 mart 2022-ci il tarixli hesabatda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kvadrat metr olan zirzəmi-ikimərtəbəli tikintinin, qeyri-yaşayış binasına, tikintiyə çəkilmiş tikinti və təmir xərclərinin 15 mart 2022-ci il tarixə hesablanmış ümumi bazar dəyəri 601 507 (altı yüz bir min beş yüz yeddi) manat təşkil edir.

22. Cavabdeh və onun vəkili iddia tələbinə etiraz edərək iddianın əsassız olduğunu bildirmiş, etirazlarını onunla əsaslandırmışlar ki, X36 oglu İddiaçı 2013-cü ildə 180 000 ABŞ dollar pulu borc olaraq deyil, Xətai rayon İcra Hakimiyyətinin 454 nömrəli xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Gəncə prospekti 34 saylı binanın yaxınlığında Cavabdeh tikilməsinə icazə verilmiş qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinin görülməsi məqsədilə göndərmişdir. İddiaçı oglu tərəfindən iddia tələbinin əsası kimi qeyd edilən digər dəlillər yanlış məlumatlardan ibarət olan uydurma dəlillərdir. İddiaçı yalan vədlər verməklə çoxsaylı insanlardan nəinki 400 000-500 000 manat, bu məbləğdən də çox pul borca ala bilərdi. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 520 kv.m. olan qeyri-yaşayış obyektinin sənədləşdirilməsini, bu gün məhkəməyə müraciət etməzdən əvvəl elədiyi kimi, bu qədər borc almaq üçün geniş imkanları və özündə 202 000 manat var idisə, daha nə ehtiyac varı idi ki, uzaq ölkədə yaşayan şəxsdən - X5 borca pul alsın, həm də qeyri-yaşayış obyektlərini Hikmətin arvadının adına sənədləşdirsin. Nə qədər ağlabatan mühakimənin nəticəsi ola bilər ki, uzaq bir ölkədə yaşayan və şəxsi münasibətləri olmayan bir şəxsin arvadının adına obyektlər tikilib sənədləşdirilsin. Əgər ki, İddiaçı qeyd elədiyi kimi guya özündə 202 000 manat nağd pul varı idisə, həmin məbləğdəki pul ilə çox rahat şəkildə tikinti işlərinə başlaya bilərdi və qeyri-yaşayış obyektlərini də öz ailə üzvlərinin, yaxınlarının (anasının, xanımının, övladlarının və ya evini satdığı bacısının) adına birbaşa sənədləşdirərdi. X17 ilə cavabdeh mübahisə predmetini təşkil edən qeyri-yaşayış obyektlərinin, sahələrinin tikinti-təmir işlərinin aparılmasını İddiaçı tapşırmışlar və həmin qeyri-yaşayış sahələrinin tikinti-təmir işləri üçün tələb olunan kifayət qədər pul məbləğini İddiaçı vermişlər. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 saylı binanın yaxınlığında, içərisində 75 kv.m tikili olan torpaq sahəsini görüb bəyənmiş, orada layihəyə əsasən müasir üslubda obyekt tikməyə qərar vermişlər. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciətinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 454 nömrəli xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında mövcud 75 kv.m ölçüdə məntəqənin (tikilinin) adına sənədləşdirilməsini və təqdim etdiyi layihəyə əsasən sökülüb müasir üslubda yenidən tikilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı binanın yaxınlığındakı qeyri-yaşayış obyektinə dair “Mühəndis qurğuları, Elektrik işıqlandırma, yanğın siqnalizasiyası” işçi layihəsindən də görünür ki, sözügedən obyektin sifarişçisi Cavabdehdır. Bu obyektin faktiki ölçüsü 520 kvadrat metr təşkil edir. Onlar İddiaçı etibar edərək 2013-cü ildən başlayaraq 2015-ci ilədək hissə-hissə olmaqla ümumilikdə İddiaçı obyekt tikintisi üçün 360 000 (üç yüz altmış min) ABŞ dolları məbləğində nağd şəkildə pul vermişlər. X17 ilk olaraq 2013-cü ilin avqust ayında tikinti işləri üçün İddiaçı 118 000 ABŞ dolları vermişdir. Daha sonra Elnarənin adında olan “Land Cruiser” markalı avtomobilinin satışından əldə olunan 69 500 ABŞ dolları məbləğindəki pulu və “Nissan Teana” markalı avtomobilin satışından əldə olunan 10 000 ABŞ dolları məbləğindəki pulu da obyektlərin tikintisi üçün İddiaçı vermişlər. İddiaçı ilə əvvəlcədən öz aralarında razılaşmışlar ki, ünvan 4 obyektinin aylıq icarə pulları ilə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın qarşısında yerləşən, X23 adına Uşaq baxçasının 3-5 metr yaxınlığında olan “Qəbələ Məhəllə” Restoranı inşa etsin, həmin tapşırıqları icra etməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 ünvanında yerləşən obyektlərdən və ünvan 6lə Məhəllə” Restoranın aylıq icarə haqqından gələn gəlirin 1/3 hissəsi İddiaçı, qalan 2/3 hissəsi də cavabdehə aid olsun. Obyektin icarə pulundan 1/3 hissəsini İddiaçı verməyə həm də ona görə razılaşmışlar ki, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın qarşısında azyaşlı uşaqların bağçasının 3-5 metr yaxınlığındakı sahədə cavabdehin adına obyektlər inşa etsin. Obyektlərin aylıq icarə pulundan 1/3 hissəsini İddiaçı verməyə həm də ona görə razılaşmışlar ki, Eldarın dediyinə görə 2011-ci ildə 2 nəfərin ölümünə səbəb olmuş avto-qəza hadisəsi törətməsi ilə əlaqədar yaranmış 100 000 (yüz min) manatdan çox borcunu icarə pullarından hissəhissə bağlaya bilsin, həbs olunmasın, işdən çıxarılmasın. Bu da onun tikinti işləri aparılmasına nəzarət etməsi ilə bağlı əmək haqqının əvəzi olsun. Odur ki, uzun illər ərzində İddiaçı mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahələrindən əldə olunan aylıq icarə haqlarını tələb etməmişlər. Qeyri-yaşayış sahələrinin Elnarənin adına sənələşdirilməsi üçün İddiaçı xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində etibarnamə də vermişlər. Son vaxtlar İddiaçı obyektin tikintisi üçün ona verdikləri 360 000 (üç yüz altmış min) ABŞ dolları məbləğindəki nağd pulun, satdığı maşınlarının pulunu, qeyri-yaşayış obyektlərindən hər ay təqribən əldə olunan 5000 manat aylıq icarə pullarını hara, nə qədər sərf elədiyi barədə hesabat verməsini, həmçinin qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilməsini, obyektlərini əri ilə ona təhvil verilməsini tələb edəndə o, “bu gün, gələn həftə verərəm, edərəm” deməklə, xərclər barədə qeydiyyat apardığı dəftəri guya tapa bilmir, onu tapıb hesabat verəcək, obyektləri mülkiyyətinə keçirmək üçün sənədlər toplamağa başlayır və sair müxtəlif bəhanələr gətirməklə işin əsl mahiyyətindən uzaqlaşır, vaxt uzadır, obyektləri, onlara aid olan sənədləri təhvil verməməkdə obyektlərin aylıq icarə haqlarını mənimsəmişdir. Odur ki, İddiaçı verdiyi etibarnaməni onu xəbərdar etməklə ləğv etdirmişdir. Obyektlərin boşaldılması, onlara aid olan sənədlərin geri qaytarılması üçün Piriyev Vəkil Bağman oğluna etibarnamə vermişdir. Obyektləri, onlara aid olan sənədləri geri qaytarması ilə bağlı İddiaçı şifahi və rəsmi xəbərdarlıqlarlar edilmiş, bildirişlər verilmişdir.

23. Məhkəmənin şahid qismində dindirdiyi X19 ifadəsində göstərmisdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən obyekt ilə qonşu obyektin tikintisini aparmış, İddiaçı oradan, təxminən 2014-cü il tarixdə tanımışdır. Cavabdeh isə tanımır. Qonşu obyektin tikintisindən sonra, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində İddiaçı ona öz obyektinin tikintisini aparmağı təklif etmişdir. Tikinti zamanı tikinti proseslərini Eldar ilə birlikdə aparmışlar, o, pul verib mal-material almışdır. Obyekt 480- 500 kvadrat metr sahədən ibarət idi, zirzəmi, bir mərtəbə və mansard. Obyekti bünövrədən tikiblər. O, obyektdə beton, hörgü, suvaq, damın vurulması, yerin metlaxının vurulması, içərinin malylar işlərini görmüşdür. Obyektin tikintisi üçün pulları İddiaçı almışdır. Görülmüş işlərin dəyəri o vaxt üçün 500-600 min manat olardı. İddiaçı ilə müqavilə bağlamayıb. İşlər görüldükcə, görülmüş işlərin dəyəri ödənilib. O, X32 Orucovun dostu olaraq tanımışdır. Hikmət tikinti işlərinə müdaxilə etməmişdir.

24. Məhkəmənin şahid qismində dindirdiyi Qarayeva (Vəliyeva) Aygün Baxşeyiş qızı ifadəsində göstərmisdir ki, İddiaçı 2014-2015-ci illərdən tanıyır və onunla ailəvi dostdurlar. Cavabdeh isə tanımır. İddiaçı mübahisəli olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yaxınlığında tikdirdiyi qeyri-yaşayış sahəsinin-obyektin tikintisi və təmiri üçün 2015-ci ilin sonlarında ondan 50 000 ABŞ dollari borc alıb həmin tikintiyə xərcləmişdir.

25. Məhkəmənin şahid qismində dindirdiyi X12 ifadəsində göstərmişdir ki, İddiaçı 1992-ci ildən bir qonşu kimi tanıyır. Cavabdeh isə tanımır. İddiaçı mübahisəli Bakı şəhəri, Xətai rayonu 34 saylı binanın yaxınlığında inşa etdiyi qeyri yaşayış-sahəsinin (obyektin) tikintisi üçün ondan 2015-ci ilin aprel ayında 75 000 ABŞ dolları borc almışdır.

26. Məhkəmənin şahid qismində dindirdiyi X9 ifadəsində göstərmişdir ki, İddiaçı 1992-ci ildən, 28 may metrosunun yaxınlığında ticarətlə məşğul olduğu vaxtdan tanıyır. Cavabdeh isə tanımır. İddiaçı mübahisəli Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yanında olan qeyri-yaşayış sahəsinin (obyektin) tikintisi üçün 2015-ci ilin sonunda ondan 70 000 manat borc alib həmin tikintinin təmir və inşaat işlərinə sərf etmişdir.

27. Məhkəmənin şahid qismində dindirdiyi X22 ifadəsində göstərmişdir ki, həm İddiaçı, həm də Cavabdeh bir qohum və Xocalı şəhər sakinləri kimi tanıyır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yanında inşa edilmiş mübahisəli obyekt onun yaşadığı binanın yaxınlığında yerləşir və həmin qeyri-yaşayış sahəsinin yanında onun 150 kvadrat metr torpaq sahəsi vardır. 2013-cü ildə İddiaçı həmin yerdə obyekt tikməsini təklif etmişdir. Bu məqsədlə öz torpaq sahəsinin 75 kvadrat metrini İddiaçı vermişdir. Eldar həmin torpaq sahəsinə müvafiq icazə alıb tikinti işlərinə başlamış və 75 kv.m. sahədə 1-ci mərtəbəni tikib qurtarmışdır. 2014-cü ildə İddiaçı da öz növbəsində dostu Hikmət Quliyevlə şərik olaraq həmin mübahisəli obyektin 2-ci mərtəbəsinin tikintisinə başlamışdır. Bitmə ərəfəsində 75 000 ABŞ dolları söhbəti düşdü. 75 000 ABŞ dollarını Quliyev Hikmət göndərməli idi ki, şəriklik baş tutsun. O, pulu göndərmədi, şəriklik də alınmadı. Bilir ki, tikintinin, ustaların, fəhlələrin pullarını Eldar verirdi.

28. Məhkəmənin şahid qismində dindirdiyi X24 ifadəsində göstərmişdir ki, Cavabdeh onun qardaşı X6 arvadıdır. İddiaçı isə qardaşı Hikmətin dostu və Xocalı şəhər sakini kimi uşaqlıqdan tanıyır. Mübahisəli obyekt tikilən vaxtı qardaşı onunla məsləhətləşdi ki, Eldarla iş görmək istəyir. O, da buna müsbət münasibət bildirmişdir. X39 Orucova tapşırmışdır ki, obyekti tikdirib başa gətirsin. 2014-cü ilin yay aylarında Hikmət Quliyev onun yanında İddiaçı 118 000 (yüz on səkkiz min) ABS dolları pul vermişdir. Eyni zamanda, qardaşı “Land Cruiser” markalı maşınını da 60 500 manata satıb, pulu İddiaçı almışdır. Tikintinin pulunu onun qardaşı verməli idi. Eşitdiyinə görə tikintiyə 500 000 manat pul xərclənib. İddiaçı dediyinə görə, obyektin tikintisini başa çatdırmaq üçün o, İlham adlı şəxsən 75 000 manat pul götürmüşdür. İddiaçı deyirdi ki, Hikmət pulu göndərsin, ondan sonra obyekti işlətməyə başlasınlar.

29. Məhkəmənin şahid qismində dindirdiyi X13 ifadəsində göstərmişdir ki, İddiaçı onun bibisi oğlunun qaynıdır. Cavabdeh isə əmisi oğlunun həyat yoldaşıdır. Əmisi oğlu Hikmət Quliyev ilə İddiaçı birlikdə iş görürdülər. Hikmət Quliyev torpaq almışdı, İddiaçı isə torpağın üzərində obyekt tikdirirdi. Hikmət Quliyevə məxsus olan maşın öz adına qeydiyyatda olduğuna görə, o, “Land Cruiser” marklalı maşının satılması üçün İddiaçı etibarnamə vermişdir. Maşını obyektin tikintisi üçün pul lazım olduğuna görə satmışdılar. Maşının necəyə satıldığını bilmir.

30. Məhkəmənin şahid qismində dindirdiyi X20 ifadəsində göstərmişdir ki, Cavabdeh onun bacısı, İddiaçı isə Xocalı şəhər sakini və yeznəsi Quliyev Hikmətin dostudur. X17 2013-cü ildə ona soruşmuşdur ki, birlikdə nə iş görə bilərlər?. O da bildirmişdir ki, mənzil alıb, təmir edib sata bilərlər. Bir müddət sonra öyrənmişdir ki, İddiaçıla birlikdə obyekt tikirlər. Onların işinə müdaxilə etməmişdir. Obyektdə olduğu zaman İddiaçı ona bildirmişdir ki, obyektin tikintisinə 160 000 manat xərclənib. 3-4 il keçəndən sonra yeznəsi ona bildirmişdir ki, obyektin kirayə haqqını götürmür, İddiaçı borcu olduğuna görə kirayə haqqını hələ də o götürür. Obyektin tikintisi üçün yeznəsinə məxsus olan bir maşını 10 000 manata satmışlar. Həmin il Hikmət Quliyevin dediyinə görə, o, Azərbaycan Respublikasına 800 000 manat pul göndərmişdir. Pulları bacısı oğlu çatdırırdı. X28 məxsus olub, pul qoyan o olub, xərcləyən də o olub. Bu yay İddiaçı ona zəng etmiş, 75 000 dollar borcu olduğunu bildirmişdir. O, demişdir ki, Hikmətlə danışsın, obyekti 5000 manat kirayə versin, yarısını İddiaçı, yarısını isə Abbas alsın. Daha sonra məlum olmuşdur ki, həmin borc yoxdur. Belə ki, İddiaçı Tahirə adlı qadından borc aldığını bildirdiyinə baxmayaraq, sonuncu Hikmət Quliyevə zənq etmiş, İddiaçı borc vermədiyini bildirmişdir.

31. Məhkəmənin şahid qismində dindirdiyi X25 ifadəsində qöstərmişdir ki, Cavabdeh onun xalası, X17 xalasının əridir. İddiaçı isə Quliyev Hikmətin vasitəsilə tanımışdır. Eşitdiyinə görə Hikmətlə Eldar şərikinə obyekt tikdirdilər. Obyektin tikintisi üçün pulu Hikmət göndərirdi, Eldar isə tikintiyə rəhbərlik edirdi. Obyektin tikintisinə nə qədər xərcləndiyini bilmir. Lakin Hikmət tərəfindən Rusiyadan gələn pulu o qəbul etmiş və Cavabdeh evə çatdırmışdır. 6 dəfə bu proses təkrar olub, 1 dəfə 175 000 dollar, bir dəfə 75 000 ABŞ dolları, üçüncü dəfə 40 000 ABŞ dolları, dördüncü dəfə 30 000 ABŞ dolları, beşinci dəfə 28 000 ABŞ dolları, 6-cı dəfə isə 22 000 ABŞ dolları qəbul etmişdir. Deyilən o idi ki, pullar obyektin tikintisinə gedir. İddiaçı şəxsən pul verməyib.

32. Məhkəmənin şahid qismində dindirdiyi X14 ifadəsində göstərmişdir ki, Cavabdeh onun qardası Hikmət Quliyevin arvadıdır, cavabdeh İddiaçı isə həm qardası Hikmətin dostu, həm də özünün şagirdi olmuşdur. Hikmətlə Eldar 2013-cü ildə Rusiya Federasiyasının Həştərxan Vilayətində onun evində obyekt barədə söhbət etmişlər, söhbət obyektin tikintisi, xərclənən pullar ilə bağlı olub. Eşitdiyinə görə, qardaşı Hikmət 150 000 000 (yüz əlli milyon) rus pulu göndərmişdir. Pulu kiçik qardaşı, mərhum əri, digər etibarlı şəxslər vasitəsilə göndərib.

33. Birinci instansiya məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

34. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

34.1. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ona verdiyi 50 illik etibarnamə əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisinə icazə alınması, eskiz layihələrinin tərtib edilməsi, həmin layihələrin razılaşdırılması ilə bağlı sənədləşmə işlərini həyata keçirmişdir. Eyni zamanda tərəflərin izahatları və məhkəmə iclaslarında dindirilmiş şahid ifadələri ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin tikintisi, tikintiyə nəzarət, materialların alqı-satqısı və tikintini həyata keçirən ustaların xidmət haqları iddiaçı tərəfindən həyata keçirmişdir. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin Müstəqil Qiymətləndiricisinin MB-15/072 saylı 15 mart 2022-ci il tarixli hesabatına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kvadrat metr olan zirzəmi-ikimərtəbəli həmin tikintinin, qeyri-yaşayış binasına, tikintiyə çəkilmiş tikinti və təmir xərclərinin 15 mart 2022-ci il tarixə hesablanmış ümumi bazar dəyəri 601 507 (altı yüz bir min beş yüz yeddi) manat təşkil edir. Bir halda ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisi üçün zəruri vəsaitlərin İddiaçı tərəfindən ödənildiyi müəyyən edilmişdir, həmin vəsaitlərin Cavabdeh tərəfindən iddiaçıya qaytarıldığını sübut etmək yükü cavabdehin üzərindədir. Cavabdeh isə məhkəməyə bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir. 34.2. Cavabdeh, dəlillərinin sübut etmək məqsədi ilə vəsatəti əsasında dindirilmiş şahid ifadələrinə istinad etsə də, həmin şahid ifadələri iddiaçıya göndərilən pul vəsaitinin məbləğini, hansı məqsədlə göndərilməsini müəyyən etmək üçün kifayət deyil. Belə ki, şahidlər mübahisəli obyektin tikintisi uçun ayrı-ayrı vaxtlarda 175 000 ABŞ dolları, 75 000 ABŞ doları, 40 000 ABŞ dolları, 30 000 ABŞ dolları, 28 000 ABŞ dolları, 22 000 ABŞ dolları məbləğində pul vəsaitin göndərildiyinə dair ifadələr versələr də, həmin pul vəsaitlərinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar məhkəməyə müvafiq sənədlər təqdim edilməmiş, şahidlərin bu ifadələri hər hansı digər sübutlar ilə də təsdiq edilməmişdir.

35. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1091.1-ci və 1092.1-ci maddələrinə istinad etmişdir.

36. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qeyri-obyektiv qərar çıxardığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar vurğulanmışdır: “Mən ev aldırmaq istəyirdim ki, kirayə verməklə gəlir götürək. Dostu, qardaşı da bilirdi ki, Hikmətin pulu var. Hikmət məsləhət alırdı ki, dolanışıq üçün Azərbaycanda nə etmək lazımdır. Qardaşıma dedi, qardaşım dedi ev tikib sata bilərik, başqası dedi heyvan alıb-sataq, Daxili İşlər Nazirliyində Polis əməkdaşı işləyən həmkəndlimiz, həm də qardaşım Cəlilin yaxın dostu İddiaçı 2013-cü ildə Hikmətlə birlikdə evimizdə olarkən bizə təklif etdi ki, obyekt tikək. Mən istəmirdim, istəyirdim ki, uşaqlarımın evi olsun. Eldar “bacı aglın olsun, obyekt ildə bir evin pulun verəcək sizə, Polisdə işləyirəm, Azərbaycanda əlim-qolum olduqca genişdir, pul sizdən, mən də sizə krişalıq edim. Bakıda sizin adınıza obyekt tikilməsinə köməklik edim, nəzarət edim”. Biz də ailəlikcə onun bizimlə həmkəndli olduğuna və Polis orqanlarında işləməyinə görə ona tam şəkildə inandıq və etibar edərək 2013-cü ildən başlayaraq hissə-hissə xırda məbləglər də daxil olmaqla ümumilikdə İddiaçı obyekt tikintisi üçün 360 000 (üç yüz altmış min) ABŞ dolları məbləğində pulu təqdim eləmişik. Həyat yoldaşım X17 böyük məbləgdə ilk olaraq 2013-cü ilin avqust ayında İddiaçı 118 000 ABŞ dolları və 180 000 ABŞ dolları vermişdir. 939 dövlət nömrə nişanlı “Land Cruzer” markalı avtomobilimin satışından əldə olunan 69 500 dollar pul məbləgini və “Nissan Teana” avtomobilinin satışından əldə olunan 10 000 manat pulu da obyektlərin tikintisi üçün İddiaçı vermişik. Zirzəmi sahəsi ilə 3 mərtəbəli obyekt tikildi və 2014-cü ildə fəaliyyət göstərməyə başladı. Avtomobillərimizin satışından əldə olunan pul vəsaiti nəzərə alınmaqla həyat yoldaşım X29 rayonu, Gəncə prospektində 34 ünvanındakı həmin qeyri-yaşayış sahəsinin tikintitəmir işlərini aparmaq üçün cəmi 439 500 manat pul vəsaitimizi İddiaçı vermişik və İddiaçı da bizim pul vəsaitimiz hesabına həmin həmin qeyri-yaşayış sahəsinin tikintisini aparmaqla tikintiyə nəzarəti, materialların alqı-satqısını həyata keçirmiş və tikintini həyata keçirən ustaların xidmət haqlarını ödəmişdir. Aramızdakı razılaşma da zatən belə olmuşdur. Yəni, Hikmətlə mənim pul vəsaitimiz hesabına İddiaçı tərəfindən Xətai rayonu, Gəncə prospektində 34 ünvanındakı qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərinin aparıldıgı, bizim tapşırıgımız və pul vəsaitimizlə sözü gedən qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərinin aparılmasında İddiaçı sadəcə iş icraçısı oldugu iddiaya etirazımızın əsas dəlillərindən biri olmuşdur. Hikmət Quliyevin özü də Bakıda oldugu vaxtlarda qeyriyaşayış sahəsinin tikintisinə nəzarət etmiş, İddiaçı obyektin tikinti işləri ilə baglı oz tapşırıqlarını, göstərişlərini vermiş, hətta obyektin dam örtüyü işlərini yenidən öz nəzarəti altında gördürərək ustanın əmək haqqını ödəmişdir. İddiaçı ilə əvvəlcədən öz aramızda razılaşmışdıq ki, Xətai rayonu, Gəncə prospekti 34 saylı ünvandakı 3 mərtəbəli obyektimin aylıq icarə pulları ilə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın qarşısında, mənim adıma “Qəbələ Məhəllə” Restoranını inşa etsin, həmin tapşırıqlarımızı icra etməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 ünvanında yerləşən obyektdən və ünvan 6lə Məhəllə” Restoranının aylıq icarə haqlarından gələn gəlirin 1/3 hissəsi İddiaçı, qalan 2/3 hissəsi də ərimlə mənə aid olsun. Obyektlərin icarə pulundan 1/3 hissəsini İddiaçı verməyə həm də ona görə razılaşmışdıq ki, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın yaxınlıgındakı sahədə əvvəllər qaraj, sabun sexi və avtoyuma kimi istifadə etdikləri obyektlərin yanında mənim adıma obyekt – “Qəbələ Məhəllə” Restoranını inşa etsin, həm də İddiaçı dediyinə görə 2011-ci ildə 2 nəfərin ölümünə səbəb olmuş avto-qəza hadisəsi törətməsi ilə əlaqədar yaranmış borcunu baglaya bilsin, həbs olunmasın, polisdən-işdən çıxarılmasın. Odur ki, ərim Hikmətlə uzun illər ərzində İddiaçı obyektlərdən əldə olunan aylıq icarə haqlarını tələb etmədik. Ailəlikcə hər il yay və payız aylarında Azərbaycana gələndə İddiaçı bizə deyirdi ki, obyektlər tərəfə getməyək, Rusiyada yaşadıgımızı, iş adamı oldugumuzu, bizdə pul oldugunu bilirlər və bilsələr ki, gəlmişik, müxtəlif vasitə ilə həbs edib pullarımızı alacaqlar. Bu minvalla da Eldar vaxt uzadırmış. Eldar və onun yaxın qohumları təxminən 9 (doqquz) ildir ki, obyektlərimizdən əldə edilən təxminən 5000 manat aylıq icarə pullarını bizə ödəməkdən yayınmışdır. Birinci instnsiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsini, 1092-ci və 1092.1-ci maddələrini iddianın təmin edilməsi ilə baglı düzgün tətbiq etməmişdir və Mülki Məcəllənin 152.1-ci, 152.2-ci maddəsini, 157.4-cü maddəsini, 164.1-164.2-ci maddəsini, 385.1-ci, 425.1-ci, 443.1-ci maddəsini tətbiq etməli oldugu halda bunu etməmişdir. X29 rayonu, Gəncə prospektində 34 ünvanındakı həmin qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərini aparmaq üçün cəmi 439 500 manat pul vəsaitimizi İddiaçı vermişik və İddiaçı da bizim pul vəsaitimiz hesabına həmin qeyriyaşayış sahəsinin tikintisini aparmaqla tikintiyə nəzarəti, materialların alqı-satqısını həyata keçirmiş və tikintini həyata keçirən ustaların xidmət haqlarını ödəmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisi, materialları, fəhlə-ustaların əmək haqları üçün zəruri vəsaitlər ərim Hikmətlə mənim pul vəsaitimiz hesabına həqiqətən də İddiaçı tərəfindən ödənilmişdir. Mütəmadi olaraq hər il Azərbaycana gəlib-gedirdik. Rusiya Federasiyasından Azərbaycan Respublikasına müxtəlif vaxtlarda hissə-hissə 800 000 ABŞ dolları gətirmişdik. Belə ki, hər dəfə də Rusiyadan Azərbaycana gələndə hər birimiz üstümüzdə 10 000 manatadək pul gətirirdik və qanunla da 10.000 manatın rəsmiləşdirilməsi tələb olunmurdu. Mən Cavabdeh və qızlarım üstümüzdə qadagan edilməyən miqdarda qızıl-zinət əşyaları da gətirmişik. Bu yolla xeyli miqdarda Azərbaycana pul gətirmişdik. Bundan başqa, mübahisəli qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərinin görülməsi üçün Hikmət Quliyev Azərbaycandakı tanışlarından müvafiq məbləglərdə pul götürürdü, götürdüyü məbləgdə pul vəsaitini də həmin pul aldıgı şəxslərin Rusiya Federasiyasında olan tanış və qohumlarına qaytarırdı. Hikmət Quliyev özü Azərbaycanda olan vaxtlarda tanışlarından pul vəsaitini özü götürür, Rusiyada oldugu vaxtlarda isə Azərbaycanda haradan və kimdən, hansı məbləgdə pul vəsati götürülməsinə telefonla əlaqə yaradaraq göstəriş verirdi. Bu işlə əsasən məhkəməyə təqdim etdiyim şahid X25 məşgul olmuşdur. Şahid X42 oglu mübahisəli obyekti tikib başa gətirmək üçün qardaşı Hikmət Quliyevlə birlikdə 2014-cü ildə evdə İddiaçı 118 000 ABŞ dollar məbləgində pul verdiyi barədə və obyektin tikinti-təmir işlərini görmək üçün Hikmət Quliyevin göstərişi ilə Cavabdeh adına olan “Land Cruzer” markalı avtomobilin İddiaçı tərəfindən satılaraq satışdan əldə olunmuş 69 500 manat pulun İddiaçı tərəfindən götürülməsi barədə, şahid X34 oglu obyektin tikintisinə pul lazım oldugundan onun adına Hikmət Quliyevin pul vəsaiti ilə alınmış “Nissan” Teana avtomobilinin Hikmət Quliyevin göstərişi ilə İddiaçı tərəfindən satıldıgı barədə, şahid X20 obyekt tikilib qurtarandan sonra 2013-cü ilin payızında İddiaçı özünün aparıb onu həmin binanı gəzdirib, apardıgı tikinti işləri ilə tanış edərkən 160 000 dollar xərci çıxdıgını deməsi barədə, şahid X1 vilayətində qardaşı Hikmət Quliyevlə qonşu oldugu, İddiaçı Həştərxanda oldugu vaxt Hikmət Quliyevin pul vəsaiti hesabına Bakı şəhərində obyekt tikdiyi barədə X21 evdə apardıgı söhbətlərdən eşidib bildiyi, obyektin tikintisi üçün pul vəsaitinin bir hissəsinin mərhum əri Şakir, kicik qardaşı vasitəsi ilə Azərbaycana göndərildiyinin şahidi oldugu barədə ifadələr vermiş, lakin məhkəmə bu ifadələrə heç bir qiymət verməmişdir. Məhkəmə iclasında suala cavab olaraq X45 X42 oglunun ifadəsində göstərdiyi faktları etiraf edərək bildirmişdir ki, 120 000 ABŞ dollar puldan 2000 dollarını Hikmət Quliyev özünə cib xərcliyi götürmüş, qalan dolları manata cevirəndə 92 000 – 93 000 manatı isə obyektin tikintisi üçün ona vermiş, “Land Cruzer” markalı maşını 70 000 manata satıb özü götürmüş, 500 manatını maklerə vermişdir. İddiaçı “Nissan Teana” markalı avtomobili də Hikmət Quliyevin göstərişi ilə obyektin tikintisi üçün sataraq satışdan əldə etdiyi 10 000 manat pulu götürdüyünü etiraf etmişdir. Bütün göstərilənlərdən başqa, İddiaçı qeyri-yaşayış sahəsini inşa edib icarəyə vermək məqsədilə Hikmət Quliyevin ona 2013-cü ildə 180 min ABŞ dolları (142 min manat) pul göndərdiyini ilk iddia ərizəsində, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində, o cümlədən də mənim iddia tələbimlə baglı digər mülki işdə iddiama qarşı 21 fevral 2023-cü il tarixdə verdiyi etirazda etiraf etmişdir. İşin həmin hallarına işə baxan məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. İddiaçı Hikmət Quliyevə güya 50 000 və 40 000 manat qaytardıgını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı vəsatəti əsasında dindirilmiş şahid X10 verdiyi “Elnarənin adına çıxarış var idi. Hikmətlə Eldar şərikli idi. Obyektin 2-ci mərtəbəsinin tikintisi başlayanda 2-ci mərtəbədə Hikmətlə tanış olduq. Dam ustası içkili oldugu üçün Hikmət onu qovdu.Usta Qorxmaz gəldi” ifadəsinə də hüquqi qiymət verməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi şahidlər əvvəlcədən öyrədilmiş şahidlərdir və onların İddiaçı həqiqətən də küllü miqdarda borc məbləgi vermələri inandırıcı deyildir, şübhə dogurur. Digər tərəfdən, İddiaçı vəsatəti əsasında dindirilmiş şahidlər 50 000 ABŞ dolları, 75 000 ABŞ dolları və 70 000 manat pul məbləginin mənbəyini təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilmədilər. Hakim şahid X4 ifadəsini öz qətnaməsində “İddiaçı mübahisəli Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı binanın yanında olan qeyri-yaşayış sahəsinin (obyektin) tikintisi üçün 2015-ci ilin sonunda ondan 70 000 manat borc alib həmin tikintinin təmir və inşaat işlərinə sərf etmişdir” kimi qeyd etmişdir. Hansı ki, protokoldan da görünür ki, X9 belə ifadə verməmişdir. Hakim qətnamənin məzmununa şahidin adından yanlış məlumatlar daxil etməklə iddianı təmin etmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

37. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

38. Məhkəmə iclaslarında iştirak edən cavabdeh və onun nümayəndələri (vəkilləri) apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı və onun nümayəndəsi (vəkili) isə iddia tələbini müdafiə edərək şikayətin əsassız olduğunu bildirmişdir.

39. Apellyasiya baxışı zamanı mübahisə üzrə sübutetmə predmetinə dair hallarla bağlı düzgün nəticəyə gəlinməsi üçün tikinti-texniki və əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizaları təyin olunmuş, ekspertlər qarşısında aşağıdakı suallar (məsələlərin həlli) qoyulmuşdur:

- Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin (obyektin) yerləşdiyi ərazinin 2012-ci, 2013-cü, 2014cü, 2015-ci və 2016-cı illərə olan vəziyyəti “Google Earth” proqramının ortofoto (aerokosmik çəkilişlər) görüntüləri əsasında müəyyən edilsin. - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (obyektin) ümumi sahəsi nə qədər (neçə kvadratmetr) təşkil edir?. - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (obyektin) tikintisi və təmiri üçün sərf olunmuş mal-materialın (tikinti materialları və digər aksessuarlar) ümumi həcmi müəyyən olunsun. - Yuxarıdakı 3-cü suala veriləcək cavab nəzərə alınmaqla, qeyri-yaşayış sahəsinin tikintisinə sərf olunmuş mal-materialın (tikinti materialları və digər aksessuarlar) 2013-2014-cü illər üçün orta bazar qiymətləri müəyyən olunsun. - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (obyektin) tikintisi üçün çəkilən xərclər (tikinti-quraşdırma xərcləri, ustaların zəhmət haqqı və s.) 2013-2014-cü illərin orta bazar qiymətləri nəzərə alınmaqla müəyyən olunsun. - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (obyektin) 2015-2023-cü illər üzrə (hər il üçün ayrı-ayrılqda göstərilməklə) aylıq icarə haqqı qiymətləri müəyyən olunsun. - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (obyektin) hazırkı dövrdə orta bazar qiyməti nə qədərdir?

40. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2024-cü il tarixli rəyində aşağıdakılar göstərilmişdir:

- Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin (obyektin) yerləşdiyi ərazidə “Google Earth” proqramının ortofoto (aerokosmik çəkilişlər) görüntüləri əsasında 2012- 2013-cü illərdə hər hansı tikinti işlərinin aparılmadığı, 2014-cü ildə yarımçıq tikinti işlərinin olduğu, 2015-2016-cı illərdə isə tikintinin mövcud olduğu müəyyən edilmişdir. - Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) ümumi sahəsinin 395,2 kv.m. təşkil etdiyi müəyyən olunur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri, eləcə də tikilinin ölçüsü barədə məlumatlar rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. - Qərardadın üçüncü-beşinci sualları üzrə: Smeta üzrə aparılmış hesablamalara əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) tikintisi və təmiri üçün sərf olunmuş malmaterialın (tikinti materialları və digər aksessuarlar) ümumi dəyəri 2013-2014-cü illərin orta bazar qiymətləri nəzərə alınmaqla 304 042,44 manat müəyyən olunur. - Qərardadın altıncı sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqının 2021-ci il tarixə olan orta bazar qiyməti təxminən 4200 manat, 2022-2023-cü il tarixə 4500 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. 2015-2020-ci il tarixlərdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqının məbləği barədə məlumat əldə etmək mümkün olmadı. Həmin dövrdə Mərkəzdə bu barədə tədqiqat aparılmadığından baza məlumatları mövcud deyil. - Qərardadın yeddinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1 024 000 manat məbləğində müəyyən edilir.

41. Cavabdehin nümayəndələri (vəkilləri) rəydə göstərilənlərə razılaşdıqlarını, iddiaçı və onun nümayəndəsi (vəkili) isə rəyin əsaslı olmadığını bildirmişlər.

42. İddiaçının nümayəndəsi (vəkili) vəsatət verərək təkrar tikinti və əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) ümumi sahəsi 480,8 m2 olduğu halda ekspertlər həmin sahəni 395,2 kv.m. kimi nəzərə almış, bu səbəblə də tikintiyə çəkilən xərclə bağlı düzgün nəticəyə gəlməmişlər.

43. Məhkəmə kollegiyasının 10 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar tikinti-texniki və təkrar əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizaları təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar (məsələlərin həlli) qoyulmuşdur:

- Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (obyektin) faktiki ümumi sahəsi nə qədər (neçə kvadratmetr) təşkil edir?. - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (obyektin) tikintisi və təmiri üçün sərf olunmuş mal-materialın (tikinti materialları və digər aksessuarlar) ümumi həcmi müəyyən olunsun. - Yuxarıdakı 2-ci suala veriləcək cavab nəzərə alınmaqla, qeyri-yaşayış sahəsinin tikintisinə sərf olunmuş mal-materialın (tikinti materialları və digər aksessuarlar) 2013-2015-ci illər üçün orta bazar qiymətləri müəyyən olunsun. - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (obyektin) tikintisi üçün çəkilən xərclər (tikinti-quraşdırma xərcləri, ustaların zəhmət haqqı və s.) 2013-2015-ci illərin orta bazar qiymətləri nəzərə alınmaqla müəyyən olunsun.

44. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli rəyində aşağıdakılar göstərilmişdir:

- Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) ümumi sahəsi 554,0 kv.m. təşkil etdiyi müəyyən olunur.

- Qərardadın ikinci, üçüncü və dördüncü sualları üzrə: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) tikintisi və təmiri üçün sərf olunmuş mal-materialın (tikinti materialları və digər aksessualrlar) ümumi dəyərinin 2013-2015-ci illəriin orta bazar qiymətləri nəzərə alınmaqla 582 583,0 manat müəyyən olunur.

45. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən iddiaçının nümayəndəsi (vəkili) rəydə obyektdə iddiaçıya aid olmayan tikililərin də nəzərə alındığını irəli sürmüş, iddiaçı və onun nümayəndəsi (vəkili) isə rəyin əsaslı olduğunu bildirmişlər.

46. Məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) 2015-2023-cü illər üzrə (hər il üçün ayrı-ayrılqda göstərilməklə) aylıq icarə haqqı qiymətlərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis rəyi də istənilmiş, adı çəkilən MMC-nin əməkdaşı müvafiq rəyi versə də, rəydə əmlakın sahəsi 75 kvadratmetr kimi nəzərə alınmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

48. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

52. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

53. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

54. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

55. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

56. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

57. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

58. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

59. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

60. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

61. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

62. Maddə 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir.

63. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

64. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

65. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.

66. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

67. Maddə 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun.

68. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

69. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

70. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

71. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

72. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

75. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

80. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

81. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

82. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

83. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

84. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

85. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

86. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

87. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

89. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, sübutlara düzgün qiymət verməyərək nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.

90. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

91. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıran kollegiya hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

92. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

93. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

94. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

95. İddiaçının irəli sürdüyü faktiki hal (iddia tələbini dəyişdirdikdən sonra) ondan ibarətdir ki, 2013-cü ildə X16 xidmət etdiyi üçün kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyini reallaşdıra bilməmiş, bununla bağlı Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayan dostu Hikmətlə danışdığı zaman Hikmət, arvadı Elnarənin adına daşınmaz əmlak kimi qeyri-yaşayış sahəsi inşa edib sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəyini söyləmiş, bu məqsədlə Hikmət ona 2013-cü ildə 180 000 ABŞ dolları (142 min manat) borc pul göndərmiş və pulun müqabilində təminat kimi sənədləşdirməni arvadı Cavabdeh adına etməsini demiş, özündə olan 202 000 manat pulu və bacısı X8 məxsus mənzilin satışından əldə olunmuş 50 500 manatı daşınmaz əmlakın tikintisinə sərf etmiş, əlində olan pul vəsaiti kifayət etmədiyi üçün 2015-ci ilin aprel ayında tanışı Rakiv Ələsgərovdan 75 000 ABŞ dolları (59 min manat), həmin ilin sonunda isə digər tanışı Möhübbət Orucovdan 70 000 manat və Aygün Qarayevadan 50 000 ABŞ dolları (38 min manat) borc alıb tikintini başa çatdırmış, tikinti zamanı həmin vəsaitdən başqa mal-materiallar və usta üçün əlavə qalan 52 000 manat borcu da ödəmiş, obyektin 4-cü mərtəbəsində ofis tikib təmir etdirmiş, peneplastrla izolyasiya işləri, dam işlərini gördürmüş və istilik sistemi (kombi) çəkdirmiş, ümumilikdə 128 500 manat əlavə xərc çəkmiş, beləliklə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən, ümumi sahəsi 480,8 kvadratmetr olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinin tikintisi üçün cəmi 600 000 manat xərcləmişdir.

96. Cavabdehin iddiaya etirazının məzmunu yuxarıda (§ 22) göstərilmişdir və həmin etiraza əsasən X36 oglu İddiaçı 2013-cü ildə 180 000 ABŞ dollar pulu borc olaraq deyil, Xətai rayon İcra Hakimiyyətinin 454 nömrəli xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Gəncə prospekti 34 saylı binanın yaxınlığında Cavabdeh tikilməsinə icazə verilmiş qeyriyaşayış sahəsinin təmir-tikinti işlərinin görülməsi məqsədilə göndərməklə İddiaçı bilavasitə Hikmət Quliyevin tapşırıqlarını icra etmiş, inşaat işlərinin bütün xərcləri Hikmət Quliyev tərəfindən təmin olunmuşdur. Etirazda həmçinin göstərilmişdir ki, X17 ilk olaraq 2013-cü ilin avqust ayında tikinti işləri üçün İddiaçı 118 000 ABŞ dolları vermiş, daha sonra Elnarənin adında olan “Land Cruiser” markalı avtomobilinin satışından əldə olunan 69 500 ABŞ dolları məbləğindəki pulu və “Nissan Teana” markalı avtomobilin satışından əldə olunan 10 000 manat məbləğindəki pulu da obyektlərin tikintisi üçün İddiaçı vermişlər, onun tikinti işlərinin aparılmasına nəzarət etməsi ilə bağlı əmək haqqının əvəzi kimi isə İddiaçı uzun illər ərzində qeyri-yaşayış sahələrindən əldə olunan aylıq icarə haqlarını götürmüşdür.

97. Cavabdeh apellyasiya şikayətində də vurğulamışdır ki, avtomobillərin satışından əldə olunan pul vəsaiti nəzərə alınmaqla cəmi 439 500 manat pul vəsaitini İddiaçı vermişlər və İddiaçı həmin vəsait hesabına qeyri-yaşayış sahəsinin tikintisini aparmaqla tikintiyə nəzarəti, materialların alqı-satqısını həyata keçirmiş, tikintini həyata keçirən ustaların xidmət haqlarını ödəmiş, İddiaçı sadəcə iş icraçısı olmuşdur.

98. İddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatlardan aydın olur ki, (1-ci cild, səh.117 və 206; 2-ci cild, səh. 158) o, cavabdeh tərəfin avtomobillərinin satışından əldə olunmuş pulun da ona verildiyini (avtomobillərdən birinin bilavasitə özü tərəfindən satıldığını) və həmin pul vəsaitinin inşaat işlərinə xərcləndiyini təsdiq etmiş, bununla yanaşı Hikmətə ümumilikdə 90 000 manat qaytardığını irəli sürmüşdür.

99. Beləliklə, tərəflərin bildirdikləri əsasında müəyyən olunur ki, onların arasında borc münasibəti deyil, tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış, iddiaçı cavabdehin (onun həyat yoldaşının) tapşırığı əsasında və cavabdehin (onun həyat yoldaşının) verdiyi pul hesabına cavabdeh üçün qeyri-yaşayış sahəsi tikməyi öhdəsinə götürmüşdür.

100. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəaları (§ 58-67) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, tapşırığın yerinə yetirilməsi üçün iddiaçıya cəmi 439 500 manat verildiyini sübutetmə yükü cavabdehin, tapşırığın icrası zamanı özünün də vəsait xərclədiyini sübutetmə yükü isə iddiaçının üzərinə düşür.

101. Qeyd olunmalıdır ki, bütün müqavilə öhdəliklərində olduğu kimi tapşırıq müqaviləsi üzrə də hər bir tərəf mübahisə halında öz öhdəliyini icra etdiyini sübut etməlidir. Bu baxımdan da mövcud iş üzrə vəkalət alan olaraq iddiaçı vəkalət verən cavabdehin tapşırığını icra etdiyini və buna görə xərclər çəkdiyini sübut etmək yükü daşıyır, vəkalət verən olaraq cavabdeh isə həmin xərcləri ödəmiş olduğunu sübutetmə yükü daşıyır.

102. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 73-77).

103. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip (§ 76) baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona tapşırılan işi icra etdiyi işin mübahisəsiz halını təşkil edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət yoxdur.

104. İddiaçı, cavabdehin müvafiq tapşırığını yerinə yetirmək üçün ondan (onun həyat yoldaşından) 180 000 ABŞ dolları (142 000 manat), avtomobillərin satışı nəticəsində 69 500 ABŞ dolları (həmin dövrdə dolların manat məzənnəsi nəzərə alınmaqla 54 822 manat (69 500 x 0,7888)) və 10 000 manat aldığını (cəmi 206 822 manat) etiraf etdiyindən, cavabdeh həmin hissədə sübutetmə yükündən azad olunmuş sayılır (§ 83).

105. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində, tikintini müəyyən fasilələrlə ayrı-ayrı sahibkarlara icarəyə verdiyini və təxminən 40 000 manat icarə haqqı aldığını bildirir.

106. İddiaçı, Hikmət Quliyevə 90 000 manat qaytardığını iddia etsə də, bunu biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilməmişdir; hansı ki, hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hallardan biri məhz həmin haldır.

107. Onun həmin halı sübuta yetirmək üçün təqdim etdiyi şahid ifadələri əsaslı şübhədən kənar sübut kimi qiymətləndirilə bilməz – xüsusilə nəzərə alınmalıdır ki, həmin ifadələr ziddiyyətli və bir-birini tamamlamamaqla, müvafiq nəticəyə gəlmək üçün yetərli deyildir, həmçinin həmin şahidlərin bildirdikləri cavabdehin şahidlərinin bildirdikləri ilə təkzib olunmaqdadır.

108. Beləliklə müəyyən olunan odur ki, tikintisinə və təmirinə 2013-2015-ci illərin orta bazar qiymətləri nəzərə alınmaqla 582 583 manat sərf edildiyi ekspert rəyi ilə müəyyən olunan obyektin inşa edilməsini iddiaçıya tapşıran cavabdeh (onun həyat yoldaşı) tərəfindən iddiaçıya ümumilikdə 206 822 manat verilmiş, sonradan iddiaçı obyektin icarəyə verilməsindən özünün bildirməsinə görə 40 000 manat gəlir əldə etmişdir.

109. İddiaçıya daha artıq məbləğdə pul verildiyi, həmçinin onun, obyekti icarəyə verərək daha artıq gəlir əldə etdiyi isə sübuta yetirilməmişdir.

110. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

111. Həmçinin qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 76).

112. Belə olan halda kollegiya o qənaətə gəlir ki, tikintisinə və təmirinə 582 583 manat sərf edilmiş obyektin inşası üçün iddiaçının xərclədiyi məbləğin 375 761 manat (582 583 – 206 822) olduğu qəbul edilməli, obyekti icarəyə verməsindən əldə etdiyini bildirdiyi 40 000 manatın 1/3 hissəsinin (13 333 manat) ona zəhmət haqqı kimi ödəniləcəyinin razılaşdırıldığı (cavabdehin bildirməsinə görə) nəzərə alınaraq, 349 094 manat (375 761 – 26 667) cavabdehdən onun xeyrinə tutulmalıdır.

113. Müvafiq nəticəyə gələrkən kollegiya o səbəblə təkrar ekspertiza rəyini əsas götürür ki, ilkin ekspertiza tədqiqatını həyata keçirən ekspertlər əmlakın ümumi sahəsini 395,2 m2 kimi nəzərə almış, müvafiq hesablamaları da həmin rəqəmi əsas götürərək həyata keçirmişlər; halbuki, həmin rəy verildikdən sonra müəyyən edilmişdir ki, əmlakın sahəsi 550 kvadratmetrdən çoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, ilkin tədqiqat aparan ekspertlər qarşılarında qoyulan suallara uyğun olaraq (obyektin) tikintisi və təmiri üçün sərf olunmuş mal-materialın (tikinti materialları və digər aksessuarlar) ümumi dəyərini 2013-2014-cü illərin orta bazar qiymətlərini nəzərə almaqla hesablamışlar; bununla belə müəyyən olunmuşdur ki, obyektin tikintisi 2015-ci ildə yekunlaşmışdır.

114. Təkrar tədqiqat aparan ekspert göstərilən çatışmazlıqları nəzərə almış, rəyini müvafiq xüsusatları əsas götürməklə hazırlamışdır.

115. Kollegiya ekspertiza xərcinin tərəflər arasında bərabər nisbətdə bölüşdürülməsini məqsədəmüvafiq hesab edir (hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunduqları üçün, rüsum məsləsinə münasibət bildirilmir). Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

116. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-107/2023 saylı iş üzrə 01 mart 2023-cü il i il tarixli qətnanməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh 349 094 (üç yüz qırx doqquz min doxsan dörd) manat alınaraq İddiaçı verilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 (yüz) manatı İddiaçı, 100 (yüz) manatı Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar