Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2682/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı “yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2626/2022 saylı 22 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2626/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı X1 icra məmurunun xx.xx.2021-ci il tarixli aktı əsasında borc əvəzinə ona verilmiş ünvan 1 ünvanında yerləşən sahəsi 175,2 kv.m və 141,5 kv.m olan yaşayış sahələrindən, habelə 535 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahələrin boşaldılaraq ona təhvil verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qanunla nəzərdə tutulmuş müddət ötürülməklə verildiyi üçün apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfdən verilmiş şikayət isə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hazırda iddiaçı yenidən xx.xx.2023-cü il tarixli qərardaddan şikayət vermiş, onun ləğv edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2626/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2626/2022 saylı 22 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi iddiaçı daha əvvəl həmin qərardaddan şikayət vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır və bu qərardad mübahisələndirilməmişdir. Hazırda isə eyni qərardaddan (xx.xx.2023-cü il tarixli) bir daha şikayət vermişdir. Eyni zamanda mübahisələndirilən qərardad xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində iddiaçıya məxsus elektron kabinetinə yerləşdirildiyindən, yenidən verilmiş şikayət isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə haqlı olaraq göstərmişdir ki, yenidən iddiaçı tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət 6 gün ötürülməklə verilmiş, qərardaddan şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə isə verilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etmişdir, məhkəmənin gəldiyi nəticə doğru, qərardad qanuni və əsaslıdır. Beləliklə, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2626/2022 saylı 22 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2682/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2682/2023
03.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver