Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2687/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(003)-2279/2022 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-2279/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməklə, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzil və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunması qət edilmişdir. Həmin qətnamədən elektron kabinet vasitəsilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti verilmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(003)-2279/2022 saylı qərardadı ilə cavabdehin nümayəndəsinin və vəkilinin ərizəsi rədd edilmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin həmin qərardaddan verdiyi şikayət məhkəmənin 24 fevral 2023-cü il tarixli qərardadı ilə təmin olunmamış, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, iş üzrə İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin hallarından da göründüyü kimi cavabdeh faktiki olaraq Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 45 saylı bağ sahəsində yaşayir. Məhkəmə tərəfindən cavabdehin faktiki ünvanına məhkəmənin qətnaməsi göndərilməmişdir. İş materiallarında da buna dair hər hansı sübut yoxdur. Məhkəmə qərardad qəbul edərkən rabitə orqanının məktubuna əsaslanmışdır. Həmin məktubda məhkəmə qətnaməsinin cavabdehin qeydiyyat ünvanı üzrə təhvil verilməsi göstərilsə də konkret olaraq cavabdehə təqdim olunması qeyd olunmamışdır. Eyni zamanda bildiririk ki, həmin poçt bildirirşində olan imza cavabdehin imzası deyildir. İmzanın cavabdehə məxsus olmamasını onun şəxsiyyət vəsiqəsində olan imzası ilətutuşdurduqda imzaların fərqli olmalarısübuta yetirilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(003)-2279/2022 saylı qərardadı ləğv edilməli, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(003)-2279/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizənin təmin olunmaması qənaətinə gələrkən, qeyd etmişdir ki, "xxxx" MMC 4 saylı Poçt Filialının xx.xx.2023-cü il tarixli PƏŞ-11/15 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə göndərilmiş SS782332403AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub xx.xx.2022-ci il tarixdə Cavabdeh Əlövsət oğluna çatdırılmış və apellyasiya şikayəti isə Elektron Məhkəmə İnformasiya Sisteminə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Belə olan halda, cavabdehin elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixə qədər, yəni 2 aydan uzun bir müddətdə məhkəmə qətnaməsindən xəbərdar olmaması məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Məhkəmə, həmçinin, hesab etmişdir ki, cavabdehin və onun nümayəndəsi və vəkilinin dəlilləri əsassızdır və bu dəlillərə dair sübut təqdim edilmədiyindən, inandırıcı hesab edilmir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-2279/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş ünvan 18.64 kv.m. sahəsi olan mənzilin və 2628,0 kv.m. torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq ona qaytarılması, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsi tələbi üzrə iddiası təmin edilərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzil və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunması qət edilmişdir. Qətnamədən və mülki işin mahiyyətindən göründüyü kimi cavabdehin faktiki yaşadığı ünvan ünvan 18.64 kv.m. sahəsi olan mənzil olmuş, iddia tələbi də cavabdehin məhz həmin mənzildən çıxarılması ilə bağlı olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin faktiki yaşadığı ünvan ünvan 2i qeydiyyatda olduğu-ünvan 3 ünvanına göndərilmiş məhkəmə qətnaməsinin cavabdeh tərəfindən alınmış hesab edilməsi düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh məhkəmə müdafiəsi hüququnun reallaşdıra bilməsi üçün şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(003)-2279/2022 saylı qərardadı ləğv edilməli, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(003)- 2279/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(003)- 2279/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(003)-2279/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2687/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2687/2023
29.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver