Məhkəmə qərarları › İş №2(103)-2706/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2706/2022

15.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2706/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2022 saylı, 13.01.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “AccessBank QSC” arasında bağlanmış 09.12.2020-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 09.12.2020-ci il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alıq-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında 09.12.2020-ci il tarixində AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhərinin 53 saylı xüsusi notariusu O.A.Hüseynov tərəfindən təsdiq edilib). Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 184.36 kv.m olan mənzili alıcı Cavabdeh 225000 manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 09.12.2020-ci il tarixli AN -1№ ******* saylı daşınmaz əmlakın nisyə alğısatqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 18750manat məbləği satıcı "xxxx" QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəyir. Qalan 206250 manat məbləği isə 11 ay müddətinə hər ay 18750 manat ödəmək şərti ilə 09.11.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız ilkin ödəniş olmuşdur. Sözügedən borcun mövcud olmasına dair arayış hazırkı iddia ərizəsinə əlavə edilir. Tərəflər arasında Bakı şəhər 53 saylı notariat kontorunda razılıq əldə olunmuşdur. Lakin Cavabdeh nisyə alğı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında imzalanmış 09.12.2020-ci il tarixli AN-L№0905195 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh 16.08.2021-ci il və 22.09.2021-ci il tarixində xəbərdarlıq məktubları göndərilərək, tərəflər arasında razılaşdırılmış hər ay ödəməli olduğu 18750 manat məbləğində pulun ödənilməsi barədə xəbərdar edilmiş, öhdəliyi icra etmədiyi təqdirdə nisyə-alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2022 saylı, 13.01.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" QSC elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə iddiadan imtina edilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbindən imtina etdiklərini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2022 saylı, 13.01.2022-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2022 saylı, 13.01.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar