Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2709/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı, 07.02.2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC "xxxx" Kommersiya Bankı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Səfərov Cavabdeh3 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli 100/02/72195/14 saylı kredit müqaviləsi üzrə 97579,09 (doxsan yeddi min beş yüz yetmiş doqquz manat, doqquz qəpik) manat məbləğində əsas borc, 16974,84 (on altı min doqquz yüz yetmiş dörd manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu, 9984,52 (doqquz min doqquz yüz səksən dörd manat, əlli iki qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 5352,25 (beş min üç yüz əlli iki manat, iyirmi beş qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 129890,7 (yüz iyirmi doqquz min səkkiz yüz doxsan manat, yetmiş qəpik) manat məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipoteka predmetlərinin qeydə alınması üçün ödənilmiş cəmi 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh3 tutulmasına, ilkin satış qiyməti 82500 (səksən iki min beş yüz) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan borc məbləğinin Bank qarşısında ipoteka ilə yüklü Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satılmasına, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına, ilkin satış qiymətləri (birlikdə) 494550 (dörd yüz doxsan dörd min beş yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ev 146, 13 saylı mənzilə və Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88 a, 110 saylı mənzilə yönəldilməsinə və ipoteka predmetlərinin açıq hərracdan satılmasına, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4, onunla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin digər ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, LPO QSC "xxxx" Kommersiya Bankının Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satılmasına, ipoteka predmetinə tutma yönəldikdən sonra və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmalarına dair hissəsində rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)- 78/2021 nömrəli qərardadı ilə, Cavabdeh1 iddiaçı QSC "xxxx" Kommersiya Bankın qarşı “əmlakın ipoteka yüklülüyündən azad edilmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)-78/2021 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh3 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə 09 iyun 2014-cü il tarixli 100/02/72195/14 saylı kredit müqaviləsi üzrə 93.071,88 manat məbləğində əsas borc, 16974,84 manat məbləğində faiz borcu, 3000 manat məbləğində cərimə borcu, 5352,25 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 118398,97 (yüz on səkkiz min üç yüz doxsan səkkiz manat, doxsan yeddi qəpik) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsümu və 90 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilə və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ev 146, 13 saylı mənzilə yönəldilməsi, cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 98000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ev 146, 13 saylı mənzilin isə açıq hərracda ilkin satış qiyməti 140000 müəyyən edilsin, hər iki mənzil satılsın və onlardan əldə ediləcək vəsait Cavabdeh3 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ müvafiq olaraq Cavabdeh1 və Cavabdeh4 qaytarılsın. Əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc Cavabdeh3 LPO "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə tutulması Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzil və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, ev 146, 13 saylı mənzillər hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ilə birgə yaşayan ailə üzvlərinin mənzili tərk etmələri qət edilmişdir. Cavabdeh1 buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)-78/2021 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin ötürülməsinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(005)-78/2021 saylı qərardadından şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük müddət buraxılmışdır. Qeyd olunan xüsusata Covid-19 xəstəliyinə yoluxmağı və 14 gün karantin müddətində olmağı səbəb olmuşdur. Qeyd olunan səbəbdən də qərardaddan şikayət vaxtında verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılma səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPMnin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı, 07.02.2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı, 07.02.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında MPM–nin 133–cü maddəsinin tələblərini aşkarcasına pozmuşdur. Belə ki, Covid-19 xəstəliyi bütün dünyada o cümlədən ölkəmizdə də pandemiya kimi qəbul olunub və bununla bağlı müəyyən güzəştlər nəzərdə tutulub. Məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Bununla bağlı müvafiq təsdiqedici sənəd müddətin bərpası ilə bağlı ərizəyə əlavə olunmasına baxmayaraq, hakim təqdim edilmiş müvafiq sübuta qiymət verməmiş və ədalətsiz qərar çıxarmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı, 15.02.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, məhkəmənin mübahisələndirilən 23 dekabr 2021-ci il tarixli 2(005)-78/2021 saylı qərardadı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 şəxsi elektron kabinetində 11.01.2022-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh1 sözügedən qərardaddan şikayət verməsi üçün sonuncu gün 21.01.2022-ci il tarixi olmuş, lakin o həmin müddəti pozaraq şikayət hüququndan istifadə etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 ərizəsində üzrlü səbəb kimi Covid-19 virusuna yoluxmasını göstərmişdir. Lakin, ərizəsinə əlavə etdiyi çıxarışdan görünür ki, onun evdə təcrid olunma müddəti 21 yanvar 2022-ci il tarixdə bitmişdir. Vəkil3 karantində olarkən 23 dekabr 2021-ci il tarixli 2(005)-78/2021 saylı qərardaddan elektron kabinet vasitəsi ilə də şikayət verə bilərdi. Həmin şikayətin verilməsinə mane olacaq hər hansı hal müəyyən edilmir.” Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, Covid-19 infeksiyasının yayılması bütün dünyada pandemiya kimi qəbul edilmiş və yoluxan şəxslər üçün karantin müddəti müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin Covid-19 xəstəliyinə yoluxması və karantin müddətinin 21 yanvar 2021-ci il tarixində başa çatması işin mübahisələndirilməyən halını təşkil edir. Lakin, birinci instansiya məhkəməsi karantin müddətini elektron kabinet vasitəsi ilə şikayət verilməsinə mane olmayan hal kimi qiymətləndirmişdir. Kollegiya bu mövqelə razılaşmır və qeyd edir ki, karantin müddəti şəxsin işdən azad olunma müddəti hesab edilir və onun şikayət vermək imkanı texniki cəhətdən mümkün olmuş olsa belə, bu onun üçün öhdəlik kimi müəyyən edilə bilməz. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi və vəkili şikayəti karantin müddəti başa çatdıqdan 6 gün sonra vermişdir ki, bu da şəxsin koronavirusla bağlı sağlamlıq vəziyyəti nəzərə alındıqda üzürlü hesab edilə bilən bir müddətdir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 78/2021 saylı, 07.02.2022-ci il tarixli qərardadı ləğv edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)- 78/2021 nömrəli qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı, 07.02.2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2709/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2709/2022
11.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver